AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
05.04.2019
QEYDİYYAT NÖMRƏSİ
1905000014
ADI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası və formasının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.04.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201904050014
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.04.2019
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI

 

Q Ə R A R

 

1905000014

 

Bakı şəhəri                                                                                   5 aprel 2019-cu il

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası və formasının təsdiq edilməsi barədə

 

Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi forması” təsdiq edilsin (əlavə olunur).

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

 

Kollegiyanın sədri                                                                   Sahil Babayev

 

 


 

 

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

Kollegiyasının "5" "aprel" 2019-cu il tarixli

1905000014 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 18.4-cü və 18.5-ci maddələrinə əsasən hazırlanmışdır və işəgötürənlər tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın (bundan sonra – hesabat) təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. Hesabatın təqdim edilməsi

 

2.1. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) Məşğulluq Alt Sistemi (bundan sonra - MAS) ayda bir dəfə növbəti ayın 5-dən gec olmayaraq hesabatı elektron şəkildə yaradır.

2.2. Hesabat aşağıdakı qaydada təqdim olunur:

2.2.1. Hesabat ayı ərzində Nazirliyin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında məlumatlar əsasında MAS tərəfindən formalaşmış hesabat işəgötürənin şəxsi kabinetində əks etdirilir;

2.2.2. işəgötürən hesabatın şəxsi kabinetdə əks olunduğu tarixdən 2 iş günü müddətində hesabatda olan məlumatları yoxlayaraq elektron imzası ilə təsdiq edir;

2.2.3. işəgötürən hesabatdakı məlumatlarla razı olmadıqda, həmin məlumatlara düzəlişlər edir və düzəliş edilmiş hesabatı izahla birlikdə MAS-a bu Qaydanın 2.2.2-ci yarımbəndinə uyğun olaraq təqdim edir.

2.3. Hesabatda aşağıdakı məlumatlar göstərilir:

2.3.1. hesabatı təqdim edən işəgötürənin adı, ünvanı, əsas fəaliyyət növü, eyniləşdirmə nömrəsi və hesabat ayı;

2.3.2. hesabat ayı ərzində Nazirlik tərəfindən verilmiş göndərişlərin sayı;

2.3.3. hesabat ayı ərzində Nazirlik tərəfindən verilmiş göndərişlər üzrə işə qəbul edilənlərin sayı;

2.3.4.hesabat ayı ərzində kvota üzrə işə qəbul edilənlərin sayı;

2.3.5.Nazirlik tərəfindən verilmiş göndərişlər (o cümlədən kvota) üzrə hesabat ayı ərzində işdən çıxarılanların sayı və işdən çıxarılma səbəbləri.

 


 

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "05" "aprel" 2019-cu il tarixli 1905000014 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın forması

 

Hesabatı təqdim edən işəgötürənin:

Adı ______________________________________________________________________________________

Ünvanı ___________________________________________________________________________________

VÖEN-i___________________________________________________________________________________

Əsas fəaliyyət növü ___________________                            ____________ 20 ____ il tarixə

 

Göstəricinin adı

Cəmi

O cümlədən:

yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çox-uşaqlı valideynlər

20 yaşadək gənclər

əlilliyi olan şəxslər

məcburi köçkünlər

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri tərbiyə edən valideynlər [1]

pensiya yaşına iki ildən az qalmış şəxslər

cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər

Göndərişlərin sayı

 

 

 

 

 

 

 

 

Göndəriş üzrə işə qəbul edilənlərin sayı

 

 

 

 

 

 

 

 

Kvota üzrə işə qəbul edilənlərin sayı

 

 

 

 

 

 

 

 

İşdən çıxarılanların sayı

o cümlədən səbəblər üzrə:

 

 

 

 

 

 

 

 

müəssisənin ləğvi

 

 

 

 

 

 

 

 

işçilərin sayının və ya ştatların ixtisarı

 

 

 

 

 

 

 

 

əmək müqaviləsinin müddətinin bitməsi

 

 

 

 

 

 

 

 

öz xahişi ilə

 

 

 

 

 

 

 

 

digər səbəblərdən

 

 

 

 

 

 

 

 

İşdən çıxarılanlarının sayında:

 

 

 

 

 

 

 

 

kvota üzrə işə qəbul olunanlar

 

 

 

 

 

 

 

 

Qeyd

 

İzah

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 noyabr 2021-ci il tarixli 21050000358 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111290358, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 dekabr 2021-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 noyabr 2021-ci il tarixli 21050000358 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111290358, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 dekabr 2021-ci il) ilə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın forması”nın yeddinci sütununda “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status