AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
11.03.2019
QEYDİYYAT NÖMRƏSİ
1951100014
ADI
“Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.04.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201903110014
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.04.2019
“Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

11.03.2019

Qeydiyyat nömrəsi

1951100014

Adı

“Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

02.04.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201903110014

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

01.04.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1951100014

11 mart 2019-cu il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

______________________

İbrahim Alışov

 

 

Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi

Meyarları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Meyarlar “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun) 57-9.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və xarici bankların yerli filiallarının (bundan sonra - banklar) sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarlarını müəyyən edir.

1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Qanunda verilən mənaları ifadə edir.

 

2. Sistem əhəmiyyətliliyinin müəyyən edilməsi

 

2.1. Bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriya, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:

 

N

Kateqoriya

İndikator

Xüsusi çəki (%)

1.

Ölçü

Cəmi aktivlər

40

2.

Şaxələnmə

Bankın maliyyə təşkilatları qarşısındakı öhdəlikləri

6.67

Bankın maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri

6.67

Qiymətli kağızlar üzrə öhdəliklər

6.67

3.

Əvəzolunmazlıq

ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar

20

4.

Mürəkkəblik

Birjadankənar törəmə maliyyə alətləri

10

Ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar

10

 

2.2. Bankın sistem əhəmiyyətliliyinin müəyyən edilməsi üçün indikatorlar üzrə aşağıdakı maliyyə göstəricilərindən istifadə olunur:

2.2.1. cəmi aktivlər - bankların leverec əmsalının hesablanmasında istifadə olunan xalis aktiv və balansdankənar öhdəliklərinin cəmi;

2.2.2. Bankın maliyyə təşkilatları qarşısındakı öhdəlikləri – banklar, bank olmayan kredit təşkilatları, lizinq, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlar qarşısında olan öhdəliklər;

2.2.3. Bankın maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri – banklar, bank olmayan kredit təşkilatları, lizinq, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlara qarşı tələblər;

2.2.4. qiymətli kağızlar üzrə öhdəliklər - banklar tərəfindən buraxılmış qiymətli kağızlar;

2.2.5. ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar - AZİPS (Real Vaxt Rejimində Hesablaşmalar Sistemi) üzərindən aparılmış əməliyyatlar;

2.2.6. birjadankənar törəmə maliyyə alətləri - birjadankənar ticarət edilən törəmə maliyyə alətlərinin (fyuçers, opsion və svop) əvvəlcədən müəyyən olunmuş qiymətlə qalıq dəyəri;

2.2.7. ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar - ticarət üçün saxlanılan qiymətli kağızların ümumi dəyəri.

2.3. Bu Qaydaların 2.1-ci bəndindəki göstəricilərdən istifadə etməklə hər bir bank üzrə sistem əhəmiyyətliliyi indeksi aşağıdakı düsturla hesablanır:

 

 

burada,

SII – bankın sistem əhəmiyyətliliyi indeksi;

 – bankın indikator üzrə ilin sonuna olan göstəricisi;

 – indikatorun bütün banklar üzrə ilin sonuna olan məcmu göstəricisi;

 – hər bir indikatora verilmiş xüsusi çəki;

n – qiymətləndirilmiş indikatorların sayı.

2.4. Bankların 75%-dən çoxunda mövcud olmayan indikatorlar sistem əhəmiyyətliliyi indeksinin hesablanması zamanı ümumi qiymətləndirmədə nəzərə alınmır. Bu zaman digər indikatorların çəki dərəcələri məcmu çəkidən (100%) nəzərə alınmayan indikatorun çəki dərəcələrinin fərqinə bölünməkləəyyən edilir.

2.5. Bankın sistem əhəmiyyətliliyi hər il üçün əvvəlki ilin sonuna olan maliyyə nəticələrinə əsasən qiymətləndirilir.

2.6. Bankın sistem əhəmiyyətliliyi aşağıdakı mərhələlər əsasında müəyyən edilir:

2.6.1. hər bir bank üzrə sistem əhəmiyyətliliyi indeksi hesablandıqdan sonra, həmin indeks 420 baza bəndi ilə müqayisə olunur;

2.6.2. Yekun sistem əhəmiyyətliliyi indeksinin nəticələri 420 baza bəndindən yüksək olan banklar sistem əhəmiyyətli bank siyahısına aid edilir.

2.7. Sistem əhəmiyyətli bankların siyahısı hər il 1 mart tarixinədək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə təsdiq edilir.

2.8. Qərar qəbul edildiyi tarixdən 5 (beş) iş günü ərzində bu barədə məlumat müvafiq sistem əhəmiyyətli banka, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə elektron və poçt bildirişi ilə göndərilir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status