280.000.000
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidentinə aşağıdakıların icrası barədə məlumat verməklə:
iki ay müddətində sudan pullu istifadə qaydalarını hazırlayıb təsdiq etsin;
iki ay müddətində meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin istismara qəbul edilməsi qaydalarını hazırlayıb təsdiq etsin;
öz səlahiyyətləri daxilində “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn digər məsələləri həll etsin.
2-1. Müəyyən edilsin ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
3. Müəyyən edilsin ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlər, o cümlədən həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində və 26-cı maddəsinin üçüncü hissəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
[1]
4. Müəyyən edilsin ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
4-1. Müəyyən edilsin ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.
[2]
5. Müəyyən edilsin ki, meliorasiya və irriqasiya sahəsində yerli icra hakimiyyətləri aşağıdakı səlahiyyətləri həyata keçirirlər:
meliorasiya və irriqasiya sahəsində respublika proqramlarına uğyun olaraq rayon (şəhər) ərazisi üçün meliorasiya və irriqasiya proqramlarını hazırlamaq, təsdiq etmək və onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsində iştirak etmək;
rayon (şəhər) ərazisində təbii fəlakət nəticəsində zədələnmiş və ya dağıdılmış meliorasiya və irriqasiya sistemlərinin bərpa olunması işlərini təşkil etmək.
6. Müəyyən edilsin ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun12-ci maddəsində, 13-cü maddəsində (inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti istisna olmaqla), 16-cı maddəsinin ikinci hissəsində, 18-ci maddəsininbirinci hissəsində, 19-cu maddəsinin birinci hissəsində, 26-cı maddəsinin ikinci hissəsində və 27-ci maddəsinin birinci və üçüncü hissələrində nəzərdə tutulmuş “meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının” funksiyalarını Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
[3]
7. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və su Təsərrüfatı Komitəsinə tapşırılsın ki:
iki ay müddətində meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi razılaşdırılmaqla təsdiq etsin;
üç ay müddətində meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması qaydalarını hazırlayıb Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, “Azərmeşə” İstehsalat Birliyi, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etsin.
[4]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 14 sentyabr 1996-cı il
№ 492
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87)
2.
23 noyabr 2007-ci il tarixli 664 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1112)
3.
31 yanvar 2018-ci il tarixli 1804 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 fevral 2018-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 60)
- 30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 3-cü bənddə "səlahiyyətlər" sözündən sonra ", o cümlədən həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində və 26-cı maddəsinin üçüncü hissəsində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri" sözləri əlavə edilmişdir.
23 noyabr 2007-ci il tarixli 664 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1112) ilə 3-cü bəndindən “(birinci halda)” sözləri çıxarılmışdır.
[2]
30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896) ilə yeni məzmunda 2-1-ci və 4-1-ci hissələr əlavə edilmişdir.
[3]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 6-cı bənddə "13-cü maddəsində" sözləri "13-cü maddəsində (inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti istisna olmaqla)" sözləri ilə, "26-cı maddəsinin ikinci və üçüncü hissələrində" sözləri "26-cı maddəsinin ikinci hissəsində" sözləri ilə, "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir və "14-cü maddəsinin ikinci hissəsində," sözləri çıxarılmışdır.
31 yanvar 2018-ci il tarixli 1804 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 fevral 2018-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 60) ilə 6-cı hissədən “(inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti istisna olmaqla)” sözləri çıxarılmışdır.
[4]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 7-ci bənd çıxarılmışdır.