AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
30.01.2019
QEYDİYYAT NÖMRƏSİ
1951100006
ADI
“Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.02.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.170.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201901300006
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.02.2019
“Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

30.01.2019

Qeydiyyat nömrəsi

1951100006

Adı

“Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.02.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

070.170.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201901300006

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.02.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1951100006

30 yanvar 2019-cu il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

______________________

İbrahim Alışov

 

 

Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 10.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və bank fəaliyyətinə lisenziyaların və icazələrin verilməsi prosesində, həmçinin bankların və ya xarici bankların yerli filiallarının fəaliyyəti dövründə bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim edilən şəxslərin attestasiyadan keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda attestasiyadan keçməli olan bank inzibatçıları (bundan sonra - bank inzibatçıları) dedikdə, bankın idarə heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və ya xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri vəzifələrinə namizəd kimi təqdim olunan şəxslər başa düşülür.

 

2. Attestasiyanın keçirilməsi proseduru

 

2.1. Bank və ya xarici bankın yerli filialının açılmasına bank lisenziyasının verilməsi prosesində ilkin müraciət zamanı, yerli bankın yerli filialının açılmasına icazələrin verilməsi zamanı, habelə bankın və ya xarici bankın yerli filialının fəaliyyətləri dövründə bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim olunan şəxslər barəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

2.1.1. təhsil və əmək fəaliyyəti haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;

2.1.2. namizəd tərəfindən doldurulmuş anket, namizədin bankda və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;

2.1.3. bankın İdarə Heyətinin üzvlüyünə (xarici bankın yerli filialının rəhbərliyinə) təqdim edilən namizədin bankda nəzarət edəcəyi sahə haqqında yazılı məlumat;

2.1.4. namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

2.1.5. inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və müvafiq qaydada rəsmiləşdirilmiş (konsul leqallaşdırması və ya apostilin verilməsi) arayış (yerli bankın yerli filialının açılmasına icazələrin verilməsi zamanı istisna olmaqla);

2.1.6. bankın baş mühasibinə (mühasibat xidmətinin rəhbərinə) münasibətdə peşəkar mühasib sertifikatı.[1]

2.2. Bank və ya xarici bankın yerli filialının açılmasına bank lisenziyasının verilməsi prosesində ilkin müraciət zamanı, habelə yerli bankın yerli filialının açılmasına icazə verilməsi zamanı bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim olunan şəxsin sənədlərinə müsbət baxıldıqda, Palata bu şəxslərin attestasiya yerini və vaxtını təyin edir və attestasiya gününə ən azı 15 (on beş) təqvim günü qalmış bu barədə müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.

2.3. Bank və ya xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün yekun müraciətin edilməsi zamanı attestasiyadan keçmiş bank inzibatçıları arasında dəyişiklik baş verdikdə həmin inzibatçılar barədə bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar təqdim edilməlidir.

2.4. Bank və ya xarici bankın yerli filialının açılmasına bank lisenziyasının, habelə yerli bankın yerli filialının açılmasına icazənin verilməsi prosesində bank inzibatçısı vəzifəsinə təqdim edilən şəxs(lər) müvafiq lisenziyanın və ya icazənin verilməsi üçün Qanunda müəyyən olunmuş müddətdə Palatada attestasiyadan keçməlidirlər.

2.5. Bankın və ya xarici bankın yerli filialının fəaliyyəti dövründə bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim edilən şəxslər haqqında sənədlərə Palatanın müvafiq struktur bölmələri tərəfindən 30 (otuz) təqvim günü müddətində baxılır və rəy müsbət olduqda, sənədlər Palatanın Attestasiya komissiyasına (bundan sonra - Attestasiya komissiyası) təqdim olunur. Attestasiya komissiyası sənədlərin komissiyaya təqdim olunduğu gündən sonrakı təqvim günündən gec olmayaraq attestasiya gününü təyin edir.

2.6. Palata attestasiyanın keçirilmə yeri və vaxtı barədə fəaliyyəti dövründə bank inzibatçısı vəzifəsinə namizədi irəli sürmüş banka və ya xarici bankın yerli filialına attestasiya gününə ən azı 3 (üç) iş günü qalmış qabaqcadan yazılı surətdə məlumat verir.

2.7. Namizədi təqdim edən bankın rəhbər işçisi(ləri) (Müşahidə Şurasının və ya İdarə Heyətinin üzvləri) Palatanın Attestasiya komissiyasının iclasında müşahidəçi qismində iştirak edə bilər.

2.8. Namizəd üzrlü səbəbdən Attestasiya komissiyasının iclasına gəlmədikdə, Attestasiya komissiyası attestasiyanı başqa münasib vaxta keçirir və bu barədə müvafiq banka 3 (üç) iş günü müddətində yazılı məlumat verir.

2.9. Namizəd təyin olunan vaxtda üzrsüz səbəbdən Attestasiya komissiyasının iclasına gəlmədikdə, Attestasiya komissiyası attestasiyanın keçirilməsi gününü 7 (yeddi) təqvim günü müddətinə təxirə salır və bu barədə müvafiq banka yazılı məlumat verir. Bu hal ikinci dəfə təkrar olunduqda həmin şəxs attestasiyadan keçməmiş sayılır.

2.10. Attestasiya sual-cavab üsulu ilə keçirilir.

2.11. Sual-cavabın məqsədi namizədin peşəkarlıq səviyyəsini və onun bilik, savad və məntiqinin iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir.

2.12. Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş xüsusiyyətlərindən asılı olaraq əsasən aşağıdakı sahələr üzrə verilir:

2.12.1. bank fəaliyyəti;

2.12.2. bankların fəaliyyətinə aid hüquqi aktlar;

2.12.3. korporativ idarəetmə;

2.12.4. bank hesabatlılığı və mühasibat uçotu;

2.12.5. bankdaxili nəzarət və audit;

2.12.6. ödəniş sistemləri və informasiya texnologiyaları;

2.12.7. Azərbaycan Respublikasında valyuta tənzimi;

2.12.8. idarəetmə bacarıqları.

2.13. Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu Attestasiya vərəqəsində qeyd olunur (Əlavə 1).

2.14. Attestasiya olunan namizədin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

 

3. Attestasiya komissiyası

 

3.1. Bank inzibatçılarının attestasiyasını Attestasiya komissiyası həyata keçirir.

3.2. Attestasiya komissiyası 7 (yeddi) nəfərdən ibarət sayda Palatanın əməkdaşları sırasından Palatanın İdarə Heyətinin sədrinin qərarı ilə yaradılır. Attestasiya komissiyası daimi əsaslarla fəaliyyət göstərir.

Palatanın İdarə Heyətinin sədri Palatanın əməkdaşları sırasından Attestasiya komissiyasının katibini təyin edir. Attestasiya komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.

3.3. Attestasiya komissiyasının iclaslarında komissiyanın ən azı 5 üzvü iştirak etdikdə səlahiyyətli sayılır.

3.4. Attestasiya komissiyasının işi bu Qaydaların tələblərinə cavab verməli, obyektivlik və qərəzsizlilik şəraitində aparılmalıdır. Komissiya öz qərarını açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda namizəd attestasiyadan keçmiş hesab edilir.

3.5. Attestasiya komissiyası attestasiyanın nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

3.5.1. bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğundur;

3.5.2. bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğun deyil.

3.6. Attestasiyanın nəticələri attestasiya günü elan olunur.

3.7. Attestasiyanın nəticələri iki nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri, katibi və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan Attestasiya vərəqəsi ilə rəsmiləşdirilir. Nüsxələrdən biri Palatada saxlanılır, digəri isə 3 (üç) iş günündən gec olmayaraq müvafiq banka təqdim olunur.

3.8. Attestasiyada iştirak edən bankın rəhbər işçisi(ləri) (Müşahidə Şurasının və ya İdarə Heyətinin üzvləri) attestasiyaya dair öz xüsusi rəyini Attestasiya komissiyasına bildirə bilər. Verilmiş rəy Attestasiya vərəqəsində qeyd edilir.

3.9. Attestasiya namizədin razılığı ilə videoçəkiliş aparılmaqla keçirilir.

 

4. Yekun müddəalar

 

4.1. Attestasiyadan müvəffəqiyyətlə keçmiş şəxs başqa bankda və ya xarici bankın yerli filialında eyni səlahiyyətli vəzifəyə namizəd kimi təqdim olunduqda onun yenidən attestasiyadan keçməsi tələb olunmur. Bu zaman namizəd haqqında bu Qaydaların 2.1-ci bəndində göstərilən sənədlər Palataya təqdim olunur.

4.2. Attestasiyadan müvəffəqiyyətlə keçmiş şəxsin növbəti dövrlərdə bank sistemində ardıcıl 3 il ərzində işləmədiyi hallarda, həmin şəxsin təkrar attestasiyadan keçməsi tələb olunur.

4.3. Barəsində “bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğun deyil” qərarı qəbul edilən şəxsin namizədliyi bu və ya digər bankda və ya xarici bankın yerli filialında eyni inzibatçı vəzifəsinə attestasiya günündən ən azı 3 (üç) ay keçdikdən sonra namizəd kimi təqdim oluna bilər.

4.4. Bu Qaydaların 2.1.6-cı yarımbəndi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.[2]

 

 


 

 

“Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”na Əlavə 1

 

 

ATTESTASİYA VƏRƏQƏSİ

 

 

1. Soyadı, adı, atasının adı__________________________________________________________

2. Doğulduğu il___________________________________________________________________

3. Təhsili barədə məlumatlar________________________________________________________

(haranı və nə vaxt bitirmişdir)

__________________________________________________________________________________

(təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı)

_________________________________________________________________________________

(ixtisasını nə vaxt və harada artırmışdır)

4. Attestasiya keçirilən zaman attestasiya keçənin iddia etdiyi vəzifə______________________

__________________________________________________________________________________

5. Ümumi əmək və bank stajı________________________________________________________

                                                                            (o cümlədən namizədliyi irəli sürülmüş bankda əmək stajı)

6. Əvvəlki attestasiyaların nəticələri__________________________________________________

7. Attestasiya edilən şəxsə verilən suallar və cavablar*.

8. Namizədi təqdim etmiş bank rəhbərinin rəyi________________________________________

__________________________________________________________________________________

9. Attestasiya edilən şəxsin rəyi _____________________________________________________

_________________________________________________________________________________

10. Attestasiyanın nəticələrinə görə qəbul edilmiş qərar_________________________________

_________________________________________________________________________________

Səslərin miqdarı: lehinə _______________                         əlehinə_________________

 

11. Qeyd_________________________________________________________________________

_________________________________________________________________________________

 

Attestasiya komissiyasının sədri                                                        _________________________

                                                                                                                                   (imza)

Attestasiya komissiyasının katibi                                                      _________________________

                                                                                                                                   (imza)

Attestasiya komissiyasının üzvləri                                                    _________________________

                                                                                                                                   (imza)

                                                                                                               __________________________

                                                                                                                                   (imza)

                                                                                                               __________________________

                                                                                                                                    (imza)

                                                                                                               __________________________

                                                                                                                                    (imza)

                                                                                                               __________________________

                                                                                                                                    (imza)

                                                                                                               __________________________

                                                                                                                                    (imza)

 

 

Attestasiyanın keçirilmə tarixi____________________________________

 

 

Attestasiya edilən şəxsə verilən suallar və cavablar.

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 26 iyul 2019-cu il tarixli 1951100029 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



* Sualların və cavabların qısa məzmunu qoşmada verilir.

 



[1] 26 iyul 2019-cu il tarixli 1951100029 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”nın 2.1.5-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.6-cı yarımbənd əlavə edilmişdir.

 

[2] 26 iyul 2019-cu il tarixli 1951100029 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”na 4.4-cü bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status