AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.02.2019
QEYDİYYAT NÖMRƏSİ
52
ADI
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-02-2019, Nəşr Nömrəsi: 38), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2019, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 350)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.02.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201902140052
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.02.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 14 fevral 2019-cu il

     № 52

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Nəzarət-kassa aparatlarının tətbiqi

 

QRAFİKİ

 

Mərhələlər

Təsərrüfat subyektlərinin (obyektlərinin) təsnifatı

Bakı şəhəri

Gəncə şəhəri

Sumqayıt şəhəri

Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad, Naftalan, şəhər və rayonları (kənd və qəsəbələr istisna olmaqla)

Digər rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla)

Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri

1

2

3

4

5

6

7

8

I mərhələ 2019-cu il 1 iyul tarixədək

iri ticarət mərkəzləri (“Mall” tipli)

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

şəbəkə sistemli marketlər

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

yanacaqdoldurma məntəqələri

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

II mərhələ 2019-cu il 1 oktyabr tarixədək

İxtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

şadlıq evləri

2019-cu il 1 iyul tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

mebel satışı üzrə ixtisaslaşmış müəssisələr

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

III mərhələ 2020-ci il 1 yanvar tarixədək

Əlavə Dəyər Vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri)

2020-ci il 1 yanvar tarixədək

2020-ci il 1 yanvar tarixədək

2020-ci il 1 yanvar tarixədək

2020-ci il 1 yanvar tarixədək

2020-ci il 1 yanvar tarixədək

2020-ci il 1 yanvar tarixədək

IV mərhələ 2022-ci il 31 dekabr tarixədək

digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri)

2021-ci il 1 aprel tarixədək

2021-ci il 1 aprel tarixədək

2021-ci il 1 aprel tarixədək

2021-ci il 1 oktyabr tarixədək

2021-ci il 31 dekabr tarixədək

2022-ci il 31 dekabr tarixədək

 

Qeyd.

1. Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir.

2. Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status