AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
16.11.2018
QEYDİYYAT NÖMRƏSİ
1851100013
ADI
“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201811160013
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.11.2018
“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

16.11.2018

Qeydiyyat nömrəsi

1851100013

Adı

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

01.03.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201811160013

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.11.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1851100013

16 noyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

 

Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları

 

1. Ümumi müddəalar

 

Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları (bundan sonra - banklar) üçün məzənnə riskinin tənzimlənməsi məqsədi ilə açıq valyuta mövqeyinin müəyyən edilməsini və ona tətbiq edilən limitləri tənzimləyir.

 

2. Anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. valyuta mövqeyi – bankın xarici valyutada və bank metallarında olan tələb və öhdəlikləri;

2.1.2. açıq valyuta mövqeyi – bankın ayrı - ayrı xarici valyutalarda, habelə bank metallarında balans və balansdankənar tələblərinin (bundan sonra – tələblər) və balans və balansdankənar öhdəliklərinin (bundan sonra – öhdəliklər) məbləğləri arasındakı fərq;

2.1.3. qısa açıq valyuta mövqeyi – bankın hər hansı xarici valyuta öhdəlikləri məbləğinin onun tələbləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi;

2.1.4. uzun açıq valyuta mövqeyi – bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi;

2.1.5. məcmu açıq valyuta mövqeyi – bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq kəmiyyətcə böyük olan göstərici;

2.1.6. qapalı valyuta mövqeyi – bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğinə bərabər olduğu valyuta mövqeyi;

2.1.7. açıq valyuta mövqeyi limiti – açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın məcmu kapitalına nisbəti üzrə bu Qaydalarla müəyyən edilmiş limit;

2.1.8. sərbəst dönərli valyutalar (SDV) – bu Qaydalara 1 saylı Əlavədə göstərilmiş valyutalar;

2.1.9. qapalı valyutalar – bu Qaydalara 1 saylı Əlavədə göstərilmiş valyutalar istisna olmaqla, digər xarici valyutalar;

2.1.10. günün məzənnəsi – açıq valyuta mövqeyinin hesablandığı tarixdə manatın xarici valyutalara nisbətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi və ya rəsmi məzənnə üzrə hesablanmış çarpaz məzənnəsi;

2.1.11. struktur valyuta mövqeyi – valyuta risklərinin bankın kapitalına təsirini minimallaşdırmaq məqsədilə qəbul edilmiş uzunmüddətli valyuta mövqeləridir. Bu cür mövqeyə bankların xaricdə törəməəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya edərək yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər əməliyyatlar üzrə açılmış mövqeləri və s. aid edilir;

2.1.12. hedcləşdirmə – törəmə maliyyə alətləri, habelə forvard müqavilələri vasitəsilə mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin qarşısının alınması.

2.2. Bu Qaydalarda istifadə olunan “xarici valyuta” anlayışı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “bank metalları” anlayışı isə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

 

3. Açıq valyuta mövqeyi üzrə limitlər

 

3.1. Hər bir valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakılar nəzərə alınır:

3.1.1. xalis spot mövqe (müvafiq xarici valyutada cəmi aktivlərdən cəmi öhdəliklər (hesablanmış faizlər daxil olmaqla) çıxılır);

3.1.2. xalis forvard mövqe (forvard müqavilələri üzrə qəbul ediləcək və ödəniləcək məbləğlər arasındakı fərq);

3.1.3. reallaşması dəqiq olan və geri qaytarıla bilməyən qarantiyalar (benefisiar tərəfindən artıq tələb gəlmiş) və ona oxşar alətlər (məsələn, kredit xətləri, akkreditiv və s.).

3.2. Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq olunur:

3.2.1. müddəti bir ilədək olduqda – 20 (iyirmi) faizlə (kreditə konvertasiya əmsalı – 0,2);

3.2.2. müddəti bir ildən çox olduqda – 50 (əlli) faizlə (kreditə konvertasiya əmsalı – 0,5);

3.2.3. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verildikdə – 10 (on) faizlə (kreditə konvertasiya əmsalı – 0,1).

3.3. Açıq valyuta mövqeyi hesablanarkən ehtiyat hesabına balansdan silinmiş və balansdankənar hesablarda uçotu aparılan aktivlər istisna edilir.

3.4. Açıq valyuta mövqeyi hesablanarkən balans aktivləri müvafiq ehtiyatlar (adi və məqsədli ehtiyatlar) çıxılmaqla nəzərə alınır.

3.5. Bank tərəfindən bağlanmış bütün hedcləşdirmə müqavilələri açıq valyuta mövqeyinin hesablanması zamanı nəzərə alınır. Bank tərəfindən hedc müqaviləsi bağlandığı halda, Azərbaycan Respubikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) və Mərkəzi Banka bu barədə məlumat təqdim olunur. Təqdim olunan məlumatın forması Palata tərəfindən müəyyən olunur. Bağlanmış hedc müqaviləsi icra olunmadıqda, bu barədə bank tərəfindən Palataya məlumat verilir və Palatanın müraciəti əsasında hedc müqaviləsi Mərkəzi Bank tərəfindən icra edilə bilər.

3.6. Açıq valyuta mövqeyi hesablanarkən balansdankənar öhdəliklər xalis məbləğdə (depozit hesabındakı vəsaitlərlə və uzunmüddətli öhdəlikləri üzrə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik olan bankların, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 2 (iki) pillə aşağı olan bankların qarantiyaları ilə təmin olunmuş hissə çıxılmaqla) nəzərə alınır.

3.7. Açıq valyuta mövqeyi hesablanarkən struktur valyuta mövqeləri nəzərə alınmır.

3.8. Açıq valyuta mövqeyi bank tərəfindən günlük əsasda sərbəst dönərli və qapalı valyutalar üçün günün məzənnəsi əsasında hesablanır.

3.9. Xarici valyuta məzənnəsinin və bank metallarının dəyərinin dəyişməsi ilə bağlı risklərin məhdudlaşdırılması məqsədi ilə açıq valyuta mövqeyi limiti bu Qaydalara 3 saylı Əlavədəəyyən edilən hədlərdən çox olmamalıdır.

3.10. Açıq valyuta mövqeyi limitləri əməliyyat günü ərzində bankların açdıqları valyuta mövqeləri nəzərə alınmadan yalnız əməliyyat gününün yekun göstəricilərinə şamil edilir.

 

4. Açıq valyuta mövqeyinə dair hesabat

 

4.1. Açıq valyuta mövqeyinə dair günlük, həftəlik və aylıq əsaslarda hazırlanmış hesabatlar bu Qaydalara 2 saylı Əlavədəəyyən edilmiş formada hazırlanır.

4.2. Açıq valyuta mövqeyinə dair günlük hesabat növbəti iş günü saat 15:00-dək, günlər üzrə tərtib olunmuş həftəlik hesabatlar növbəti həftənin ilk iş günü, aylıq hesabatlar növbəti ayın ilk iş günü Palataya təqdim edilir.

4.3. Hesabata həm ölkə daxilində, həm də ölkə xaricində yerləşən filial və şöbələr üzrə icmal məlumatlar daxil edilir. Azərbaycan Respublikası ərazisindən kənarda filial və şöbəyə malik olan banklar, həmçinin bu filial və şöbələrə dair məlumatların əks olunmadığı hesabatı da təqdim edir.

 

5. Yekun müddəalar

 

Bu Qaydalar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.

 


 

 

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na Əlavə 1

 

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın məqsədləri üçün istifadə olunan sərbəst dönərli valyutaların

 

SİYAHISI

 

Emitent ölkə/qurum

Valyutanın adı

İSO kodu

Amerika Birləşmiş Ştatları

ABŞ dolları

USD

Avropa İttifaqı

Avro

EUR

Kanada

Kanada dolları

CAD

Yaponiya

Yapon yeni

JPY

Böyük Britaniya

İngilis funt sterlinqi

GBP

İsveçrə

İsveçrə frankı

CHF

Beynəlxalq Valyuta Fondu

Xüsusi borcalma hüquqları

XDR

Beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutaları

 

 

 

 


 

 

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na Əlavə 2

 

 

Açıq valyuta mövqeyinə dair

H E S A B A T

(_____________20___-__ il)

 

Bankın adı: ____________________________

Məsul şəxs: ___________________________

Telefon: ____________________________

 

Valyuta

Mərkəzi Bankın

məzənnəsi

 

Tələblər

(valyutada)

Öhdəliklər

(valyutada)

Manat

ekvivalentində

Açıq valyuta mövqeyi (AVM)

AVM

əmsalı

Uzun

Qısa

%

Balans üzrə

Balansdan-

Cəmi

Balans üzrə

Balansdan-

Cəmi

Cəmi

Cəmi

Valyuta

AZN

Valyuta

AZN

 

kənar üzrə

kənar üzrə

tələblər

öhdəliklər

USD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EUR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GBP

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

JPY

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CHF

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AUD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CAD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NZD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DKK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SEK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SDR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CNY

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

RUB

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TRY

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NOK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AED

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Valyuta

Mərkəzi Bankın məzənnəsi

məzənnə

 

Tələblər

(valyutada)

Öhdəliklər

(valyutada)

Manat

ekvivalentində

Açıq valyuta mövqeyi (AVM)

AVM

əmsalı

Uzun

Qısa

%

Balans üzrə

Balansdan-

Cəmi

Balans üzrə

Balansdan-

Cəmi

Cəmi

Cəmi

Valyuta

AZN

Valyuta

AZN

 

kənar üzrə

kənar üzrə

tələblər

öhdəliklər

KZT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

UAH

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GEL

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İRR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XAU

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XAG

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XPT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XPD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər valyutalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏ

Cəmi

 

 

 

 

 

 

 

SDV- üzrə

 

 

 

 

 

 

 

Qapalı valyutalar üzrə

 

 

 

 

 

 

 

Qiymətli metallar üzrə

 

 

 

 

 

 

 

Hesabat tarixinə bankın məcmu kapitalı:

 

SDV üzrə məcmu AVM

 

 

 

 

 

 

 

Qeyd: (Struktur valyuta mövqeyi barədə məlumat)

Qapalı valyuta üzrə məcmu AVM

 

 

 

 

 

 

 

Məcmu AVM

 

 

 

 

 

 

 

 

 


 

 

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na Əlavə 3

 

 

Açıq valyuta mövqeyi

SDV üzrə

Qapalı valyutalar üzrə

Bank metalları üzrə

Uzun açıq valyuta mövqeyi (bir valyuta üzrə)

10%

7%

 

Qısa açıq valyuta mövqeyi (bir valyuta üzrə)

10%

7%

 

Məcmu uzun açıq valyuta mövqeyi

20%

14%

3 %

Məcmu qısa açıq valyuta mövqeyi

20%

14%

3 %

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status