AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
08.10.2018
QEYDİYYAT NÖMRƏSİ
1851100009
ADI
“Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201810080009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.10.2018
“Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

08.10.2018

Qeydiyyat nömrəsi

1851100009

Adı

Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması Qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201810080009

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.10.2018

 

 

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 569-VQD nömrəli Qanununun tətbiqi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 aprel tarixli 1336 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A A L I R:

 

1. “Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

 

Qərar № 1851100009

 

“08” oktyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması

Qaydaları

 

1.    Ümumi müddəalar

 

1.1.    Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 57-5.4.1-ci və 57-8.5-ci maddələrinə və Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq hazırlanmış və Qanunun 57.6-cı maddəsində göstərilmiş tədbirlərdən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması qaydalarını və metodologiyasını, habelə körpü bankın satışı üçün başlanğıc qiymətin müəyyən olunması metodologiyasını müəyyən edir.

1.2.   Qiymətləndirmə müvəqqəti inzibatçı tərəfindən həyata keçirilir. Müvəqqəti inzibatçı qiymətləndirmə prosesinə kənar qiymətləndirici cəlb edə bilər.

 

2.    Anlayışlar

 

2.1.    Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.      qiymətləndirici – aktiv və öhdəliklərin qiymətləndirilməsini obyektiv və müstəqil şəkildə həyata keçirə bilən ixtisaslı və təcrübəli fiziki və ya hüquqi şəxs və ya şəxslər;

2.1.2.      standart kredit – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata) normativ xarakterli aktları ilə standart aktiv kimi təsnifləşdirilmiş kredit;

2.1.3.      qeyri-standart kredit – Palatanın normativ xarakterli aktları ilə qeyri-standart aktiv kimi təsnifləşdirilmiş kredit;

2.1.4.      təminatlı kredit – bu Qaydaların məqsədləri üçün təminatı qismində aşağıdakı təminat növləri çıxış edən kredit:

2.1.4.1.banka girov qoyulmuş milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri;

2.1.4.2.Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası;

2.1.4.3.beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinqinə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra – İƏİT) ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

2.1.4.4.banka girov qoyulmuş bank metalları və qiymətli metallar;

2.1.4.5.beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

2.1.4.6.İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar.

2.1.4.7.Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən verilmiş qarantiyalar (zaminlik);

2.1.4.8.Bakı Fond Birjasında alınıb-satılan və ya İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik şirkətlərin buraxdığı qiymətli kağızlar;

2.1.4.9.Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar;

2.1.4.10.     daşınmaz əmlak;

2.1.4.11.     avtonəqliyyat vasitələri.

2.1.5.          premium – bankın bazar dəyərinin bankda uçotu aparılmış və ya uçotu aparılmamış (tam amortizasiya olunmuş, lakin istismara yararlı aktivlər) xalis maddi və qeyri-maddi aktivlərin cəmindən böyük olan fərqi;

2.1.6.          müvəqqəti inzibatçının (ləğvedicinin) xərcləri – bu Qaydalara 1 saylı əlavəyə uyğun olaraq müəyyən edilən müvəqqəti inzibatçının (ləğvedicinin) ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası (ləğvedilməsi) üzrə çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onun əmək haqqı, məhkəmə, səyahət, peşəkar qiymətləndirici xidməti, audit xidməti və alınmış digər xidmətlər üzrə xərcləri;

2.1.7.      son qalıq dəyəri – aktivin təqdim edilmə dəyərindən onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıqdan sonra əldə oluna biləcək dəyəri;

2.1.8.      təqdim edilmə dəyəri – aktivin faydalı istismar müddətinin sonunda onun sahibinə ehtimal olunan ödəniləcək dəyər;

2.1.9.      müasir ekvivalent aktiv – qiymətləndirilən aktivlə oxşar funksiya və faydalılığa malik olan müasir materiallar və texnika ilə yaradılmış (tikilmiş, dizayn edilmiş və s.) aktiv;

2.2.   Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda verilən mənaları ifadə edir.

 

3.      İtkilər və xərclər baxımından daha sərfəli olan rezolyusiya metodunun seçilməsi

 

3.1.   İtkilər və xərclər baxımından daha sərfəli olan rezolyusiya metodu xərclərin əsaslandırılması və onların müqayisəli təhlili əsasında seçilir. Xərclərin əsaslandırılması və onların müqayisəli təhlili aşağıdakı ardıcıllıqla aparılır:

3.1.1. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin qiymətləndirilməsi;

3.1.2. qiymətləndirmə əsasında bu Qaydalara 1 saylı əlavədə müəyyən edilmiş qaydada hər bir rezolyusiya metodu üzrə xərclərin müəyyən edilməsi;

3.1.3. hər bir rezolyusiya metodu üzrə müəyyən edilmiş xərclərin müqayisə edilməsi;

3.1.4. tətbiqi ən aşağı xərc yaradan rezolyusiya metodunun seçilməsi.

 

4.               Aktivlərin qiymətləndirilməsi

 

4.1.       Qiymətləndirilən aktivin növündən və xüsusiyyətindən asılı olaraq aşağıdakı qiymətləndirmə yanaşmalarından biri və ya bir neçəsi tətbiq edilə bilər:

4.1.1.      Bazar yanaşması – aktivin dəyərinin bazarda mövcud olan eyni və ya oxşar növlü aktivlərin müqayisəsi əsasında müəyyən edilməsi;

4.1.2.      Gəlir yanaşması – aktivin dəyərinin aktiv üzrə gələcəkdə ehtimal olunan pul vəsaitlərinin xalis bugünkü dəyərinin hesablanması əsasında müəyyən edilməsi;

4.1.3.      Xərc yanaşması – aktivin dəyərinin alıcı tərəfindən eyni faydalılığa malik aktivin əldə edilməsinə (alınmasına, tikilməsinə və s.) çəkiləcək xərcdən çox olmaması prinsipi əsasında müəyyən edilməsi.

4.2.             Müvəqqəti inzibatçı (qiymətləndirici) tərəfindən yanaşma və metodların seçilməsində ən azı aşağıdakılar nəzərə alınmalıdır:

4.2.1. müəyyən aktiv növünün qiymətləndirilməsi üçün mümkün qiymətləndirmə yanaşmaları və metodlarının güclü və zəif cəhətləri;

4.2.2.  bazarda müvafiq aktivlərin qiymətləndirilməsi üçün istifadə olunan yanaşma və metodlara uyğunluğu;

4.2.3.  metodun (metodların) tətbiqi üçün tələb olunan etibarlı məlumatların mövcudluğu.

 

5.    Bazar yanaşması

 

5.1.       Aktivin qiymətləndirilməsi zamanı bazar yanaşması aşağıdakı hallarda tətbiq olunur:

5.1.1.       qiymətləndirilən aktivin son 6 ay ərzində əldə edilmiş olması;

5.1.2.      qiymətləndirilən aktivin və ya oxşar aktivin bazarda kütləvi ticarət olunması;

5.1.3.      oxşar aktiv üzrə son 6 (altı) ay ərzində əməliyyatların müşahidə olması.

5.2.       Aktivin bazar yanaşması vasitəsilə qiymətləndirilməsi üçün aşağıdakı metodlardan istifadə edilir:

5.2.1.      müqayisə edilə bilən əməliyyatlar metodu – aktivin qiymətinin qiymətləndirmə predmeti olan aktivin eynisi və ya oxşarı olan aktivlər üzrə aparılmış fərdi əməliyyatlara dair məlumatlardan istifadə edərək müəyyən edilməsi;

5.2.2.      kütləvi müqayisəli əməliyyat metodu – aktivin qiymətinin qiymətləndirmə predmeti olan aktivin eynisi və ya oxşarı olan kütləvi ticarət edilən aktivlər barəsində aparılmış əməliyyatlara dair məlumatlardan istifadə edərək müəyyən edilməsi.

5.3.       Müqayisə edilə bilən əməliyyatlar metodu aşağıdakı qaydada tətbiq olunur:

5.3.1.      bazarda istifadə olunan müqayisə vahidlərinin (aktivin eynisi və ya oxşarı olan aktivlərin) müəyyənləşdirilməsi;

5.3.2.      müqayisə vahidləri üzrə qiymətlərin müəyyənləşdirilməsi;

5.3.3.      müqayisə edilə bilən aktivlərlə qiymətləndirilən aktiv arasında kəmiyyət və keyfiyyət baxımından oxşar və fərqli cəhətlərinin müqayisəli təhlilinin aparılması;

5.3.4.      qiymətləndirilən aktivlə oxşar aktivlər arasında fərqlər olduqda, qiymətlərə zəruri dəyişikliklərin edilməsi;

5.3.5.      dəyişiklik edilmiş qiymətin aktivə tətbiqi;

5.3.6.      çoxsaylı qiymətlərdən istifadə olunduqda nəticələrin uzlaşdırılması.

5.4.       Kütləvi müqayisəli əməliyyat metodu aşağıdakı qaydada tətbiq olunur:

5.4.1.      kütləvi təklif edilən və müqayisə edilə bilən aktivlərin və həmin aktivlər üzrə qiymətlərin müəyyənləşdirilməsi;

5.4.2.      kütləvi təklif edilən və müqayisə edilə bilən aktivlərin qiymətləndirilən aktivlə bağlı məlumatlar arasında kəmiyyət və keyfiyyət baxımından oxşar və fərqli cəhətlərinin müqayisəli təhlilinin aparılması;

5.4.3.      qiymətləndirilən aktivlə kütləvi təklif edilən aktivlər arasında fərqlər olduqda qiymətlərə zəruri dəyişikliklərin edilməsi;

5.4.4.      dəyişiklik edilmiş qiymətin aktivə tətbiqi;

5.4.5.      çoxsaylı qiymətlərdən istifadə olunduqda nəticələrin uzlaşdırılması.

 

6.    Gəlir yanaşması

 

6.1.              Aktivin qiymətləndirilməsi zamanı gəlir yanaşması aşağıdakı hallarda tətbiq olunur:

6.1.1.        aktivin gəlir yaratmaq qabiliyyəti onun qiymətinə mühüm təsir edən amil hesab edildikdə;

6.1.2.        qiymətləndirilən aktivin gəlir məbləği və vaxtı ilə bağlı proqnozlar olduqda və müqayisə üçün kifayət qədər aktiv mövcud olmadıqda.

6.2.              Gəlir yanaşmasının tətbiqi ilə bağlı Diskontlaşdırılmış Pul Axını (bundan sonra – DPA) metodu tətbiq edilir. DPA metodu gələcək pul axınının cari tarixə diskontlaşdırılmasına əsaslanır.

6.3.              DPA metodu aşağıdakı qaydada tətbiq edilir:

6.3.1.        qiymətləndirilən aktivin xüsusiyyətinə görə pul axınının ən uyğun növünün seçilməsi (məsələn, vergilər цdənilənədək və ya vergilər цdənildikdən sonrakı pul axını, məcmu pul axınları, real və ya nominal pul axını və s.);

6.3.2.        pul axınının ən uyğun proqnozlaşdırıla bilən müddətinin müəyyənləşdirilməsi;

6.3.3.        bu Qaydaların 6.3.2-ci yarımbəndində qeyd olunan müddət üçün pul axınlarının proqnozunun hazırlanması;

6.3.4.       bu Qaydaların 6.3.2-ci yarımbəndində qeyd olunan müddətin sonuna qiymətləndirmə predmeti olan aktivin son qalıq dəyərinin müəyyən edilməsi;

6.3.5.       uyğun diskont faiz dərəcəsinin müəyyənləşdirilməsi;

6.3.6.       aktivin son qalıq dəyəri də daxil olmaqla proqnozlaşdırılmış pul axınlarına diskont faiz dərəcəsinin tətbiqi.

6.4.   Diskont faiz dərəcəsi müvəqqəti inzibatçının təqdimatı əsasında Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.

 

7.    Xərc yanaşması

 

7.1.             Bu yanaşma aktivin əvəzetmə və ya təkrar istehsal xərclərini hesablamaqla və amortizasiya xərclərini çıxmaqla dəyərini müəyyən edir.

7.2.             Xərc yanaşması aşağıdakı hallarda tətbiq olunur:

7.2.1.       tənzimləyici və hüquqi məhdudiyyətlər olmadan qiymətləndirilən aktivlə eyni faydalılığa malik aktivin kifayət qədər tez formalaşdırılması mümkün olduqda;

7.2.2.       aktiv birbaşa gəlir yaratmadıqda və aktivin xüsusiyyəti gəlir və ya bazar yanaşmasından istifadəyə imkan vermədikdə.

7.3.             Aktivin xərc yanaşması vasitəsilə qiymətləndirilməsi üçün aşağıdakı metodlardan istifadə edilir:

7.3.1.       əvəzetmə xərc metodu - aktivin eyni faydalılığa malik digər aktivlə əvəz edilməsi nəticəsində çəkiləcək xərc əsasında qiymətin müəyyənləşdirilməsi;

7.3.2.       təkrar istehsal xərci metodu - aktivin dəyərinin onun eynisinin istehsalı üçün lazım olan xərcləri hesablamaqla müəyyənləşdirilməsi. Metod müasir ekvivalent aktivin xərci qiymətləndirilən aktivin eynisinin yaradılmasına çəkilən xərcdən çox olduqda və ya aktivin eynisindən əldə edilən faydalılıq müasir ekvivalent aktivdən əldə edilən faydalılıqdan çox olduğu halda tətbiq olunur;

7.3.3.       toplama metodu - aktivin dəyərinin onun hissələrinin dəyərinin toplanması əsasında müəyyənləşdirilməsi.

7.4.             Əvəzetmə xərc metodu aşağıdakı qaydada tətbiq olunur:

7.4.1.       qiymətləndirilən aktivlə eyni faydalılığa malik olan aktivin yaradılması ilə bağlı çəkilən bütün xərcin hesablanması;

7.4.2.       qiymətləndirilən aktivin amortizasiya xərcinin müəyyənləşdirilməsi;

7.4.3.       qiymətləndirilən aktivin dəyərinin müəyyənləşdirilməsi üçün ümumi xərcdən amortizasiya xərclərinin çıxılması.

7.5.             Təkrar istehsal xərc metodu aşağıdakı qaydada tətbiq olunur:

7.5.1.       qiymətləndirilən aktivin eynisinin yaradılması ilə bağlı çəkilən bütün xərcin hesablanması;

7.5.2.       qiymətləndirilən aktivin amortizasiya xərcinin müəyyənləşdirilməsi;

7.5.3.       qiymətləndirilən aktivin dəyərinin müəyyənləşdirilməsi üçün ümumi xərcdən amortizasiya xərclərinin çıxılması.

7.6.             Toplama metodu aşağıdakı qaydada tətbiq olunur:

7.6.1.       aktivin hissələrinin dəyərinin bu Qaydalarla müəyyən edilmiş yanaşma və metodlarla müəyyənləşdirilməsi;

7.6.2.       qiymətləndirilən aktivin hissələrinin dəyərinin toplanması.

 

8.    Öhdəliklərin qiymətləndirilməsi

 

8.1.       Öhdəliklərin qiymətləndirilmiş dəyəri onun balans dəyərinə bərabər götürülür.

 

9.         Körpü bankın satışı üçün başlanğıc qiymətin müəyyən olunması

 

9.1.       Körpü bankın satışı üçün başlanğıc qiymət aşağıdakı düsturla müəyyən edilir:

 

Burada: SV – körpü bankın satışı üçün başlanğıc qiymət, EVA –       körpü bankın aktivlərinin bu Qaydalarla müəyyən edilmiş metodologiya əsasında qiymətləndirilmiş dəyəri, EVL – körpü bankın öhdəliklərinin bu Qaydalarla müəyyən edilmiş metodologiya əsasında qiymətləndirilmiş dəyəri, PR – körpü bank üçün müəyyən edilmiş premiumdur (olduğu halda).

9.2.       Müvəqqəti inzibatçı (qiymətləndirici) körpü bankın premiumunu ən azı aşağıdakılar nəzərə alınmaqla müəyyən edir:

9.2.1.      bankın filial şəbəkəsi;

9.2.2.      bankın informasiya texnologiyaları sistemi;

9.2.3.      bank əməkdaşlarının təcrübəsi, məhsuldarlığı və oxşar banklarla müqayisədə üstünlüyü;

9.2.4.      kredit və depozit portfelinin bankın sağlam böyüməsinə gözlənilən faydası.

 


 

“Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin

əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması

Qaydaları”na Əlavə 1

 

 

Hər bir rezolyusiya metodu üzrə xərcinin hesablanması qaydası

 

1.    Hər bir rezolyusiya metodu üzrə xərclər aşağıdakı şəkildə hesablanır:

1.1.       ödəmə qabiliyyətini itirmiş bankın aktivləri aşağıdakı növlər üzrə təsnifləşdirilir:

1.1.1.           kredit portfeli:

1.1.1.1.     standart kreditlər;

1.1.1.2.     qeyri-standart təminatsız kreditlər;

1.1.1.3.     qeyri-standart təminatlı kreditlər.

1.1.2.           daşınmaz əmlak;

1.1.3.           inşası tamamlanmamış tikililər;

1.1.4.           daşınar əmlak;

1.1.5.           qiymətli kağızlar;

1.1.6.           nağd pul vəsaitləri və onların ekvivalentləri, habelə müxbir hesab qalıqları;

1.1.7.           törəmə təsərrüfat cəmiyyətlərində və digər təsərrüfat cəmiyyətlərində iştiraklar;

1.1.8.           qeyri-maddi aktivlər;

1.1.9.           digər aktivlər.

1.2.       bu Qaydalara 1 saylı əlavənin 2-ci bəndində müəyyən edilmiş qaydada hər bir rezolyusiya metodunun dəyəri hesablanır;

1.3.       rezolyusiya metodunun dəyəri əsasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – Fond) və sığortalanmış əmanətlər istisna olmaqla digər kreditorların (bundan sonra – kreditorlar) xərci müəyyən edilir.

1.4.   Fondun xərci aşağıdakı qaydada hesablanır:

1.4.1.      rezolyusiya metodunun dəyəri sıfırdan aşağı olduğu halda, Fondun xərci bu məbləğə bərabər götürülür;

1.4.2.      rezolyusiya metodunun dəyəri sıfıra bərabər və ya sıfırdan böyük olduğu halda, Fondun xərci sıfıra bərabər götürülür.

1.5.   Kreditorların xərci aşağıdakı qaydada hesablanır:

1.5.1.      rezolyusiya metodunun dəyəri sıfırdan aşağı olduğu halda, kreditorların xərci onların kredit tələbinin balans dəyərinə bərabər götürülür;

1.5.2.      rezolyusiya metodunun dəyəri sıfıra bərabər və ya sıfırdan böyük olduğu halda, kreditorların xərci onların kredit tələbinin balans dəyəri ilə rezolyusiya metodunun dəyərinin fərqinə bərabər götürülür.

2. Hər bir rezolyusiya metodonun dəyərinin hesablanması aşağıdakı düsturla aparılır:

2.1.   ödəmə qabiliyyətini itirmiş bankın ləğvi metodunun dəyəri:

 

  

 

Burada: VM – rezolyusiya metodunun dəyəri, LVAL – ləğvediciyə köçürüləcək aktivlərin realizasiyasından gözlənilən gəlir, ID – sığortalanmış əmanətlərin qiymətləndirilmiş dəyəri, EXPL – ləğvedicinin xərcləri, EXPM – müvəqqəti inzibatçının xərcləri, Aj – j-ci aktiv növü üzrə aktivlərin qiymətləndirilmiş dəyəri, dj – j-ci aktiv növü üzrə diskont faiz dərəcəsi, n – aktiv növlərinin sayı, t – zamandır.

2.2.   ödəmə qabiliyyətini itirmiş bankın digər rezolyusiya metodlarının dəyəri:

Burada: VM – rezolyusiya metodunun dəyəri, LVAİ – alıcı banka, körpü banka və ya investora köçürüləcək aktivlərin diskontlaşdırılmış dəyəri, LVAL – ləğvediciyə köçürüləcək aktivlərin realizasiyasından gözlənilən gəlir, PR – alıcı bank və ya investor tərəfindən ödəniləcək premium, ID – sığortalanmış əmanətlərin qiymətləndirilmiş dəyəri, EXPL – ləğvedicinin xərcləri, EXPM – müvəqqəti inzibatçının xərcləri, Aj – j-ci aktiv növü üzrə aktivlərin qiymətləndirilmiş dəyəri, dj – j-ci aktiv növü üzrə diskont faiz dərəcəsi, kj - j-ci aktiv növü üzrə alıcı banka və ya körpü banka köçürüləcək aktivlərin nisbəti, n – aktiv növlərinin sayı, t – zamandır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status