×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.11.1997
QEYDİYYAT NÖMRƏSİ
130
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarların qüvvəsini itirmiş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1997, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 445)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarların qüvvəsini itirmiş hesab edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarların qüvvəsini itirmiş hesab edilməsi barədə

 Azərbaycan Respublİkası NAZİRLƏR KABİNETİNİN Qərarı

 

«Dövlət yol fondu haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası  Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli, 623 nömrəli Fərmanının icrası ilə  əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Azərbaycan SSR-in yerli avtomobil yollarının təmiri və tikintisinin yaxşılaşdırılması tədbirləri haqqında» Azərbaycan SSR Nazirlər  Sovetinin 1966-cı il 12 mart tarixli 141 nömrəli qərarı, 5-ci bəndi istisna olmaqla qüvvədən düşmüş hesab edilsin.

 2. «Azərbaycan SSR-də yol tikintisinin gələcək inkişafı barədə» Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 10  sentyabr tarixli 391 nömrəli qərarının 3-cü bəndi çıxarılsın.

 3. Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 12 mart tarixli 141 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan  SSR Nazirlər Sovetinin 1980-ci il 26 noyabr tarixli 476 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

 4. «Azərbaycan SSR avtomobil yollarının vəziyyəti və istismarının gələcək yaxşılaşdırılması tədbirləri barədə» Azərbaycan SSR Nazirlər  Sovetinin 1986-ci il 11 avqust tarixli 256 nömrəli qərarının 7-ci bəndi çıxarılsın.

 5. «Azərbaycan Respublikası Dövlət yol fondunun yaradılması və istifadə edilməsi qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 1994-cü il 10 may tarixli, 183 nömrəli qərarının 1-ci bəndi və 5-ci bəndinin 4-cü abzasında «Ali Sovetin təsdiqinə verilməsi üçün»  sözləri çıxarılsın.

 6. «Azərbaycan Respublikasının Dövlət Yol Fonduna vergilərin daxil olmasının tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 1996-cı il 17 dekabr tarixli 180 nömrəli qərarının 4-cü bəndinin, 4, 5, 6 və 7-ci abzasları çıxarılsın.

 

 Azərbaycan Respublikasının Baş naziri 

A. RASİZADƏ

Bakı şəhəri, 18 noyabr 1997-ci il

                    № 130

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status