×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.07.2018
QEYDİYYAT NÖMRƏSİ
292
ADI
“Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-07-2018, Nəşr Nömrəsi: 153), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1626)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201807120292
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.07.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [2]

1. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

2.1. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 440; 2014, № 12, maddə 1680; 2018, № 1, maddə 123);

2.2. “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 28; 2015, № 6, maddə 785; 2016, № 2 (II kitab), maddə 368, № 4, maddə 783, № 6, maddə 1216);

2.3. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 438; 2014, № 5, maddə 588);

2.4. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 314 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1604).

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [3]

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

 

Bakı şəhəri, 12 iyul 2018-ci il

                   № 292

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 12 iyul tarixli 292 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI [4]

 

1. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti.

2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

4. “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti. [5]

5. “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti. [6]

6. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti. [7]

7. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti.

8. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

9. “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

10. “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

11. “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs. [8]

12. “Yüksək Texnologiyalar Parkı-“YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti.

13. “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs.

14. Məlumat Hesablama Mərkəzi.

15. Nəqliyyat Təlim-Tədrisi Mərkəzi

16. Dövlət Radiotezliklər İdarəsi.

17. “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi.

18. “Rabitəçi” İstirahət Bazası.

19. Yardımçı Kənd Təsərrüfatı və Xidmət İdarəsi.

20. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs. [9]

21. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs. [10]

22. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyindəki qurumlar: [11]

22.1. Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxs.

23. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki qurumlar:

23.1. “Az-Euro Tel” Məhdud Məsuliyyətli Cəmiyyəti;

23.2. Bakı Avtomat Telefon Qovşağı;

23.3. Layihə Axtarış Kontoru;

23.4. Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi.

24. Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos). [12]

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 noyabr 2021-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1276)

2.       30 aprel 2022-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2022-ci il, № 93,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 425)

3.       18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555)

4.       17 sentyabr 2022-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 19 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 20 sentyabr 2022-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1092)

5.       31 oktyabr 2022-ci il tarixli 400 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 1 noyabr 2022-ci il, “Xalq” qəzeti, 3 noyabr 2022-ci il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1226)

6.       4 may 2023-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 noyabr 2021-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1276) ilə qərarın adında və 1-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 17 sentyabr 2022-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 19 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 20 sentyabr 2022-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1092) ilə preambulada “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[3] 4 may 2023-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93) ilə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

 

[4] 17 noyabr 2021-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1276) ilə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” üzrə adında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 4 may 2023-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93) ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4-cü, 14-cü və “Qeyd” hissələri ləğv edilmişdir.

 

[6] 30 aprel 2022-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2022-ci il, № 93,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 425) ilə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 5-ci və 15-ci hissələri ləğv edilmişdir.

 

[7] 17 noyabr 2021-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 noyabr 2021-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1276) ilə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 6-cı hissəsi ləğv edilmişdir.

 

[8] 4 may 2023-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93) ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda 11-ci və 13-cü hissələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11. “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.

13. Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi.

 

[9] 30 aprel 2022-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2022-ci il, № 93,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 425) ilə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 20-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

20. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyindəki qurumlar:

20.1. “Nəqliyyat-Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.2. “1 saylı Gəncə Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.3. “2 saylı Quba Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.4. “3 saylı Şirvan Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.5. “4 saylı Lənkəran Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.6. “5 saylı Yevlax Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.7. “6 saylı Şəki Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.8. “7 saylı Göyçay Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.9. “8 saylı Sumqayıt Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.10. “9 saylı Ucar Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.11. “10 saylı Şəmkir Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.12. “11 saylı Tovuz Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.13. “12 saylı Beyləqan Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.14. “13 saylı Cəlilabad Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.15. “14 saylı Şamaxı Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

20.16. “15 saylı Mingəçevir Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti.

 

[10] 18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda 21-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

21. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyindəki qurumlar:

21.1. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi;

21.2. Nəqliyyat və Texniki-Təminat İdarəsi.

 

[11] 18 may 2022-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 555) ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda 22-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[12] 31 oktyabr 2022-ci il tarixli 400 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 1 noyabr 2022-ci il, “Xalq” qəzeti, 3 noyabr 2022-ci il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1226) ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na yeni məzmunda 24-cü hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status