“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 7 iyun 2018-ci il
№ 255
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
|
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
SİYAHISI
1. Təhsil müəssisələri:
1.1. Azərbaycan Turizm və Menecment Universiteti;
1.2. Bakı Turizm Peşə Məktəbi;
1.3. Mingəçevir Turizm Kolleci.
2. Dövlət qoruqları:
2.1. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
2.2. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
2.3. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
2.4. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;
2.5. “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
2.6. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);
[1]
2.7. “Kiş” Tarix-Memarlıq Qoruğu;
2.8. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu.
[2]
3. Turizm İnformasiya mərkəzləri:
[3]
3.1. Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);
3.2. Şamaxı Turizm İnformasiya Mərkəzi;
3.3. Xaçmaz Turizm İnformasiya Mərkəzi;
3.4. Quba Turizm İnformasiya Mərkəzi;
3.5. Lənkəran Turizm İnformasiya Mərkəzi;
3.6. Gəncə Turizm İnformasiya Mərkəzi;
3.7. Şəki Turizm İnformasiya Mərkəzi;
3.8. Zaqatala Turizm İnformasiya Mərkəzi;
3.9. Qəbələ Turizm İnformasiya Mərkəzi;
3.10. İsmayıllı Turizm İnformasiya Mərkəzi;
3.11. Bərdə Turizm İnformasiya Mərkəzi.
4. Təsərrüfathesablı qurumlar:
4.1. “Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;
4.2. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;
[4]
4.3. “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti;
4.4. “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs.
[5]
5. Digər qurumlar:
5.1. Milli Kulinariya Mərkəzi.
5.2. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları idarəetmə Mərkəzi.
[6]
5.3. Lahıc Tarix-Diyarşünaslıq Muzeyi.
5.4. Şəki Tarix-Diyarşünaslıq Muzeyi.
5.5. Şəki Xalq Tətbiqi Sənəti Muzeyi.
5.6. Şəki Dövlət Rəsm Qalereyası.
5.7. Basqal qəsəbə Mədəniyyət Evi.
5.8. Xınalıq kənd Mədəniyyət Evi.
[7]
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 sentyabr 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2018-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1909)
2.
15 fevral 2019-cu il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2019-cu il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 352)
3.
11 aprel 2019-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2019-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 754)
4.
14 avqust 2019-cu il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 avqust 2019-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1462)
5.
13 iyun 2020-ci il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 793)
6.
30 sentyabr 2020-ci il tarixli 363 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1235)
7.
17 fevral 2023-cü il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 fevral 2023-cü il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 iyun 2020-ci il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 793) ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 2.6-cı bəndində “Dövlət” sözü “Milli” sözü ilə əvəz edilmişdir.
[2]
30 sentyabr 2020-ci il tarixli 363 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1235) ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 2.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.8-ci bənd əlavə edilmişdir.
[3]
17 fevral 2023-cü il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 fevral 2023-cü il) ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 3-cü hissəsi ləğv edilmişdir.
[4]
10 sentyabr 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2018-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1909) ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.2-ci bəndi ləğv edilmişdir.
[5]
15 fevral 2019-cu il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2019-cu il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 352) ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.4-cü bənd əlavə edilmişdir.
[6]
11 aprel 2019-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2019-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 754) ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na yeni məzmunda 5.2-ci bənd əlavə edilmişdir.
[7]
14 avqust 2019-cu il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 avqust 2019-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1462) ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na yeni məzmunda 5.3-5.8-ci bəndlər əlavə edilmişdir.