AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
03.04.2018
QEYDİYYAT NÖMRƏSİ
1058-VQD
ADI
“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-05-2018, Nəşr nömrəsi: 117), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2018, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 849)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.05.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201804031058
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.05.2018
“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22) 36-cı maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2018-ci il

№ 1058-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status