Birləşmiş Millətlər Təşkilatının «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasını və onu tamamlayan «İnsan, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması və aradan qaldırılması, buna görə cəza verilməsi haqqında» və «Mühacirlərin quru, hava və dənizlə qeyri-qanuni daşınmasına qarşı» protokolları imzalamaq səlahiyyətinin verilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
1. 2000-ci il dekabrın 12—15-də İtaliyanın Palermo şəhərində keçiriləcək Konfrans zamanı Birləşmiş Millətlər Təşkilatının «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasını və onu tamamlayan «İnsan, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması və aradan qaldırılması, buna görə cəza verilməsi haqqında» və «Mühacirlərin quru, hava və dənizlə qeyri-qanuni daşınmasına qarşı» protokolları Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Konvensiyanı və onu tamamlayan protokolları imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədova verilməsi barədə BMT-yə və İtaliyanın Xarici İşlər Nazirliyinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 11 noyabr 2000-ci il
№ 567