"Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
kiçik sahibkarlığa dövlət köməyinə dair tədbirlər barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 5-ci maddəsinə müvafiq olaraq kiçik sahibkarlıq subyektlərinin vergitutma məsələlərinin həlli üçün statistik və mühasibat hesabatlarının aparılmasının sadələşdirilmiş qayda və formalarını hazırlayıb təsdiq etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 8-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq kiçik sahibkarlıq subyektlərinə maliyyə qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədilə kredit təminatı fonduna dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 13-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq kiçik sahibkarlıq subyektlərinin dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə sifarişlərin yerinə yetirilməsində iştirakı qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri hüdudlarında "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Kiçik sahibkarlığa dövlət köməyə haqqında" Azərbaycan Respublikası Qanununun:
8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[2]
4-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
[3]
5-ci maddəsində, 7-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında "proqramları" sözündən sonra və 13-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[4]
7-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında "qaydada" sözündən sonra nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın və 12-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;
[5]
7-ci maddəsinin 2-ci hissəsində və 13-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər;
8-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hər ay məlumat verməklə həyata keçirir;
10-cu maddəsinin 3-cü hissəsində, 16-cı maddəsinin 2-ci hissəsində və 16-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
11-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər;
[6]
14-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi öz səlahiyyətləri hüdudlarında həyata keçirir.
[7]
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 4 avqust 1999-cu il
№ 171
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2.
23 oktyabr 2003-cü il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 573)
3.
28 dekabr 2007-ci il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1246)
4.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
5.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
6.
1 iyun 2020-ci il tarixli 1044 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 686)
7.
4 avqust 2022-ci il tarixli 1803 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 863)
8.
26 yanvar 2023-cü il tarixli 2001 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 26 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti 27 yanvar 2023-cü il, № 18)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 yanvar 2023-cü il tarixli 2001 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 26 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti 27 yanvar 2023-cü il, № 18) ilə ləğv edilmişdir.
[2]
23 oktyabr 2003-cü il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 573) ilə 2-ci bəndə yeni ikinci abzas əlavə edilmişdir. Bəndin əvvəlki ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu abzasları müvafiq olaraq üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və onuncu abzaslar hesab edilmişdir.
[3]
28 dekabr 2007-ci il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1246) ilə 2-ci bəndinin üçüncü abzasında “müvafiq ədliyyə orqanları öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər” sözləri “Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir” sözləri ilə əvəz edilmişdir.
4 avqust 2022-ci il tarixli 1803 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 863) ilə 2-ci hissənin üçüncü abzasında “Azərbaycan Respublikasının Vergilər” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.
[4]
23 oktyabr 2003-cü il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 573) ilə 2-ci bəndin üçüncü abzasından "8-ci maddəsinin 3-cü hissəsində" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5-ci maddəsində, 7-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında "proqramları" sözündən sonra, 8-ci maddəsinin 3-cü hissəsində və 13-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1 iyun 2020-ci il tarixli 1044 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 686) ilə 2-ci hissəsi dördüncü abzasından “5-ci maddəsində,” sözləri çıxarılmışdır.
[5]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2-ci hissəsinin beşinci-onuncu abzaslarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissənin dördüncü-doqquzuncu bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.
[6]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci abzaslarında "Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi" sözləri "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[7]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin doqquzuncu abzasında "Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Azərbaycan Respublikasının Ticarət Nazirliyi" sözləri "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.