AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 5.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1032; 2014, № 1, maddə 69; 2016, № 2 (II kitab), maddə 361, № 11, maddə 1951; 2017, № 7, maddə 1486) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3.1-ci yarımbənddə “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Həmin Qaydalara 1 nömrəli əlavə - “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün Texniki Şərtlər”in mətnində “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinə” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyinə” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 30 aprel 2018-ci il
№ 189