AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.02.2018
QEYDİYYAT NÖMRƏSİ
996-VQD
ADI
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-04-2018, Nəşr nömrəsi: 76), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2018, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 634)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.04.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201802130996
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.04.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qərara alır:

Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018) 1-ci maddəsinin yeddinci abzasına, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə və 5-ci hissəsinin ikinci cümləsinə (hər iki halda), 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsinə və 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasına ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri, 3-cü maddəsinin 3-cü hissəsinə (hər iki halda), 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsinə, 3-cü hissəsinin dördüncü abzasına və 17-ci maddəsinin 1-ci və 2-ci hissələrinə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri, 5-ci maddəsinin 2-ci hissəsinə “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 fevral 2018-ci il

                № 996-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status