![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
15.03.2018 |
Qeydiyyat nömrəsi |
4 |
Adı |
“Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 15 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
30.03.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.040.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201803150004 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
29.03.2018 |
“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 1784 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası
QƏRARA ALIR:
1. “Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 15 nömrəli Qərarının preambulasında “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın 1-ci hissəsində və 2.1.4-cü yarımbəndində “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin.
3. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.
Sədr, iqtisadiyyat naziri |
Şahin Mustafayev |