×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.03.2018
QEYDİYYAT NÖMRƏSİ
84
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-03-2018, Nəşr Nömrəsi: 56), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2018, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 595)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.070.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201803090084
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.03.2018
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3492 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 779; 2006, № 11, maddə 994; 2014, № 10, maddə 1304; 2015, № 6, maddə 809) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənddə “Elmi-tədqiqat idarələrinin” sözləri “Elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

2. 6.4-cü bənddə “təşkilatlar” sözü “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

3. 6.10-cu bənddə “elmi-tədqiqat idarələri” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 9 mart 2018-ci il

     № 84

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status