AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.02.2018
QEYDİYYAT NÖMRƏSİ
992-VQD
ADI
“Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-03-2018, Nəşr nömrəsi: 49), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2018, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 378)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.140
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201802130992
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.03.2018
“Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

“Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 53; 2006, № 8, maddə 657) aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

Maddə 7-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq

Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 fevral 2018-ci il

№ 992-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status