AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.02.2018
QEYDİYYAT NÖMRƏSİ
38
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10-02-2018, Nəşr Nömrəsi: 31), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2018, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 342)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.02.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201802070038
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.02.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 876-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 3423 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 323) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndə “cinayətin” sözündən əvvəl “inzibati xətanın və” sözləri, “cinayət əməllərinin” sözlərindən əvvəl isə “inzibati xəta və” sözləri əlavə edilsin.

2. 1.4-cü bənddə “cinayətkar” sözü “hüquqazidd” sözü ilə, “cinayətkarlığın” sözü isə “inzibati xətaların və cinayətlərin” sözləri ilə əvəz edilsin.

3. 2.1.3-cü, 4.1.1-ci, 4.1.4-cü və 4.2.1-ci yarımbəndlərə “cinayətlərin” sözündən əvvəl “inzibati xətaların və” sözləri əlavə edilsin.

4. 2.1.5-ci, 4.3.3-cü, 4.4.2-ci, 4.4.9-cu və 4.13.2-ci yarımbəndlərdə “cinayətlərin” sözü “əməllərin” sözü ilə əvəz edilsin.

5. 3.1.1-ci yarımbəndinə “və cinayətin” sözlərindən əvvəl “, inzibati xətanın” sözləri əlavə edilsin.

6. 4.1.2-ci və 4.3.7-ci yarımbəndlərə “cinayət” sözündən əvvəl “inzibati xəta və” sözləri əlavə edilsin.

7. 4.2.6-cı yarımbəndə “cinayətin” sözündən əvvəl “inzibati xətanın və” sözləri əlavə edilsin.

8. 4.2.8-ci yarımbənddə “cinayət əməllərindən” sözləri “əməllərdən” sözü ilə əvəz edilsin.

9. 4.4.3-cü yarımbənddə “qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlayan, əldə edən, satan, həkim təyinatı olmadan qəbul edən, belə vasitələrdən istifadəni təbliğ edən və həmçinin narkotik tərkibli bitkilərin əkilib-becərilməsi” sözləri “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” sözləri ilə əvəz edilsin.

10. 4.4.5-ci yarımbənddə “həyat və sağlamlığın əleyhinə olan cinayətlərə” sözləri “əməllərə” sözü ilə əvəz edilsin.

11. 4.4.6-cı yarımbənddə “cinayətlərlə” sözü “əməllərlə” sözü ilə əvəz edilsin.

12. 4.5.2-ci yarımbənddə “cinayət fəaliyyətinə” sözləri “əməlləri törətməyə” sözləri ilə əvəz edilsin.

13. 4.5.3-cü və 4.6.6-cı yarımbəndlərdə “cinayət əməllərinin” sözləri “əməllərin” sözü ilə əvəz edilsin.

14. 4.6.1-ci yarımbənddə “cinayətləri” sözü “əməlləri” sözü ilə əvəz edilsin.

15. 4.6.5-ci və 4.7.1-ci yarımbəndlərdə “və psixotrop maddələrin” sözləri “, psixotrop maddələrin və onların prekursorlarının” sözləri ilə əvəz edilsin.

16. 4.8.1-ci yarımbənddə “cinayət əməllərinə” sözləri “əməllərə” sözü ilə əvəz edilsin.

17. 4.12.1-ci yarımbənddən “cinayətlərin və” sözləri çıxarılsın.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 7 fevral 2018-ci il

                    № 38

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status