440.000.000
Xəzər dənizinin Azərbaycan sektorunda "Kürdaşı" dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Xəzər dənizinin Azərbaycan sektorunda "Kürdaşı" blokunun kəşfiyyatı, işlәnmәsi və hasilatın pay bölgüsünə dair Sazişin əsas kommersiya prinsipləri və müddәaları üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Acip" Şirkəti arasında ümumi razılığın əldə edilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifini qəbul edәrәk qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə "Acip" Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və pay bölgüsünə dair Sazişin hazırlanması və bağlanması səlahiyyəti verilsin.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər Dənizinin Azərbaycan sektorunda "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və pay bölgüsünə dair Saziş hazırlandıqdan sonra onu baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 23 sentyabr 1997-ci il
N 672