AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
24.11.2017
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin 2013-cü il 21 oktyabr tarixli 02 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201711240008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.12.2017
“Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin 2013-cü il 21 oktyabr tarixli 02 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

24.11.2017

Qeydiyyat nömrəsi

8

Adı

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin 2013-cü il 21 oktyabr tarixli 02 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.12.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201711240008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.12.2017

 

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin 2013-cü il 21 oktyabr tarixli 02 nömrəli Qərarının (9 avqust 2016-cı il tarixli 12 nömrəli qərarla edilmiş dəyişikliklərlə) preambulasına “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi üzrə elektron xidmətin inzibati reqlamenti”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. “Təsdiq edirəm” hissəsi çıxarılsın;

2.2. 1.3-cü bəndin üçüncü abzasına “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, dördüncü abzasına “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

2.3. 2.3-cü bənddə “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin;

2.4. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında məlumatların verilməsi üzrə elektron xidmətin inzibati reqlamenti”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. “Təsdiq edirəm” hissəsi çıxarılsın;

3.2. 1.3-cü bəndin üçüncü abzasına “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, dördüncü abzasına “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

3.3. 2.3-cü bənddə “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin;

3.4. 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.

4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

6. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

7. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat naziri

 

Şahin Mustafayev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status