Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalı, satışı, tələbatı, dövriyyəsi, yayılması və bununla bağlı fəaliyyətə qarşı mübarizəyə həsr olunan iyirminci xüsusi sessiyasında iştirak edəcək Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
BMT Baş Assambleyasının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalı, satışı, tələbatı, dövriyyəsi, yayılması və bununla bağlı fəaliyyətə qarşı mübarizəyə həsr olunan iyirminci xüsusi sessiyası 1998-ci il iyun ayının 8-dən 10-dək Nyu-York şəhərində keçiriləcəkdir.
Sessiyada həmçinin BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 1998-ci ilin 16-20 mart tarixlərində Vyanada keçirilmiş sessiyasında hazırlanmış Siyasi Bəyannaməsinin yekun layihəsinə baxılacaqdır.
BMT Baş Assambleyasının iyirminci xüsusi sessiyasında Azərbaycan Respublikasının təmsil edilməsi məqsədi ilə qərara alıram:
1. BMT Baş Assambleyasının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalı, satışı, tələbatı, dövriyyəsi, yayılması və bununla bağlı fəaliyyətə qarşı mübarizəyə həsr olunan iyirminci xüsusi sessiyasının İşində iştirak etmək üçün Azərbaycan Respublikası nümayəndə heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:
İzzət Rüstəmov — Azərbaycan Respublikası Baş nazirinin müavini
Ramil Usubov — Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Quliyev — BMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi barədə BMT-yə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 5 may 1998-ci il
N 799