AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
02.11.2017
QEYDİYYAT NÖMRƏSİ
1654
ADI
“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 03-11-2017, Nəşr Nömrəsi: 242), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2017, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1993)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.11.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.030.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201711021654
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.11.2017
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 noyabr 2017-ci il

                 1654

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların

 

SİYAHISI

 

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

1.

2601200000

Yandırılmış pirit

2.

2606000000

Alüminium filizləri və konsentratları

3.

2818200000

Alüminium oksidi, süni korunddan fərqli

4.

7203100000

Dəmir filizinin birbaşa reduksiya məhsulları

5.

7203900000

Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri

6.

7204491000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)

7.

7204499000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri

8.

8545110080

Sobalarda istifadə olunan elektrodlar – digərləri

9.

8545190001

Elektroliz qurğuları üçün elektrodlar

10.

1101 00 110 0

Bərk buğdadan un

11.

1101 00 150 0

Yumşaq buğdadan və pərincdən buğda unu

12.

1101 00 900 0

Buğda-çovdar unu

13.

2505 10 000 0

Kvarslı qum

14.

2506 20 000 0

Kvarsit

15.

2602 00 000 0

Tərkibində quru məhsula hesablanmış manqanın miqdarı 20 kütlə faiz və ya daha çox dəmirli manqan filizləri və konsentratları da daxil olmaqla, manqan filizləri və konsentratları

16.

2610 00 000 0

Xrom filizləri və konsentratları

17.

2701 12 900 0

Tozşəkilli və ya qeyri-tozşəkilli, lakin aqlomerasiya edilməmiş bitumlu daş kömürü (kokslaşan kömür istisna olunmaqla)

18.

2704 00 190 0

Aqlomerasiya edilmiş və ya edilməmiş daş kömürdən koks və yarımkoks (elektrodların istehsalı üçün nəzərdə tutulmuş istisna olunmaqla)

19.

3801 30 000 0

Elektrodlar üçün karbonlu pastalar və sobaların futerlənməsi üçün analoji pastalar [2]

20.

2710121100

Emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullar

21.

2711129100

Emalın spesifik prosesləri üçün propan

22.

2711129300

2711 12 910 0 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün propan

23.

2711129400

Təmizliyi 90%-dən çox, lakin 99%-dən az olan propan

24.

2711131000

Emalın spesifik prosesləri üçün butanlar

25.

2711133000

2711 13 100 0 alt yarımmövqeyində göstərilənlərdən başqa, proseslərdə kimyəvi çevrilmələr üçün butanlar

26.

2711139100

Təmizliyi 90%-dən çox, lakin 95%-dən az olan butanlar

27.

2711139700

butanlar - digərləri [3]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 iyul 2019-cu il tarixli 574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2.       1 iyul 2019-cu il tarixli 763 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1212)

3.       27 mart 2020-ci il tarixli 974 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 250)

4.       1 iyul 2022-ci il tarixli 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyul 2022-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 721)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 iyul 2022-ci il tarixli 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyul 2022-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 721) ilə ləğv edilmişdir.

 

[2] 1 iyul 2019-cu il tarixli 574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 10-19 hissələr əlavə edilmişdir.

 

[3] 1 iyul 2019-cu il tarixli 763 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1212) ilə 20-27-ci hissələr əlavə edilmişdir.

27 mart 2020-ci il tarixli 974 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 250) (dəyişiklik 2020-ci il iyulun 1-dək qüvvədədir) ilə “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na yeni məzmunda 28 – 30-cu hissələr əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status