Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublİkasının Nazİrlər KabİnetİNİN QƏRARI
«Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrələri Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilmiş və qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 16 iyun 1998-ci il
№ 133
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 16 iyun tarixli 133 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilmiş və qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının
SİYAHISI
1. «Azərbaycan SSR ərazisində yeraltı sulardan istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi və onların qorunması tədbirləri haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 29 sentyabr tarixli 830 nömrəli qərarının birinci bölməsinin 1-ci bəndinin a) yarımbəndinin axırıncı abzasından «sudan xüsusi məqsədlər üçün istifadə etməyə» sözləri çıxarılsın.
2. «Sudan xüsusi məqsədlər üçün istifadəyə icazənin razılaşdırılması və verilməsi qaydası haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 2 iyul tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR Hökumətinin qərarlarına edilən dəyişikliklər»in 1-ci bəndinin b) yarımbəndindən «sudan xüsusi məqsədlər üçün istifadə etməyə» sözləri çıxarılsın.
3. «Yeraltı sulardan istifadə edilməsinin və onların qorunmasının nizama salınması tədbirləri haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 23 oktyabr tarixli 447 nömrəli qərarının 2-ci bəndində «Azərbaycan SSR Nazirlər Sovetinin icazəsi ilə» sözləri «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə» sözləri ilə əvəz olunsun, 3-cü bəndi çıxarılsın. [1]
4. «Təbiətin mühafizəsinin gücləndirilməsi və təbii ehtiyatlardan istifadə olunmasının yaxşılaşdırılması haqqında» Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 13 aprel tarixli 136 nömrəli qərarının birinci bölməsinin 1-ci bəndinin j) yarımbəndi və 7-ci bəndi, üçüncü bölməsinin z) bəndi.
5. «Suların və onların işlədilməsinin dövlət uçotu haqqında Əsasnamənin təsdiq edilməsi barədə» SSRİ Nazirlər Sovetinin 1975-ci il 10 mart tarixli 197 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 27 mart tarixli 78 nömrəli qərarı.
6. «Su obyektlərinin ayrıca istifadəyə verilməsi və ayrıca istifadədən alınması haqqında təkliflər verilməsi və bu təkliflərə baxılması qaydası barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 14 noyabr tarixli 363 nömrəli qərarı.
7. «Sudan xüsusi məqsədlər üçün istifadəyə icazənin razılaşdırılması və verilməsi qaydası haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 2 iyul tarixli 216 nömrəli qərarı (dördüncü bölmə istisna olmaqla).
8. «Suların istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə» SSRİ Nazirlər Sovetinin 1979-cu il 22 iyun tarixli 591 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 19 iyul tarixli 280 nömrəli qərarının birinci bölməsinin 1-ci bəndi.
9. «Azərbaycan SSR Nazirlər Sovetinin «Sudan xüsusi məqsədlər üçün istifadəyə icazənin razılaşdırılması və verilməsi qaydası haqqında» 1977-ci il 2 iyul tarixli 216 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 25 fevral tarixli 119 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilmiş və qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.