![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
07.07.2017 |
Qeydiyyat nömrəsi |
19 |
Adı |
“Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
21.07.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201707070019 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
20.07.2017 |
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası
QƏRARA ALIR:
1. “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.
Direktorlar Şurasının sədri |
Rüfət Aslanlı |
|
“Təsdiq edilmişdir” |
|
Azərbaycan Respublikasının |
|
Maliyyə Bazarlarına Nəzarət Palatası |
|
Qərar № 19
|
|
“07” iyul 2017-ci il |
|
Direktorlar Şurasının sədri
|
|
___________________ |
|
Rüfət Aslanlı |
Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Banklar haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən hazırlanmış və Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yerli bankların şöbə və yerli nümayəndəliklərinin açılmasına icazələrin verilməsi və icazələrin ləğv edilməsi qaydalarını, həmçinin onların fəaliyyətinə dair şərtləri və tələbləri müəyyən edir.
1.2. Bank, şöbə və yerli nümayəndəlik, inzibatçı, məqbul və lazımi keyfiyyətlərə malik şəxslər, vətəndaş qüsursuzluğu, mühüm iştirak payı və bu Qaydalarda istifadə olunan digər anlayışlar “Banklar haqqında” Qanunda verilən mənalarda istifadə edilmişdir.
1.3. Bu Qaydalara əsasən təqdim edilən sənədlər (notariat qaydasında və digər səlahiyyətli şəxslər tərəfindən təsdiq edilmiş sənədlər istisna olmaqla) bankın səlahiyyətli şəxsinin imzası və bankın möhürü ilə təsdiq edilməlidir. Sənədlər bir səhifədən artıq olduqda, onlar tikilməli və nömrələnməlidir.
1.4. Yerli bankın şöbə və yerli nümayəndəliyinin (bundan sonra - şöbə və nümayəndəlik) açılması üçün sənədlər qovluqda təqdim edilməlidir.
1.5. Sənədlər texniki vasitələrdən istifadə edilərək doldurulmalı və vəzifəsi, soyadı, adı və atasının adı göstərilməklə yalnız buna səlahiyyəti olan şəxslər tərəfindən imzalanmalıdır.
1.6. Şöbə və nümayəndəliyin açılması üçün icazənin verilməsi və ləğv edilməsi barədə qərarlar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra-Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla qəbul edilir. [1]
2. İcazələrin alınması üçün müraciət
2.1. Bankın şöbə və ya nümayəndəliyinin açılmasına icazə almaq üçün aşağıdakı sənədlər təqdim edilir:
2.1.1. şöbə və ya nümayəndəliyin açılması üçün icazə alınmasına dair ərizə (Əlavə № 1);
2.1.2. şöbə və ya nümayəndəliyin yaradılması və əsasnaməsinin təsdiq edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının (Səhmdarların Ümumi Yığıncağı və ya Müşahidə Şurası) qərarının notariat qaydasında təsdiq edilmiş surəti və ya iclas protokolundan çıxarış (Əlavə N 2);
2.1.3. şöbənin və ya nümayəndəliyin əsasnaməsi. Əsasnamədə şöbə və ya nümayəndəliyin adı, ünvanı, şöbənin fəaliyyət növləri, idarəetmə strukturu, inzibatçıların səlahiyyətləri, onların vəzifəyə təyin edilməsi qaydası, şöbənin əməliyyatlarının bankın mühasibat kitablarında əks olunması rejimi və bank tərəfindən nəzarətin həyata keçirilməsi qaydaları göstərilməlidir;
2.1.4. şöbə və ya nümayəndəliyin hüquqi ünvanını təsdiq edən sənəd;
2.1.5. şöbə və ya nümayəndəliyin inzibatçılarının təyin edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarının notariat qaydasında təsdiq edilmiş surəti və ya iclas protokolundan çıxarış (Əlavə № 2);
2.1.6. şöbə və ya nümayəndəliyə təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi (təhsil və əmək fəaliyyəti) haqqında məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarını və digər məlumatları əks etdirən anket (Əlavə N 3), tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə № 4);
2.1.7. şöbənin ilk üç il üçün maliyyə proqnozları (proqnoz balans, mənfəət və zərər haqqında hesabatı və onlara dair şərhlər) (Əlavə № 5)).
3. Müraciətlərə baxılması
3.1. Palata baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə o, bu barədə banka 10 (on) təqvim günü müddətində bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə Palata banka yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
3.2. Əgər bank 20 (iyirmi) təqvim günü müddətində bu səhvləri və ya çatışmazlıqları aradan qaldırıb Palataya müvafiq sənədləri təqdim etməzsə, Palata əvvəlcədən ona təqdim olunan sənədləri geri qaytarır. Bundan sonra təqdim edilən sənədlərə yeni müraciət kimi baxılır.
3.3. Palata şöbə və ya nümayəndəliyin açılmasına icazə alınması üçün sənədlərin qəbul edildiyi gündən ən geci 30 (otuz) təqvim günü müddətində bankın müraciətinə baxır və bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulmuş şərtlər əsasında banka müvafiq yazılı icazəni verir və ya rədd qərarını yazılı surətdə banka göndərir.
3.4. Bankın şöbəsinin açılmasına verilən icazədə onun məşğul ola biləcəyi fəaliyyət növləri göstərilir. Müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlərin daxil edilməsi barədə qərarda onun əsasları göstərilir.
4. İcazələrin verilməsi şərtləri
4.1. Bankın şöbə və ya nümayəndəliyinin açılmasına icazə Palata tərəfindən bu Qaydalara uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənilməklə verilə bilər:
4.1.1. bankın prudensial hesabatlarına əsasən maliyyə vəziyyəti qənaətbəxşdir;
4.1.2. inzibatçılar məqbul və lazımi keyfiyyətlərə malik, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən şəxslərdir;
4.1.3. şöbə üçün təklif edilən nəzarət prosedurları adekvatdır;
4.1.4. şöbənin maliyyə proqnozları adekvatdır;
4.1.5. şöbənin fəaliyyət göstərəcəyi yer Palatanın bank fəaliyyətinin həyata keçirilməsi üçün müəyyən etdiyi texniki-təchizat və təhlükəsizlik tələblərinə cavab verir (şöbənin yerləşdiyi yer informasiya texnologiyaları vasitələri və hesablama texnikası ilə təchiz olunmuş, əməliyyat və uçot işlərinin həyata keçirilməsini təmin edəcək proqram təminatı mövcuddur, pul vəsaitlərinin saxlanması üçün Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarının tələblərinə cavab verən kassa qovşağı qurulmuş, mühafizə siqnalizasiya vasitələri ilə qorunması təmin edilmişdir);
4.1.6. şöbənin müştərilərinin bank hesabları üzrə aparılan əməliyyatların bankın mühasibat kitablarında real vaxt rejimində və ya əməliyyatın aparıldığı günün sonunda
əks etdirilməsini təmin edəcək texnoloji vasitələr (bankın əməliyyat sisteminə inteqrasiya edilmiş proqram təminatı, informasiya texnologiyaları və kommunikasiya vasitələri) mövcuddur;
4.1.7. şöbə və nümayəndəliyin açılmasına icazə almaq üçün təqdim edilən sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.
5. Fəaliyyətə dair şərtlər və tələblər
5.1. Hər bir bank şöbəsində aşağıdakılar təmin edilməlidir:
5.1.1. əməliyyat və hesabat prosedurları mövcud olmalı;
5.1.2. şöbənin əməliyyat sferasında müvafiq səriştəli işçi heyəti formalaşdırılmalı;
5.1.3. fəaliyyəti üçün tələb olunan avadanlıq, təhlükəsizlik vasitələri və texniki cəhətdən möhkəmləndirilmiş kassa qovşağı.
5.2. Bankın şöbələri qanuna müvafiq olaraq aşağıdakı fəaliyyət növlərini həyata keçirə bilər:
5.2.1. depozitlərin (əmanətlərin) cəlb edilməsi;
5.2.2. fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;
5.2.3. hesablaşma-kassa xidmətləri;
5.2.4. valyuta mübadilə əməliyyatları;
5.2.5. pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi.
5.3. Bank şöbələri bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirə bilməz.
5.4. Bank nümayəndəlikləri bank fəaliyyəti ilə məşğul ola bilməz. Nümayəndəliklər yalnız bankın mənafeyinin təmsil və müdafiə olunmasını təmin edə bilər.
6. İcazələrin ləğvi əsasları
6.1. Bank şöbəsinin və ya nümayəndəliyinin açılmasına verilmiş icazə yalnız Palata tərəfindən aşağıdakı bir və ya bir neçə əsas olduqda ləğv edilə bilər:
6.1.1. şöbənin və ya nümayəndəliyin ləğvi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarı qəbul edildikdə;
6.1.2. icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;
6.1.3. bankın lisenziyası ləğv edildikdə;
6.1.4. şöbə və ya nümayəndəlik icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud Palata şöbənin altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;
6.1.5. şöbə və ya nümayəndəliyin əsasnaməsində və ya Palata tərəfindən verilən icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
6.1.6. icazəni almış şöbə idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun,Palatanın və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda.
6.2. Qanunla nəzərdə tutulmuş bank nəzarəti tədbirlərini həyata keçirərkən Palata bank şöbəsinə verilmiş icazəni dayandıra və ya ləğv edə bilər.
6.3. İcazənin ləğv edilməsi haqqında Palata qərarı 3 (üç) iş günü müddətində banka yazılı surətdə göndərilir.
7. İcazələrin bankın öz müraciəti ilə ləğvi
7.1. Bankın səlahiyyətli idarəetmə orqanı şöbənin və ya nümayəndəliyin ləğvi barədə qərar qəbul etdikdə bank alınmış icazənin ləğv edilməsi üçün Palataya müraciət edir (Əlavə N 6).
7.2. Şöbənin açılmasına verilmiş icazənin ləğvi barədə müraciətə və bank tərəfindən təsdiq edilmiş ləğvetmə planına Palata ərizənin təqdim edildiyi gündən ən geci 20 (iyirmi) təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Ləğvetmə planı məqbul hesab edildikdə Palata icazəni ləğv edir və bu barədə banka yazılı məlumat göndərir.
7.3. Nümayəndəliyin ləğvi barədə müraciət daxil olduqda icazə dərhal ləğv edilir və bu barədə banka yazılı məlumat göndərilir.
8. İcazələrin ləğvi
8.1. Palata ləğv edilmiş icazələr haqqında müvafiq reyestrdə dərhal qeydlər aparır və reyestrdən çıxarışı 3 (üç) iş günü müddətində banka göndərir.
8.2. Bank reyestrdən çıxarışı aldığı gündən ən geci 3 (üç) iş günü müddətində ləğv edilmiş icazələrin əslini Palataya qaytarmalıdır.
8.3. İcazə ləğv edildikdən sonra şöbədə ləğvetmə planına müvafiq olaraq ləğvetmə işlərinin başa çatması barədə Palataya yazılı məlumat göndərilməlidir.
8.4. Bank şöbə və ya nümayəndəliyinin açılmasına verilmiş icazənin ləğv edilməsi haqqında Palatanın qərarını aldığı gündən 5 (beş) təqvim günü müddətində bu barədə bildirişi kütləvi informasiya vasitələrində dərc etdirir.
9. Yekun müddəalar
9.1. Şöbə və ya nümayəndəliyin açılmasına icazə almış və ya icazəsi ləğv edilmiş bank həmin qurumlar barədə məlumatı onu aldığı gündən 5 (beş) təqvim günü müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dövlət qeydiyyatı orqanına təqdim etməlidir.
9.2. Banklar şöbə və ya nümayəndəliyin açılmasına icazə alınması üçün ərizənin rədd edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Palatanın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi Palatanın müvafiq qərarının icrasını dayandırmır.
|
“Yerli bankların şöbələrinin və yerli |
|||
nümayəndəliklərinin açılması üçün |
||||
icazə alınması və icazənin ləğv |
||||
edilməsi Qaydaları”na Əlavə № 1 |
||||
|
|
|
||
|
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına |
|||
|
|
Nəzarət Palatasına |
||
|
|
__________________ |
||
“___” ___________ 200__il |
|
|
||
N__________________ |
|
|
||
|
|
|
||
|
ƏRİZƏ |
|
||
|
|
|
||
_________________________________________________________________________________________ |
||||
|
(bankın adı) |
|
||
_____________________________________________________________________ |
keçirilmiş iclasının |
|||
(Səhmdarların ümumi yığıncağının və ya Müşahidə Şurasının) |
|
|||
“____” _____________ 200__il tarixli ___________ № -li qərarına uyğun olaraq |
|
|||
_______________________ |
|
|
||
_________________________________________________________________________________________ |
||||
(şöbənin və ya nümayəndəliyin adı və ünvanı) |
||||
(şöbənin və ya nümayəndəliyin adı və ünvanı) |
|
|||
|
|
|
||
Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı). |
||||
|
|
|
||
Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına dərhal məlumat verməyi öhdəmə götürürəm. |
||||
|
|
|
||
|
|
|
||
Bankın səlahiyyətli şəxsin |
|
|
||
Soyadı, adı, atasının adı və imzası |
___________________________________________ |
|||
|
“Yerli bankların şöbələrinin və yerli |
||||||
nümayəndəliklərinin açılması üçün |
|||||||
icazə alınması və icazənin ləğv |
|||||||
edilməsi Qaydaları”na Əlavə № 2 |
|||||||
|
|
|
|||||
___________________________ (bankın adı) |
|||||||
_______________________________ (bankın idarəetmə orqanının adı) |
|||||||
|
|
|
|||||
PROTOKOL № ________ |
|||||||
( ___ №-li PROTOKOLUNDAN ÇIXARIŞ*) |
|||||||
|
|
|
|||||
Bakı şəhəri |
|
“____”___________200__il |
|||||
|
|
|
|||||
Sədrlik edirdi:___________________________________________________________________________________ |
|||||||
|
(soyadı, adı, atasının adı və vəzifəsi) |
|
|||||
İştirak edirdilər: (səhmdarların tam adları və nizamnamə kapitalında iştirak payları) |
|
||||||
Dəvət olunanlar: (tam adları və vəzifəsi) |
|
||||||
|
|
||||||
|
Gündəlik. |
|
|||||
1.________________________________________________________________________________________ |
|||||||
(baxılan məsələlər, məruzəçilərin adları və soyadları) |
|||||||
2.________________________________________________________________________________________ |
|||||||
3.________________________________________________________________________________________ |
|||||||
Eşidildi: (məsələnin adı, məruzəçilərin və müzakirələrdə çıxış edənlərin adları və soyadları). Çıxış etdilər: (məruzələrin və çıxışların qısa mətni) Qərara alındı: (qəbul edilmiş qərar və ya həmin məsələyə dair rədd edilmiş layihə tam yazılmış şəkildə) |
|||||||
1.______________________________________________________ |
|
||||||
Lehinə: Əleyhinə: |
|
||||||
2.______________________________________________________ |
|||||||
Lehinə: Əleyhinə: |
|
|
|||||
3.______________________________________________________ |
|
||||||
Lehinə: Əleyhinə: |
|
|
|||||
Sədr ___________________________________________________ |
|||||||
|
(adı və soyadı) |
|
|||||
(imza) |
|
|
|||||
Katib __________________________________________________ |
|||||||
(imza) |
(adı və soyadı) |
|
|||||
|
|
|
|||||
*Protokoldan çıxarış iclasın sədri və katibin soyadları, adları və atalarının adları, “əsli ilə düzdür” qeydi və qeydin tarixi göstərilməklə onların imzası ilə təsdiq olunur |
|||||||
|
“Yerli bankların şöbələrinin və yerli |
||||||||||||||||||||||||||
nümayəndəliklərinin açılması üçün |
|||||||||||||||||||||||||||
icazə alınması və icazənin ləğv |
|||||||||||||||||||||||||||
edilməsi Qaydaları”na Əlavə № 3 |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
|
|
Şəkil üçün yer |
|||||||||||||||||||||||||
Şöbənin / nümayəndəliyin inzibatçısının |
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
ANKETİ* |
|
|||||||||||||||||||||||||
1. Adı _______________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
(soyadı) |
(adı) |
(atasının adı) |
|||||||||||||||||||||||||
2. Ünvanı____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
(ölkə) |
(şəhər / rayon) |
(poçt indeksi) |
|||||||||||||||||||||||||
3. Doğulduğu tarix___________________________________________________________________ |
|||||||||||||||||||||||||||
(gün) |
(ay) |
(il) |
|||||||||||||||||||||||||
4. Doğulduğu yer_____________________________________________________________________ |
|||||||||||||||||||||||||||
(ölkə) |
|
(şəhər/rayon) |
|||||||||||||||||||||||||
5. Vətəndaşlığı _____________________________________________________________________ |
|||||||||||||||||||||||||||
|
(ölkə) |
|
|||||||||||||||||||||||||
6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, təqdim edən dövlət orqanının adı |
|||||||||||||||||||||||||||
____________________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
7. Əlaqə telefonu (ları)______________ |
(iş)_______________ |
(ev) ______________ (mobil) |
|||||||||||||||||||||||||
8. Faks nömrəsi (ləri) (əgər varsa) ______________________________________________________ |
|||||||||||||||||||||||||||
9. Elektron poçt ünvanı(ları) (əgər varsa) _______________________________________________ |
|||||||||||||||||||||||||||
10. Ailə vəziyyəti
|
|||||||||||||||||||||||||||
Yaxın qohumları (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı):v
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınızı, əvvəlki nikahlardakı soyadınızı, |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı, və s.). |
|||||||||||||||||||||||||||
* Bu anketdə sorğu edilən bütün məlumatlar istər Azərbaycan Respublikasında, istərsə də xarici ölkələrdə həyata keçirilən fəaliyyəti əhatə etməlidir |
|||||||||||||||||||||||||||
12. Yaşayış yerləri barədə məlumatlar |
|
||||||||||||||||||||||||||
Son beş ildə bütün yaşayış yerlərinizi xronoloji qaydada göstərin (sonuncudan başlamaqla).
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
13. Təhsili və peşə təcrübəsi barədə məlumatlar |
|||||||||||||||||||||||||||
a) Təhsil barədə məlumatları göstərin
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
b) Elmi dərəcələrinizi, elmi adlarınızı və elmi əsərlərinizi göstərin.
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
c) İxtisas dərəcənizi müəyyənləşdirmək üçün mühüm hesab etdiyiniz hər hansı başqa məlumatları (ixtisas üzrə yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və s. tədbirlərdə iştirak) təqdim edin. |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
14. Hərbi xidmət/mükəlləfiyyət |
|||||||||||||||||||||||||||
Hərbi xidmətiniz barədə aşağıdakı məlumatları göstərin. |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
Əgər hərbi xidmət keçməmişsinizsə, onun səbəbləri (xəstəlik, ailə vəziyyəti, təhsil və s.) barədə ətraflı məlumat (məsələn, xəstəliyin adı, təhsilin müddəti və s.) göstərin. |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
15. Müxtəlif məlumatlar |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
a) Üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmişsinizmi? (işə bərpa edilməniz haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu hallar istisna olmaqla). |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
____________________________ |
|
|
|||||||||||||||||||||||||
(hə / yox) |
|
|
|||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
b) Əgər belə fakt varsa, Müşahidə Şurasının, Audit Komitəsinin (Təftiş Komissiyasının) İdarə Heyətinin üzvü və ya digər rəhbəri, əməkdaşı, yaxud mühüm iştirak payının sahibi (səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən payın birbaşa və ya dolayı yolla sahibi) olduğunuz (əvvəllər və hazırda) bankı (bankları), digər maliyyə təşkilatı və ya holdinq şirkəti barədə aşağıdakı məlumatları göstərin. |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
c) Əgər belə fakt varsa, Müşahidə Şurasının, Təftiş Komissiyasının (Audit Komitəsinin, müfəttişin), İdarə Heyətinin üzvü və ya digər rəhbəri, yaxud mühüm iştirak payının sahibi (səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən payın birbaşa və ya dolayı yolla sahibi) olduğunuz hüquqi şəxslər (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti, təsərrüfat ortaqlığı və s.) barədə aşağıdakı məlumatları göstərin. Bu bölmədə bundan əvvəl təqdim olunmuş məlumatları təkrar etməyin. |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
ç) Əgər belə fakt varsa, üç ildən az olmayan müddət ərzində Müşahidə Şurasının, Audit Komitəsinin (Maliyyə-Təftiş Komissiyasının), İdarə Heyətinin üzvü və ya digər rəhbəri, əməkdaşı, yaxud mühüm iştirak payının sahibi (səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən payın birbaşa və ya dolayı yolla sahibi) olduğunuz hüquqi şəxs üçün icazə, şəhadətnamə, sertifikat və ya xüsusi razılıq (lisenziya) alınması ilə əlaqədar hər hansı bir nəzarət orqanına təqdim edilən sənədlərdə saxta və ya yanlış məlumatların olması səbəbindən icazə, şəhadətnamə, sertifikat və ya lisenziyanın ləğv edilməsi halları haqqında ətraflı məlumat göstərin. |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
d) Hər hansı maliyyə təşkilatından şəxsi məqsədlər üçün aldığınız kredit, təmsil olunduğunuz və ya işlədiyiniz təşkilatın krediti və ya tapşırıq verən kimi çıxış etdiyiniz kredit üzrə ödəniş, girov təminatı, gecikdirmə və ya kreditlə əlaqədar digər öhdəliklərin pozulmasına nə vaxtsa yol vermisinizmi? Belə faktlar olmuşsa, bu barədə ətraflı məlumat göstərin. |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
e) Əgər sizin məqbul və lazımi keyfiyyətlərə malik olmanızı və ya peşəkarlığınızı təsdiq edən hər hansı məlumatlara maliksinizsə, həmin məlumatları göstərin. |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
_____________________________________________________________________________ |
|||||||||||||||||||||||||||
|
|
|
|||||||||||||||||||||||||
Mən, aşağıda imza edən, Anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməyi öhdəmə götürürəm. |
|||||||||||||||||||||||||||
. |
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
İmza: |
||||||||||||||||||||||||||
|
Tarix: |
|
|||||||||||||||||||||||||
|
“Yerli bankların şöbələrinin və yerli |
||||||
nümayəndəliklərinin açılması üçün |
|||||||
icazə alınması və icazənin ləğv |
|||||||
edilməsi Qaydaları”na Əlavə № 4 |
|||||||
|
|
|
|||||
Vətəndaş qüsursuzluğuna dair |
|||||||
|
|||||||
|
ƏRİZƏ |
|
|||||
Bankın yerli nümayəndəliyinin/ şöbəsinin inzibatçısı_________________________________________ |
|||||||
|
(soyadı, adı, atasının adı) |
||||||
|
|
|
|||||
________________________________________________________________________________________ |
|||||||
________________________________________________________________________________________ |
|||||||
Aşağıdakı faktların olmadığını təsdiq edirəm: |
|
||||||
|
|
||||||
- məhkumluq; |
|
||||||
- mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə keçmişdə cinayət məsuliyyətinə cəlb olunma; |
|
||||||
- məhkəmə qərarı ilə müəyyən vəzifənin tutulmasının və ya peşə fəaliyyətinin həyata keçirilməsinin qadağan olunması; |
|
||||||
- məhkəmə qaydasında müflis elan edilməsi. |
|||||||
|
|||||||
______________________ |
|
____________________ |
|||||
(imza) |
|
(imzanın tarixi) |
|||||
|
|||||||
|
|
|
|||||
|
|
|
|||||
|
|||||||
|
“Yerli bankların şöbələrinin və yerli |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
nümayəndəliklərinin açılması üçün |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
icazə alınması və icazənin ləğv |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
edilməsi Qaydaları”na Əlavə № 5 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
____________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(şöbənin adı) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
_______________________maliyyə proqnozları |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mənfəət və zərər haqqında hesabat (min manatla) Balans |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Balans (min manatla) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Yerli bankların şöbələrinin və yerli |
||||
nümayəndəliklərinin açılması üçün |
|||||
icazə alınması və icazənin ləğv |
|||||
edilməsi Qaydaları”na Əlavə № 6 |
|||||
|
|
|
|||
|
Azərbaycan Respublikasının |
||||
|
|
Maliyyə Bazarlarına Nəzarət Palatasına |
|||
|
|
__________________ |
|||
“___” ___________ 200__il |
|
|
|||
N__________________ |
|
|
|||
Şöbənin/nümayəndəliyin ləğv edilməsinə dair
|
|
||||
|
ƏRİZƏ* |
|
|||
|
|
|
|||
_________________________________________________________________________________________ |
|||||
|
(bankın adı) |
|
|||
__________________________________________________________________ |
keçirilmiş iclasının |
||||
(Səhmdarların ümumi yığıncağının və ya Müşahidə Şurasının) |
|
||||
“____” ___________ 200__il tarixli _________ № -li qərarına uyğun olaraq ___________________ |
|||||
|
|
|
|||
____________________________________________________________________________________ |
|||||
____________________________________________________________________________________ |
|||||
(ləğv edilmənin səbəblərini göstərilməklə) |
|||||
|
|
|
|||
____________________________________________________________________________________ |
|||||
(şöbənin/nümayəndəliyin adı və ünvanı) |
|||||
ləğv edilməsini xahiş edir. Bankın şəlahiyyətli şəxsinin soyadı, adı, atasının adı və imzası |
|||||
|
|
|
|||
|
|
|
|||
|
|
|
|||
|
|
|
|||
|
|
|
|||
|
___________________________ |
||||
|
___________________________ |
||||
|
|
|
|||
|
|
|
|||
|
|
|
|||
____________________________________________________________________________________ |
|||||
* Şöbəyə aid halda ərizəyə şöbənin ləğvetmə planı əlavə edilməlidir. |
|
||||
|
|
|
|||
|
|
|
|||
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il) ilə “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nın 1.6-cı bəndində “5.3.20-ci” sözü “4.10.5-ci” sözü ilə əvəz edilmişdir, “Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla” sözləri çıxarılmışdır.