AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
07.07.2017
QEYDİYYAT NÖMRƏSİ
13
ADI
“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialın açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201707070013
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.07.2017
“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialın açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

07.07.2017

Qeydiyyat nömrəsi

13

Adı

“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialın açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

21.07.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201707070013

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

20.07.2017

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

 

Q Ə R A R A  A L I R:

 

1. “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialın açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.

 

 

Direktorlar Şurasının sədri                                                                      Rüfət Aslanlı

 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 13

07 iyul 2017-ci il

Direktorlar Şurasının sədri

_______________

Rüfət Aslanlı

 

 

Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci və 13-cü maddələrinə müvafiq olaraq hazırlanmışdır. 

1.2. Bu Qaydalar “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatları (bundan sonra – BOKT) tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) edilən müraciətlərin və onlara əlavə olunan sənədlərin forma və məzmununu müəyyən edir.

1.3. Girov əmanəti, inzibatçı və bu Qaydalarda istifadə olunan digər anlayışlar “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) verilən mənalarda istifadə edilir.

1.4. Lisenziya və icazələrin alınması üçün təqdim edilən sənədlər (notariat qaydasında təsdiq edilən sənədlər istisna olmaqla) imza və möhürlə təsdiq olunur. Sənədlər bir səhifədən artıq olduqda onlar tikilir və nömrələnir.

1.5. Xarici hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan sənədlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda qanunvericiliyə müvafiq qaydada leqallaşdırılır və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq olunur.

1.6 .Lisenziya və icazələrin alınmasına dair BOKT-lərin müraciətlərinə Qanuna uyğun olaraq baxılır. Lisenziya və icazələr barədə müvafiq qərarlar Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla qəbul edilir. [1]

1.7. Qanunun 10.2-ci maddəsinə uyğun olaraq girov əmanəti yalnız Palatanın BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə olduğu halda qəbul edilə bilər.

 

2. Lisenziyanın alınması üçün müraciət

 

2.1. Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən Palataya aşağıdakı sənədlər təqdim olunur:

2.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə (Əlavə N 1);

2.1.2. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

2.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;

2.1.4. təşkilati strukturu haqqında məlumat; 

2.1.5. inzibatçıların Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat (Əlavə N 2);

2.1.6. maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;

2.1.7. inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

2.1.8. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda); 

2.1.9. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

2.2. Bu Qaydaların 2.1.4 – 2.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.

2.3. Palata iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

 

3. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin filialının açılmasına icazənin alınması üçün müraciət

 

3.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz filialının açılmasına icazə almaq üçün Palataya aşağıdakı sənədlər təqdim edir:

3.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə (Əlavə N 3);

3.1.2. filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;

3.1.3. filialın əsasnaməsi (əsasnamə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı ilə təsdiq edilməlidir); 

3.1.4. filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;

3.1.5. filial inzibatçılarının peşə yararlılığı və qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat.

3.2. Bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş məlumat yazılı formada tərtib edilir və BOKT-nin icra orqanının rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq olunur (Əlavə N 2).

 

4. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki növdən olan BOKT-nin nümayəndəliyinin açılması barədə məlumatın verilməsi

 

4.1. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki növdən olan BOKT-nin nümayəndəliyi əvvəlcədən Palataya yazılı məlumat verilməklə açılır. 

4.2. Məlumatda (Əlavə N 4) qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı və ünvanı, rəhbərləri, onların ixtisası və iş təcrübələri barədə informasiya əks olunmalıdır. 

4.3. Məlumat filialın və ya nümayəndəliyin açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanı tərəfindən qərar qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində təqdim edilir.

 

5. Yekun müddəalar

 

5.1. Palata Qanunun 14-cü maddəsinə uyğun olaraq BOKT-lərə verdiyi lisenziya və icazələrin ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib edir. Reyestrə BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və nümayəndəlikləri haqqında məlumat daxil edilir.

5.2. Reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) edilən dəyişikliklər barədə BOKT Palataya 5 (beş) təqvim günü müddətində yazılı bildiriş göndərir. BOKT-yə yeni inzibatçı təyin edildikdə bildirişə bu Qaydaların 2.1.5-ci və 3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumat əlavə olunur. 

5.3. Qanunun qüvvəyə mindiyi tarixə fəaliyyətdə olan BOKT girov əmanəti qəbul etmək hüququnu əldə etmək istədikdə Qanunun 26.2-ci maddəsinə müvafiq olaraq yeni lisenziya almaq üçün Palataya müraciət edərkən sənədlər bu Qaydalarla müəyyən edilmiş forma və məzmunda təqdim olunur. 

5.4. Fəaliyyətinə könüllü sürətdə xitam verilməsi barədə qərar vermiş BOKT Palataya lisenziyanın və icazənin ləğvi barədə ərizə (Əlavə N 5) ilə müraciət edir.

 

 


 

 

“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar“a Əlavə № 1

 

 

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına

 

“___” ___________ 20__-c_ il

№ __________________

 

 

Lisenziya alınması üçün 

 

ƏRİZƏ

  

 “___”__________ 20___-c_ il tarixində aşağıdakı şəxslər tərəfindən təsis edilmiş və

______________________________________________________yerləşən

(BOKT-nin ünvanı)

______________________________________________________________

(BOKT-nin adı)

 

girov əmanəti qəbul etmək hüququ olan/olmayan* BOKT qismində kreditlərin verilməsi üçün lisenziyanın verilməsini xahiş edir.

 

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının maliyyə Bazarlarına Nəzarət Palatasına dərhal məlumat verməyi öhdəmə götürürəm.

Ərizə verən şəxsin (şəxslərin)__________________________________   ________________ 

                                                                              (soyadı, adı, atasının adı)                                              (imza)

M.Y.       

 

*BOKT-nin növünə uyğun qeyd olunur.

 

 


 

 

“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və  filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar“a Əlavə № 2

 

 

 

 

________________________________________BOKT-nin

 

İnzibatçısı barədə 

MƏLUMAT

 

İnzibatçının soyadı, adı, atasının adı

_________________________________________________________________________________

BOKT-də tutduğu vəzifə

_________________________________________________________________________________

Təhsili___________________________________________________________________________

_________________________________________________________________________________

(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas)

Ümumi əmək stajı

_________________________________________________________________________________

Maliyyə/bank sistemində əmək stajı (əgər varsa)___________________________________________________________________________

Qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olub-olmaması barədə məlumat_________________________________________________________________________

İnzibatçının faksı, elektron poçt ünvanı (əgər varsa) və əlaqə telefonu__________________________________________________________________________

 

Ərizə verən şəxsin ________________________                 ____________

                                                   (soyadı, adı, atasının adı)                                    (imza) 

                                                                                              Tarix_________

           M.Y.

 

 


 

 

“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar“a Əlavə № 3

 

 

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına

 

“___” ___________ 20__-c_ il

№ __________________

 

 

Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin filialının açılmasına icazənin verilməsinə dair

 

Ə R İ Z Ə 

________________________________________________________________________________

(BOKT-nin adı)

_______________________________________________________________ keçirilmiş iclasının

(filialın açılması barədə qərarı qəbul edən idarəetmə orqanının adı)

 

 “____” ____________ 20___-c__ il tarixli _________ №-li qərarına uyğun olaraq

 

_________________________________________________________________________ yerləşən

(filialın ünvanı)

_________________________________________________________________________________

(filialın adı)

 

açılmasına icazə verilməsini xahiş edir.

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı). 

 

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına dərhal məlumat verməyi öhdəmə götürürəm.

 

BOKT-nin icra orqanının rəhbəri     _________________________       ___________

                                                                                    (soyadı, adı, atasının adı)                         (imza)

                           M.Y.

 

 


 

 

“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar“a Əlavə № 4

 

 

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına

 

“___” ___________ 20__-c__ il

№ __________________

 

 

BOKT-nin filialının*

(nümayəndəliyinin) açılması barədə

MƏLUMAT

_________________________________________________________________________________

(BOKT-nin adı)

_________________________________________________________________________ keçirdiyi

(qərarı qəbul edən idarəetmə orqanının adı)

 

_____________________              20__-c__ il tarixli iclasda (qərar №___)

__________________________________________________________________________yerləşən

(filial və ya nümayəndəliyin ünvanı)

__________________________________________________________________________açılması barədə (filial və ya nümayəndəliyin adı) qərar qəbul edilmişdir.

 

Əlavə: filialın (nümayəndəliyin) inzibatçıları barədə məlumat (bu Təlimatın 2 №-li əlavəsində müəyyən edilmiş formada). 

 

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına dərhal məlumat verməyi öhdəmə götürürəm.

BOKT-nin icra orqanının rəhbəri ___________________________          _________

                                                                                (soyadı, adı, atasının adı)                           (imza)

          M.Y.

 

*Bu məlumat girov əmanəti qəbul etmək hüququ olmayan BOKT filialının açılması zamanı təqdim olunur.

 

 


 

 

“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar“a Əlavə № 5

 

 

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına

 

“___” ___________ 20__-c_ il

№ __________________

 

 

BOKT-nin lisenziyasının (icazəsinin) ləğv olunmasına dair

Ə R İ Z Ə

_________________________________________________________________________________

(BOKT-nin adı)

________________________________________________________________keçirilmiş iclasının

( qərarı qəbul etmiş idarəetmə orqanının adı)

 

 “_____” _____________ 20__-c_ il tarixli ___________ №-li qərarına* uyğun olaraq

 

_________________________________________________________________________________

_________________________________________________________________________________

(ləğv edilmənin səbəblərini göstərilməklə)

__________________________________________________________________________yerləşən

(BOKT-nin, filial və ya nümayəndəliyin ünvanı)

___________________________________________________________lisenziyasının (icazəsinin)

(BOKT-nin, filial və ya nümayəndəliyin adı)

ləğv edilməsini xahiş edir.

 

Əlavə: girov əmanəti hesabının (hesablarının) cari vəziyyəti barədə bank arayışı**. 

BOKT-nin icra orqanının rəhbəri   __________________________    ___________

                                                                       (soyadı, adı, atasının adı)                 (imza)

 

M.Y.

 

*Qərarın surəti əlavə olunur.

**Girov əmanəti qəbul etmək hüququ olan BOKT tərəfindən təqdim olunur.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il) ilə “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialının açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydaları”nın 1.6-cı bəndinin ikinci cümləsində “5.3.20-ci” sözü “4.10.5-ci” sözü ilə əvəz edilmişdir, “Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status