![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
07.07.2017 |
Qeydiyyat nömrəsi |
18 |
Adı |
“Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
21.07.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201707070018 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
20.07.2017 |
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası
Q Ə R A R A A L I R:
1. “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.
Direktorlar Şurasının sədri Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 18 7 iyul 2017-ci il Direktorlar Şurasının sədri _______________ Rüfət Aslanlı |
Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası
1. Ümumi müddəalar
Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.4-cü maddəsinə əsasən hazırlanmış və xarici bankın yerli nümayəndəliyinin (bundan sonra - nümayəndəlik) idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) təqdim etdiyi hesabatın forması, məzmunu və təqdim edilməsi qaydasını müəyyən edir.
2. Hesabatın tərtib olunması və təqdim edilməsi
2.1. Nümayəndəlik idarə edilməsi qaydasını və cari fəaliyyətini əks etdirən illik hesabat (Əlavə 1) tərtib edir və hesabat dövründən sonrakı ilin iyun ayının 1-dən gec olmayaraq təqdim edir.
2.2. Hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan nümayəndəlik üçün birinci hesabat dövrü onların qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla, oktyabr ayının 1-dən sonra yeni yaradılmış nümayəndəlik üçün isə birinci hesabat dövrü onların qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır.
2.3. Hesabat nümayəndəliyin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında Palataya təqdim edilir.
|
“Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na Əlavə 1 |
|
|
_______ bankın yerli nümayəndəliyinin idarə edilməsi qaydası və cari fəaliyyəti barədə |
|
(təsisçi bankın adı) |
|
Hesabat |
|
|
|
Mən,_________________________________________ ___________________________ (soyadı, adı, atasının adı) (təsisçi bankın adı) bankın ______________________nümayəndəliyinin rəhbəri ___________ il üçün nümayəndəliyin fəaliyyəti barədə aşağıdakı məlumatları əks etdirən hesabatı təqdim edirəm.
1. Nümayəndəlik haqqında məlumat: 1.1. nümayəndəliyin adı ___________________________________________________; 1.2. poçt ünvanı __________________________________________________________; 1.3. elektron poçt ünvanı __________________________________________________; 1.4. əlaqə telefonu ________________________________________________________; 1.5. təşkilatı struktur ______________________________________________________; 1.6. nümayəndəliyin Azərbaycan Respublikasında hesab açdığı bankın (bankların) adı __________________________________________________________________________ 2. Nümayəndəliyi təsis etmiş bank haqqında məlumat: 2.1. bankın adı ___________________________________________________________; 2.2. poçt ünvanı __________________________________________________________; 2.3. elektron poçt ünvanı __________________________________________________; 2.4. əlaqə telefonu ________________________________________________________; 2.5. internet saytı _________________________________________________________; 2.6. müşahidə (direktorlar) şurasının sədri (soyadı, adı, atasının adı) __________________________________________________________________________; 2.7. idarə heyətinin sədri (baş icraçı) (soyadı, adı, atasının adı) ___________________________________________________________________________; 2.8. təsisçi bankın fəaliyyətini tənzimləyən və nəzarət edən orqanın adı ___________________________________________________________________________; 2.9. təsisçi bank holdinq şirkətinə daxildirsə, həmin şirkət barədə bu Qaydanın 2.1 – 2.8-ci bəndlərdə olan məlumat ___________________________________________________________________________; 2.10. hesabat ilinin sonuna təsisçi bankın törəmə bankları, xarici ölkələrdəki filial və nümayəndəlikləri barədə məlumat (adları və ünvanları) ____________________________________________________________________________; 2.11. təsisçi bankda və onun filiallarında müxbir hesabları (“Nostro”) olan yerli banklar______________________________________________________________________; 2.12. təsisçi bankın və onun filiallarının müxbir hesabları (“Loro”) olan yerli banklar _____________________________________________________________________________; 2.13. yerli bankların təsisçi bankla və ya onun filialları ilə müxbir münasibətlərinə xitam verildikdə bunun səbəbləri __________________________________________________________________________; 2.14. hesabat ili ərzində təsisçi bankdan və onun filiallarından banklararası kredit və ya depozit almış, habelə onlara kredit və ya depozit vermiş yerli banklar _____________________________________________________________________________; 2.15. təsisçi banka qarşı yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə tətbiq edilən nəzarət tədbirləri barədə məlumat və ya heç bir nəzarət tədbiri tətbiq olunmadığı halda bu barədə qeyd _____________________________________________________________________________. 3. Nümayəndəliyin idarə edilməsi və fəaliyyəti haqqında məlumat:[1] 3.1. nümayəndəlik tərəfindən hesabat dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat _____________________________________________________________________________; 3.2. nümayəndəliyin fəaliyyəti üzərində təsisçi bankın nəzarətin həyata keçirilməsi formaları və dövriliyi (monitorinqin həyata keçirilməsi, hesabatlıq sistemi, audit) _____________________________________________________________________________; 3.3. nümayəndəliyin işçilərinin sayı və əgər rəhbərliyin tərkibində dəyişikliklər varsa, bunun səbəbləri ___________________________________________________________________________. 4. Nümayəndəliyin yerli və xarici banklarda olan bank hesabları üzrə pul axını barədə məlumat (mln. manatla): 4.1. İl ərzində hesab üzrə mədaxil olmuş vəsait: (mln. manat) 4.1.1. əmək haqqı üçün ______________________________________________________; 4.1.2. əsas vəsaitlərin alınması və saxlanması üçün ______________________________; 4.1.3. digər məqsədlər üçün (açıqlanmalı)______________________________________. 4.2. İl ərzində hesab üzrə məxaric olunmuş vəsaitlər: 4.2.1. əmək haqqı üçün ______________________________________________________; 4.2.2. əsas vəsaitlərin alınması və saxlanması üçün ______________________________; 4.2.3. digər məqsədlər üçün (açıqlanmalı)______________________________________; 4.3. nümayəndəliyin kassasında olan orta aylıq nağd pul qalığının məbləği _____________________________________________________________________________; 4.4. nümayəndəliyin bank hesablarında olan orta aylıq qalığının məbləği _____________________________________________________________________________. 5. Hesabata aşağıdakı sənədlər əlavə olunur:[2] 5.1. təsisçi bankın kənar auditor yoxlamasından keçmiş illik maliyyə hesabatı və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş auditor rəyinin surətləri; 5.2. təsisçi bank tərəfindən nümayəndəlikdə aparılan yoxlamanın nəticələrini əks etdirən sənədlər. 6. Nümayəndəliyinin və təsisçi bankın idarə edilməsi və cari fəaliyyəti barədə digər əhəmiyyətli məlumat[3]
Nümayəndəliyin rəhbəri _____________ ____________________ ____________ (imza) (soyadı, adı, atasının adı) (tarix)
|
[1] Xarici valyutada pul axınları manatın xarici valyutaya nisbətdə hesabatın tərtib edilməsi gününə olan rəsmi məzənnə ilə manat ekvivalentində göstərilir.
[2] Təsisçi bankın maliyyə hesabatının və auditor rəyinin istifadəçilərə təqdim edilməsi vaxtı xarici bankın yerləşdiyi ölkənin qanunvericiliyinə görə bu hesabatın təqdim edilməsi vaxtı ilə uyğun deyilsə, habelə nümayəndəlikdə hesabatın təsisçi bank tərəfindən təqdim edilməsi vaxtı yoxlama aparılmamışdırsa, bu sənədlər hazır olduqca təqdim olunmalıdır.
[3] Nümayəndəliyinin öz mülahizəsinə əsasən doldurulur.