×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.06.2017
QEYDİYYAT NÖMRƏSİ
765-VQ
ADI
İşsizlikdən sığorta haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-08-2017, Nəşr nömrəsi: 171), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2017, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1514)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201706300765
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.08.2017
İşsizlikdən sığorta haqqında

İşsizlikdən sığorta haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

 

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. İşsizlikdən sığortanın məqsədi və əhatə dairəsi

 

1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. [1]

1.3. Bu Qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

 

Maddə 2. Əsas anlayışlar

 

2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;

2.0.2. işsizlikdən sığortanın subyektləri – sığortaçı, sığortaolunanlar və sığortaedənlər;

2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər;

2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər:

2.0.4.1. hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri;

2.0.4.2. dövlət orqanları;

2.0.4.3. fiziki şəxslər;

2.0.4.4. seçkili orqanların rəhbərləri;

2.0.5. sığortaçı – işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən müvafiq icra hakimiyyəti orqanı; [2]

2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları; [3]

2.0.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği;

2.0.8. sığorta tarifi – sığorta haqqının hesablanması üçün əməkhaqqı fonduna və sığortaolunanın əməkhaqqına tətbiq edilən faiz dərəcəsi;

2.0.9. sığorta vəsaiti – bu Qanunun 21-ci maddəsində nəzərdə tutulan mənbələrdən formalaşan vəsait;

2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti;

2.0.11. sığortaolunanın sığorta stajı – sığorta ödənişinin ödənilməsi zamanı nəzərə alınan bu Qanunun 11-ci maddəsində müəyyən olunan müddət;

2.0.12. aktiv məşğulluq tədbirləri – bu Qanunun 19.0.2-ci maddəsində nəzərdə tutulan məşğulluq tədbirləri; [4]

2.0.13. işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs;

2.0.14. işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs;

2.0.15. işsizlikdən sığorta fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu; [5]

2.0.16. sərbəst vəsait – işsizlikdən sığorta fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq;

2.0.17. investisiya gəliri – investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq.

 

Maddə 3. İşsizlikdən sığortanın hüquqi əsasları

 

İşsizlikdən sığortanın hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. [6]

 

Maddə 4. İşsizlikdən sığortanın prinsipləri

 

4.0. İşsizlikdən sığortanın əsas prinsipləri aşağıdakılardır:

4.0.1. işsizlikdən sığortanın məcburiliyi;

4.0.2. işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi;

4.0.3. sığorta hadisələrinə səbəb olan halların yaranmaması üçün tədbirlərin görülməsi;

4.0.4. bu Qanunla müəyyən olunmuş qaydada işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı;

4.0.5. sığorta stajından və işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması; [7]

4.0.6. işsizlikdən sığortanın idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.

 

2-ci fəsil

İŞSİZLİKDƏN SIĞORTANIN SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

Maddə 5. Sığortaolunanın hüquq və vəzifələri

 

 

5.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:

5.1.1. işsizlikdən sığorta etməyi sığortaedəndən tələb etmək;

5.1.2. sığortaedəndən və sığortaçıdan işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat, habelə məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət almaq;

5.1.3. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

5.1.4. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişi almaq;

5.1.5. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərdə iştirak etmək;

5.1.6. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiyasını almaq; [8]

5.1.7. sığortaedəndən və sığortaçıdan onun xeyrinə ödənilmiş sığorta haqqının məbləği və ödənilib-ödənilməməsi barədə məlumat almaq;

5.1.8. öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

5.1.9. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

5.2.1. sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək;

5.2.2. qanunla müəyyən olunmuş qaydada işə bərpa olunduqda məcburi işburaxma dövrü üçün ödənilmiş əməkhaqqından sığorta ödənişini qaytarmaq;

5.2.3. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 6. Sığortaedənin hüquq və vəzifələri

 

6.1. Sığortaedənin aşağıdakı hüquqları vardır:

6.1.1. özünün, habelə sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

6.1.2. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

6.1.3. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır:

6.2.1. sığortaedən kimi sığortaçıda qeydiyyata durmaq; [9]

6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək;

6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək;

6.2.4. kollektiv müqavilələrdə, sazişlərdə və əmək müqavilələrində işsizlikdən sığorta ilə bağlı nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək;

6.2.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat vermək;

6.2.6. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək;

6.2.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat vermək;

6.2.8. sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişinin verilməsini tələb etmək;

6.2.9. sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək;

6.2.10. əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək;

6.2.11. sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək; [10]

6.2.12. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 7. Sığortaçının hüquq və vəzifələri

 

7.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

7.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) işsizlikdən sığorta haqqı üzrə məlumat və hesabatlar almaq; [11]

7.1.2. sığortaedənə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

7.1.3. işsizlikdən sığorta haqqı üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; [12]

7.1.3-1. sığortaedənlər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; [13]

7.1.4. məhkəmədə özünün qanuni hüquqlarını və mənafelərini müdafiə etmək;

7.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

7.2. Sığortaçının vəzifələri aşağıdakılardır:

7.2.1. işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;

7.2.2. sığorta ödənişinin vaxtında ödənilməsini təmin etmək;

7.2.3. sığortaolunanlara və sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat vermək;

7.2.4. məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə sığortaolunanlara peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət vermək;

7.2.5. işsizlikdən sığorta vəsaitlərinin bu Qanunla müəyyən edilmiş məqsədlər üçün və təyinatı üzrə istifadəsini təmin etmək;

7.2.6. işsizlikdən sığorta vəsaitlərini idarə etmək;

7.2.7. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək;

7.2.8. bu Qanunun 19-cu maddəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək;

7.2.9. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 7-1. İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət [14]

 

İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

3-cü fəsil

İŞSİZLİKDƏN SIĞORTA ÜZRƏ QEYDİYYAT, SIĞORTA HAQQININ VƏ ÖDƏNİŞİNİN TƏNZİMLƏNMƏSİ

 

Maddə 8. İşsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı

 

Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 9. Sığorta tarifləri

 

9.0. İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

9.0.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

9.0.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

 

Maddə 10. Sığorta haqqı və onun hesablanması

 

10.1. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır.

10.2. İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. [15]

10.3. Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir.

 

Maddə 11. Sığorta stajının hesablanması

 

11.0. Bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajına aşağıdakı müddətlər daxildir:

11.0.1. bu Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət;

11.0.2. bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət.

 

Maddə 12. Sığorta ödənişinin növləri

 

12.0. Sığorta ödənişinin aşağıdakı növləri vardır:

12.0.1. əsas sığorta ödənişi;

12.0.2. sığorta ödənişinə əlavə;

12.0.3. minimum sığorta ödənişi.

 

Maddə 13. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti

 

13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: [16]

13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;

13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;

13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. [17]

13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. [18]

13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:

13.2.1. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; [19]

13.2.2. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; [20]

13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. [21]

13.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış bu Qanunun 13.2.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.

13.4. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır.

13.5. Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir. [22]

13.6. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. [23]

13.7. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.

13.8. Sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 30 ay sığorta stajı tələb olunur. [24]

 

Maddə 14. İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması

 

14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. [25]

14.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. [26]

14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir. [27]

14.4. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

14.5. Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

 

Maddə 15. Əsas sığorta ödənişinə əlavənin hesablanması

 

15.1. Bu Qanunun 13.4-cü maddəsində nəzərdə tutulan şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

15.2. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin bu Qanunun 15.1-ci maddəsində müəyyən olunmuş əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.

 

Maddə 16. Minimum sığorta ödənişi

 

Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

 

Maddə 17. Sığorta ödənişinin ödənilməsi

 

17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. [28]

17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.

17.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

17.3.1. ilk 2 təqvim ayı üçün – 100 faiz;

17.3.2. 3–4-cü təqvim ayları üçün – 80 faiz;

17.3.3. 5–6-cı təqvim ayları üçün – 70 faiz.

17.4. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

17.5. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi bu Qanunun 13.6-cı maddəsində müəyyən olunmuş müddətdə hər ay üçün bərabər məbləğdə ödənilir.

17.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

17.7. Sığorta ödənişini alan şəxs, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına fərdi məşğulluq proqramının icrası barədə hesabatı şəxsən təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər. [29]

17.8. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası, sığorta ödənişi alan şəxslərin, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərin işə düzəlmək üçün işəgötürənlərə müraciət etmələri və aktiv məşğulluq tədbirlərdə iştirakı barədə məlumatların da əks olunduğu hesabatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. [30]

17.9. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 18. Sığorta ödənişinin verilməsinin dayandırılması

 

18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır:

18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; [31]

18.0.2. sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə;

18.0.3. sığorta ödənişini alan şəxs bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;

18.0.4. sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;

18.0.5. sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində; [32]

18.0.6. sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə;

18.0.7. sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;

18.0.8. sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;

18.0.9. sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda; [33]

18.0.10. sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə; [34]

18.0.11. sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; [35]

18.0.12. sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;

18.0.13. sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;

18.0.14. sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda; [36]

18.0.15. sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

18.0.16. sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə. [37]

 

4-cü fəsil

SIĞORTA VƏSAİTLƏRİNİN TOPLANMASI VƏ İDARƏ EDİLMƏSİ

 

Maddə 19. Sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlər

 

19.0. Sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlər aşağıdakılardır:

19.0.1. bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan sığorta ödənişləri;

19.0.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün aşağıda nəzərdə tutulan aktiv məşğulluq tədbirləri: [38]

19.0.2.1. peşə hazırlığının təşkili; [39]

19.0.2.2. peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi;

19.0.2.3. haqqı ödənilən ictimai işlərin təşkili;

19.0.2.4. əmək yarmarkalarının və əmək birjalarının təşkili;

19.0.2.5. özünüməşğulluğa kömək göstərilməsi;

19.0.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi; [40]

19.0.2.7. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi; [41]

19.0.2.8. qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri;

19.0.3. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsi;

19.0.4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş təqaüdlər;

19.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılma xərcləri. [42]

19.0.6. Aktiv məşğulluq tədbirləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [43]

 

Maddə 20. Sığorta vəsaitləri

 

20.1. Sığorta vəsaitləri hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olan işsizlikdən sığorta fondunda cəmləşdirilir və bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. [44]

20.2. Bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan işsizlikdən sığorta fondunun büdcəsi hər il üçün qanunla təsdiq olunur (bu Qanunun 20.3-cü maddəsində nəzərdə tutulan fəaliyyət istisna olmaqla). [45]

20.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir. [46]

20.4. İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

 

Maddə 21. İşsizlikdən sığorta vəsaitlərinin mənbələri

 

21.0. İşsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

21.0.1. bu Qanunla müəyyən olunmuş qaydada ödənilən sığorta haqları;

21.0.2. bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;

21.0.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

21.0.4. bank kreditləri;

21.0.5. qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr.

 

Maddə 22. İşsizlikdən sığorta üzrə uçot və hesabat

 

22.1. Sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitlər növbəti ayın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işsizlikdən sığorta fonduna köçürülür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir. [47]

22.2. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 23. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar [48]

 

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən və bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan fonda daxil olan cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [49]

 

Maddə 24. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Maddə 25. Keçid müddəa

 

Bu Qanun qüvvəyə mindiyi günədək “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş işsizlik müavinətinin ödənişi həmin müavinətin ödənilməsi müddəti başa çatanadək davam etdirilir.

 

Maddə 26. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2017-ci il

№ 765-VQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2503)

2.       1 fevral 2019-cu il tarixli 1483-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 380)

3.       12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382)

4.       1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521)

5.       7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1137)

6.       30 sentyabr 2020-ci il tarixli 171-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1322)

7.       23 fevral 2021-ci il tarixli 273-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 212)

8.       24 dekabr 2021-ci il tarixli 444-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 9)

9.       29 noyabr 2022-ci il tarixli 655-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 23 dekabr 2022-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1377)

10.    7 mart 2023-cü il tarixli 836-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 1.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.2. Bu Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

 

[2] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə 2.0.5-ci maddədəidarəetməni” sözündən sonra (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[3] 24 dekabr 2021-ci il tarixli 444-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 1, maddə 9) ilə 2.0.6-cı maddədə hal sözü bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları sözləri ilə əvəz edilmişdir.

 

[4] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 2.0.12-ci, 5.1.5-ci, 17.8-ci və 19.0.2.8-ci maddələrdə ismin müvafiq hallarında aktiv tədbirlər” sözləri ismin müvafiq hallarında aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilmişdir.

 

[5] 7 mart 2023-cü il tarixli 836-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.0.15 2.0.17-ci maddələr əlavə edilmişdir.

 

[6] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 3-cü maddəyə Konstitusiyası,” sözündən sonra “Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu,” sözləri əlavə edilmişdir.

 

[7] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 4.0.5-ci maddədən sığorta stajından və” sözləri çıxarılmışdır.

 

[8] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 5.1.6-cı və 19.0.3-cü maddələrdə nəqliyyatı” sözü “xərcləri” sözü ilə əvəz edilmişdir.

 

[9] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2503) ilə 6.2.1-ci və 6.2.7-ci maddələr ləğv edilmişdir.

 

[10] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə 6.2.11-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.2.11. sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək;

 

[11] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə 7.1.1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7.1.1. sığortaedənlərdən öz işçilərini işsizlikdən sığorta etdirilməsini, sığorta haqlarının düzgün hesablanmasını, vaxtında və tam məbləğdə sığortaçıya ödənilməsini tələb etmək;

 

[12] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə 7.1.3-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7.1.3. sığortaedənlər və sığortaolunanlar tərəfindən işsizlikdən sığortanın həyata keçirilməsi ilə bağlı bu Qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət etmək;

 

[13] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə yeni məzmunda 7.1.3-1-ci maddə əlavə edilmişdir.

 

[14] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə yeni məzmunda 7-1-ci maddə əlavə edilmişdir.

 

[15] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə 10.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

10.2. Sığorta haqları üzrə vəsaitlərin toplanmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

[16] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 13.1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

13.1. Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.

 

[17] 24 dekabr 2021-ci il tarixli 444-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 1, maddə 9) ilə 13.1.3-cü maddəyə bəndinə sözündən sonra , 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə sözləri əlavə edilmişdir.

 

[18] 1 fevral 2019-cu il tarixli 1483-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 381) ilə yeni məzmunda 13.1-1-ci maddə əlavə edilmişdir.

 

[19] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 13.2.1-ci maddəyə işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sözləri əlavə edilmişdir və həmin maddədən , lakin ən azı 3 il” sözləri çıxarılmışdır.

 

24 dekabr 2021-ci il tarixli 444-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 1, maddə 9) ilə 13.2.1-ci və 13.2.2-ci maddələrdə işsizliyin başlanmasından” sözləri sığorta hadisəsinin baş verdiyi tarixdən sözləri ilə əvəz edilmişdir.

 

[20] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 13.2.2-ci maddəyə işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda” sözləri əlavə edilmişdir və həmin maddədə 3 rəqəmi 1 rəqəmi ilə əvəz edilmişdir.

 

[21] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 13.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 13.2.3-cü maddə əlavə edilmişdir.

 

24 dekabr 2021-ci il tarixli 444-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 1, maddə 9) ilə 13.2.3-cü maddədə işsizliyin başlanmasından sözləri sığorta hadisəsinin baş verdiyi tarixdən sözləri ilə, 35 rəqəmləri 30 rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra sözləri çıxarılmışdır.

 

[22] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə  13.5-ci maddədə İlk dəfə” sözləri “Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[23] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 13.6-cı maddəyə “6 ay” sözlərindən sonra “, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay ” sözləri əlavə edilmişdir.

 

[24] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, 192) ilə 13.8-ci maddəyə 12 ay” sözlərindən sonra , bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 36 ay” sözləri əlavə edilmişdir.

 

24 dekabr 2021-ci il tarixli 444-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 1, maddə 9) ilə 13.8-ci maddədə 36 rəqəmləri 30 rəqəmləri ilə əvəz edilmişdir.

 

[25] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 14.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:

14.1.1. sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faiz;

14.1.2. sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faiz;

14.1.3. sığorta stajı 10 ildən yuxarı olduqda 60 faiz.

 

[26] 24 dekabr 2021-ci il tarixli 444-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 1, maddə 9) ilə 14.2-ci maddədən Məşğulluq haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada sözləri çıxarılmışdır və həmin maddədə hər iki halda işsiz kimi qeydiyyata alınmasından sözləri sığorta hadisəsinin baş verdiyi tarixdən sözləri ilə əvəz edilmişdir.

 

[27] 23 fevral 2021-ci il tarixli 273-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 3, maddə 212) ilə 14.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi ilə müəyyən edilir.

 

[28] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 17.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

17.1. Sığorta ödənişi almaq üçün sığortaolunan müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizənin forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

[29] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 17.7-ci maddənin birinci və ikinci cümlələrinə ismin müvafiq hallarında alan şəxs” sözlərindən sonra ismin müvafiq hallarında , habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs” sözləri əlavə edilmişdir.

 

[30] 7 avqust 2020-ci il tarixli 163-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 sentyabr 2020-ci il, 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 9, maddə 1137) ilə 17.8-ci maddəyə alan şəxslərin” sözlərindən sonra “, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərin” sözləri əlavə edilmişdir.

 

[31] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 18.0.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

18.0.1. sığorta ödənişini alan şəxs işlə təmin edildikdə;

 

[32] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 18.0.5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

18.0.5. sığorta ödənişini alan şəxs ona təklif olunan iki münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə;

 

[33] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 18.0.9-cu maddəyə əssisəsinə” sözündən sonra əyani” sözü əlavə edilmişdir.

 

[34] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 18.0.10-cu maddəyə çağırıldıqda” sözündən sonra , həmin müddətdə” sözləri əlavə edilmişdir.

 

[35] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 18.0.11-ci maddəyə olduqda” sözündən sonra , həmin müddətdə” sözləri əlavə edilmişdir.

 

[36] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382) ilə 18.0.14-cü maddəyə sənədlərdə” sözündən sonra və məlumatlarda” sözləri əlavə edilmişdir və həmin maddədə qanuna uyğun” sözləri düzgün” sözü ilə əvəz edilmişdir.

 

[37] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 18.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 18.0.16-cı maddə əlavə edilmişdir.

 

[38] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 19.0.2-ci maddədə kimi qeydiyyata alınmış və işsiz statusu almış” sözləri və işsiz kimi qeydiyyata alınmış” sözləri ilə və aktiv tədbirlər” sözləri aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilmişdir.

 

[39] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 19.0.2.1-ci maddədə hazırlığı və əlavə təhsilin” sözləri hazırlığının” sözü ilə əvəz edilmişdir.

 

[40] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 19.0.2.6-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

19.0.2.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığortaedənlərlə birlikdə sığortaolunanların əməkhaqqının maliyyələşdirilməsi;

 

[41] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 19.0.2.7-ci maddədə vətəndaşların” sözü “şəxslərin” sözü ilə, əlavə iş yerlərinin və ixtisaslaşdırılmış” sözləri kvotadan əlavə iş yerlərinin və sosial” sözləri ilə əvəz edilmişdir.

 

[42] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə 19.0.5-ci maddəyə müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra əyyən etdiyi orqanın (qurumun) sözləri əlavə edilmişdir.

 

[43] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1382) ilə 19.0.6-cı maddədə Aktiv tədbirlər” sözləri Aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilmişdir.

 

[44] 29 noyabr 2022-ci il tarixli 655-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Azərbaycan qəzeti, 23 dekabr 2022-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1377) ilə 20.1-ci maddəyə vəsaitləri” sözündən sonra hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olan işsizlikdən” sözləri əlavə edilmişdir.

 

[45] 7 mart 2023-cü il tarixli 836-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 20.2-ci maddəyə olunur sözündən sonra (bu Qanunun 20.3-cü maddəsində nəzərdə tutulan fəaliyyət istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[46] 7 mart 2023-cü il tarixli 836-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə yeni məzmunda 20.3-cü və 20.4-cü maddələr əlavə edilmişdir.

 

[47] 30 sentyabr 2020-ci il tarixli 171-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 11, maddə 1322) ilə 22.1-ci maddənin birinci cümləsində orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

7 mart 2023-cü il tarixli 836-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 22.1-ci maddənin birinci cümləsi çıxarılmışdır.

 

[48] 1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 5, maddə 521) ilə 23-cü maddənin adında Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sözləri ilə əvəz edilmişdir.

 

[49] 30 noyabr 2018-ci il tarixli 1361-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 26 dekabr 2018-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2503) ilə 23-cü maddədə 25 rəqəmləri 50 rəqəmləri ilə əvəz edilmişdir.

 

1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan qəzeti, 1 iyun 2020-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 5, maddə 521) ilə 23-cü maddənin birinci cümləsində müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sözləri ilə əvəz edilmiş