"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
həmin Qanunun 7-ci maddəsinin 7.3-cü bəndinə müvafiq olaraq özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərində səhmlərin nəzarət zərfinin və ya məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində saxlanıldığı hallarda, həmin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət nümayəndələrinin iştirakı qaydalarını hazırlayıb Azərbaycan Respublikası prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
həmin Qanunun 9-cu maddəsinin 9.7-ci bəndinə müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydalarını təsdiq etsin;
həmin Qanunun 14-cü maddəsinə müvafiq olaraq özəlləşdirmə prosesinə dövlət nəzarətini həyata keçirən Dövlət Komissiyası haqqında Əsasnamə layihəsini və Dövlət Komissiyasının tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
həmin Qanunun 18-ci maddəsinin 18.2-ci bəndinə müvafiq olaraq fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
həmin Qanunun 19-cu maddəsinin 19.2-ci bəndinə müvafiq olaraq dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
həmin Qanunun 20-ci maddəsinin 20.2-ci bəndinə müvafiq olaraq dövlət əmlakının hərraclar vasitəsi ilə satışı qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
həmin Qanunun 23-cü maddəsinin 23.3-cü bəndinə müvafiq olaraq dövlət müəssisələrinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
öz səlahiyyətləri hüdudlarında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
[1]
2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 6.1.3-cü, 8.2.4-cü, 8.3-cü, 9.5-ci, 14-cü, 18.2-ci, 19.2-ci, 20.2-ci və 21.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 1.0.2-ci, 7.1-ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
2.3. həmin Qanunun 7.3-cü və 9.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 8.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
[2]
2.5. həmin Qanunun 8.2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan İnvestisiya Holdinqi nəzərdə tutulur.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 10 avqust 2000-ci il
№ 382
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
3.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)
4.
13 dekabr 2021-ci il tarixli 1486 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1351)
5.
28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin dördüncü və beşinci abzaslarında "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndinin dördüncü və beşinci abzaslarında “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 2-ci bəndinin dördüncü və beşinci abzaslarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.
13 dekabr 2021-ci il tarixli 1486 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1351) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki:
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 5.17-ci bəndində, 6-cı maddəsinin 6.1.3-cü bəndində, 8-ci maddəsinin 8.3-cü bəndində, 9-cu maddəsinin 9.5-ci bəndində, 14-cü maddəsində, 18-ci maddəsinin 18.2-ci bəndində, 19-cu maddəsinin 19.2-ci bəndində, 20-ci maddəsinin 20.2-ci bəndində və 21-ci maddəsinin 21.2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;
həmin Qanunun 7-ci maddəsinin 7.3-cü bəndində və 9-cu maddəsinin 9.7-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 1-ci maddəsinin 1.0.2-ci bəndində, 7-ci maddəsinin 7.1-ci bəndində, 15-ci maddəsinin 15.1-ci bəndində, 16-cı maddəsinin 16.2-ci bəndində və 23-cü maddəsinin 23.2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;
həmin Qanunun 8-ci maddəsinin 8.1-ci bəndində və 11-ci maddəsinin 11.2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
[2]
28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 2.4-cü bəndində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.