Elektroenergetika haqqında
Azərbaycan Respublİkasının Qanunun
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
elektroenergetika — elektrik və istilik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması və satışı ilə məşğul olan təsərrüfat sahəsi;
[1]
enerji təchizatı müəssisəsi — xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxs;
elektroenergetika sistemi — elektrik və istilik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanmasının vahid texnoloji prosesi ilə əlaqələndirilmiş elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişi xətləri və onların idarəetmə müəssisələrinin (sistemlərin) birliyi;
elektrik qurğuları — elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər;
rayon istilik qurğuları — müəyyən ərazi hüdudunda tələb edilən isti su, buxar və digər istilik daşıyıcılarının istehsalı, ötürülməsi və paylanması üçün lazım olan texniki avadanlıqlar və onlara aid tikililər;
elektroenergetika obyektləri – elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanılması prosesində istifadə olunan elektrik stansiyaları, yarımstansiyaları, elektrik xətləri, mərkəzi və yerli dispetçer xidməti üçün lazım olan bina və ya qurğular;
[2]
qoşulma nöqtəsi – elektrik enerjisinin ötürülməsinə və paylanılmasına təminat verən elektrik şəbəkəsinə elektroenergetika və tikinti obyektlərinin fiziki qoşulma yeri;
qoşulma xidmətinə görə ödəniş – bu Qanunun 8-1-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan tikinti obyektləri üçün layihələndirilmə, tikinti-quraşdırma işlərinə və mövcud 0,4 kV-luq şəbəkəyə fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla), bu Qanunun 8-1-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan tikinti obyektləri üçün isə sifarişçi tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra elektrik şəbəkəsinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan məbləğ;
qoşulma müqaviləsi – tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması şərtlərini özündə əks etdirən və nümunəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası ilə müəyyən edilən müqavilə;
ötürücü şəbəkə – elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən sistem əhəmiyyətli 110 kV və ondan yuxarı gərginlikli transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin məcmusu;
enerji təchizatı şəbəkəsi (paylayıcı şəbəkə) – elektrik enerjisinin paylanılması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən ötürücü şəbəkəyə aid olmayan 110 kV və ondan aşağı gərginlikli transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin məcmusu;
elektrik şəbəkəsi – elektrik enerjisinin ötürülməsi və paylanılması üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu;
dövlət elektroenergetika müəssisəsi – vahid mərkəzdən idarə olunan ötürücü şəbəkələr, onların dispetçer idarəetmə vasitələri və onun tabeliyində olan (strukturuna daxil olan) enerji istehsalçıları;
elektrik enerjisinin paylayıcısı – mülkiyyətində və ya istifadəsində olan paylayıcı şəbəkə ilə elektrik enerjisinin paylanılmasını həyata keçirən hüquqi şəxs;
tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik şəbəkəsinə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;
qoşulma aktı – tikinti obyektinin elektrik şəbəkəsinə fiziki qoşulmasını təsdiq edən sənəd;
fiziki qoşulma – sifarişçinin elektrik qurğularını qidalandırması üçün çəkilmiş elektrik veriliş xəttinin texniki şərti verən müəssisənin təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
enerji təchizatı layihəsi – tikinti obyektindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsinə və (və ya) əlavə güc alınmasına dair layihə sənədləri;
mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə (radiusda) quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi.
Maddə 2. Qanunun tətbiq sahəsi və məqsədi
Bu Qanun elektrik və istilik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını müəyyən edir.
[3]
Bu Qanunun əsas məqsədi ətraf mühitə qayğı göstərərək sosial iqtisadi cəhətdən enerjinin istehsalını və istehlakçının marağına uyğun olaraq enerji bazarına çıxarılmasını təmin etməklə enerji resurslarından səmərəli istifadə etmək və enerji effektivliyinə nail olmaqdır.
[4]
Maddə 3. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri
Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri aşağıdakılardır:
dövlət elektroenergetika müəssisəsi - vahid dövlət elektroenergetika sistemi;
[5]
enerji təchizatı müəssisələri;
müstəqil enerji istehsalçıları — iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və dövlət elektroenergetika müəssisəsinin tabeliyində olmayan (strukturuna daxil olmayan) hüquqi şəxslər;
[6]
enerji istehlakçıları.
Dövlət elektroenergetika müəssisəsinə vahid mərkəzdən idarə olunan ötürücü şəbəkələr, onların dispetçer idarəetmə vasitələri və onun tabeliyində olan (strukturuna daxil olan) enerji istehsalçıları daxildir. Bu müəssisə müqavilələr əsasında istehsalçılardan enerjini satın alır və onu öz şəbəkələri vasitəsilə ötürür, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.
[7]
Enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilir.
[8]
Müstəqil enerji istehsalçıları dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və (və ya) enerji təchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisilə təchiz edir, istehsal etdiyi enerjinin artıq hissəsini isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən ixrac edir.
Enerji təchizatı müəssisələri və müstəqil enerji istehsalçıları istənilən mülkiyyət formasında ola bilərlər.
Maddə 4. Elektrik və istilik enerjisi sahəsində idarəetmə və dövlət nəzarəti
Müvafiq icra hakimiyyəti orqanları:
elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satılması üçün xüsusi icazə verilməsi;
elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudunda ötürülməsi və paylanmasına hüquq verən müqavilələrin bağlanması;
[9]
elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərinin) tənzimlənməsi;
elektrik və istilik enerjisi sahəsində fəaliyyətin inhisarsızlaşdırılması;
elektrik enerjisinin ixrac və idxal edilməsi əməliyyatlarına xüsusi icazənin verilməsi;
enerjinin səmərəli, təhlükəsiz və etibarlı istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində dövlət nəzarətinin aparılması;
[10]
elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, satılması, paylanması üzrə, həmçinin elektrik və istilik qurğularının təhlükəsiz, etibarlı tikilməsi üzrə ümumi qaydaların və standartların müəyyən edilməsi, onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
Maddə 4-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq
[11]
Enerji istehsalçıları və enerji təchizatı müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
II fəsil
Elektrİk və İstİlİk enerjİsİ sahəsİndə fəalİyyətə xüsusİ İcazə
Maddə 5. Xüsusi icazə
Enerjinin istehsalı, ötürülməsi və paylanması ilə əlaqədar fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla xüsusi icazə əsasında həyata keçirilir.
[12]
Mülkiyyət növündən asılı olmayaraq hüquqi və fiziki şəxslərə xüsusi icazə qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqə yolu ilə verilir.
[13]
Xüsusi icazə müstəsna hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müsabiqəsiz də verilə bilər.
[14]
Elektrik və istilik enerjisi ilə əlaqədar fəaliyyətlərə xüsusi icazə istənilən maraqlı tərəfin müraciəti əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müraciətdə aşağıdakılar əks etdirilir:
nəzərdə tutulmuş fəaliyyətin əsas əlamətlərinin təsviri;
müraciət edən şəxsin və onun işçilərinin müvafiq ixtisas dərəcəsi haqqında sənədlər;
ictimai texniki təhlükəsizliyə riayət edilməsi haqqında arayış;
fəaliyyətlə məşğul olan insanların sağlamlığının və təhlükəsizliyinin mühafizəsi üzrə qaydalara aid sənədlər.
Əsas tələblər yerinə yetirildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə müstəsna hallarda şərti olaraq da verilə bilər. Bu halda da xüsusi razılığa malik olan şəxslər bu Qanunu və digər qanunvericilik aktlarını rəhbər tutaraq öz vəzifələrini yerinə yetirirlər.
Maddə 6. Yeni elektrik qurğularının tikilməsinə, yaradılmasına və istismara verilməsinə xüsusi icazə
Elektrik enerjisi istehsal edən, ötürən və paylayan yüksək gərginlikli qurğular qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla əvvəlcədən xüsusi icazə olmadan tikilə və işlədilə bilməz.
[15]
Yeni elektrik qurğularının layihəqabağı əsaslandırmaları və layihəsi xüsusi icazə üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
Elektrik və istilik enerjisi qurğularının quraşdırılması, işə salınması və istismarı daim müvafiq tələblərə və texniki standartlara cavab verməlidir.
Maddə 7. Xüsusi icazə almaq üçün tələblər
Xüsusi icazə almaq üçün aşağıdakı tələblər irəli sürülür:
elektrik və istilik enerjisi tələbatının (miqdarının) effektiv təmin edilməsi;
rayon hüdudlarında enerjinin qənaəti və səmərəli təchizatı;
ətraf mühitə, tarix və mədəniyyət abidələrinə vurula biləcək ziyanın aradan qaldırılması.
Bu fəsildəki səlahiyyətləri yerinə yetirmək üçün xüsusi icazəni alan şəxs lazımi texniki və maliyyə xarakterli informasiyaları təmin edir. İctimai və fərdi maraqların qorunması üçün ehtiyac olarsa, xüsusi icazəyə digər tələblər də əlavə etmək olar.
Maddə 8. Elektrik və istilik enerjisinin paylanmasına aid tələblər
İstehlakçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır.
Enerji paylanması müqavilələri əsasında verilən xüsusi icazə alan şəxsin aşağıdakı hüquqları vardır:
[16]
müqavilədə nəzərdə tutulan sahə (ərazi) hüdudunda istehlakçıları elektrik və istilik enerjisi ilə təmin etmək;
elektrik və istilik enerjisini ötürmək;
[17]
xüsusi icazə nəzərdə tutulan və xüsusi icazə fəaliyyəti üçün lazım olan bütün qurğuların tikilməsini və istismarını həyata keçirmək.
Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri:
tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasını təmin etmək, həmçinin alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tariflərlə (qiymətlərlə) istehlakçıları enerji ilə təchiz etmək;
[18]
müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək;
paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək;
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması.
İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, ötürən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər.
[19]
Müvafiq icra hakimiyyəti orqanı rayonun enerji təchizatı üzrə qaydalar müəyyən edir. Əgər rayona gətirilən enerjinin böyük hissəsi öz ehtiyaclarından artıq sənaye müəssisələrində, istilik və elektrik enerjisini birgə (kombinə) istehsal edən qurğularda və bərpa olunan enerji mənbələrində (külək, günəş və s.) istehsal edilirsə, həmin qaydalarda dövlət güzəştləri nəzərdə tutulmalıdır.
Elektrik və istilik enerjisinin paylayıcı qurğusu paylaşdırma üzrə müqavilə əsasında işləyir və müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan ləğv edilə bilməz.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə elektrik və istilik enerjisinin paylanması üzrə başqa tələblər də nəzərdə tutula bilər.
[20]
Tikinti obyektləri (o cümlədən, yaşayış binalarının mənzilləri) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onların elektrik qurğuları yalnız elektrik xətlərinə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilir.
[21]
İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
[22]
Maddə 8-1. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması
[23]
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir.
Tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə bu maddədə nəzərdə tutulmuş qaydada qoşulma xidmətinə görə ödəniş həyata keçirir.
Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işləri enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda, onların enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması bu maddənin beşinci hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti obyektlərindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı (elektrik enerjisi istehsalçılarına münasibətdə yalnız podratçı), yaxud enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən sifarişçinin hesabına həyata keçirilir.
Qoşulma nöqtəsi tikinti obyektlərinə (enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri istisna olmaqla) ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə (yarımstansiya və ya elektrik verilişi xətti) qoşulur. Başqa istehlakçının mülkiyyətində olan transformator məntəqəsində, elektrik xəttində və paylayıcı lövhədə olan qoşulma nöqtəsi yeni abonentlə həmin mülkiyyətçi arasında razılaşdırılmalıdır. Qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi ilə bağlı tələb olunan bütün işlər texniki şərti verən müəssisə tərəfindən onun öz hesabına yerinə yetirilir (elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması halı istisna olmaqla). Elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması zamanı qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi müvafiq elektrik enerjisi paylayıcısının vəsaiti hesabına həyata keçirilir.
Bu maddənin dördüncü və beşinci hissələri ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə mövcud və ya inşa ediləcək tikinti obyektlərinə aid olunur. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməmiş ərazilərdə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması bu maddənin beşinci hissəsinə uyğun olaraq həyata keçirilir.
Maddə 9. Rayonlar (ərazilər) üzrə enerji təchizatına xüsusi icazə
Müəyyən rayon (ərazi) hüdudunda elektrik və istilik enerjisi qurğusunun tikintisi, istismarı və enerji təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir və ya bir neçə hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə əsasında həyata keçirilir.
Maddə 10. Elektroenergetika sahəsində qiymətlər (tariflər)
[24]
Elektroenergetika sahəsində qiymətlər (tariflər) dövlət tərəfindən tənzimlənir.
[25]
Elektroenergetika sahəsində qiymətlər (tariflər) aşağıdakılardır:
elektrik və istilik enerjisinin istehsalçıdan satın alınma qiyməti (tarifi);
elektrik və istilik enerjisinin topdansatış qiyməti (tarifi);
elektrik və istilik enerjisinin pərakəndə satış (istehlakçılara satılan) qiyməti (tarifi);
elektrik enerjisinin idxal-ixrac qiyməti (tarifi);
qoşulma xidmətinə görə ödəniş.
[26]
Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri) müəssisələrin enerjinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması xərclərini tam ödəməklə, onların gəlirlə işləməsini və ölkədə enerji tələbatının təbii artımı şəraitində elektroenergetikanın inkişafını təmin etməlidir.
[27]
İstilik enerjisinin qiyməti həmin rayonda (ərazidə) elektrik enerjisi hesabına alınan istilik enerjisinin qiymətindən artıq ola bilməz.
Paylayıcı müntəzəm olaraq qoyulmuş qiymət və şərtlər haqqında müvafiq icra hakimiyyəti orqanına hesabat verməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiyanı təsdiq edir.
[28]
Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri
[29]
Elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən elektrik enerjisindən istifadə qaydalarına və istilik enerjisindən istifadə qaydalarına uyğun tərtib edilməklə müvafiq olaraq aşağıdakıları əks etdirməlidir:
[30]
elektrik və istilik enerjisinin qiyməti, həcmi, təchizat rejimi;
şəbəkəyə qoşulma və ayırma şərtləri;
enerjinin keyfiyyəti (gərginlik, tezlik və təchizatın etibarlılığı);
istehlakçının tikinti obyektinin elektrik enerjisi təchizatının etibarlılıq kateqoriyası;
[31]
enerji dəyərinin ödəmə şərtləri;
təbii fəlakət və digər fors-major halları istisna olmaqla qəza vəziyyətləri və enerjinin keyfiyyətinin aşağı olması nəticəsində dəyən ziyanın ödənilməsi şərtləri;
istehlakçı-təchizatçı sərhədlərinin müəyyən edilməsi.
İstehlakçı müqavilə müddəti qurtarmamış enerjidən imtina edərsə, təchizatçının müqavilə ilə əlaqədar çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır.
Enerjinin alqı-satqısı zamanı yaranan mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır:
[32]
istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
məhkəmənin qərarı ilə;
dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
[33]
İstehlakçıya elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik və ya istilik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılması, elektrik və ya istilik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya bu Qanunun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda (bu Qanunun 11-ci maddəsinin dördüncü hissəsinin dördüncü və yeddinci, həmçinin on birinci hissəsinin altıncı və səkkizinci abzaslarında nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağandır.
[34]
Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
[35]
Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına (istilik enerjisinə münasibətdə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarında müəyyən edilmiş hallar istisna olmaqla) həyata keçirilir.
[36]
Enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
[37]
Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
[38]
Enerji təchizatı müəssisəsi istehlakçıya istilik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır:
istehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
istehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə (sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;
təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
məhkəmənin qərarı ilə;
dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
[39]
III fəsil
Elektroenergetİka sahəsİndə təbİİ ehtİyatlardan İstİfadə
Maddə 12. Torpaq sahələrindən istifadə
Elektroenergetika obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır.
Elektroenergetika obyektlərinin yerləşdiyi ərazidə ətraf mühitin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mühafizə zonaları müəyyənləşdirilir.
Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istifadəsi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.
Maddə 13. Su ehtiyatlarından istifadə
Elektrik stansiyaları və elektroenergetikanın digər müəssisələri tərəfindən süni və təbii su tutarlarının ehtiyatlarından istifadə əlaqədar təşkilatlarla razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş rejimə uyğun həyata keçirilir.
Maddə 14. Ətraf mühitin qorunması
Elektroenergetika müəssisələri ətraf mühitin qorunması üzrə dövlət standartlarına əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyır və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirləri həyata keçirirlər.
IV fəsil
Elektrİk və İstİlİk enerjİsİnİn İstehlakçıları
Maddə 15. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları
İstehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar.
Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər.
[40]
İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir.
Maddə 16. Enerjiqəbuledici avadanlığının texniki səviyyəsinə tələblər
İstehlakçılar enerjiqəbuledicilərinin texniki səviyyəsinin dövlət standartlarına uyğun olmasını təmin etməlidirlər. Şəbəkəyə qoşulmanın texniki şərtlərinə müvafiq istehlakçılar nəzarət ölçü cihazlarının qoyulmasına, sazlığına və toxunulmazlığına məsuliyyət daşıyırlar.
Maddə 17. Elektrik enerjisinin idxal və ixrac edilməsi
Elektrik enerjisinin idxal və ixrac edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında həyata keçirilir.
Enerjinin xüsusi icazə olmadan idxalı və ixracı yalnız dövlət tərəfindən həyata keçirilir.
İctimai marağa zidd olmayan halda enerjinin idxalı və ixracına xüsusi icazə verilməlidir.
V fəsil
Elektroenergetİka sahəsİndə İdarəetmə və mülkİyyət hüququnun məhdudlaşdırılması
Maddə 18. Elektroenergetika sistemlərində operativ (əməli) idarəetmə
Elektroenergetika sistemlərində enerjinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması proseslərinin operativ idarə edilməsi mərkəzi və yerli idarəetmə səviyyəsində olan texnoloji dispetçer xidməti vasitəsilə həyata keçirilir.
Elektrik enerjisinin istehsalı və paylanması proseslərinin yerli səviyyədə texnoloji idarə edilməsini enerji təchizatı müəssisələri həyata keçirirlər.
Elektrik və istilik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması proseslərində qəzaların aradan qaldırılması müddətində operativ idarəetmə əməliyyatlarına dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və digərlərinin müdaxiləsi qadağandır.
Maddə 19. Mərkəzi və yerli dispetçer xidmətləri
Mərkəzi dispetçer xidməti dövlət elektroenergetika müəssisəsinin sabit işləməsinə, enerji təchizatına təhlükə yaradan qəza vəziyyətlərinin qarşısının alınmasına və aradan qaldırılmasına məsuliyyət daşıyır.
Mərkəzi dispetçer xidməti dövlət elektroenergetika müəssisəsinə operativ (əməli) cəhətdən tabe olan elektrik stansiyalarının və gərginliyi yüksək olan elektrik şəbəkələrinin iş rejimini, avadanlıqların təmirə saxlanılmasını və başqa dövlətlərin elektroenergetika müəssisələri ilə paralel işləməsini təmin edir.
Yerli dispetçer xidməti öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsinə cavabdehdir. Mərkəzi və yerli dispetçer xidmətlərinin fəaliyyəti xüsusi təlimatla nizamlanır.
Maddə 20. Mülkiyyət hüququnun məhdudlaşdırılması
Elektroenergetikanın inkişafı məqsədilə dövlət ehtiyacı və ya ictimai ehtiyaclar üçün əmlakın özgəninkiləşdirilməsi şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
[41]
Elektroenergetikanın inkişafı ilə əlaqədar əmlakın özgəninkiləşdirilməsi, ondan istifadənin məhdudlaşdırılması, habelə dövlət və bələdiyyə mülkiyyətindən istifadəyə üstünlük verilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.
VI fəsil
Elektroenergetİkanın İnkİşafı
Maddə 21. Elektroenergetikanın inkişaf proqramı və maliyyələşdirilməsi
Elektroenergetikanın inkişaf proqramı bu sahənin bütün strateji elektroenergetika obyektlərini, onların hüquqi və maliyyə təminatını özündə əks etdirir.
[42]
Elektroenergetikanın inkişaf proqramı layihələri Azərbaycan Respublikasının dövlət büdcəsi, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir. Elektroenergetikanın inkişafı proqramı layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilməsi (SEQ) aparılır.
[43]
Bu proqram beş ildən bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilir və dövlət energetika strategiyasının vacib tərkib hissəsi kimi qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunur.
Maddə 22. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması layihələrinin müsabiqəsi
Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması layihələri müsabiqə yolu ilə aparılır.
[44]
Elektroenergetika obyektlərinin tikinti, genişləndirmə və yenidən qurulma layihələri onların texniki-iqtisadi əsaslandırılmaları ilə müsabiqəyə təqdim olunur.
[45]
Layihələrin seçilməsi dövlət energetika strategiyasına uyğun iqtisadi effektivlik, etibarlılıq və təhlükəsizlik tələblərinin, habelə ətraf mühitin və enerji resurslarından səmərəli istifadə normativlərinin əsasında həyata keçirilir.
[46]
Elektroenergetika obyektlərinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
Elektroenergetika sahəsində mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
Elektroenergetika sahəsində mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Elektroenergetika sahəsində obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
[47]
VII fəsil
Elektroenergetİkada təhlükəsİzlİk, Elektroenergetika obyektlərinin qorunması və mühafİzəsİ
Maddə 23. Elektroenergetikada təhlükəsizliyə olan tələblər
Elektrik enerjisinin istehsalçıları və istehlakçıları tikinti, quraşdırma, sazlama, istismar və təmir işləri apararkən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na riayət etməlidirlər, onların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır və istismarda olan qurğuların işçilərə zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirləri həyata keçirirlər.
[48]
Maddə 24. Elektroenergetika obyektlərinin qorunması və mühafizəsi
Azərbaycan Respublikasında elektroenergetika obyektlərinin qorunması və mühafizəsinə təminat verilir. Elektroenergetika qurğularının qorunması və mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 3 aprel 1998-ci il
№ 459-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 oktyabr 2001-ci il tarixli 204-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 696)
2.
3 dekabr 2002-ci il tarixli 394-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 12)
3.
6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709)
4.
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657)
5.
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)
6.
30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768)
7.
2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 374)
8.
18 mart 2011-ci il tarixli 88-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2011-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 261)
9.
15 noyabr 2011-ci il tarixli 234-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti, 1 yanvar 2012-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1090)
10.
28 oktyabr 2016-cı il tarixli 372-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1990)
11.
13 fevral 2018-ci il tarixli 993-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 379)
12.
3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 988)
13.
2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429)
14.
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696)
15.
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697)
16.
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 1-ci maddənin birinci hissəsinin ikinci abzasında “nəqli və paylanması” sözləri “saxlanılması, ötürülməsi, paylanması və satışı” sözləri ilə, dördüncü abzasında “nəqli” sözü “saxlanılması, ötürülməsi” sözləri ilə, beşinci abzasında “istehsalı” sözü “istehsalı, saxlanılması” sözləri ilə əvəz edilmişdir.
[2]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 1-ci maddənin birinci hissəsinin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda yeddinci-iyirminci abzaslar əlavə edilmişdir.
[3]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 2-ci maddənin birinci hissəsində “nəqlinin” sözü “ötürülməsinin” sözü ilə əvəz edilmişdir.
[4]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 2-ci maddənin ikinci hissəsində “etməkdir” sözü “etmək və enerji effektivliyinə nail olmaqdır” sözləri ilə əvəz edilmişdir.
[5]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 3-cü maddənin birinci hissənin ikinci abzasından “ – vahid dövlət elektroenergetika sistemi” sözləri çıxarılmışdır.
[6]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 3-cü maddənin birinci hissənin dördüncü abzasında “vahid dövlət elektroenergetika sisteminə tabe olmayan” sözləri “dövlət elektroenergetika müəssisəsinin tabeliyində olmayan (strukturuna daxil olmayan)” sözləri ilə əvəz edilmişdir.
[7]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 3-cü maddənin ikinci hissəsinin ikinci cümləsində “nəql edir” sözləri “ötürür” sözü ilə əvəz edilmişdir.
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 3-cü maddənin ikinci hissənin birinci cümləsində “yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələri” sözləri “ötürücü şəbəkələr” sözləri ilə, “ona tabe olan” sözləri “onun tabeliyində olan (strukturuna daxil olan)” sözləri ilə əvəz edilmişdir.
[8]
18 mart 2011-ci il tarixli 88-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2011-ci il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 261) ilə 3-cü maddəsinin üçüncü hissəsinə ikinci cümlə əlavə edilmişdir.
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697) ilə 3-cü maddənin üçüncü hissəsinin ikinci cümləsindən “və istilik” sözləri çıxarılmışdır və həmin hissəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 3-cü maddənin üçüncü hissənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Elektrik və istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[9]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 4-cü maddənin birinci hissəsinin üçüncü abzasında “nəql edilməsi” sözləri “ötürülməsi” sözü ilə əvəz edilmişdir.
[10]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 4-cü maddənin birinci hissəsinin yeddinci abzasında “istehsalı, nəqli, paylanması və istehlakı üzrə” sözləri “istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində” sözləri ilə əvəz edilmişdir.
[11]
13 fevral 2018-ci il tarixli 993-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 379) ilə yeni məzmunda 4-1-ci maddə əlavə edilmişdir.
[12]
3 dekabr 2002-ci il tarixli 394-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 12) ilə 5-ci maddənin birinci hissəsində "növləri" sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla" sözləri əlavə edilmişdir.
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 5-ci maddənin birinci hissəsində “nəqli” sözü “ötürülməsi” sözü ilə əvəz edilmişdir.
[13]
6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709) ilə 5-ci maddənin ikinci hissəsində "tender (müsabiqə)" sözləri "müsabiqə" sözü ilə əvəz edilmişdir.
[14]
6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709) ilə 5-ci maddənin üçüncü hissəsində "tendersiz (müsabiqəsiz)" sözləri "müsabiqəsiz" sözü ilə əvəz edilmişdir.
[15]
3 dekabr 2002-ci il tarixli 394-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 12) ilə 6-cı maddənin birinci hissəsində "qurğular" sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla" sözləri əlavə edilmişdir.
[16]
12 oktyabr 2001-ci il tarixli 204-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 696) ilə 8-ci maddənin ikinci hissəsi çıxarılmışdır. Maddənin üçüncü və dördüncü hissələri müvafiq olaraq ikinci və üçüncü hissələr hesab edilmişdir.
əvvəlki redaksiyasında deyilirdi:
Enerjinin paylanması üçün müqavilələr müəyyən məhdud müddətə, ən çoxu 30 il müddətinə bağlanmalıdır.
[17]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 8-ci maddənin ikinci hissənin üçüncü abzasında “nəql etmək” sözləri “ötürmək” sözü ilə əvəz edilmişdir.
[18]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 8-ci maddənin üçüncü hissənin ikinci abzası yeni redaksiyada verilmişdir və üçüncü abzas ləğv edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək;
[19]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 8-ci maddənin dördüncü hissəsində “nəql edən” sözləri “ötürən” sözü ilə əvəz edilmişdir.
[20]
12 oktyabr 2001-ci il tarixli 204-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 696) ilə 8-ci maddəyə yeddinci hissə əlavə edilmişdir.
[21]
2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 374) ilə 8-ci maddəsinə səkkizinci hissə əlavə edilmişdir.
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 8-ci maddənin səkkizinci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin elektrik xətlərinə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[22]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 8-ci maddəyə yeni məzmunda doqquzuncu hissə əlavə edilmişdir.
[23]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə yeni məzmunda 8-1-ci maddə əlavə edilmişdir.
[24]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 10-cu maddənin adı yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri)
[25]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 10-cu maddənin birinci və ikinci hissələrində “Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri)” sözləri “Elektroenergetika sahəsində qiymətlər (tariflər)” sözləri ilə əvəz edilmişdir.
[26]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 10-cu maddənin ikinci hissənin beşinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda altıncı abzas əlavə edilmişdir.
[27]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 10-cu maddənin üçüncü hissəsində, 18-ci maddənin birinci və üçüncü hissələrində “nəqli” sözü “saxlanılması, ötürülməsi” sözləri ilə əvəz edilmişdir.
[28]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 10-cu maddəyə yeni məzmunda altıncı hissə əlavə edilmişdir.
[29]
30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci hissələr əlavə edilmişdir.
[30]
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697) ilə 11-ci maddənin birinci hissənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Müqavilə “Elektrik və istilik enerjisindən istifadə etmə qaydaları”na uyğun tərtib edilməklə aşağıdakıları əks etdirməlidir:
[31]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 11-ci maddənin birinci hissənin beşinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
istehlakçının dərəcəsi;
[32]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 11-ci maddənin dördüncü hissəsində “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilmişdir.
[33]
28 oktyabr 2016-cı il tarixli 372-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1990) ilə 11-ci maddənin dördüncü hissəsinin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.
[34]
15 noyabr 2011-ci il tarixli 234-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti, 1 yanvar 2012-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1090) ilə 11-ci maddəsinin 5-ci hissəsinə üçüncü cümlə əlavə edilmişdir.
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697) ilə 11-ci maddənin beşinci hissənin birinci cümləsinə “elektrik” sözündən, ikinci cümləsinə “Elektrik” sözündən və hər iki halda “elektrik” sözündən sonra “və ya istilik” sözləri əlavə edilmişdir.
28 oktyabr 2016-cı il tarixli 372-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1990) ilə 11-ci maddənin beşinci hissəsinin birinci cümləsində “dayandırılması” sözündən sonra “(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla)” sözləri əlavə edilmişdir.
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 11-ci maddənin beşinci hissənin üçüncü cümləsində “istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda” sözləri “bu Qanunun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda (bu Qanunun 11-ci maddəsinin dördüncü hissəsinin dördüncü və yeddinci, həmçinin on birinci hissəsinin altıncı və səkkizinci abzaslarında nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.
[35]
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697) ilə 11-ci maddənin altıncı hissəsinin ikinci cümlə müvafiq olaraq üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir və üçüncü cümləyə hər iki halda “elektrik” sözündən sonra “və istilik” sözləri əlavə edilmişdir.
[36]
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697) ilə 11-ci maddənin yeddinci hissəyə “hesabına” sözündən sonra “(istilik enerjisinə münasibətdə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarında müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[37]
2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 11-ci maddəsinə yeni məzmunda doqquzuncu və onuncu hissələr əlavə edilmişdir.
[38]
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697) ilə 11-ci maddənin onuncu hissəyə hər iki halda “paylayıcı şəbəkəyə” sözlərindən sonra “və ya istilik şəbəkəsinə” sözləri əlavə edilmişdir.
[39]
17 iyun 2022-ci il tarixli 546-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul 2022-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 697) ilə 11-ci maddəsinə yeni məzmunda on birinci hissə əlavə edilmişdir.
[40]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 15-ci maddənin ikinci hissəsi ləğv edilmişdir.
[41]
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 20-ci maddəsinin birinci hissəsində “əmlakını özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər” sözləri “əmlakın özgəninkiləşdirilməsi şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 20-ci maddəsinin birinci hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır.
[42]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 21-ci maddənin birinci hissəsindən “bu sahənin” sözləri çıxarılmışdır və həmin hissəyə “strateji” sözündən sonra “elektroenergetika” sözü əlavə edilmişdir.
[43]
3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 988) ilə 21-ci maddənin ikinci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 21-ci maddənin 2-ci hissəsindən “enerji resurslarından səmərəli istifadə fondu,” sözləri çıxarılmışdır.
[44]
6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709) ilə 22-ci maddənin birinci hissəsindən "Tender haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması layihələri müsabiqə yolu ilə “Tender haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aparılır.
[45]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 22-ci maddənin ikinci hissəsində və VII fəslin adında “Obyektlərin” sözü “Elektroenergetika obyektlərinin” sözləri ilə əvəz edilmişdir.
[46]
27 may 2022-ci il tarixli 543-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 696) ilə 22-ci maddənin üçüncü hissəsindən “və enerji resurslarından səmərəli” sözləri çıxarılmışdır.
[47]
3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 988) ilə 22-ci maddəyə yeni məzmunda dördüncü-yeddinci hissələr əlavə edilmişdir.
[48]
27 dekabr 2022-ci il tarixli 773-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə 23-cü maddədə “Elektrik qurğularının istismarında texniki təhlükəsizlik qaydaları”na” sözləri “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na” sözləri ilə əvəz edilmişdir.