AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.02.2017
QEYDİYYAT NÖMRƏSİ
1261
ADI
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-02-2017, Nəşr Nömrəsi: 42), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 205)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201702231261
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.02.2017
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2017-ci il

                № 1261


Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında

Birgə Komissiyanın yaradılması haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),

müvafiq qanunvericiliklərinə uyğun olaraq, ticarət və iqtisadi əməkdaşlıq da daxil olmaqla onlar arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsini arzulayaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər bununla Birgə Komissiya yaradırlar (bundan sonra “BK”)

.

Maddə 2

 

BK-ya rəhbərlik Azərbaycan Respublikasının və İsrail Dövlətinin xarici işlər nazirləri və ya təyinatları diplomatik kanallarla digər Tərəfə bildirilən başqa nazirlər tərəfindən həyata keçirilir.

 

Maddə 3

 

Tərəflər bu Anlaşma Memorandumunun səmərəli şəkildə həyata keçirilməsi və icrası məqsədi ilə hər iki Tərəfin razılaşdırdığı qaydada Tərəflərdən birinin müraciətinə əsasən, müntəzəm olaraq, növbə ilə görüşmək barədə razılığa gəlirlər.

BK iki ölkənin müvafiq nazirliklərinin nümayəndələrindən təşkil olunur.

 

Maddə 4

 

BK iki ölkə arasında iqtisadi əlaqələri aşağıda göstərildiyi kimi inkişaf etdirir və genişləndirir:

1. iki ölkə arasında ticarət və iqtisadi əlaqələr, səhiyyə, təhsil və elm kimi, lakin bununla məhdudlaşmayan qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı gücləndirmək məqsədi ilə təkliflərin hazırlanması;

2. iki ölkənin müvafiq qurumları arasında məlumat mübadiləsi və əlaqələndirmə yolu ilə ticarət, investisiya və birgə layihələr sahələrində iqtisadi əməkdaşlığın təşviq edilməsi və genişləndirilməsi;

3. iki ölkənin özəl sektorları arasında əməkdaşlığın təşviq edilməsi və genişləndirilməsi;

4. iki ölkə arasında birgə investisiya layihələrinin həyata keçirilməsinin təşviq edilməsi;

5. iki ölkə arasında ticarətdə və investisiyada maneələri aradan qaldırmaq üçün vasitələrin müəyyən edilməsi;

6. Tərəflərin razılaşdırdığı qarşılıqlı maraq doğuran digər sahə üzrə əməkdaşlığın həyata keçirilməsi.

 

Maddə 5

 

BK qarşılıqlı maraq doğuran sahələrdə ixtisaslaşdırılmış “ad hoc ” işçi qrupların yaradılması ilə bağlı qərar qəbul edə bilər. İşçi qrupların iclasları video- konfranslar daxil olmaqla elektron vasitələrlə keçirilə bilər. Bu işçi qrupların razılaşdırılmış protokolları BK tərəfindən təsdiq edilməlidir.

 

Maddə 6

 

Bu Anlaşma Memorandumunun həyata keçirilməsi hər bir ölkənin müvafiq tətbiq olunan qanunları, qərarları, qaydaları, prosedurları və mexanizmlərinə uyğun olmalıdır.

 

Maddə 7

 

Hazırkı Anlaşma Memorandumunun tətbiqi və ya təfsiri ilə bağlı hər hansı mübahisə diplomatik kanallar vasitəsilə Tərəflər arasında birbaşa məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 8

 

Hazırkı Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı ilə dəyişiklik və əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr aşağıda qeyd edilən 9(1)- ci maddəsinə uyğun olaraq qüvvəyə minir və bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edir.

 

Maddə 9

 

1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə bir-birini məlumatandırdığı ikinci yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

2. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə qüvvədədir.

3. Hər bir Tərəf bu Anlaşma Memorandumunu istənilən vaxt diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə ləğv edə bilər. Bu halda, bu Anlaşma Memorandumu digər Tərəfdən ləğvetmə barədə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşür.

Bakı şəhərində 13 dekabr 2016-cı il tarixində, müvafiq olaraq İvrit təqvimi ilə 13 kislev 5777-ci il tarixində, iki əsl nüsxədə Azərbaycan, ivrit və ingilis dillərində olmaqla imzalanmışdır. Təfsirlə bağlı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikası

İsrail Dövləti

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status