AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.07.2000
QEYDİYYAT NÖMRƏSİ
919-IQ
ADI
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2000, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 596)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublİkasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında 2000-ci il martın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV

 

Bakı şəhəri, 18 iyul 2000-ci il

              № 919-IQ

 

Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti

arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması

və ekvivalentliyi haqqında

 

Sazİş

 

 Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,

 Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Ukrayna Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 1997-ci il tarixli Sazişi rəhbər tutaraq,

 təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafı və dərinləşdirilməsinə şərait yaradılmasını arzu edərək;

 təhsil sənədləri, elmi dərəcələrin qarşılıqlı tanınması normalarını müəyyən etmək məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

 Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir.

 

Maddə 2

 

 Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır.

 

Maddə 3

 

 Azərbaycan Respublikasının texniki-peşə və Ukraynanın texniki-peşə məktəblərini bitirmək haqqında verilən diplom və attestatlar işə qəbul edilərkən peşə və ixtisas dərəcəsindən asılı olaraq onların təhsil müddəti və təhsilin məzmunu uyğun gəldiyi halda qarşılıqlı surətdə tanınır və ekvivalent sayılır.

 

Maddə 4

 

 Ukrayna Tərəfi Azərbaycan Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Ukrayna ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddəti və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

 

Maddə 5

 

 Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

 

Maddə 6

 

 Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.

 

Maddə 7

 

 Dosent elmi adı verilməsi haqqında Azərbaycan Respublikasında verilmiş diplomlar və dosent elmi adı verilməsi haqqında Ukraynada verilmiş diplomlar qarşılıqlı şəkildə tanınır.

 

Maddə 8

 

 Professor elmi adı verilməsi haqqında Azərbaycan Respublikasında verilmiş diplomlar və professor elmi adı verilməsi haqqında Ukraynada verilmiş diplomlar qarşılıqlı şəkildə tanınır.

 

Maddə 9

 

 Tərəflər bu Sazişin həyata keçirilməsi üçün bir-birinə təhsil, elmi dərəcələr və adlar haqqında dövlət sənədlərinin nümunələrini, bu sənədlərin tərtibi və verilməsini tənzimləyən milli normativ aktlarını təqdim edirlər.

 

Maddə 10

 

 Tərəflər bu Sazişin həyata keçirilməsi üçün məsləhətləşmələr aparır, təhsil sistemində, təhsil sənədlərinin adında, verilməsində və elmi adlar və dərəcələrin verilməsi ilə bağlı dəyişikliklər barədə məlumatlar və lazım olduğu halda rəsmi izahatlar verirlər.

 

Maddə 11

 

 Tərəflər bu Saziş qəbul edildikdən sonra yarana bilən mübahisəli məsələlərin həlli üçün birgə ekspert komissiyası (bundan sonra «Birgə komissiya») yaradacaqlar. Tərəflər Birgə komissiyanın tərkibi haqqında məlumatı bir-birinə diplomatik kanallar vasitəsi ilə çatdıracaqlar.

 Birgə komissiya bu Sazişin əhatə etdiyi Tərəflərin təhsil müəssisələrinin mülkiyyət formasından asılı olmayaraq siyahısını mütəmadi yeniləşdirəcəkdir.

 Birgə komissiya zərurət olduqda işləyəcəkdir. İclasların yeri və tarixi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaqdır.

 

Maddə 12

 

 Bu Sazişə əlavələr və dəyişikliklər Tərəflərin razılığı ilə onun ayrılmaz hissəsi olan müvafiq Protokollar vasitəsi ilə daxil ediləcəkdir.

 

Maddə 13

 

 Bu Saziş Tərəflərin zəruri dövlətdaxili proseduraların yerinə yetirilməsi haqqında bir-birinə yazılı xəbərdarlıq etdiyi tarixdən qüvvəyə minir və beş il ərzində qüvvədə qalır.

 Növbəti müddətin bitməsinə ən azı altı ay qalmış Tərəflər bir-birinə onun qüvvəsini ləğv etmək niyyəti haqqında yazılı şəkildə bildirməzsə, Sazişin qüvvəsi avtomatik olaraq daha beş il müddətinə uzadılır.

 Əgər Sazişin qüvvəsi ləğv edilərsə, onun müddəaları Sazişin qüvvəsinin ləğv edilməsinə qədər verilmiş və əvvəlki müddəalarda adı çəkilmiş sənədlərə və Sazişin qüvvəsinin ləğv edilməsinə qədər Azərbaycan Respublikasına və yaxud Ukraynaya gəlmiş təhsil alanlara münasibətdə qüvvədə qalacaqdır.

 Onların aldıqları təhsil haqqında sənədlərin ekvivalentliyi bu Sazişin müddəalarına uyğun olaraq tanınacaqdır.

 Bu Saziş Bakı şəhərində 2000-ci il martın 16-da  hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı olarsa rus dilində olan mətnə üstünlük veriləcəkdir.

 

 Azərbaycan Respublikası Hökuməti                                    Ukrayna Nazirlər Kabineti

                            adından                                                                                  adından

                                   (imza)                                                                                     (imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status