![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qərarı |
Qəbul edildiyi tarix |
04.11.2016 |
Qeydiyyat nömrəsi |
1/1-07 |
Adı |
“Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə[1] |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
19.11.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.180.050 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201611041107 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
18.11.2016 |
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 5.8-ci və 5.9-cu bəndlərinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası
QƏRARA ALIR:
1. “Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”nın dəyişikliklərlə birgə yenidən təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il 15 yanvar tarixli 1/1-01 nömrəli qərarı ləğv edilsin.
3. Hüquqi təminat şöbəsi (İ.Qədimova) bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
Kollegiyanın sədri İnam Kərimov
|
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının 2020-ci il 2 noyabr tarixli 200109500028 nömrəli Qərarı ilə təsdiq edilmişdir. [2] |
Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.1.10.3-cü yarımbəndinə və 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 7.1.17-ci, 7.1.19-cu yarımbəndlərinə uyğun olaraq dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin (bundan sonra - qiymətləndirmə) aparılması qaydalarını müəyyən edir.
1.2. Hər bir dövlət qurumu göstərdiyi elektron xidmətlərin, habelə sahibi və ya operatoru olduğu informasiya ehtiyatlarının və sistemlərinin bu Qaydaların 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş meyarlara və altmeyarlara uyğunluğunu yoxlamalı və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görməlidir.
1.3. Qiymətləndirmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Dövlət Agentliyi) tərəfindən qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında aparılır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1. qiymətləndirmə – bu Qaydaların 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş meyarlar və altmeyarlar vasitəsilə cari vəziyyətin öyrənilməsinə, sənədlərin və məlumatların toplanılmasına, yoxlanılmasına və təhlilinə yönələn fəaliyyət;
2.1.2. qiymətləndirmə meyarları – qiymətləndirmə altmeyarlarını əhatə edən prioritet istiqamətlər;
2.1.3. qiymətləndirmə altmeyarları – qiymətləndirmənin aparılması üçün istifadə edilən və müvafiq ballarla ölçülən göstəricilər (indikatorlar).
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Qiymətləndirmənin aparılmasının məqsədləri
3.0. Qiymətləndirmənin aparılmasının əsas məqsədləri aşağıdakılardan ibarətdir:
3.0.1. elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı cari vəziyyətin və görülən işlərin öyrənilməsi;
3.0.2. elektron xidmətlərin göstərilməsinin, informasiya ehtiyatlarının və sistemlərinin aparılmasının Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına, o cümlədən təsdiq olunmuş layihələrə, texniki reqlamentlərə və tələblərə uyğun həyata keçirilməsinə nəzarət edilməsi;
3.0.3. elektron xidmətlərdən, informasiya ehtiyatlarından və sistemlərindən səmərəli və effektiv istifadə imkanlarının artırılması;
3.0.4. elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin funksional imkanlarının artırılması, təkmilləşdirilməsi və optimallaşdırılması;
3.0.5. elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərilməsi;
3.0.6. dövlət qurumlarının informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə Elektron Hökumət İnformasiya Sisteminə qoşulma prosesinin sürətləndirilməsinə nəzarət edilməsi;
3.0.7. dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması;
3.0.8. bu sahədə modern və çevik idarəetmənin təmini imkanlarının araşdırılması.
4. Qiymətləndirmənin aparılma mərhələləri
4.0. Qiymətləndirmə aşağıdakı mərhələlərdə aparılır:
4.0.1. sənədlərin və məlumatların toplanılması:
4.0.1.1. sorğuların göndərilməsi;
4.0.1.2. informasiya sistemləri üzərindən xidmətlərin test edilməsi (elektron xidmətlərin qiymətləndirilməsi zamanı yoxlama məqsədilə xidmət alınması);
4.0.1.3. rəy sorğularının keçirilməsi;
4.0.1.4. yerində baxışın keçirilməsi.
4.0.2. toplanılmış sənədlərin və məlumatların yoxlanılması və təhlili;
4.0.3. arayış və hesabatların hazırlanması.
5. Qiymətləndirmənin təşkili və keçirilməsi
5.1. Qiymətləndirmə ildə bir dəfə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.
5.2. Növbəti il üçün tədbirlər planı hər il dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir və Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir. Eləcə də qiymətləndirmənin aparılması ilə bağlı tarix barədə məlumat qiymətləndirmənin başlamasına ən azı 15 gün qalmış Dövlət Agentliyi tərəfindən rəsmi məktubla aidiyyəti dövlət qurumuna bildirilir.
5.3. Qiymətləndirmənin aparılması üçün Dövlət Agentliyi tərəfindən işçi qrup yaradılır və onun tərkibi müəyyən edilir. İşçi qrupun fəaliyyətinə digər dövlət qurumların nümayəndələri, elmi-tədqiqat müəssisələri, müstəqil ekspertlər və mütəxəssislər cəlb edilə bilər.
5.4. İşçi qrup qrup rəhbəri və ən azı 3 mütəxəssisdən ibarət olur. İşçi qrupa informasiya texnologiyaları, hüquq və idarəetmə sahələrində peşəkar fəaliyyət göstərən və azı 2 il iş təcrübəsinə malik olan mütəxəssislər cəlb edilir.
5.5. Qiymətləndirmə işçi qrup tərəfindən dövlət qurumunun normal fəaliyyətini pozmamaq şərtilə, bu Qaydaların 5.1-ci bəndində qeyd edilən tədbirlər planına uyğun olaraq, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş meyarlar və altmeyarlar əsasında həyata keçirilir.
5.6. Qiymətləndirmənin aparılması üçün ilkin mərhələdə Dövlət Agentliyi tərəfindən zəruri sənədlərin və məlumatların təqdim edilməsi ilə bağlı aidiyyəti dövlət qurumuna sorğu göndərilir. Eyni zamanda, elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı rəy sorğuları keçirilə bilər.
5.7. Dövlət qurumu Dövlət Agentliyinin sorğusu əsasında sorğu daxil olduğu tarixdən 10 iş günü müddətində zəruri sənədləri və məlumatları, o cümlədən informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi üçün bu Qaydaların 3 nömrəli əlavəsində müəyyən edilən məlumatları həm kağız, həm də elektron daşıyıcıda təqdim edir.
5.8. Elektron xidmətlərin qiymətləndirilməsi aparılarkən həmin xidmətlərin təşkili və göstərilməsi müvafiq informasiya sistemləri üzərindən sorğular və müraciətlər göndərilərək test edilir.
5.9. Sorğu nəticəsində təqdim olunmuş sənədlərin və məlumatların yoxlanılması, habelə informasiya sistemləri üzərindən göndərilən sorğuların və müraciətlərin icra mexanizmi, qiymətləndirmə meyarları və altmeyarları üzrə əlavə məlumatların toplanılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən yerində baxış həyata keçirilir.
5.10. Hər hansı bir səbəbdən müəyyən olunmuş vaxtda yerində baxışın keçirilməsi mümkün olmadıqda, bu səbəblər aradan qaldırıldıqdan 3 iş günü sonra qiymətləndirmə aparılan dövlət qurumuna xəbər verilməklə yerində baxış həyata keçirilir.
5.11. Sorğu nəticəsində təqdim olunmuş sənədlər və məlumatlar yerində baxış zamanı təsdiqini tapmadıqda bu Qaydaların 4 nömrəli əlavəsində müəyyən edilən formada protokol tərtib edilir və qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış arayış və hesabat əlavə edilir.
5.12. Qiymətləndirmə zamanı toplanılmış sənədlər və məlumatlar təhlil edilərək arayış və hesabat hazırlanır. Hazırlanan arayışda və hesabatda elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin cari vəziyyəti, çatışmazlıqlar, qiymətləndirmənin müəyyən edilən nəticəsi (qiymət qeyd edilməklə), habelə elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin funksional imkanlarının artırılması, təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər qeyd edilir.
5.13. Qiymətləndirmə zamanı hər bir dövlət qurumu üzrə qiymətləndirmənin keçirilməsi üçün nəzərdə tutulmuş son tarixə (bu Qaydaların 5.1-ci bəndində qeyd edilən tədbirlər planında müəyyən olunan) uyğun məlumatlar əsas götürülür və qiymətləndirmə həmin məlumatlar əsasında aparılır.
5.14. Əvvəlki qiymətləndirmə dövründə “5 (beş) ulduz” olaraq qiymətləndirilən elektron xidmətlər, habelə “əla” nəticə göstərmiş informasiya ehtiyatları və sistemləri cari ildə qiymətləndirilmir və ya aidiyyəti dövlət qurumunun (elektron xidməti göstərən, informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru olan) təklifi əsasında qiymətləndirilir.
6. Dövlət Agentliyinin qiymətləndirmənin aparılması ilə bağlı funksiyaları
6.1. Dövlət Agentliyi qiymətləndirmə ilə bağlı aşağıdakı funksiyaları həyata keçirir:
6.1.1. qiymətləndirmənin Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq aparılmasını təmin etmək;
6.1.2. qiymətləndirmənin aparılması ilə bağlı əlaqələndirici şəxs (şəxslər) təyin etmək, təyin edilən şəxs (şəxslər) və dəyişikliklər barədə aidiyyəti dövlət qurumlarına məlumat vermək;
6.1.3. qiymətləndirmə ilə bağlı dövlət qurumlarının təqdim etdiyi məlumatların və sənədlərin düzgünlüyünü yoxlamaq;
6.1.4. yerində baxış və rəy sorğularını keçirmək;
6.1.5. toplanmış sənədləri və məlumatları təhlil etmək, qiymətləndirmənin nəticələrini ümumiləşdirmək;
6.1.6. elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin funksional imkanlarının artırılması, təkmilləşdirilməsi və optimallaşdırılması məqsədi ilə təkliflər hazırlamaq;
6.1.7. qiymətləndirmənin nəticəsi barədə arayışlar və hesabat hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
6.1.8. qiymətləndirmə zamanı toplanılan məlumatlardan yalnız qiymətləndirmənin məqsədləri üçün istifadə etmək və həmin məlumatların konfidensiallığını təmin etmək;
6.1.9. qiymətləndirmə aparılan dövlət qurumlarının normal fəaliyyətini pozmamaq.
6.2. Dövlət Agentliyi qiymətləndirmənin aparılması üçün aidiyyəti dövlət qurumlarına zəruri sənədlər və məlumatlar barədə sorğular verə, habelə onlardan belə sənədləri və məlumatları ala bilər.
6.3. Dövlət Agentliyi qiymətləndirmənin aparılması, o cümlədən yerində baxış və rəy sorğularının keçirilməsi üçün işçi qrupa lazımi şəraitin yaradılması ilə bağlı dövlət qurumlarına müraciət edə bilər.
6.4. Dövlət Agentliyi yerində baxış zamanı aşağıda qeyd edilənlərlə tanış ola bilər:
6.4.1. qiymətləndirmə aparılan dövlət qurumlarının informasiya texnologiyaları ilə bağlı infrastrukturlarının vəziyyəti;
6.4.2. informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti, isitifadə edilən proqram təminatı, məlumat bazaları, hesabatlılıq sistemi;
6.4.3. informasiya ehtiyatları və sistemləri arasında təhlükəsiz məlumat mübadiləsinin vəziyyəti;
6.4.4. informasiya ehtiyatlarının və sistemlərinin test mühiti, şəbəkə quruluşunun təsviri və təhlükəsizlik sxemi;
6.4.5. elektron xidmətlərin göstərilməsini təmin edən inzibati mexanizmin işi;
6.4.6. informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların ixtisası və bacarıq səviyyəsi.
7. Dövlət qurumlarının qiymətləndirmənin aparılması ilə bağlı funksiyaları
7.1. Dövlət qurumları qiymətləndirmə ilə bağlı aşağıdakı funksiyaları həyata keçirirlər:
7.1.1. Dövlət Agentliyinin sorğularını cavablandırmaq, qiymətləndirmənin keçirilməsi üçün sorğu edilən sənədləri və məlumatları bu Qaydalara uyğun olaraq (müəyyən olunmuş müddətdə) Dövlət Agentliyinə təqdim etmək;
7.1.2. qiymətləndirmənin aparılması, o cümlədən yerində baxış və rəy sorğularının keçirilməsi üçün işçi qrupa lazımi şərait yaratmaq, qiymətləndirmənin aparılmasına maneçilik törətməmək;
7.1.3. qiymətləndirmənin aparılması ilə bağlı əlaqələndirici şəxs (şəxslər) təyin etmək, təyin edilən şəxs (şəxslər) və dəyişikliklər barədə Dövlət Agentliyinə məlumat vermək;
7.1.4. qiymətləndirmənin nəticəsi ilə bağlı təqdim edilən arayışlara və hesabatlara uyğun olaraq tədbirlər görmək, habelə bu barədə Dövlət Agentliyinə məlumat vermək.
7.2. Dövlət qurumları qiymətləndirmənin nəticəsi barədə Dövlət Agentliyi tərəfindən hazırlanan arayış ilə tanış ola, habelə qiymətləndirmənin nəticələrinə dair mülahizələrini söyləyə bilərlər.
8. Qiymətləndirmənin nəticələri
8.1. Qiymətləndirmə aşağıdakı qaydada aparılır:
8.1.1. qiymətləndirmə altmeyarlar üzrə qiymətləndirmə göstəricilərinə (indikatorlarına) əsasən aparılır;
8.1.2. elektron xidmətlər üzrə qiymətləndirmənin aparılması üçün hər bir altmeyarın təmin edilməsi (altmeyarın dəyərindən asılı olaraq 1-5 arası bal) və ya təmin edilməməsi (0 bal) müəyyən olunur (hər hansı altmeyar elektron xidmətin təşkili və göstərilməsi xüsusiyyətlərindən asılı olaraq həmin xidmətin qiymətləndirilməsinə şamil edilmədikdə nəzərə alınmır);
8.1.3. informasiya ehtiyatları və sistemləri üzrə qiymətləndirmənin aparılması üçün hər bir altmeyarın təmin edilməsi (1 bal) və ya təmin edilməməsi (0 bal) müəyyən olunur;
8.1.4. hesablanmış yekun balın maksimum balda faizlə nisbəti tapılır.
8.2. Bu Qaydaların 8.1.2-ci yarımbəndinə uyğun olaraq elektron xidmətlər aşağıdakı qaydada qiymətləndirilir:
8.2.1. bu Qaydaların 1 nömrəli əlavəsində qeyd edilən və 5 “ulduz” sistemi üzrə hər ulduz sisteminə aid edilmiş altmeyarlara görə toplanmış nəticə (TN) və mümkün nəticə (MN) hesablanır. Toplanmış nəticə hər ulduz sistemi üzrə alınan müsbət balların çəki əmsalları ilə hasillərinin cəmindən ibarətdir. Mümkün nəticə altmeyarlar üzrə toplana biləcək maksimum nəticədir. Hər ulduz sistemi üzrə əldə edilən nəticə ondan əvvəlki ulduz sistemləri üzrə nəticəni də əldə etmiş sayılır (Məsələn: 3 ulduz sisteminə aid altmeyar üzrə müsbət nəticə əldə edilməsi həm də 1 ulduz və 2 ulduz sistemi üzrə həmin altmeyardan nəticə əldə edilməsidir);
8.2.2. X1 -1 ulduz sistemi üzrə müsbət balların, X2 -2 ulduz sistemi üzrə müsbət balların, X3 - 3 ulduz sistemi üzrə müsbət balların, X4 -4 ulduz sistemi üzrə müsbət balların, X5 - 5 ulduz sistemi üzrə müsbət balların cəmidir:
5 ulduz sistemi üzrə TN5= X5
4 ulduz sistemi üzrə TN4=(X4 + X5)
3 ulduz sistemi üzrə TN3=(X3 + X4 + X5)
2 ulduz sistemi üzrə TN2=(X2 + X3 + X4 + X5)
1 ulduz sistemi üzrə TN1=(X1 + X2 + X3 + X4 + X5)
8.2.3. 1 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.2”, 2 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.4”, 3 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.6”, 4 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “0.8”, 5 ulduz sistemi üzrə altmeyarların çəki əmsalı “1”-dir;
8.2.4. qiymətləndirmənin nəticələrinə uyğun olaraq çəki əmsalına görə toplanan nəticə (TN) və mümkün nəticə (MN) hesablanır:
TN= 0.2*TN1 + 0.4*TN2 + 0.6*TN3 + 0.8*TN4 + TN5
MN= 0.2*MN1 + 0.4*MN2 + 0.6*MN3 + 0.8*MN4 + MN5
8.2.5. yekun nəticə olaraq (YN) altmeyarlar üzrə toplanan nəticənin (TN) həmin altmeyarlar üzrə mümkün nəticəyə (MN) faizlə nisbəti müəyyən edilir. 0-20 faiz toplandığı halda yekun nəticə “1 (bir) ulduz” olaraq, 21-40 faiz toplandığı halda nəticə “2 (iki) ulduz” olaraq, 41-60 faiz toplandığı halda nəticə “3 (üç) ulduz” olaraq, 61-80 faiz toplandığı halda nəticə “4 (dörd) ulduz” olaraq, 81-100 faiz toplandığı halda nəticə “5 (beş) ulduz” olaraq qiymətləndirilir.
Şərti misal: dövlət qurumu elektron xidmət üzrə 1 ulduz sistemi üzrə 23 altmeyardan 10-u, 2 ulduz sistemi üzrə 14 altmeyardan 12-si, 3 ulduz sistemi üzrə 12 altmeyardan 7-si üzrə müsbət nəticə əldə etmiş, 4 ulduz sistemi üzrə 7 altmeyardan və 5 ulduz sistemi üzrə 7 altmeyardan isə müsbət nəticə əldə etməmişdir.
Toplanan nəticə (TN) belə hesablanır:
5 ulduz sistemi üzrə TN5= 0
4 ulduz sistemi üzrə TN4= 0 + 0
3 ulduz sistemi üzrə TN3= 7 + 0 + 0 = 7
2 ulduz sistemi üzrə TN2= 12 + 7 + 0 + 0=19
1 ulduz sistemi üzrə TN1= 10 + 12 + 7 + 0 + 0=29
TN= 0.2 * 29 + 0.4*19 + 0.6*7 + 0.8*0 + 1*0 = 5.8+7.6+4.2+0+0=17.6
Mümkün nəticə (MN) belə hesablanır:
5 ulduz sistemi üzrə MN5= 7
4 ulduz sistemi üzrə MN4= 7 + 7=14
3 ulduz sistemi üzrə MN3= 12 + 7 + 7=26
2 ulduz sistemi üzrə MN2= 14 + 12 + 7 + 7=40
1 ulduz sistemi üzrə MN1= 23 + 14 + 12 + 7 + 7=63
MN= 0.2*63 + 0.4*40 + 0.6*26 + 0.8*14+ 1*7 = 12.6+16+15.6+11.2+7=62.4
Toplanan nəticə (TN)= 17.6
Mümkün nəticə (MN)= 62.4
Yekun nəticə - YN=(TN/MN)*100%=28.2%
Həmin xidmət üzrə qiymətləndirmə qiyməti 2 ulduz (28.2%) müəyyən edilir.
8.3. Bu Qaydaların 8.1.3-cü yarımbəndinə uyğun olaraq informasiya ehtiyatları və sistemləri aşağıdakı qaydada qiymətləndirilir:
8.3.1. bu Qaydaların 2 nömrəli əlavəsində qeyd edilən altmeyarlara görə toplanmış nəticə (TN) və mümkün nəticə (MN) hesablanır. Toplanmış nəticə hər bir altmeyar üzrə alınan müsbət balların cəmindən ibarətdir. Mümkün nəticə isə altmeyarlar üzrə toplana biləcək maksimum nəticədir;
8.3.2. yekun nəticə olaraq (YN) altmeyarlar üzrə toplanan nəticənin (TN) həmin altmeyarlar üzrə mümkün nəticəyə (MN) faizlə nisbəti müəyyən edilir. 0-50 faiz toplandığı halda yekun nəticə qeyri-kafi olaraq, 51-70 faiz toplandığı halda yekun nəticə kafi olaraq, 71-90 faiz toplandığı halda yekun nəticə yaxşı olaraq, 91-100 faiz toplandığı halda yekun nəticə əla olaraq qiymətləndirilir.
Şərti misal: dövlət qurumu informasiya sisteminin qiymətləndirilməsi zamanı 145 altmeyardan 100-ü üzrə müsbət nəticə əldə etmişdir.
Toplanan nəticə (TN)= 100
Mümkün nəticə (MN)= 145
Yekun nəticə - YN=(TN/MN)*100%=68.97%
Həmin informasiya sistemi üzrə qiymətləndirmə qiyməti kafi (68.97%) müəyyən edilir.
8.4. Qiymətləndirmənin nəticəsi olaraq Dövlət Agentliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
8.4.1. hazırlanmış arayışın layihəsi bu Qaydaların 8.5-ci bəndində qeyd edilən müddət ərzində qiymətləndirmənin nəticələrinə münasibət bildirilməsi üçün aidiyyəti dövlət qurumuna təqdim edilir;
8.4.2. qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış yekun arayış aşkar olunmuş çatışmazlıqların bu Qaydaların 8.6-cı bəndində qeyd edilən müddət ərzində aradan qaldırılması üçün aidiyyəti dövlət qurumuna göndərilir;
8.4.3. qiymətləndirmə nəticəsində aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər və icrası məcburi olan tövsiyələr verilir, ehtiyac yarandıqda dövlət qurumuna əməli və metodiki köməklik göstərilir;
8.4.4. dövlət qurumlarında aparılan qiymətləndirmənin nəticələri ümumiləşdirilərək hazırlanmış illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
8.5. Dövlət qurumu arayış layihəsinə dair rəy və təkliflərini 15 iş günü müddətində Dövlət Agentliyinə təqdim edir. Dövlət qurumunun qiymətləndirmə nəticələri ilə bağlı rəy və təkliflərinə yekun arayışın hazırlanmasında baxılır.
8.6. Dövlət qurumu təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıqları, təklifləri və tövsiyələri diqqətlə araşdırır və arayış daxil olduğu gündən iki ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı gördüyü tədbirlər barədə məlumatı Dövlət Agentliyinə təqdim edir.
8.7. Qiymətləndirmənin nəticələri haqqında məlumatlar Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında açıqlanır.
“Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi Qaydaları”na 1 nömrəli əlavə
Elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı qiymətləndirmə üzrə meyarlar və altmeyarlar
|
|
* Qiymətləndirmə zamanı proaktiv elektron xidmətlərdə müraciət mərhələsi üzrə müvafiq altmeyarlara maksimum bal verilir. ** Elektron xidmətə müraciət etmək mümkün olmadıqda xidmət 1 nömrəli əlavəyə uyğun olaraq qiymətləndirilmir. |
“Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi Qaydaları”na 2 nömrəli əlavə
İnformasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı qiymətləndirmə üzrə meyarlar və altmeyarlar
______________________________________________________ (informasiya ehtiyatının və sisteminin adı)
|
|
|||
Sıra sayı |
Təsvir |
Təmin edilib / təmin edilməyib |
Qeyd |
|
|
||||
1. |
Sistem və tətbiqi proqram təminatı (Software) |
|||
1.1. |
Proqram təminatının dəstəklənməsi üzrə təlimatın mövcud olması |
|
|
|
1.2. |
Proqram təminatının dəstəklənməsi üzrə işlərin qeydiyyatının aparılması (proqram tətbiqlərində (application) olan problemlərin həll olunması, yenilənmələrin və təhlükəsizliyin təmini) |
|
|
|
1.3. |
Proqram təminatının test olunması və test məlumatlarının saxlanılması |
|
|
|
1.4. |
Tətbiq mərhələsində yaranan fərqlərin, çatışmazlıqların aradan qaldırılması və müvafiq qeydiyyatın aparılması |
|
|
|
1.5. |
Yeni tətbiqlərin (application) istismara buraxılış prosedurlarının mövcud olması (informasiya ehtiyatının və sisteminin tətbiqinin (application) düzgün planlaşdırılması, habelə həm pilot formada, həm də paralel işləməsinin tətbiq olunması) |
|
|
|
1.6. |
İstifadəçi və Data Processing heyətinin yeni tətbiqlər (application), modullar, proqramlar və funksionallıqlar barədə məlumatlandırılması |
|
|
|
1.7. |
Dəyişməz məlumatların (metadataların) yaradılması və ilkin məlumatların daxil edilməsi zamanı müvafiq yoxlama mexanizmlərinin mövcud olması |
|
|
|
1.8. |
İnformasiya ehtiyatının və sisteminin tətbiqindən sonra görülən işlərə baxış keçirilməsi və müvafiq qeydiyyatın aparılması |
|
|
|
1.9. |
Tətbiqlər (application) səviyyəsində təhlükəsizlik qaydalarının pozulmasına cəhd hallarının qeydə alınması (loqlanması) |
|
|
|
1.10. |
İnformasiya ehtiyatına və sisteminə giriş həyata keçirildikdən sonra müəyyən müddət susqunluq yarandıqda həmin informasiya ehtiyatından və sistemindən çıxışın avtomatik tənzimləmə imkanının olması |
|
|
|
1.11. |
Avtorizasiyadan keçməmiş əməliyyat (tranzaksiya) paketlərinin və əməliyyatların (tranzaksiyaların) təyin olunmuş kontrollar tərəfindən qəbulunun qarşısının alınması |
|
|
|
1.12. |
Daxil və ya düzəliş edilən məlumatların düzgünlüyünün maksimum səviyyədə yoxlanılması (rəqəmlərin, intervalların redaktəsi və s.) |
|
|
|
1.13. |
Verilən bütün mərhələlərin tamamlanmasını dəqiqləşdirmək üçün təsdiqləmə prosedurunun mövcud olması (yekun cəm, sənədlərin sayı, ardıcıllıq hesabatı və s.) |
|
|
|
1.14. |
Əməliyyatların (tranzaksiyaların) və ya əməliyyat (tranzaksiya) paketlərinin itmədiyini, qoşalaşmadığını və ya səhvən dəyişdirilmədiyini təsdiq edən prosedurların yaradılması |
|
|
|
1.15. |
Təkrarlanan səhvləri müəyyən etmək üçün səhvlər tarixçəsinin (loq) saxlanılması və yoxlanılması |
|
|
|
1.16. |
Paralel işlək proqram təminatının mövcud olması |
|
|
|
1.17. |
İstismarda (production) olan tətbiqi (application) proqramların ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi |
|
|
|
1.18. |
Əməliyyat tarixçəsinin (loq) ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi |
|
|
|
1.19. |
Əməliyyat və sistem proqram təminatının ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi üçün bütün nüsxələrin ehtiyat mərkəzdə müntəzəm olaraq yenilənməsi |
|
|
|
1.20. |
Əməliyyat və sistem proqram təminatının ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi üçün backup nüsxələrin ehtiyat mərkəzdə müntəzəm olaraq test edilməsi |
|
|
|
1.21. |
İnformasiya ehtiyatının və sisteminin dayanma hallarının qeydiyyatının aparılması |
|
|
|
1.22. |
İnformasiya ehtiyatının və sisteminin yüklülük səviyyəsinin qeydiyyatının aparılması |
|
|
|
1.23. |
Hesabatlılıq modulunun mövcud olması |
|
|
|
1.24. |
Proqram təminatının test mühitinin mövcud olması |
|
|
|
|
||||
2. |
Sistem proqramları (System software) |
|||
|
||||
2.1. |
Proqramların alınması zamanı seçmə, test etmə və qəbul ilə əlaqəli prosedurlardan istifadə olunması |
|
|
|
2.2. |
Alınan proqramlar üçün müvafiq sənədləşdirilmənin aparılması |
|
|
|
2.3. |
Lisenziyalaşdırılan proqramlar ilə təmin oluması |
|
|
|
2.4. |
Sistem proqramlarının informasiya ehtiyatı və sistemi üçün vacib və aktual olması |
|
|
|
2.5. |
Sistem proqramlarının müntəzəm olaraq yenilənməsi (update olunması) |
|
|
|
2.6. |
Sistem proqramlarının dayanıqlı olması (redundancy) |
|
|
|
2.7. |
Sistem proqramlarında yaranan problemlərin avtomatik olaraq inzibatçıya göndərilməsi |
|
|
|
2.8. |
Sistem proqramları üzrə tarixçənin (loq) toplanılmasının və saxlanılmasının təmin edilməsi |
|
|
|
2.9. |
Əməliyyat sistemlərinin dəstəklənməsi üzrə işlərin qeydiyyatının aparılması |
|
|
|
|
||||
3. |
Tətbiqi proqramlar (Application software) |
|||
|
||||
3.1. |
İnformasiya ehtiyatının və sisteminin hazırlanması və təkmilləşdirilməsi zamanı formalaşdırılmış texniki tələblərin mövcud olması |
|
|
|
3.2. |
İstifadəçilər üçün informasiya ehtiyatından və sistemindən istifadə təlimatlarının mövcud olması və düzəlişlər nəzərə alınmaqla yenilənməsi |
|
|
|
3.3. |
Hazırlanan və təkmilləşdirilən tətbiqlərin (application) tamlığının, inteqrasiya oluna bilməsinin və təhvil alınmasının yoxlanılması |
|
|
|
|
||||
4. |
İnteqrasiya |
|||
|
||||
4.1. |
Digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyanın təmin olunması: |
|||
4.1.1. |
Məlumat alınır (informasiya ehtiyatlarının və sistemlərinin adı qeyd edilir) |
|
|
|
4.1.2. |
Məlumat ötürülür (informasiya ehtiyatlarının və sistemlərinin adı qeyd edilir) |
|
|
|
4.2. |
İnteqrasiya zamanı məlumatların ötürülməsində təhlükəsizlik tədbirlərinin görülməsi |
|
|
|
4.3. |
İnteqrasiya zamanı baş verə biləcək səhvlərin kodlaşdırılmasının həyata keçirilməsi |
|
|
|
4.4. |
İnteqrasiya zamanı qarşılıqlı əməliyyat tarixçəsinin (loq) saxlanılmasının təmin edilməsi |
|
|
|
4.5. |
İnteqrasiyanın sxematik təsvirinin mövcud olması |
|
|
|
|
||||
5. |
Şəbəkə və ilkin təhlükəsizlik tədbirləri |
|||
|
||||
5.1. |
Şəbəkədən istifadə ilə bağlı müvafiq siyasət sənədinin olması |
|
|
|
5.2. |
Şəbəkədən istifadə ilə bağlı müvafiq siyasət sənədinin obyektlərin qorunmasını nəzərdə tutan Firewall sisteminin xüsusiyyətlərini müəyyən etməsi |
|
|
|
5.3. |
Daxilolma qeydlərinin və şübhəli daxilolmalar zamanı hər hansı fəaliyyətin olmasının müntəzəm nəzərdən keçirilməsi |
|
|
|
5.4. |
Fiziki təhlükəsizliyin təmin olunması |
|
|
|
5.5. |
Avadanlıqların quraşdırılma qaydasının virtual təhlükəsizliyə təsirinin olması |
|
|
|
5.6. |
Təhlükəsizlik avadanlıqlarının DDOS, hücum, Malware, dəf etmə xüsusiyyətlərinə malik olması |
|
|
|
5.7. |
Təhlükəsizlik avadanlıqları arasında fasiləsiz fəaliyyətin möcud olması (failover) |
|
|
|
5.8. |
DNS və DHCP təhlükəsizliyinin təmin olunması |
|
|
|
5.9. |
Əməliyyat tarixçəsi (loq) funksionallığının təmin olunması |
|
|
|
5.10. |
Avtomatik məlumatlandırma sisteminin quraşdırılması |
|
|
|
5.11. |
Daxili virtual təhlükəsizliyin təmin olunması (İnternal Network Security) |
|
|
|
5.12. |
Daxildə və xaricdə məlumat sızması təhlükəsinin mövcud olması |
|
|
|
5.13. |
Digər qurumlarla kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin olunması |
|
|
|
|
||||
6. |
Məlumat bazaları və məlumat arxivləri (backup) |
|||
|
||||
6.1. |
Məlumatlar bazasının şifrələnməsinin təmin edilməsi |
|
|
|
6.2. |
Məlumatlar bazasına birbaşa dəyişiklik edilməsinin qarşısının alınması |
|
|
|
6.3. |
Normallaşma prinsiplərinə əməl olunması |
|
|
|
6.4. |
Onlayn məlumatların (məlumat bazasındakı məlumatların) üzərində həyata keçirilən əməliyyatların tarixçəsinin (loq) saxlanılması |
|
|
|
6.5. |
Audit tarixçəsinin (log file) müntəzəm olaraq arxivləşdirilməsi |
|
|
|
6.6. |
Audit tarixçəsinin (log file) ehtiyat mərkəzdə saxlanılması |
|
|
|
6.7. |
Məlumat bazalarının dəstəklənməsi üzrə işlərin qeydiyyatının aparılması |
|
|
|
6.8. |
Mütəmadi profilaktik xidmət həyata keçirilməsi (lazım olmayan indekslərə, prosedurlara, funksiyalara, cədvəllərə, view-lara yenidən baxılması) və qeydlərin aparılması |
|
|
|
6.9. |
Backup proseduru üzrə təlimatın mövcud olması |
|
|
|
6.10. |
Məlumat bazası backup-dan qaldırılan zaman cari məlumatların silinməməsinin təmin edilməsi |
|
|
|
6.11. |
Backup-da müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi və qeydlərin aparılması |
|
|
|
6.12. |
Məlumat bazalarının sənədləri (məlumat bazasının strukturu, replikasiya, mirroring, inteqrasiya sxemləri və s.) formalaşdırması |
|
|
|
6.13. |
Məlumat bazalarının sənədlərin (məlumat bazasının strukturu, replikasiya, mirroring, inteqrasiya sxemləri və s.) ehtiyat sürətlərini təhlükəsiz yerdə saxlaması |
|
|
|
6.14. |
Faylların saxlanılmasına müntəzəm olaraq nəzarət edilməsi |
|
|
|
6.15. |
Paralel işlək məlumat bazasının mövcudluğu: |
|||
6.15.1. |
Məlumat bazasının klasterləşdirləşməsi |
|
|
|
6.15.2. |
Məlumat bazasının ehtiyat mərkəzdə yerləşdirilməsi |
|
|
|
6.16. |
Məlumatların əlaqəliliyinin sxematik təsvirinin mövcud olması |
|
|
|
6.17. |
Məlumat bazasının sxematik təsvirinin mövcud olması |
|
|
|
6.18. |
Məlumat bazalarında FİN və VÖEN-lə əlaqəliliyin təmin edilməsi |
|
|
|
6.19. |
İlkin mənbə olan məlumatların unikal kodla kodlaşdırılmasının təmin edilməsi |
|
|
|
6.20. |
Məlumat bazalarındakı məlumatların tamlığının təmin edilməsi |
|
|
|
6.21. |
Baza daxili formalaşan metadataların, təkrarlanmayan və digər təkrarlanan məlumatların unikal kodla kodlaşdırılmasının təmin edilməsi |
|
|
|
6.22. |
Məlumat bazalarının lisenziyalaşdırılmasının təmin edilməsi |
|
|
|
|
||||
7. |
Prosedurlar |
|||
|
||||
7.1. |
İnformasiya ehtiyatının və sisteminin uzun və orta müddətli inkişaf planlarının icrasını istiqamətləndirməyə imkan verən İT strategiyasının olması |
|
|
|
7.2. |
Məlumat təhlükəsizliyi siyasəti haqqında yazılı və formal məlumatların olması (Siyasət məlumatların idarəolunması informasiyanın konfidensiallığını və şifrədən istifadəni müəyyənləşdirir.) |
|
|
|
7.3. |
Həssas məlumatların yoxlanılmadan dəyişdirilməsinə və ya icazə olmadan açılmasına qarşı şifrələmə texnikasından istifadə olunması |
|
|
|
7.4. |
Bütün proqram dəyişikliklərinin qeydiyyatının aparılması |
|
|
|
7.5. |
Düzəliş edilmiş proqramların ehtiyat nüsxəsinin dərhal yaradılması |
|
|
|
7.6. |
Proqramın keçmiş versiyasının nüsxəsinin saxlanılması (yeni versiyada hər hansı bir problem yarandıqda köhnə versiyanı geri qaytarmaq üçün) |
|
|
|
7.7. |
Proqrama təcili dəyişikliklərin edilməsi üçün qaydaların mövcud olması |
|
|
|
7.8. |
Məlumatların emalı zamanı səhvlər aşkarlandıqda onların araşdırılması və hesabat formasında verilməsi üçün formal prosedurların olması |
|
|
|
7.9. |
Məlumatların bərpası və backup-dan proqram təminatının quraşdırılması üçün prosedurların olması |
|
|
|
|
||||
8. |
Fövqəladə hallar |
|||
|
||||
8.1. |
Sistemin fəaliyyətinin davamlılığının təmin edilməsi üçün hərtərəfli ehtiyat planının təkmilləşdirilməsi, sənədləşdirilməsi və dövri olaraq test edilməsi |
|
|
|
8.2. |
Fövqəladə hallarda bərpanı və vacib tətbiqlərin (application) davamlı işləməsini təmin edən ehtiyat əməliyyat planının hazırlanması |
|
|
|
8.3. |
Qurum tərəfindən fəaliyyətə təsir təhlilinin həyata keçirilməsi |
|
|
|
8.4. |
Kritik emal prosesləri üçün prioritetlərin müəyyənləşdirilməsi (əhəmiyyətli hesablama proqramları) |
|
|
|
8.5. |
Bərpa planını həyata keçirmək üçün bərpa komandasının müəyyənləşdirilməsi |
|
|
|
8.6. |
Fövqəladə halların aradan qaldırılması işini icra edən komanda üzvlərinin vəzifələrinin və üzərlərinə düşən tapşırıqların icrası üçün vaxt təyin olunması |
|
|
|
8.7. |
Hər hansı səhv baş verdikdə bərpa əməliyyatlarının (tranzaksiya) tamamlanması mexanizmlərinin tətbiq edilməsi: |
|||
8.7.1. |
Qəbul edilmiş, amma emal edilməmiş məlumatların bərpası |
|
|
|
8.7.2. |
Zədələnməmiş, amma yarı emal olunmuş faylların bərpası |
|
|
|
8.8. |
Bərpa planlarının müntəzəm olaraq testlərinin keçirilməsi və qeydlərin aparılması |
|
|
|
|
||||
9. |
Server otağı və komputer avadanlıqları (Hardware) |
|||
|
||||
9.1. |
Server otağının sxeminin mövcud olması |
|
|
|
9.2. |
Server otağının yerləşmə yerinə dair tələblərə uyğunluğu: |
|||
9.2.1. |
Binanın xarici divarı olmayan tərəfdə yerləşməsi |
|
|
|
9.2.2. |
Otağın yerləşdiyi sahədə su və ya kanalizasiya borularının olmaması |
|
|
|
9.3. |
Divar örtüyünə dair tələblərə uyğunluq: |
|||
9.3.1. |
Nəmə davamlı olması |
|
|
|
9.3.2. |
Yanğına davamlı olması |
|
|
|
9.3.3. |
Səs udma qabiliyyətinə malik olması |
|
|
|
9.3.4. |
Ekranlaşdırılması |
|
|
|
9.4. |
Zəmanətli elektrik təchizatının təmin edilməsi: |
|||
9.4.1. |
2 müxtəlif elektrik yarımstansiyasından qidalanmanın təmin edilməsi |
|
|
|
9.4.2. |
1 ədəd elektrik generatorunun təmin edilməsi |
|
|
|
9.5. |
Fasiləsiz elektrik təchizatının mövcud olması |
|
|
|
9.6. |
Server otağında olan bütün avadanlıq və metal konstruksiyaların torpaqlanmasının təmin edilməsi (yerlə birləşdirilməsi, binanın ümumi yerlə birləşdirməsindən ayrı.) |
|
|
|
9.7. |
İşıqlandırmanın tələblərə uyğunluğu: |
|||
9.7.1. |
500 lüks-dən az olmaması |
|
|
|
9.7.2. |
İşıqlandırma üçün qaz lampalarından istifadə edilməməsi (Bu lampalar ətrafında elektromaqnit sahəsi yaradır.) |
|
|
|
9.8. |
Hava ventilyasiyası və soyutma sistemlərinin tələblərə uyğunluğu: |
|||
9.8.1. |
Normal temperatur həddi: 18-22o C təmin edilməsi |
|
|
|
9.8.2. |
Nisbi rütubət: 40-50% təmin edilməsi |
|
|
|
9.8.3. |
Temperatur və rütubətin idarə olunmasının təmin edilməsi |
|
|
|
9.9. |
Temperatur monitorinq sisteminin mövcud olması |
|
|
|
9.10. |
Temperatur monitorinqi üzrə qeydlərin aparılması |
|
|
|
9.11. |
Rütubət monitorinq sisteminin mövcud olması |
|
|
|
9.12. |
Rütubət monitorinqi üzrə qeydlərin aparılması |
|
|
|
9.13. |
Tüstü və toz monitorinq sisteminin mövcud olması |
|
|
|
9.14. |
Tüstü və toz monitorinqi üzrə qeydlərin aparılması |
|
|
|
9.15. |
Hava axını monitorinq sisteminin mövcud olması |
|
|
|
9.16. |
Hava axını monitorinqi üzrə qeydlərin aparılması |
|
|
|
9.17. |
Falş döşəmənin və tavanın mövcud olması |
|
|
|
9.18. |
Yanğın siqnalizasiyasının mövcud olması |
|
|
|
9.19. |
Qaz vasitəsilə yanğınsöndürmə sisteminin mövcud olması |
|
|
|
9.20. |
Qaz-tüstü təmizləmə sisteminin mövcud olması |
|
|
|
9.21. |
Kommunikasiya xətləri üzrə tələblərə riayət olunması (Güc və məlumat kabelləri eyni daşıyıcı ilə aparıla bilməz, aralarındakı məsafə 50 sm-dən az olmamalıdır.) |
|
|
|
9.22. |
Qapıların elektromexaniki və ya elektromaqnit qıfıllarla təchiz edilməsi |
|
|
|
9.23. |
Qapıların açılması üçün biometrik və ya elektron indentifikasiya vasitələrindən istifadə edilməsi |
|
|
|
9.24. |
Qapıların açılıb-bağlanması monitorinq sisteminin mövcud olması |
|
|
|
9.25. |
Məsul işçilər üçün dəqiq identifikasiyanın mövcud olması (biometrik identifikasiya, identifikasiya kartı və s.) |
|
|
|
9.26. |
Kənar şəxslər üçün dəqiq identifikasiya vasitələrindən istifadə olunması (identifikasiya kartı və s.) |
|
|
|
9.27. |
Kənar şəxslərin daima müşayiət və müşahidə olunması |
|
|
|
9.28. |
Kənar şəxslərin məsul şəxslər tərəfindən müşayiət olunması işinin qeydlərinin aparılması |
|
|
|
9.29. |
Digər işçilərə giriş üçün əvvəlcədən lazımi icazə alınması |
|
|
|
9.30. |
Mühafizə siqnalizasiyasının mövcud olması (Binanın mühafizəsindən ayrı, telefon və SMS məlumatlandırma imkanı olmalıdır.) |
|
|
|
9.31. |
Həftəsonları da daxil olmaqla 24 saatlıq giriş yoxlamasının (avtomatik yoxlama mexanizmi və s.) aparılması |
|
|
|
9.32. |
Dövri olaraq kilidlərin, kombinasiyalı şifrələrin və elektron kodların dəyişdirilməsi |
|
|
|
9.33. |
Bütün giriş və çıxışların qeyd olunması (məsul və digər şəxslər) |
|
|
|
9.34. |
Server otağı üzrə daxili videomüşahidə sisteminin mövcud olması |
|
|
|
9.35. |
Server otağı üzrə xarici videomüşahidə sisteminin mövcud olması |
|
|
|
9.36. |
Avadanlıqlar arasında yüklülülüyün düzgün bölünməsi |
|
|
|
9.37. |
Şəbəkə və server avadanlıqları arasında failover-in mövcud olması |
|
|
|
9.38. |
Core və Distribution avadanlıqları arasında yüklülüyün düzgün bölünməsi |
|
|
|
9.39. |
Texniki vasitələrin dəstəklənməsi üzrə profilaktik və təmir işlərinin qeydiyyatının aparılması |
|
|
|
9.40. |
Əməliyyat sistemlərinin dəstəklənməsi üzrə profilaktik və təmir işlərinin qeydiyyatının aparılması |
|
|
|
9.41. |
Məlumat bazalarının dəstəklənməsi üzrə profilaktik və təmir işlərinin qeydiyyatının aparılması |
|
|
|
“Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi Qaydaları”na 3 nömrəli əlavə
Qeyd: * Cədvələ tam və hərtərəfli daxil etmək mümkün olmayan məlumatlar əlavə sənədlərdə qeyd olunmaqla təqdim edilir.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi Qaydaları”na 4 nömrəli əlavə
Yerində baxış zamanı təsdiqini tapmayan sənədlər və məlumatlar haqqında
PROTOKOL № ______
“____” ______________20____il Bakı şəhəri
Biz_________________________________________________________________________ (protokolu tərtib edən şəxslərin adı, soyadı, vəzifəsi, aid olduğu təşkilatın (təşkilatların) adı) ___________________________________________________________________________ ___________________________________________________________________________ (qiymətləndirilmə aparılan dövlət qurumunun adı) ___________________________________________________________________________ ___________________________________________________________________________ (düzgün olmayan sənədin və məlumatın mahiyyəti) ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ _________________________________________________________________müəyyən etdik.
Barəsində qiymətləndirmə aparılan dövlət qurumunun____________________________ (məsul əməkdaşın adı, soyadı, vəzifəsi) ______________________________________________________________________________
izah etdi: __________________________________________________________________ (izahat və ya mülahizənin məzmunu) ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________
Barəsində qiymətləndirmə aparılan dövlət qurumunun məsul əməkdaşı: ______________________________ ___________________ (adı və soyadı) (imza)
Qeyd_______________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________
Protokolu tərtib edən şəxs (şəxslər): ______________________________ __________________ (adı və soyadı) (imza) ______________________________ __________________ (adı və soyadı) (imza) ______________________________ __________________ (adı və soyadı) (imza) ______________________________ __________________ (adı və soyadı) (imza) ______________________________ __________________ (adı və soyadı) (imza) ______________________________ __________________ (adı və soyadı) (imza)
Barəsində qiymətləndirmə aparılan dövlət qurumunun məsul əməkdaşı:
______________________________ __________________ (adı və soyadı) (imza)
Qeyd: Barəsində qiymətləndirmə aparılan dövlət qurumunun məsul əməkdaşının izahatlar və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Protokolu imzalamaqdan imtina edildikdə, bu barədə müvafiq qeydlər aparılır:_________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________ ___________________________________________________________________________
Barəsində qiymətləndirmə aparılan dövlət qurumunun məsul əməkdaşına protokolun surəti verilir. Protokolun surətini aldım: ____________________________________________________ ________________ (dövlət qurumunun məsul əməkdaşının adı, soyadı, vəzifəsi) (imza) |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 2 noyabr 2020-ci il tarixli 200109500028 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011020028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2020-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2 noyabr 2020-ci il tarixli 200109500028 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011020028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2020-ci il) ilə qərarın adında və 1-ci hissəsində “orqanlarında elektron xidmətlərin və informasiya” sözləri “qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və” sözləri ilə əvəz edilmişdir.
[2] 2 noyabr 2020-ci il tarixli 200109500028 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011020028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2020-ci il) ilə “Dövlət orqanlarında elektron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi Qaydaları” yeni redaksiyada təsdiq edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
Dövlət orqanlarında elektron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 2.1.7, 3.1.10.3, 4.1.5, 4.1.6 və 4.1.7-ci yarımbəndlərinə uyğun olaraq hazırlanmışdır və dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmənin aparılması prosedurlarını tənzimləyir.
1.2. Hər bir dövlət orqanı sahibi və ya operatoru olduğu informasiya sistemlərinin, habelə göstərdiyi elektron xidmətlərin bu Qaydalarla müəyyən olunmuş meyarlara və parametrlərə uyğunluğunu yoxlamalı və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirləri görməlidir.
1.3. Elektron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi (bundan sonra - qiymətləndirmə) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra-Dövlət Agentliyi) tərəfindən qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında aparılır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. qiymətləndirmə - bu Qaydaların 3-cü hissəsində qeyd edilən məqsədlərlə bağlı məlumatların toplanılmasına, sistemləşdirilməsinə, parametrlər üzrə yoxlanılmasına və təhlilinə yönələn fəaliyyət;
2.1.2. qiymətləndirmə meyarları – qiymətləndirmə parametrlərini əhatə edən prioritet istiqamətlər;
2.1.3. qiymətləndirmə parametrləri – qiymətləndirmənin meyarlar üzrə aparılması üçün müvafiq ballarla ölçülən əsas göstəricilər;
2.1.4. qiymətləndirmə göstəriciləri – hər bir parametr üzrə müvafiq ballarla ölçülən göstəricilər (indikatorlar).
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Qiymətləndirmənin məqsədləri
3.0. Qiymətləndirmənin aparılmasının məqsədləri aşağıdakılardan ibarətdir:
3.0.1. elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı cari vəziyyətin və görülən işlərin öyrənilməsi;
3.0.2. elektron xidmətlərin təşkili və göstərilməsi üçün zəruri informasiya mənbələrinin müəyyənləşdirilməsi;
3.0.3. informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət edilməsi;
3.0.4. dövlət orqanlarının informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasının təmin edilməsi;
3.0.5. dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulma prosesinin sürətləndirilməsinə nəzarət edilməsi;
3.0.6. dövlət xidmətlərinin göstərilməsi prosedurunun (tələb olunan sənədlər və müddətlərlə bağlı) sadələşdirilməsi imkanlarının araşdırılması;
3.0.7. dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemlərinin müəyyənləşdirilməsi;
3.0.8. elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi;
3.0.9. elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərilməsi;
3.0.10. dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması;
3.0.11. bu sahədə modern və çevik idarəetmənin təmini imkanlarının araşdırılması.
4. Dövlət informasiya sistemlərinə dair ümumi tələblər
4.0. İnformasiya sistemlərinə dair ümumi tələblər aşağıdakılardan ibarətdir:
4.0.1. informasiya sistemlərinin təşkili və fəaliyyətinin istifadəçi rahatlığına uyğun olması;
4.0.2. informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasının və zəruri informasiya mübadiləsinin təmin edilməsi;
4.0.3. informasiya sistemlərinin təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun yaradılması;
4.0.4. informasiya sistemlərinin real vaxt rejimində daxil olmaq, habelə qiymətləndirilə bilmək imkanının mövcud olması;
4.0.5. informasiya sistemlərinin keyfiyyətli və dayanıqlı infrastrukturunun olması və təhlükəsizlik tələblərinə cavab verməsi;
4.0.6. informasiya sistemlərinin idarə edilməsinə və fəaliyyətinə nəzarət mexanizminin mövcud olması.
5. Qiymətləndirmənin keçirilmə mərhələləri
5.0.Qiymətləndirmə aşağıdakı 3 mərhələdə həyata keçirilir:
5.0.1. məlumatların toplanılması:
5.0.1.1. sorğuların göndərilməsi;
5.0.1.2. yerində baxışın həyata keçirilməsi;
5.0.1.3. informasiya sistemləri üzərindən xidmətlərin test edilməsi (yoxlama məqsədilə xidmət alınması).
5.0.2. toplanmış məlumatların sistemləşdirilməsi, yoxlanılması və təhlili;
5.0.3. arayış və hesabatların hazırlanması.
6. Qiymətləndirmənin təşkili və keçirilməsi
6.1. Qiymətləndirmənin aparılması haqqında Dövlət Agentliyinin sədrinin qərarı və yerində baxışın keçirilməsi ilə bağlı tarixlər qiymətləndirmənin başlamasına ən azı 15 gün qalmış Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və rəsmi məktubla dövlət orqanlarına bildirilir.
6.2. Dövlət orqanlarında elektron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi Dövlət Agentliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.
6.3. Elektron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi bu Qaydaların 1 və 2 nömrəli əlavələrində nəzərdə tutulmuş meyarlara və parametrlərə uyğun aparılır.
6.4. Qiymətləndirmənin keçirilməsi üçün Dövlət Agentliyinin sədri tərəfindən işçi qrupu yaradılır və onun tərkibi müəyyən edilir.
6.5. İşçi qrupunun vəzifələri aşağıdakılardan ibarətdir:
6.5.1. elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə ilkin qiymətləndirmələri aparmaq;
6.5.2. yerində baxışı həyata keçirmək;
6.5.3. qiymətləndirmənin nəticələrini ümumiləşdirmək və toplanmış məlumatları təhlil etmək;
6.5.4. elektron xidmətlərin və informasiya sistemlərinin təşkili və təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlamaq;
6.5.5. qiymətləndirmənin yalnız bu Qaydalarla nəzərdə tutulmuş parametrlərə və meyarlara uyğun aparılmasını təmin etmək;
6.5.6. qiymətləndirmənin nəticəsi barədə arayış və hesabatlar hazırlayıb Dövlət Agentliyinin sədrinə təqdim etmək;
6.5.7. fəaliyyəti zamanı əldə etdiyi informasiyanın konfidensiallığını təmin etmək.
6.6. İşçi qrupunun hüquqları aşağıdakılardan ibarətdir:
6.6.1. qiymətləndirmənin meyarları və parametrləri üzrə, habelə normativ hüquqi aktların tələblərinə uyğun olaraq təqdim edilmiş sorğular əsasında digər zəruri məlumatları dövlət orqanından almaq;
6.6.2. qiymətləndirmənin aparılması üçün lazımı şəraitin yaradılması ilə bağlı dövlət orqanına müraciət etmək;
6.6.3. yerində baxış zamanı aşağıda qeyd edilənlərlə tanış olmaq:
6.6.3.1.qiymətləndirmə aparılan dövlət orqanının informasiya texnologiyaları ilə bağlı infrastrukturunun vəziyyəti;
6.6.3.2.informasiya sisteminin fəaliyyəti, isitifadə edilən proqram təminatı, məlumat bazaları, hesabatlılıq sistemi;
6.6.3.3.informasiya sistemləri arasında təhlükəsiz informasiya mübadiləsinin vəziyyəti;
6.6.3.4.informasiya sisteminin test mühiti, şəbəkə quruluşunun təsviri və təhlükəsizlik sxemi;
6.6.3.5.elektron xidmətlərin göstərilməsini təmin edən inzibati mexanizmin işi.
6.6.4. bu sahədə çalışan əməkdaşların ixtisas və bacarıq səviyyəsi barədə məlumatlar toplamaq.
6.7. Qiymətləndirmənin aparılması üçün təşkil edilmiş işçi qrupuna müstəqil ekspertlər və mütəxəssislər cəlb edilə bilər.
6.8. İşçi qrupu qrup rəhbəri və ən azı 3 mütəxəssisdən ibarət olur.
6.9. İşçi qrupuna informasiya texnologiyaları, hüquq, idarəetmə sahələrində peşəkar fəaliyyət göstərən və azı 2 il iş təcrübəsinə malik olan mütəxəssislər cəlb edilir.
6.10. Dövlət orqanları Dövlət Agentliyinin sorğusu əsasında, sorğu daxil olduğu tarixdən 10 iş günü müddətində elektron xidmətlərin qiymətləndirilməsi üçün bu Qaydaların 3-12 nömrəli əlavələrində müəyyən edilən məlumatları, informasiya sistemlərinin qiymətləndirilməsi üçün isə bu Qaydaların 13-14 nömrəli əlavələrində müəyyən edilən məlumatları həm kağız daşıyıcıda təqdim etməli, həm də Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında olan müvafiq bölməyə daxil etməlidirlər.
6.11. İşçi qrupunun üzvləri əldə etdiyi məlumatlardan yalnız qiymətləndirmə məqsədilə istifadə etməli və həmin məlumatların konfidensiallığını təmin etməlidir.
6.12. Dövlət orqanları qiymətləndirmənin aparılması ilə bağlı öz tərəfindən əlaqələndirici şəxs təyin etməli və bu barədə Dövlət Agentliyinə məlumat verməlidirlər.
6.13. Dövlət orqanları qiymətləndirmənin keçirilməsi üçün şərait yaratmalı, tələb olunan məlumatları təqdim etməli, sorğuları cavablandırmalı və qiymətləndirmənin aparılmasına maneçilik törətməməlidir. Qiymətləndirmənin aparılması dövlət orqanının normal fəaliyyətini pozmamalıdır.
6.14. Sorğu nəticəsində təqdim olunmuş məlumatların yoxlanılması, informasiya sistemləri üzərindən göndərilən sorğuların icra mexanizmi və qiymətləndirmənin meyarları və parametrləri üzrə əlavə məlumatların toplanılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən yerində baxış həyata keçirilir.
6.15. Hər hansı bir səbəbdən müəyyən olunmuş vaxtda yerində baxışın keçirilməsi mümkün olmazsa, bu səbəblər aradan qaldırıldıqdan 3 iş günü sonra qiymətləndirmə aparılan dövlət orqanına xəbər verilməklə yerində baxış həyata keçirilir.
6.16. Sorğu nəticəsində təqdim olunmuş məlumatlar yerində baxış zamanı təsdiqini tapmadıqda bu Qaydaların 15 nömrəli əlavəsində müəyyən edilən formada protokol tərtib edilir və qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış arayış və hesabatlara əlavə edilir.
6.17. Qiymətləndirmənin nəticəsində hazırlanan arayış və hesabatlarda informasiya sistemlərinin və elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar, qiymətləndirmənin faizlə müəyyən edilən nəticəsi və qiymət qeyd edilməklə elektron xidmətlərin və informasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində təkliflərə yer verilir.
6.18. Arayışın layihəsi qiymətləndirmənin nəticələrinə münasibət bildirilməsi üçün dövlət orqanına təqdim edilir. Dövlət orqanı arayış layihəsinə dair rəy və təkliflərini 5 iş günü müddətində Dövlət Agentliyinə təqdim etməlidir. Dövlət orqanının qiymətləndirmə nəticələri ilə bağlı rəy və təkliflərinə yekun arayışın hazırlanmasında baxılır.
6.19. İlkin qiymətləndirmə zamanı hər bir dövlət orqanı üzrə tədbirlər planında qiymətləndirmənin keçirilməsi üçün nəzərdə tutulmuş son tarixə uyğun məlumatlar əsas götürülür və qiymətləndirmə həmin məlumatlara uyğun aparılır.
6.20. Əvvəlki qiymətləndirmə dövründə “əla” nəticə göstərmiş elektron xidmətlər cari ildə qiymətləndirilmir və ya xidməti göstərən dövlət orqanının təklifi əsasında qiymətləndirilir.
7. Qiymətləndirmənin nəticələri
7.1. Qiymətləndirmə aşağıdakı qaydada aparılır:
7.1.1. qiymətləndirmə meyarlar və parametrlər üzrə qiymətləndirmə göstəricilərinə (indikatorlarına) əsasən aparılır;
7.1.2. elektron xidmətlər üzrə qiymətləndirmənin aparılması üçün hər bir meyar üzrə maksimum qiymətləndirmə balı müəyyən olunur;
7.1.3. informasiya sistemləri üzrə qiymətləndirmənin aparılması üçün hər bir parametrin təmin edilməsi (1 bal) yaxud təmin edilməməsi (0 bal) müəyyən olunur;
7.1.4. hesablanmış yekun balın maksimum balda faizlə nisbəti tapılır;
7.1.5. əldə olunmuş nəticələrə əsasən təhlillər aparılır.
7.2. Bu Qaydaların 7.1.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilən faizlər üzrə elektron xidmətlər və informasiya sistemləri aşağıdakı şəkildə qiymətləndirilir:
7.2.1. 50% və daha aşağı – qeyri kafi;
7.2.2. 51%-dən 70%-dək– kafi;
7.2.3. 71%-dən 90%-dək– yaxşı;
7.2.4. 91%-dən 100%-dək - əla.
7.3. Qiymətləndirmənin nəticəsi olaraq Dövlət Agentliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
7.3.1. qiymətləndirmə nəticəsində müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan tövsiyələr verilir, ehtiyac yarandıqda əməli və metodiki köməklik göstərilir;
7.3.2. qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış arayış aşkar olunmuş çatışmazlıqların təyin olunmuş müddət ərzində aradan qaldırılması üçün dövlət orqanına göndərilir;
7.3.3. qiymətləndirmənin nəticələri, o cümlədən informasiya sistemlərinin və elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verilir.
7.4. Dövlət orqanları təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıq və tövsiyələri diqqətlə araşdırmalı və arayış daxil olduğu gündən iki ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı Dövlət Agentliyinə təqdim etməlidirlər.
7.5. Qiymətləndirmənin nəticələri haqqında məlumatlar Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında açıqlanır.
|
||
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|||
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
||
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|