“İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 24 noyabr 2016-cı il
№ 480
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 24 noyabr
tarixli 480 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
|
İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin
Siyahısı
Sıra nömrəsi
|
Məhsulların siyahısı
|
Məhsulların XİFMN üzrə kodları
|
1.
|
Peyk və radiorele stansiyası
|
|
2.
|
Radiobaza stansiyası
|
851761009
|
3.
|
Radioyayım ötürücüsü
|
852550009
|
4.
|
Gəmi stansiyaları
|
|
Qeyd. Bu Siyahının 1-ci və 4-cü hissələrində göstərilən məhsulların XİFMN üzrə kodları idxal zamanı onların adından, tipindən, növündən, markasından və tərkibindən asılı olaraq müəyyən edilir.