×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2016
QEYDİYYAT NÖMRƏSİ
308-VQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20-11-2016, Nəşr nömrəsi: 257), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1746)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201609300308
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.11.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” 2016-cı il mayın 19-da Ramallah şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

               № 308-VQ


Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti

arasında diplomatik pasportu olan müvafiq vətəndaşların

viza tələbindən azad edilməsi haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişafını təşviq etmək niyyətində olaraq və

etibarlı diplomatik pasportlara malik olan vətəndaşların hər iki dövlətin ərazisinə daxil olmasını, oranı tərk etməsini və orada hərəkətini asanlaşdırmağı arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Aşağıdakı pasportlar bu Sazişin çərçivəsinə daxildir:

- Azərbaycan Respublikasında: diplomatik pasportlar,

- Fələstin Dövlətində: diplomatik pasportlar.

 

Maddə 2

 

Tərəflərdən birinin dövlətinin 1-ci maddədə göstərildiyi kimi diplomatik pasportlara malik vətəndaşları, eləcə də adları onların pasportlarında əks etdirilmiş yetkinlik yaşına çatmayan ailə üzvləri digər Tərəfin dövlətinin ərazisinə giriş vizası olmadan daxil ola, oranı tərk edə, oradan tranzitlə keçə və otuz (30) gün orada qala bilərlər. Qalma müddəti yuxarıda göstərilən müddətin bitməsindən əvvəl digər Tərəfin aidiyyəti orqanlarına uzadılma haqqında sorğunu təqdim etməklə eyni müddətə uzadıla bilər.

 

Maddə 3

 

Bu Saziş Tərəflərin dövlətlərinin digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəlik və konsulluqlarına təyin olunmuş vətəndaşlarını, eləcə də onların diplomatik pasportlara malik olan ailə üzvlərini viza öhdəliyindən azad etmir.

Yuxarıda adı çəkilən şəxslər, akkreditasiyadan sonra ezam olunduqları müddətdə digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, oradan çıxa və orada qala bilərlər.

 

Maddə 4

 

Tərəflərin dövlətlərinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq sərnişindaşıma üçün açıq olan sərhəd buraxılış məntəqələri vasitəsilə daxil ola bilərlər.

 

Maddə 5

 

Tərəflər bu Sazişin qüvvəyə minməsindən sonrakı otuz (30) günlük müddət ərzində diplomatik kanallar vasitəsilə bu Sazişdə nəzərdə tutulan pasport nümunələrini (formalarını) mübadilə edirlər.

Tərəflər, yeni diplomatik pasportlar dövriyyəyə buraxdığı halda, bu pasport nümunələrini (formalarını) onların qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl mübadilə edirlər.

Maddə 6

 

Hazırkı Sazişin müddəaları 2-ci maddədə göstərilən vətəndaşları digər Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanun və qaydalara əməl etmək öhdəliklərindən azad etmir.

 

Maddə 7

 

Hazırkı Saziş Tərəflərin dövlətlərinin ərazisində olmasını arzuedilməz hesab etdikləri hər hansı vətəndaşa öz dövlətlərinin ərazisinə daxil olmaq, orada qalmaq, tranzit keçmək icazəsini verməkdən imtina etmək hüququna təsir etmir.

 

Maddə 8

 

Tərəflərdən hər biri ictimai asayiş, milli təhlükəsizlik və ya əhalinin sağlamlığının qorunması səbəblərindən hazırkı Sazişin həyata keçirilməsini qismən və ya tam şəkildə dayandıra bilər. Digər Tərəf hazırkı Sazişin dayandırılması və yenidən qüvvəyə minməsi haqqında üç gün müddətində diplomatik kanallar vasitəsilə məlumatlandırılır.

 

Maddə 9

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi kimi əlavə protokollar vasitəsilə rəsmiləşdirilir və bu Sazişin 11-ci maddəsinin müddəasına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 10

 

Bu Sazişin tətbiqi və ya təfsiri ilə bağlı Tərəflər arasında yaranan hər hansı fikir ayrılığı onlar arasında müstəsna olaraq məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

 

Maddə 11

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alınmasından otuz (30) gün sonra qüvvəyə minir.

Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə istənilən vaxt digər Tərəfi diplomatik kanallar vasitəsilə yazılı formada məlumatlandıra bilər. Ləğvetmə belə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvəyə minir.

Ramallah şəhərində 19 may 2016-cı il tarixində, Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılğı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.

 

Azərbaycan Respublikası

Fələstin Dövləti

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status