![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
18.10.2016 |
Qeydiyyat nömrəsi |
16 |
Adı |
“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə[1] |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
28.10.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.040.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201610180016 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
27.10.2016 |
“Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası[2]
qərara alır:
1. “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli iclasının protokolu.
Sədr, iqtisadiyyat naziri Şahin Mustafayev |
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2018-ci il 15 mart tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir[3] |
Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən hazırlanmışdır və xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarlarını müəyyən edir.
1.2. Növbəti ildə ixracatçıların fərdi qaydada iştirakına dəstək verilməsi nəzərdə tutulan xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkaların siyahısı Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla hər il may ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir və onun rəsmi internet səhifəsində yerləşdirilir.
1.3. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsinə dair ərizə forması bu Meyarlara əlavə olunur.
1.4. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləği Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 7.1-ci bəndində nəzərdə tutulan qaydada ödənilir.
2. Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi meyarları
Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarı müraciətdə göstərilən sərgi və ya yarmarkanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən siyahıda mövcud olmasıdır.
|
“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları”na əlavə |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə |
|
|
|
Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsinə dair
ƏRİZƏ |
|
|
|
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı ___________________________ _________________________________________________________________________________ 2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ___________________________________________ _________________________________________________________________________________ 3. VÖEN _________________________________________________________________________ 4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı ______________________________________ _________________________________________________________________________________ 5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi ____________________________________________________ _________________________________________________________________________________ 6. Hüquqi şəxsin və ya fərdi sahibkarın fərdi qaydada iştirak etdiyi beynəlxalq sərgi və ya yarmarkanın adı, keçirilmə tarixi, keçirildiyi ölkə və şəhər___________________________________ _________________________________________________________________________________ 7. Beynəlxalq sərgi və ya yarmarkada hüquqi şəxsi və ya fərdi sahibkarı təmsil etmiş şəxsin adı, soyadı və vəzifəsi ________________________________________________________________________ _________________________________________________________________________________ 8. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü ___________________ _________________________________________________________________________________ 9. Hüquqi şəxsin və ya fərdi sahibkar tərəfindən beynəlxalq sərgi və yarmarkada nümayiş olunmuş məhsulun adı və növü _______________________________________________________________ _________________________________________________________________________________ 10. Hüquqi şəxsin və ya fərdi sahibkarın bank rekvizitləri (milli valyutada bank hesabı) ___________ _________________________________________________________________________________ 11. Xahiş edirəm Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsi barədə qərar qəbul edəsiniz. 12. Qoşma: Ərizəyə əlavə olunan sənədlər _________ vərəqdə. |
|
|
|
13. Ərizə verən hüquqi şəxs olduqda, rəhbərinin |
________________ __________________________________ |
|
(imzası) (soyadı, adı, atasının adı) |
|
|
Möhür yeri |
|
|
|
|
|
14. Ərizə verən fərdi sahibkar olduqda |
________________ __________________________________ |
|
(imzası) (soyadı, adı, atasının adı) |
|
|
Qeyd: ərizəyə görülmüş işi, göstərilmiş xidməti və ya icarə haqqını təsdiq edən sənədin (hesab-faktura (invoys), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat əlavə edilir. |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 15 mart 2018-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 mart 2018-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə Qərarın adında və 1-ci hissədə “ixracatçıların fərdi qaydada iştirakına” sözləri “fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə” sözləri ilə əvəz edilmişdir.
[2] 15 mart 2018-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə Qərarın preambulasında “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.
[3] 15 mart 2018-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları” yeni redaksiyada təsdiq edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən hazırlanmışdır və ixracatçılardan daxil olmuş müraciətlər əsasında adıçəkilən Qaydanın 4.2.1-ci və 4.2.2-ci yarımbəndlərində nəzərdə tutulan sərgi və (və ya) yarmarkalar istisna olmaqla xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarlarını müəyyən edir.
1.2. Növbəti ildə ixracatçıların fərdi qaydada iştirakına dəstək verilməsi nəzərdə tutulan xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkaların siyahısı Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla hər il may ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir və onun rəsmi internet səhifəsində yerləşdirilir.
2. Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi meyarları
2.1. Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarları aşağıdakılardır:
2.1.1. müraciətdə göstərilən sərgi və ya yarmarkanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən siyahıda mövcud olması;
2.1.2. sahibkarın istehsal etdiyi məhsulun müvafiq sərgi və ya yarmarkada nümayiş olunacaq məhsulların kateqoriyasına uyğunluğu.
3. Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilmə qaydası
3.1. İxracatçı xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak üçün ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində göstərilən üsullarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ərizənin qeydiyyata alınması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci və 31.2-ci maddələrinə uyğun olaraq həyata keçirilir.
3.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
3.2.1. ərizəçi hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü;
3.2.2. ərizəçi fiziki şəxs olduqda - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
3.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
3.2.4. sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü;
3.2.5. xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası.
3.3. Ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 10 (on) iş günü müddətində baxılır. Sahibkarın müraciəti bu Meyarların 2-ci hissəsində göstərilən meyarlara uyğun olduqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştiraka dair qərar qəbul edilir. Sahibkarın müraciəti bu Meyarların 2-ci hissəsində göstərilən meyarlara uyğun olmadıqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştirakdan imtina haqqında qərar qəbul edilir.
3.4. Ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin daxil olduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq, həmin çatışmazlıqların aradan qaldırılması üçün müraciət edən şəxsə məlumat verir. Müraciət edən şəxs tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə bu Meyarların 3.3-cü bəndinə uyğun olaraq yenidən baxılır.
4. Keçid müddəası
“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı qüvvəyə mindikdən sonra 2016-cı və 2017-ci illər üzrə ixracatçıların fərdi qaydada iştirakına dəstək veriləcək xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkaların siyahısı bu Meyarlar qüvvəyə mindiyi tarixdən 15 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və onun rəsmi internet səhifəsində yerləşdirilir.