AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
18.10.2016
QEYDİYYAT NÖMRƏSİ
18
ADI
“Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi Meyarları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.10.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.040.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201610180018
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.10.2016
“Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi Meyarları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

18.10.2016

Qeydiyyat nömrəsi

18

Adı

Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi Meyarları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.10.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.040.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201610180018

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.10.2016

 

 

Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası[1]

 

qərara alır:

 

1. “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli iclasının protokolu.

 

Sədr,

iqtisadiyyat naziri

Şahin Mustafayev

 


 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi Meyarları

 

1. Ümumi müddəa

 

Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.10.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi meyarlarını müəyyən edir.[2]

 

2. “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi meyarları

 

2.1. “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi meyarları aşağıdakılardır:

2.1.1. məhsulların reklam olunacağı ölkə (ölkələr) ilə Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri;

2.1.2. məhsulların reklam olunacağı ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixracı və ya ixrac potensialı;

2.1.3. sahibkarlardan daxil olan müraciətlər;

2.1.4. reklam yerləşdiriləcək ictimai yerlərin əhalinin və nəqliyyat axınlarının sıx olduğu yerlərə aid olması;

2.1.5. kütləvi informasiya vasitələrinin izləyici və ya oxucu kütləsinin genişliyi.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 mart 2018-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 mart 2018-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə Qərarın preambulasında “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləribeynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 mart 2018-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin əyyən edilməsi Meyarları”nın 1-ci hissəsində missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləribeynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status