![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
18.10.2016 |
Qeydiyyat nömrəsi |
15 |
Adı |
“Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
28.10.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.040.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201610180015 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
27.10.2016 |
“Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası[1]
qərara alır:
1. “Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli iclasının protokolu.
Sədr, iqtisadiyyat naziri |
Şahin Mustafayev |
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmişdir |
Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları
1. Ümumi müddəa
Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən hazırlanmışdır və bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarını müəyyən edir. [2]
2. İxracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları
2.1. Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
2.1.1. Araşdırmanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən hədəf bazarlara aid olması;
2.1.2. sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı;
2.1.3. məhsulun ixrac potensialı;
2.1.4. sifariş edilən bazar araşdırmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq əvvələr həyata keçirilməməsi və ya həmin araşdırmanın aktuallığını itirməsi.
2.2. Bazar araşdırmasının həyata keçirilməsi üçün hədəf bazarlar həmin dəstək tədbiri üzrə ixracatçıların seçilməsi ilə bağlı müsabiqə elanında göstərilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 15 mart 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 mart 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə preambulada “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.
[2] 15 mart 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın 1-ci hissəsində və 2.1.4-cü yarımbəndində “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.