![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
18.10.2016 |
Qeydiyyat nömrəsi |
17 |
Adı |
“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və ya mağaza şəbəkələrinin, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nın təsdiq edilməsi barədə[1] |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
28.10.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.040.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201610180017 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
27.10.2016 |
“Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası[2]
qərara alır:
1. “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və ya mağaza şəbəkələrinin, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli iclasının protokolu.
Sədr, iqtisadiyyat naziri Şahin Mustafayev
|
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmişdir |
“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və ya mağaza şəbəkələrinin, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları[3]
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.8.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və ya mağaza şəbəkələrinin, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarlarını müəyyən edir. [4]
1.2. Bu Meyarlara uyğun olaraq “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və ya mağaza şəbəkələrinin, o cümlədən rüsumsuz ticarət mağazalarının, habelə həmin mağazalarda və ya mağaza şəbəkələrində yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısı rəflərin yerləşdirilməsinə dair xarici ölkələrin müvafiq fiziki və hüquqi şəxsləri ilə razılaşma əldə edildikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq dəstək tədbiri üzrə ixracatçıların seçilməsi üzrə müsabiqə elanında göstərilir və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında dərc edilir. [5]
2. “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və ya mağaza şəbəkələrinin, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarları
2.1. “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların və ya mağaza şəbəkələrinin, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı aşağıdakı meyarlar əsasında müəyyən olunur:
2.1.1. mağazanın və ya mağaza şəbəkəsinin yerləşdiyi ölkə (ölkələr) ilə Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri; [6]
2.1.2. mağazanın və ya mağaza şəbəkəsinin yerləşdiyi ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixrac potensialı;
2.1.3. sahibkarlardan daxil olan müraciətlər;
2.1.4. mağazanın və ya mağaza şəbəkəsinin müxtəlif ölkələrdə və ya bir ölkədə fəaliyyət göstərən və istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması;
2.1.5. rüsumsuz ticarət mağazalarının (“duty free”) yerləşdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımdan əhəmiyyəti.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 15 mart 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 mart 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə adında və 1-ci hissədə “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilmişdir.
[2] 15 mart 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə preambulada “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.
[3] 15 mart 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nın adında, 2-ci hissənin adında və 2.1-ci bəndində “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilmişdir.
[4] 15 mart 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nın 1.1-ci bəndində “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri, “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.
[5] 15 mart 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nın 1.2-ci bəndində “mağazaların” sözündən sonra “və ya mağaza şəbəkələrinin” sözləri, “mağazalarda” sözündən sonra “və ya mağaza şəbəkələrində” sözləri, “siyahısı” sözündən sonra “rəflərin yerləşdirilməsinə dair xarici ölkələrin müvafiq fiziki və hüquqi şəxsləri ilə razılaşma əldə edildikdən sonra” sözləri əlavə edilmişdir.
[6] 15 mart 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nın 2.1.1-ci, 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində “mağazanın” sözündən sonra “və ya mağaza şəbəkəsinin” sözləri əlavə edilmişdir.