“Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 479-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1245 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[1]
“Reklamı qadağan olunan əmtəələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 17 oktyabr 2016-cı il
№ 414
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 17 oktyabr tarixli 414 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
|
Reklamı qadağan olunan əmtəələrin
SİYAHISI
Sıra
№-si
|
Əmtəələrin adı
|
1.
|
Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr
|
2.
|
İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr
|
3.
|
Həkim resepti əsasında buraxılan dərman vasitələri
|
4.
|
Dopinq vasitələri
|
5.
|
İstifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları
|
6.
|
Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər
|
7.
|
Süni mayalanma üzrə tibbi xidmətlər
|
8.
|
Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar
|
9.
|
Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar
|
10.
|
Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar
[2]
|
11.
|
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri
|
|
|
13.
|
Pornoqrafiya
|
14.
|
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr
|
15.
|
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr
|
16.
|
Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr:
[4]
|
16.1.
|
İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar
|
16.2.
|
İşlənilmiş batareyalar
|
16.3.
|
İstifadə olunmuş şinlər
|
16.4.
|
İşlənilmiş sürtkü və mühərrik yağları
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 avqust 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1815)
2.
4 aprel 2022-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 392)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 avqust 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1815) ilə preambulada “yarımbəndinin” sözündən sonra “və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 479-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1245 nömrəli Fərmanının 2-ci hissəsinin” sözləri əlavə edilmişdir.
[2]
4 aprel 2022-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 392) ilə “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda 10-cu hissədə “Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar” sözləri “Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar” sözləri ilə əvəz edilmişdir.
[3]
4 aprel 2022-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 392) ilə “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda 12-ci hissə ləğv edilmişdir.
[4] 30 avqust 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1815) ilə “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na yeni məzmunda 16-cı hissə əlavə edilmişdir.