AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.09.2016
QEYDİYYAT NÖMRƏSİ
347
ADI
“Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-09-2016, Nəşr nömrəsi: 203), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2016, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1574)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.09.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201609160347
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.09.2016
“Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 sentyabr 2016-cı il

     № 347

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 16 sentyabr tarixli 347 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və respublikada verilmiş lisenziyalar və icazələrlə bağlı məlumatları özündə ehtiva edən vahid reyestrin aparılması qaydasını müəyyən edir.

1.2. Lisenziyaların və icazələrin vahid reyestri (bundan sonra – reyestr) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

 

2. Reyestrin aparılması prinsipləri

 

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

2.2. Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün açıqdır.

2.3. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.4. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir.

 

3. Reyestrin strukturu və reyestrə daxil edilən məlumatlar

 

3.1. Reyestr “Lisenziyalar” və “İcazələr” bölmələrindən ibarətdir.

3.2. Reyestrə lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. lisenziya və icazə verən orqanın adı və ünvanı;

3.2.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

3.2.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

3.2.4. lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);

3.2.5. əgər varsa, lisenziyanın (icazənin) müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); [1]

3.2.6. lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;

3.2.7. lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);

3.2.8. yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);

3.2.9. lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);

3.2.10. lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

3.2.11. lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğvetmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.

 

4. Reyestrin aparılması

 

4.1. Reyestr elektron formada aparılır.

4.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə verilən lisenziyalar, 3 nömrəli əlavəsində nəzərdə tutulmuş Nazirlik tərəfindən verilən icazələr istisna olmaqla digər lisenziya və icazələrə dair Qanunun 6.3.2-ci maddəsində göstərilən reyestrə yeni məlumatlar daxil edildikdə və ya həmin məlumatlar dəyişdirildikdə, onlar lisenziya və icazə verən orqan tərəfindən reyestrə daxil edilmək üçün hər ayın 10-dək elektron qaydada Nazirliyə təqdim edilir. Həmin məlumatlar təqdim edildiyi gün reyestrə daxil edilir.

4.3. Nazirlik tərəfindən verilən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3 nömrəli əlavələrində nəzərdə tutulmuş lisenziya və icazələrə dair bu Qaydanın 3.2-ci bəndində göstərilən məlumatlar yeniləndiyi gün reyestrdə qeydə alınır.

4.4. “Lisenziyalar və icazələr” portalında yerləşdirilən reyestrə məlumatların daxil edilməsi və yenilənməsi həmin portal vasitəsilə həyata keçirilir.

 

5. Reyestrdən istifadə

 

5.1. Reyestrdən dövlət orqanları, bələdiyyələr, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər.

5.2. Reyestrdə olan məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlərin yazılı (o cümlədən elektron) sorğusu əsasında sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü ərzində Nazirlik tərəfindən verilir.

5.3. “Lisenziyalar və icazələr” portalında yerləşdirilən reyestrdən məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlər tərəfindən həmin portalda olan axtarış sistemi vasitəsilə birbaşa əldə olunur.

5.4. Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 avqust 2017-ci il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2017-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1626)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 avqust 2017-ci il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2017-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1626) ilə “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın 3.2.5-ci yarımbəndində “icazənin” sözü “lisenziyanın (icazənin)” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status