×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.08.2016
QEYDİYYAT NÖMRƏSİ
306
ADI
“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-08-2016, Nəşr nömrəsi: 180), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2016, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1443)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.08.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.030.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201608150306
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.08.2016
“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və ver

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 yanvar tarixli 751 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 15 avqust 2016-cı il

     № 306

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 15 avqust tarixli 306 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 22.6-cı maddəsinə əsasən hazırlanmışdır.

1.2. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi zamanı bu Qayda ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında”, “İnzibati icraat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarına, habelə “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın IX fəslinə (“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”yə) əsasən tənzimlənir.

 

2. Şəhadətnamələrin formaları və rekvizitləri

 

2.1. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən olunur və Şəhadətnamədə aşağıdakılar öz əksini tapır:

2.1.1. Şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı;

2.1.2. Şəhadətnamənin adı;

2.1.3. Şəhadətnamənin qeydiyyat nömrəsi;

2.1.4. Şəhadətnamə verilən şirkətə Beynəlxalq Dəniz Təşkilatı (bundan sonra – BDT) tərəfindən verilən identifikasiya nömrəsi;

2.1.5. Şəhadətnamə verilən şirkətin adı və hüquqi ünvanı;

2.1.6. şirkətin istismar edə biləcəyi gəmilərin tipi;

2.1.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq şirkətdə aparılmış son yoxlama tarixi;

2.1.8. Şəhadətnamənin verildiyi yer;

2.1.9. Şəhadətnamənin verildiyi tarix;

2.1.10. Şəhadətnamənin müddəti;

2.1.11. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, illik yoxlamanın keçirilməsinə dair qeyd;

2.1.12. imza və möhür yeri.

2.2. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunur və Şəhadətnamədə aşağıdakılar öz əksini tapır:

2.2.1. Şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı;

2.2.2. Şəhadətnamənin adı;

2.2.3. Şəhadətnamənin qeydiyyat nömrəsi;

2.2.4. gəminin adı;

2.2.5. gəminin tipi;

2.2.6. gəminin çağırış siqnalı;

2.2.7. gəminin qeydiyyat limanı;

2.2.8. gəminin ümumi tutumu;

2.2.9. gəminin BDT nömrəsi;

2.2.10. gəmini istismar edən şirkətə BDT tərəfindən verilən identifikasiya nömrəsi;

2.2.11. gəmini istismar edən şirkətin adı və hüquqi ünvanı;

2.2.12. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmidə aparılmış son yoxlama tarixi;

2.2.13. Şəhadətnamənin verildiyi yer;

2.2.14. Şəhadətnamənin verildiyi tarix;

2.2.15. Şəhadətnamənin müddəti;

2.2.16. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ara və əlavə yoxlamaların keçirilməsinə dair qeyd;

2.2.17. imza və möhür yeri.

2.3. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin (bundan sonra – Şəhadətnamə) yuxarı hissəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra – Agentlik) tam adı və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri əks olunur. [1]

2.4. Şəhadətnamələrin üzərindəki məlumatlar Azərbaycan və ingilis dillərində göstərilir.

 

3. Şəhadətnamələrin alınması üçün müraciət

 

3.1. Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları Şəhadətnamənin alınması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Agentli ərizə təqdim edirlər.

3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (bu Qaydanın 3.4-cü bəndində göstərilən qaydada əldə edə bilmədikdə):

3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3.2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

3.2.3. ərizədə qeyd olunan obyektlərdən hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədinin surəti;

3.2.4. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ixtisasa, hazırlığa və təcrübəyə malik olan məsul şəxs və ya şəxslərin müvafiq sənədlərinin və vəzifəyə təyin edilməsi barədə müqavilənin surəti;

3.2.5. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq tərtib edilmiş əmniyyətli idarəetmə sistemi;

3.2.6. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tətbiq edildiyi gəmilərin siyahısı və tipləri;

3.2.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq keçirilmiş yoxlamanın nəticəsinə dair akt.

3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədlər bilavasitə təqdim edildikdə, sənədlərin surətləri onların əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Ərizəçi Şəhadətnamənin alınması üçün poçt rabitəsi və ya elektron qaydada müraciət etdikdə, bu Qaydanın 3.2.1-ci, 3.2.2-ci, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edir.

3.4. Agentlik bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bu mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.

3.5. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu Agentliyin verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Agentli təqdim olunur.

3.6. Ərizə Agentlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.

 

4. Şəhadətnamələrin verilməsi

 

4.1. Agentlik ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və Şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, habelə formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.

4.2. Ərizəçi bu Qaydanın 4.1-ci bəndində göstərilən çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman Şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət Şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

4.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 4.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Agentlik ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir, həmçinin bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

4.4. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra Şəhadətnamənin alınması üçün təkrar ərizə ilə Agentli müraciət edə bilər.

4.5. Azərbaycan Respublikasının qanunları ilə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, Agentlik təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq Şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

4.6. Agentlik bu Qaydanın 4.5-ci bəndi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq, ərizəçiyə Şəhadətnaməni təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

4.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən Agentli təqdim edildikdən sonra Şəhadətnamə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Agentli təqdim edilmədikdə, Şəhadətnamə Agentlik tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

4.8. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə alındıqdan sonra verilir.

4.9. Agentlik tərəfindən verilən Şəhadətnamələrlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində göstərilən məlumatları əks etdirən reyestr aparılır və onların yeniləndiyi gün reyestrdə qeydə alınması təmin edilir.

4.10. Şəhadətnamə Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

 

5. Şəhadətnamələrin verilməsindən imtina

 

5.1. Ərizədə və ona əlavə edilmiş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qaydanın 4.1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə) Şəhadətnamənin verilməsindən imtina edilir.

5.2. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt imtina halları göstərilməklə əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

 

6. Şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu

 

6.1. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

7. Şəhadətnamələrin yenidən rəsmiləşdirilməsi

 

7.1. Şəhadətnamə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

7.1.1. Şəhadətnamə sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

7.1.2. Şəhadətnamə sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

7.1.3. Şəhadətnamənin sahibi Şəhadətnamənin müddətinin uzadılması ilə bağlı Agentli müraciət etdikdə.

7.2. Bu Qaydanın 7.1-ci bəndində göstərilən əsaslar olduqda, Şəhadətnamənin sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq Şəhadətnamənin yenidən rəsmiləşdirilməsi üçün Agentli ərizə ilə müraciət etməlidir.

7.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan Şəhadətnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi uçotuna alınması haqqında Şəhadətnamənin surətləri əlavə olunur.

7.4. Agentlik bu Qaydanın 7.2-ci və 7.3-cü bəndlərinə uyğun olaraq, ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş Şəhadətnaməni Şəhadətnamənin sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

7.5. Şəhadətnamə sahibi Şəhadətnamənin müddətini uzatmaq istədikdə, Şəhadətnamənin müddətinin bitməsinə ən azı 30 gün qalmış Şəhadətnamənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün Agentli ərizə ilə müraciət etməlidir.

7.6. Şəhadətnamənin yenidən rəsmiləşdirildiyi müddətdə Şəhadətnamənin sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini Agentli təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

 

8. Şəhadətnamələrin dublikatının verilməsi

 

8.1. Şəhadətnamə itirildikdə və ya zədələndikdə, Şəhadətnamə sahibi Şəhadətnamənin dublikatının verilməsi üçün Agentli ərizə ilə müraciət edir.

8.2. Agentlik ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində Şəhadətnamənin dublikatını hazırlayaraq, ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

8.3. Şəhadətnamənin dublikatının verildiyi müddətdə Şəhadətnamə sahibi öz fəaliyyətini Agentli təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

8.4. Şəhadətnamənin dublikatı itirilmiş və ya zədələnmiş Şəhadətnamə ilə eyni hüquqi qüvvəyə malikdir.

 

9. Şəhadətnamələrin qüvvəsinin dayandırılması

 

9.1. Şəhadətnamənin qüvvəsi aşağıdakı hallarda dayandırılır:

9.1.1. Şəhadətnamənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

9.1.2. Şəhadətnamənin sahibi Şəhadətnamənin verilməsi şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair Agentliyin göstərişlərini yerinə yetirmədikdə.

9.2. Şəhadətnamənin qüvvəsi Agentliyin inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət göstərilməlidir. Bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən əsas üzrə Şəhadətnamənin qüvvəsinin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

9.3. Şəhadətnamənin sahibi Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət bitənədək, bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində Agentli yazılı məlumat verməlidir.

9.4. Bu Qaydanın 9.1.1-ci yarımbəndində göstərilən əsas üzrə dayandırılmış Şəhadətnamənin qüvvəsi Şəhadətnamə sahibinin müvafiq ərizəsinə, bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən halda dayandırılmış Şəhadətnamənin qüvvəsi isə həmin halların aradan qaldırılması barədə Şəhadətnamə sahibinin təqdim etdiyi yazılı məlumata əsasən Agentliyin inzibati aktı ilə bərpa olunur.

9.5. Şəhadətnamənin qüvvəsinin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində Şəhadətnamənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

9.6. Şəhadətnamənin sahibi Şəhadətnamənin qüvvəsinin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

 

10. Şəhadətnamələrin qüvvədəolma müddəti

 

10.1. Şəhadətnamə Agentlik tərəfindən 5 il müddətinə verilir.

10.2. Şəhadətnamənin dublikatının müddəti əvvəlki Şəhadətnamənin müddəti ilə məhdudlaşır.

10.3. Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət Şəhadətnamənin müddətinə daxil edilir.

 

11. Şəhadətnamələrin ləğvi

 

11.1. Şəhadətnamə aşağıdakı hallarda ləğv edilir:

11.1.1. Şəhadətnamə sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

11.1.2. Şəhadətnamənin müddəti bitdikdə;

11.1.3. Şəhadətnamənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

11.1.4. məhkəmənin müvafiq qərarı olduqda;

11.1.5. Şəhadətnamənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

11.1.6. bu Qaydanın 9.3-cü bəndində göstərilən məsələ ilə bağlı Agentli yazılı məlumat verilmədikdə;

11.1.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.8-ci maddəsində göstərilən əsas olduqda;

11.1.8. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə riayət olunmadıqda.

11.2. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə ləğv edildikdə, şirkətin sahibliyində olduğu gəmilərə verilmiş müvafiq Şəhadətnamələr də ləğv edilir.

11.3. Şəhadətnamə bu Qaydanın 11.1-ci bəndində göstərilən hallara (bu Qaydanın 11.1.4-cü yarımbəndi istisna olmaqla) istinad edilməklə, Agentliyin inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində Şəhadətnamənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

11.4. Şəhadətnamənin sahibi Şəhadətnamənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 

 


 

 

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”na

1 nömrəli əlavə [2]

 

AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ DÖVLƏT DƏNİZ VƏ LİMAN AGENTLİ [3]

MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT OF THE REPUBLIC OF AZERBAIJAN STATE MARITIME AND PORT AGENCY

Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə

 

DOCUMENT  OF  COMPLIANCE

 

№ ____________

 

Bu Şəhadətnamə “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli əlavələr edilmiş BEYNƏLXALQ KONVENSİYANIN tələblərinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.

 

Issued under the provisions of the INTERNATIONAL CONVENTION FOR THE SAFETY OF LIFE AT SEA, 1974, as amended under the authority of the Government of THE REPUBLIC OF AZERBAIJAN by the STATE MARITIME AND PORT AGENCY UNDER THE MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT.

 

Şirkətin identifikasiya nömrəsi                                                                                                                

Company identification number         __________________________________

 

Şirkətin adı və hüquqi ünvanı

Name and address of the Company __________________________________________________

                                                                         

 

Bununla təsdiq edilir ki, Şirkətin əmniyyətli idarəetmə sistemi yoxlanılmışdır və aşağıda göstərilən tip gəmilər üçün Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin (ƏİBM) tələblərinə cavab verir.

 

THIS IS TO CERTIFY THAT the safety management system of the Company has been audited and that it complies with the requirements of the International Management Code (ISM Code) for the types of ships listed below (delete as appropriate):


                             Sərnişin gəmisi  /  Passenger ship
                             Yüksəksürətli sərnişin kateri / Passenger high-speed craft
                             Yüksəksürətli yük kateri  /  Cargo high-speed craft
                             Qalama yük gəmisi  /  Bulk carrier
                             Neft tankeri  /  Oil tanker
                             Kimyəvi maddələr daşıyan tanker / Chemical tanker
                             Qazdaşıyan  /  Gas carrier
                             Üzən qazma qurğusu  /  Mobile offshore drilling unit
                             Digər yük gəmisi  /  Other cargo ship

İllik yoxlamaların keçirilməsi şərtilə

Şəhadətnamənin etibarlılıq müddəti

This Document of Compliance is valid until       _______________________________________

subject to periodical verification.

 

Aparılmış son yoxlama tarixi

Completion date of the verification on which this certificate is based:   ___________________

                                                                                                

Verildiyi yer                                                                            Verilmə tarixi

Issued at  ______________________                                     Date of issue  ______________________

 

                                                                                  

                                                                                      _________________________________________________

                                                                                       (Şəhadətnaməni təsdiq edən məsul şəxsin imzası/

                                                                          Signature of the duly authorized official issuing the Certificate)

 

        M.Y.

                  Seal      

 

 

 


 

İLLİK YOXLAMA ÜÇÜN TƏSDİQNAMƏ

ENDORSEMENT FOR ANNUAL VERIFICATION

 

BUNUNLA TƏSDİQ EDİLİR Kİ, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın IX/6.1 qaydasının və ƏİBM-in 13.4-cü bəndinin tələblərinə müvafiq olaraq, aparılmış ara yoxlaması zamanı əmniyyətli idarəetmə sisteminin ƏİBM-in tələblərinə uyğun olması müəyyən edilmişdir.

THIS IS TO CERTIFY THAT, at the periodical verification in accordance with regulation IX/6.1 of the Convention and paragraph 13.4 of the ISM Code, the safety management system was found to comply with the requirements of the ISM Code.

 

Birinci illik yoxlama

1st ANNUAL VERIFICATION

 

Yer / Place __________________

İmza / Signed _____________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_____________________________

 

 

 

 

İkinci illik yoxlama

2nd ANNUAL VERIFICATION

 

Yer / Place__________________

İmza / Signed ____________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_________________________

 

 

 

 

Üçüncü illik yoxlama

3rd ANNUAL VERIFICATION

 

Yer / Place__________________

İmza / Signed ______________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_____________________

 

 

 

 

Dördüncü illik yoxlama

4th ANNUAL VERIFICATION

 

Yer / Place__________________

İmza / Signed _______________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_________________________

 

 

Ünvan: AZ1003, Bakı şəhəri, Xanlar küçəsi, 2B.

Tel.: (+99412) 497 44 05; Faks: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

Address: 2B. Khanlar str., Baku, AZ1003, Azerbaijan

Tel.: (+99412) 497 44 05; Fax: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

 


 

 

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”na

2 nömrəli əlavə

 

AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ DÖVLƏT DƏNİZ VƏ LİMAN AGENTLİ

MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT OF THE REPUBLIC OF AZERBAIJAN STATE MARITIME AND PORT AGENCY

GƏMİNİN “ƏMNİYYƏTLİ İDARƏETMƏ HAQQINDA BEYNƏLXALQ MƏCƏLLƏ”NİN

TƏLƏBLƏRİNƏ UYĞUN OLMASI HAQQINDA ŞƏHADƏTNAMƏ

 

SAFETY MANAGEMENT CERTIFICATE  

 

№ __________

 

Bu Şəhadətnamə “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli əlavələr edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.

Issued  under  the  provisions of the INTERNATIONAL  CONVENTION  FOR  THE  SAFETY  OF  LIFE  AT  SEA,  1974, as  amended under the authority of the Government of THE REPUBLIC OF AZERBAIJAN by the STATE MARITIME AND PORT AGENCY UNDER THE MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT.

 

Gəminin adı

Name of ship  ____________________________

Gəminin tipi

   Type of ship*  ____________________________

Çağırış siqnalı

Distinctive number or letters _______________

Ümumi tutumu

Gross tonnage  ___________________________

Qeydiyyat limanı

Port of registry  ___________________________

BDT nömrəsi

IMO Number ____________________________

 Şirkətin identifikasiya nömrəsi

 Company identification number  _____________________

 Şirkətin adı və hüquqi ünvanı

 Name and address of the Company  _____________________________________________

 

Bununla təsdiq edilir ki, gəminin əmniyyətli idarəetmə sistemi yoxlanılmışdır, Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin (ƏİBM) tələblərinə cavab verir və Dənizçilik şirkətinin ƏİBM-in tələblərinə uyğun olması haqqında Şəhadətnamə bu tip gəmiyə şamil olunur. 

THIS IS TO CERTIFY THAT the safety management system of the ship has been audited and that it complies with the requirements of the International Management Code for the Safe Operation of Ships and for Pollution Prevention (ISM Code), following verification that the Document of Compliance for the Company is applicable to this type of ship.

 

Bu Şəhadətnamə dövri yoxlamaların keçirilməsi şərtilə və Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə etibarlı olduğu halda  _______________________tarixinədək etibarlıdır.

This Safety Management Certificate is valid until ______________________________subject to periodical verification and the Document of Compliance remaining valid.

 

Aparılmış son yoxlama tarixi

Completion date of the verification on which this certificate is based: ______________________________

 

Verildiyi yer

Issued at          _____________________

 

Verilmə tarixi

Date of issue   _____________________

 

                                                                           _______________________________________________________

                                                                       (Şəhadətnaməni təsdiq edən məsul şəxsin imzası/

                                                                         Signature of the duly authorized official issuing the Certificate)

 

        M.Y.

                  Seal     

 

_______________________________________________________________________________________________________________

·          Göstərilən gəmi tipindən birini daxil edin: sərnişin gəmisi; yüksəksürətli sərnişin kateri; yüksəksürətli yük kateri; qalama yük gəmisi; neft tankeri; kimyəvi maddələr daşıyan tanker; qazdaşıyan; üzən qazma qurğusu; digər yük gəmisi

Insert the type of ship from among the following: passenger ship; passenger high-speed craft; cargo high-speed craft; bulk carrier; oil tanker;  chemical tanker;  gas carrier;  mobile offshore drilling unit;  other cargo ship.

 

 

 


 

ARA YOXLAMASI VƏ ƏLAVƏ YOXLAMA (ƏGƏR TƏLƏB OLUNARSA) ÜÇÜN TƏSDİQNAMƏ

ENDORSEMENT FOR INTERMEDIATE VERIFICATION AND ADDITIONAL VERIFICATION (IF REQUIRED)

Bununla təsdiq edilir ki, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın IX/6.1 qaydasının və ƏİBM-in 13.8-ci bəndinin tələblərinə uyğun olaraq, aparılmış dövri yoxlama zamanı əmniyyətli idarəetmə sisteminin ƏİBM-in tələblərinə uyğun olması müəyyən edilmişdir.

THIS IS TO CERTIFY THAT, at the periodical verification in accordance with regulation IX/6.1 of the Convention and paragraph 13.8 of the ISM Code, the safety management system was found to comply with the requirements of the ISM Code.

 

ARA YOXLAMASI

(Şəhadətnamənin verildiyi 2-ci və 3-cü il arasında həyata keçirilməlidir)

 

INTERMEDIATE VERIFICATION

(to be completed between the second and third anniversary date)

 

Yer / Place __________________

İmza / Signed _____________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_____________________________

 

 

 

 

ƏLAVƏ YOXLAMA
ADDITIONAL VERIFICATION*

 

Yer / Place__________________

İmza / Signed ____________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_________________________

 

 

 

 

ƏLAVƏ YOXLAMA
ADDITIONAL VERIFICATION*

 

Yer / Place__________________

İmza / Signed ______________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_____________________

 

 

 

 

ƏLAVƏ YOXLAMA
ADDITIONAL VERIFICATION*

 

Yer / Place__________________

İmza / Signed _______________________________

 

(səlahiyyətli şəxsin imzası/

signature of authorized official)

 

 

Möhür / Seal

Tarix / Date_________________________

 

 

__________________________________________________________________________________________

*  Əgər varsa, Agentlik tərəfindən ƏİBM-in yerinə yetirilməsinə dair Rəhbərliyin 3.2-ci  bəndinin “ilkin yoxlama”   müvafiq tələblərinə istinad edilməlidir (A.1071(28) saylı Qətnamə)  If  applicable, Reference is made to the relevant provisions of section  3.2. ”initial verification” of the Guidelines on Implementation of the International Safety Management (ISM) Code by Administrations (resolution A.1071(28)).

 

Ünvan: AZ1003, Bakı şəhəri, Xanlar küçəsi, 2B.

Tel.: (+99412) 497 44 05; Faks: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

Address: 2B. Khanlar str., Baku, AZ1003, Azerbaijan

Tel.: (+99412) 497 44 05; Fax: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948)

2.       4 aprel 2022-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 377)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın 2.3-cü bənddə “Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə, 3.1-ci, 3.4-3.6-cı bəndlərdə, 4.1-ci (birinci və ikinci cümlələrində), 4.3-4.6-cı bəndlərdə, 4.7-ci (birinci cümləsində və ikinci cümləsində hər iki halda), 4.9-cu, 4.10-cu, 7.2-ci, 7.4-7.6-cı, 8.1-ci, 8.2-ci, 8.3-cü (birinci və ikinci cümlələrində), 9.2-9.4-cü, 10.1-ci, 11.3-cü bəndlərdə, 7.1.3-cü, 9.1.2-ci və 11.1.6-cı yarımbəndlərdə ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

4 aprel 2022-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 377) ilə “Dənizçilik şirkətinin Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nn 2.3-cü bəndində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın 1 və 2 nömrəli əlavələrin mətni üzrə ismin müvafiq hallarında “Dövlət Dəniz Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “THE STATE MARITIME ADMINISTRATION OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri “THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri ilə, “STATE MARITIME ADMINISTRATION” sözləri “STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə əvəz edilmişdir və 2 nömrəli əlavənin “ARA YOXLAMASI VƏ ƏLAVƏ YOXLAMA (ƏGƏR TƏLƏB OLUNARSA) ÜÇÜN TƏSDİQNAMƏ” blankının “Qeyd”ində “Administrasiya” sözü “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[3] 4 aprel 2022-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 377) ilə “Dənizçilik şirkətinin Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın 1 və 2 nömrəli əlavələrin mətnində AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ sözləri alt-alta AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ DÖVLƏT DƏNİZ VƏ LİMAN AGENTLİYİ sözləri ilə, THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri alt-alta MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT OF THE REPUBLIC OF AZERBAIJAN STATE MARITIME AND PORT AGENCY sözləri ilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi sözləri ilə və STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES sözləri STATE MARITIME AND PORT AGENCY UNDER THE MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status