AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
03.08.2016
QEYDİYYAT NÖMRƏSİ
34/3
ADI
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.08.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201608030343
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.08.2016
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.08.2016

Qeydiyyat nömrəsi

34/3

Adı

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.08.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201608030343

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

11.08.2016

 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının adının aidiyyəti hüquqi sənədlərdə uyğunlaşdırılmasını, habelə son illərdə portalın infrastruktur imkanlarının genişlənməsi nəticəsində yeni iştirakçıların qoşulmasını nəzərə alaraq, çıxarışlarda istifadəçilərə təqdim edilən xidmətlər üzrə daha ətraflı məlumatları əks etdirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-ci il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.5-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti:

 

Q Ə R A R A    A L I R:

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu Qaydaları” təsdiq edilsin (əlavə olunur);

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10.07.2012-ci il tarixli qərarı ilə (16/2 nömrəli protokol) təsdiq olunmuş və 23.07.2012-ci il tarixində 23201207100162 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları” ləğv edilsin;

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Sədr

Elman Rüstəmov

 

                                                                                      


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar  № 34/3

          “03” avqust 2016-cı  il

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu

 

Q A Y D A L A R I

 

Ümumi müddəalar

 

1.1.  Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü 27 avqust il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na uyğun olaraq hazırlanmışdır və  Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının (HÖP) çıxarışlarının uçotu qaydalarını müəyyən edir.

1.2.  HÖP-ün çıxarışları portal vasitəsi ilə istənilən hesablaşma formasından (nağd pul, ödəniş kartları, bank hesabları və s.) istifadə edilməklə ödəniş aparılarkən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir.

1.3.  HÖP-ün çıxarışları portal vasitəsilə aparılmış ödənişlərin təsdiqidir.

1.4.  HÖP-ün çıxarışlarının bu Qaydalarda müəyyən edilmiş rekvizitləri özündə əks etdirən forması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

1.5.  HÖP-ün çıxarışlarını onlara oxşar rekvizitlərə malik olan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmir.

 

HÖP çıxarışlarının rekvizitləri

 

2.1.   HÖP-ün çıxarışları ödəyicinin hansı hesablaşma formasından istifadə etməsindən asılı olmayaraq eyni formaya malikdir və aşağıdakı rekvizitləri özündə əks etdirir:

2.1.1. portalın operatorunun adı;

2.1.2. mədaxil qəbzinin unikal nömrəsi və tarixi;

2.1.3. dövlət qurumunun və ya kütləvi xidmət müəssisəsinin adı;

2.1.4. ödəyicinin HÖP-də qeydiyyat kodu və tam adı;

2.1.5.          dövlət qurumunun və ya kütləvi xidmət müəssisəsinin daxili informasiya sistemində xidmət istifadəçisinin (ödəyicinin özü və ya onun ödənişlərini həyata keçirən digər şəxs) eyniləşdirmə məlumatları (müvafiq olaraq kodu, fərdi identifikasiya nömrəsi (FİN) və ya VÖEN-i), tam adı, ünvanı, hüquqi şəxsin və ya fərdi sahibkarın VÖEN-i;

2.1.6.          xidmət mərkəzinin adı (ödənişlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində yerləşən bank şöbələri və agentliyin informasiya resursları vasitəsilə aparıldıqda);

2.1.7.          ödənişi qəbul edən təşkilatın adı və VÖEN-i;

2.1.8.           qaimə üzrə ödənilən məbləğ rəqəm və yazı ilə, ödəniş üçün xidmət haqqı (tutulduqda), cəmi məbləğ (ödəniş üçün xidmət haqqı tutulduqda);

2.1.9.           sənədin nömrəsi;

2.1.10.       büdcə təsnifatının kodu (ödənişlər dövlət büdcəsinə aparıldıqda);

2.1.11.       büdcə səviyyəsinin kodu (ödənişlər dövlət büdcəsinə aparıldıqda);

2.1.12.       xəzinə hesabı (ödənişlər dövlət büdcəsinə aparıldıqda);

2.1.13.       xidmətin adı (qeyri-büdcə ödənişləri aparıldıqda);

2.1.14.       hesablaşma forması;

2.1.15.       tranzaksiya nömrəsi (ödənişlər ödəniş kartları vasitəsilə aparıldıqda);

2.1.16.      əməliyyatçının və ödəyicinin tam adı və imzası (ödənişlər nağd formada aparıldıqda).

2.2.   Əməliyyatların xarakterindən asılı olaraq HÖP-ün çıxarışlarına əlavə rekvizitlər daxil edilir.

 

HÖP-ün çıxarışlarının nömrələnməsi

 

3.1.  HÖP-ün çıxarışlarının nömrəsi portal tərəfindən avtomatik rejimdə generasiya olunur.

3.2.  HÖP-ün çıxarışlarının nömrələrinin portalda unikallığı mərkəzləşdirilmiş qaydada təmin olunur.

 

HÖP-ün çıxarışlarının uçotunun aparılması

 

4.1.   HÖP vasitəsilə aparılan ödənişlər üzrə çıxarışların uçotu portalda avtomatlaşdırılmış qaydada aparılır.

4.2.  HÖP-də aparılan ödənişlər haqqında məlumatlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır.

4.3.  HÖP-də aparılan ödənişin təsdiqi barədə çıxarış dərhal və ya istənilən vaxt, o cümlədən təkrar əldə edilə bilər.

4.4.  HÖP vasitəsilə aparılan ödənişlər üzrə çıxarış çap olunaraq ödəyiciyə təqdim olunur (ödəyici tərəfindən ödənişin bilavasitə portal vasitəsilə aparıldığı hal istisna olmaqla).

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status