AZƏRBAYCAN RESPUBLİKASI
VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ
QƏRAR
№ 1617050000008600
Bakı şəhəri 26 iyul 2016-cı il
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilmiş və həmin Fərmanın 4.2-ci bəndi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bir sıra sənədlərin təsdiq edilməsi tapşırılmışdır. Qeyd edilən tapşırığın icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
QƏRARA ALIR
1. “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə” forması təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin forması təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinə tapşırılsın ki, bu Qərarın, Qərarla təsdiq edilmiş sənədlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinə tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş sənədlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Vergilər naziri,
|
|
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri
|
Fazil Məmmədov
|
|
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
|
|
|
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli əlavə
|
Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi
______________(şəhəri, rayonu)
|
"__" _______ 20__ il
|
|
|
|
|
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən bir tərəfdən
|
||
_________________________________________________________________________________________
|
||
(vergi orqanının adı)
|
||
(bundan sonra – operator) rəisi (rəis müavini)
[1]
|
_________________________________________
|
|
|
(rütbəsi, soyadı, adı və atasının adı)
|
|
digər tərəfdən ƏDV-nin qaytarılması şərti ilə satıcı qismində qeydiyyata alınmış
|
||
_________________________________________________________________________________________
|
||
(vergi ödəyicisinin adı (fiziki şəxs olduqda fiziki şəxsin və ya onun nümayəndəsinin soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda rəhbərinin və ya nümayəndəsinin soyadı, adı və atasının adı)
|
||
(VÖEN:____________) (bundan sonra – satıcı) arasında aşağıda göstərilən şərtlər daxilində xidmət müqaviləsi bağlanmışdır.
|
||
1. Müqavilənin predmeti
Müqavilə üzrə operator əcnəbilər və vətəndaşlığı olmayan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) qaytarılması sistemi çərçivəsində satıcıya xidmət göstərilməsini, satıcı isə öz növbəsində operator tərəfindən xidmət göstərilməsi üçün müvafiq şərait yaradılmasını, habelə alıcıları bu sistem barədə məlumatlandırmağı öhdəsinə götürür.
2. Satıcının hüquq və vəzifələri
2.1. Satıcının aşağıdakı hüquqları vardır:
2.1.1. ƏDV-nin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar qanunvericiliyin tələblərinə dair izahatlar verilməsi üçün operatora yazılı və ya şifahi (o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (bundan sonra – Çağrı Mərkəzi) vasitəsilə) müraciət etmək;
[2]
2.1.2. proqram təminatı ilə, habelə xüsusi hazırlanmış yapışqanlı kağız etiket – stikerlə (bundan sonra - stiker) təchiz olunmasını operatordan tələb etmək;
[3]
2.1.3. yeni təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçdikdə, həmin təsərrüfat subyekti (obyekti) üzrə ƏDV-nin qaytarılması şərti ilə malların satışının həyata keçirilməsi üçün ərizə ilə operatora müraciət etmək.
2.2. Satıcının aşağıdakı vəzifələri vardır:
2.2.1. proqram təminatı ilə təchiz olunması üçün operatora şərait yaratmaq;
[4]
2.2.2. operator tərəfindən təchiz olunmuş proqram təminatının işlək vəziyyətdə saxlanılmasını təmin etmək və hər hansı nasazlıq baş verdiyi təqdirdə bu barədə dərhal operatora məlumat vermək;
[5]
2.2.3. operator tərəfindən təqdim olunan stikerlərin təsərrüfat subyektinin (obyektin) giriş və çıxışında, həmçinin digər aydın görünən hissəsində yapışdırılmasını və daim tam şəkildə görünməsini təmin etmək;
2.2.4. pərakəndə ticarət fəaliyyətini və ya ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyektinin (obyektinin) fəaliyyətini dayandırdıqda bu barədə dərhal operatora məlumat verməklə stikerləri operatora geri qaytarmaq;
[6]
2.2.5. təsərrüfat subyektində (obyektində) nəzarət kassa aparatının və POS terminalın daim işlək vəziyyətdə olmasını təmin etmək;
2.2.6. möhürünün daim təsərrüfat subyektində (obyektində) olmasını təmin etmək;
2.2.7. təsərrüfat subyektində (obyektində) işlərin yerinə yetirilməsinə cəlb edilən işçisini gücləndirilmiş elektron imza ilə təmin etmək;
2.2.8. təsərrüfat subyektində (obyektində) işlərin yerinə yetirilməsinə cəlb edilən işçisini ƏDV-nin qaytarılması qaydası ilə bağlı qanunvericiliyinin tələbləri, habelə Müqavilənin müddəaları barədə məlumatlandırmaq;
2.2.9. əcnəbi və vətəndaşlığı olmayan şəxslərə istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üzrə xidmətlərdən istifadə barədə təklif vermək;
2.2.10. aşağıdakılar barədə alıcını məlumatlandırmaq:
2.2.10.1. alınan mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə elektron qaimə-fakturaların qorunub saxlanması və alınan malların Azərbaycan Respublikası ərazisindən aparıldıqda gömrük sərhəd buraxılış məntəqəsinin əməkdaşına təqdim edilməsi;
[7]
2.2.10.2. alınan mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılmasının malların hava və su nəqliyyatı vasitəsilə aparılması zamanı mümkün olması;
[8]
2.2.10.3. alınan mallar üzrə ödənilmiş ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulduqdan sonra yerdə qalan məbləğin qaytarılması.
2.2.11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən alıcıya çek təqdim etmək;
2.2.12. aşağıdakı hallarda alıcıya elektron qaimə-faktura təqdim etməmək:
[9]
2.2.12.1. Qaydanın 1.3-cü bəndində göstərilmiş mallar alındıqda;
2.2.12.2. alınmış malın dəyəri Qaydanın 1.4-cü bəndində nəzərdə tutulmuş (ƏDV ilə birlikdə) qiymətdən (300 manatdan) az olduqda;
2.2.12.3. mallar Qaydanın 1.5-ci bəndində göstərilmiş şəxslər tərəfindən alındıqda.
2.2.13. müqavilənin 4-cü hissəsində göstərilən hallarda müqavilə ləğv edildikdə quraşdırılmış proqram təminatı və zəruri avadanlıqların operator tərəfindən götürülməsi üçün şərait yaratmaq.
[10]
3. Operatorun hüquq və vəzifələri
3.1. Operatorun aşağıdakı hüquqları vardır:
3.1.1. satıcıdan onun təsərrüfat subyektində (obyektində) quraşdırılmış proqram təminatı və zəruri avadanlıqların saz vəziyyətdə saxlanılmasını tələb etmək;
[11]
3.1.2. satıcı tərəfindən pərakəndə ticarət fəaliyyəti və ya ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti dayandırıldıqda satıcıdan stikerlərin qaytarılmasını tələb etmək;
[12]
3.1.3. satıcıdan stikerlərin təsərrüfat subyektinin (obyektin) giriş və çıxışında, həmçinin digər aydın görünən hissəsində yapışdırılmasının və daim tam şəkildə görünməsinin təmin edilməsini tələb etmək;
3.1.4. satıcıdan ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyektində (obyektində) quraşdırılmış nəzarət-kassa aparatının və POS terminalın daim işlək vəziyyətdə olmasının təmin edilməsini tələb etmək.
[13]
3.1.5. müqavilənin 4-cü hissəsində göstərilən hallarda müqavilə ləğv edildikdə quraşdırılmış proqram təminatını və zəruri avadanlıqları satıcıdan götürmək.
3.2. Operatorun aşağıdakı vəzifələri vardır:
3.2.1. satıcıya fasiləsiz xidmət göstərilməsini təmin etmək;
3.2.2. elektron qaimə-fakturalar barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə və elektron qaimə-fakturaların gömrük orqanları tərəfindən təsdiqlənməsinə imkan verən proqram təminatının və vahid məlumat bazasının fasiləsiz işləməsini təmin etmək;
[14]
3.2.3. ƏDV-nin qaytarılması ilə bağlı qanunvericiliyin tələblərinə dair satıcıdan yazılı və ya Çağrı Mərkəzi və operatorun rəsmi internet səhifəsi vasitəsilə daxil olmuş müraciətləri cavablandırmaq;
[15]
3.2.4. satıcının proqram təminatı və stikerlərlə təchiz edilməsini təmin etmək;
[16]
3.2.5. satıcıdan müraciət daxil olduğu təqdirdə proqram təminatının işlək vəziyyətə gətirilməsi məqsədilə lazımi tədbirlər görmək.
[17]
4. Müqavilənin qüvvəsi
4.1. Müqavilə ______________ tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə olacaq. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə 30 gün qalmış Tərəflərdən biri müqavilənin ləğvi barədə digər Tərəfə yazılı şəkildə və ya elektron ünvan vasitəsi ilə müraciət etməzsə, müqavilənin müddəti ilkin bağlandığı müddət qədər (1 (bir) il) uzadılmış hesab ediləcəkdir.
4.2. Satıcının Qaydanın 3.12-ci bəndində nəzərdə tutulmuş hallarda ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə operator müqaviləni birtərəfli qaydada ləğv edir.
5. Mübahisələrin həlli
Müqavilə münasibətləri üzrə yaranan mübahisələr ilkin olaraq qarşılıqlı anlaşma və razılıq yolu ilə həll edilməlidir. Qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmayan mübahisələr üzrə Tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır.
6. Yekun müddəa
Müqavilə hər biri eyni hüquqi qüvvəyə malik iki nüsxədə olmaqla Azərbaycan dilində tərtib edilmişdir.
________________________________________
|
________________________________________
|
(vergi orqanının adı)
|
(vergi ödəyicisinin adı – fiziki şəxs olduqda fiziki
şəxsin və ya onun nümayəndəsinin soyadı, adı,
atasının adı, hüquqi şəxs olduqda rəhbərinin və ya nümayəndəsinin soyadı, adı və atasının adı)
|
_________________________________________
|
|
(vəzifəli şəxsinin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)
|
|
|
VÖEN:
|
|
Hüquqi ünvanı və ya qeydiyyat ünvanı:
|
|
Bank rekvizitləri:
|
|
Əlaqə telefonu:
|
İmza:
|
İmza:
|
M.Y.
|
M.Y.
|
|
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
3 nömrəli əlavə
|
Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası
1. Ümumi müddəalar
1.1. “Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Prezidentinin “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanının (bundan sonra-Fərman) 4.2-ci bəndinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Bu Qayda əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin formasını (Əlavə 1), tətbiqi və istifadəsi ilə bağlı şərtləri müəyyən edir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Fərmanla təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda (bundan sonra - Fərmanla təsdiq edilmiş Qayda) müəyyən olunmuş mənaları ifadə edir.
2. Satıcının stikerlə təchiz edilməsi
2.1. Vergi ödəyicisi ƏDV-nin qaytarılması sistemi çərçivəsində satıcı qismində qeydiyyata alınaraq operatorla xidmət müqaviləsi bağladıqdan sonra 10 iş günü müddətində operator tərəfindən stikerlə təchiz edilir.
2.2. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirdiyi təsərrüfat subyektinin (obyektinin) sayından, ölçüsündən və yerləşməsindən asılı olaraq stikerlə təchiz edilir. Stiker satıcıya təhvil verildikdə bu, müvafiq aktla rəsmiləşdirilir. Bu aktda aktın tərtib edildiyi yer, tarix, tərəflərin rekvizitləri, təqdim edilmiş stikerlərin sayı əks etdirilir, operatorun nümayəndəsi və satıcının, satıcı olmadıqda, onun səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilir.
2.3. Satıcıya təqdim edilmiş stiker zədələndikdə və ya əlavə stikerə ehtiyac yarandıqda satıcının müraciəti əsasında ona yeni stiker verilir. Zədələnmiş stiker operatora təhvil verilməlidir. Bu zaman bu Qaydanın 2.2-ci bəndində göstərilən akt tərtib edilir.
2.4. Operator Fərmanla təsdiq edilmiş Qaydada müəyyən edilmiş gömrük orqanını və müvəkkil bankı bu Qaydanın tələbinə uyğun olaraq stikerlə təchiz edir.
3. Stikerin yerləşdirilməsi (yapışdırılması)
3.1. Satıcı bu Qaydanın 2.2-ci bəndində qeyd edilən aktın təsdiqləndiyi gün stikeri satışın həyata keçirildiyi təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi məqsədilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya təsərrüfat subyektinin (obyektinin) giriş hissəsində aydın şəkildə görünə bilən yerdə yerləşdirməlidir (yapışdırmalıdır).
3.2. Stiker həmçinin alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilməlidir (yapışdırılmalıdır).
3.3. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satıcı qismində qeydiyyatda olduğu və bu Qaydanın 2.1-ci bəndində göstərilən xidmət müqaviləsi qüvvədə olduğu müddətdə stikerin zədələnməmiş və yerləşdirilmiş (yapışdırılmış) şəkildə qalmasını təmin etməlidir.
3.4. Stiker zədələndikdə, oğurlandıqda və ya itirildikdə bu barədə dərhal operatora məlumat verilməlidir.
4. Stikerin çıxarılması
Satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə satıcı tərəfindən stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən çıxarılmalı və bu Qaydanın 2.3-cü bəndinə müvafiq olaraq operatora təhvil verilməlidir.
|
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası”na Əlavə 1
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
31 iyul 2017-ci il tarixli 1717050000018300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707318300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 avqust 2017-ci il)
2.
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il)
3.
20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il)
4.
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 iyul 2017-ci il tarixli 1717050000018300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707318300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 avqust 2017-ci il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”ndə Giriş hissəsində “rəisi (rəis müavini)” sözləri “baş direktoru (direktoru) və ya onun müavini” sözləri ilə əvəz edilmişdir.
20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının preambulada “baş direktoru (direktoru) və ya onun müavini” sözləri “rəisi (rəis müavini)” sözləri ilə əvəz edilmişdir.
[2]
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 2.1.1-ci yarımbəndində “Çağrı Mərkəzi (195-1)” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (bundan sonra – Çağrı Mərkəzi)” sözləri ilə əvəz edilmişdir.
[3]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 2.1.2-ci yarımbəndində “təsərrüfat subyektində (obyektində) proqram təminatının və zəruri avadanlıqların quraşdırılmasını,” sözləri “proqram təminatı ilə, habelə” sözləri ilə əvəz edilmişdir.
[4]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 2.2.1-ci yarımbəndində “təsərrüfat subyektində (obyektində) proqram təminatının və zəruri avadanlıqların quraşdırılması” sözləri “proqram təminatı ilə təchiz olunması” sözləri ilə əvəz edilmişdir.
[5]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 2.2.2-ci yarımbəndində “təsərrüfat subyektində (obyektində) operator tərəfindən quraşdırılmış proqram təminatı və zəruri avadanlıqların” sözləri “operator tərəfindən təchiz olunmuş proqram təminatının” sözləri ilə əvəz edilmişdir.
[6]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 2.2.4-cü yarımbəndində “operator tərəfindən proqram təminatı və zəruri avadanlıqlar quraşdırılan” sözləri “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən” sözləri ilə əvəz edilmişdir.
[7]
20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 2.2.10.1-ci yarımbəndində “elektron vergi hesab-fakturaların (bundan sonra - e-VHF)” sözləri “elektron qaimə-fakturaların” sözləri ilə əvəz edilmişdir.
[8]
31 iyul 2017-ci il tarixli 1717050000018300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707318300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 avqust 2017-ci il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”ndə 2.2.10.2-ci yarımbəndində “yalnız hava” sözləri “hava və su” sözləri ilə əvəz edilmişdir.
[9]
20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 2.2.12-ci yarımbəndində “e-VHF” sözü “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.
[10]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 2.2.12.3-cü yarımbəndində nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 2.2.13-cü yarımbəndi ləğv edilmişdir.
[11]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 3.1.1-ci yarımbəndi ləğv edilmişdir.
[12]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 3.1.2-ci yarımbəndində “proqram təminatı və zəruri avadanlıqlar quraşdırılan” sözləri “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən” sözləri ilə əvəz edilmişdir.
[13]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 3.1.4-cü yarımbənddə “proqram təminatı və digər zəruri avadanlıqlar quraşdırılan” sözləri “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən” sözləri ilə, nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 3.1.5-ci yarımbənd ləğv edilmişdir.
[14]
20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il) ilə “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 3.2.2-ci yarımbəndində ismin müvafiq hallarında “e-VHF-lər” sözləri ismin müvafiq hallarında “elektron qaimə-fakturalar” sözləri ilə əvəz edilmişdir.
[15]
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 3.2.3-cü yarımbəndində “Çağrı Mərkəzi (195-1)” sözləri “Çağrı Mərkəzi” sözləri ilə əvəz edilmişdir.
[16]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 3.2.4-cü yarımbəndində “satıcıya məxsus təsərrüfat subyektində (obyektində) müvafiq proqram təminatının və zəruri avadanlıqların quraşdırılmasını və satıcının” sözləri “satıcının proqram təminatı və” sözləri ilə əvəz edilmişdir.
[17]
17 may 2019-cu il tarixli 1917050000009300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905179300, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2019-cu il) ilə “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasının 3.2.5-ci yarımbəndində “təsərrüfat subyektində (obyektində) quraşdırılmış proqram təminatının və zəruri avadanlıqların təmir edilməsi və” sözləri “proqram təminatının” sözləri ilə əvəz edilmişdir.