“Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə);
2. “Lisenziya” blankının forması təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Ümumi lisenziya” blankının forması təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Xüsusi lisenziya” blankının forması təsdiq edilsin (4 nömrəli əlavə).
5. “Lisenziyanın əlavəsi”nin forması təsdiq edilsin (5 və 6 nömrəli əlavələr).
6. “Ümumi lisenziyanın əlavəsi”nin forması təsdiq edilsin (7 nömrəli əlavə).
7. “Xüsusi lisenziyanın əlavəsi”nin forması təsdiq edilsin (8 nömrəli əlavə).
8. “Sellülar (mobil) rabitə xidmətlərinə (texnoloji standartın adı göstərilməklə) lisenziya” blankının forması təsdiq edilsin (9 nömrəli əlavə).
[1]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 5 avqust 2016-cı il
№ 295
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
|
Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, lisenziya əlavələrinin tərtib olunması, blanklardan istifadənin uçotunun və hesabatının aparılması qaydasını müəyyən edir.
1.2. Lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
2. Lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü və lisenziya əlavələrinin tərtib edilməsi
2.1. Lisenziya verən orqanlar növbəti il üçün lisenziya blanklarının hazırlanması ilə əlaqədar tələb olunan lisenziya blanklarının miqdarı barədə hər il may ayının 1-dək Nazirliyə rəsmi müraciət edirlər.
2.2. Nazirlik növbəti il üçün tələb olunan lisenziya blanklarının miqdarını müəyyən etdikdən sonra lisenziya blanklarının təsdiq edilmiş formalara uyğun hazırlanması üçün podratçıya sifariş verir.
2.3. Lisenziya blanklarının hazırlanması hər ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.
2.4. Hazırlanmış lisenziya blankları lisenziya verən orqana onun rəsmi müraciəti əsasında bu Qaydanın 2.1-ci bəndinə əsasən tələbata uyğun olaraq verilir.
2.5. Lisenziya blankları lisenziya verən orqanın rəsmi müraciətində göstərdiyi və həmin orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə təhvil-təslim aktı ilə verilir. Təhvil-təslim aktı 2 (iki) nüsxədə tərtib edilir, nüsxələrdən biri Nazirlikdə saxlanılır, digəri isə lisenziya verən orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə verilir.
2.6. Lisenziya blanklarının verilməsi barədə Nazirlik tərəfindən lisenziya blanklarının bölgüsü kitabında aşağıdakılar qeyd olunur:
2.6.1. lisenziya blanklarının verildiyi lisenziya verən orqanın adı;
2.6.2. verilən lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;
2.6.3. lisenziya blanklarını təhvil verən Nazirliyin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;
2.6.4. lisenziya blanklarını təhvil alan lisenziya verən orqanın vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;
2.6.5. lisenziya blanklarının verilməsi barədə lisenziya verən orqanın müraciət məktubunun tarixi və nömrəsi;
2.6.6. lisenziya blanklarını təhvil alan lisenziya verən orqanın vəzifəli şəxsinə verilmiş etibarnamənin tarixi və nömrəsi;
2.6.7. lisenziya blanklarının verilməsi ilə bağlı təhvil-təslim aktının tarixi və nömrəsi.
2.7. Lisenziya blanklarının bölgüsü kitabı hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.
2.8. Lisenziya əlavələri təsdiq edilmiş formalara uyğun olaraq lisenziya verən orqan tərəfindən tərtib edilərək, A4 formatında olan kağız vərəqlərində çap edilir.
3. Lisenziya blanklarından istifadənin uçotunun və hesabatının aparılması
3.1. Lisenziya verən orqan lisenziya blanklarından istifadə olunması barədə rüblük hesabatı hər rübdən sonrakı ayın 10-dək məktubla Nazirliyə təqdim edir. Hesabatda bu Qaydanın 3.3.1-ci, 3.3.3-cü və 3.3.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlar əks olunur.
3.2. Korlanmış və ya zədələnmiş lisenziya blankları lisenziya verən orqanın məktubunda göstərdiyi və həmin orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsdən təhvil-təslim aktı ilə alınır. Təhvil-təslim aktı 2 (iki) nüsxədə tərtib olunur, nüsxələrdən biri Nazirlikdə saxlanılır, digəri isə lisenziya verən orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə verilir.
3.3. Lisenziya blanklarından istifadə olunması ilə bağlı Nazirlik tərəfindən lisenziya blanklarından istifadənin uçotu kitabında aşağıdakılar qeyd edilir:
3.3.1. lisenziya blanklarını istifadə etmiş lisenziya verən orqanın adı;
3.3.2. lisenziya blanklarından istifadə olunması barədə hesabatın təqdim olunmasına dair lisenziya verən orqanın məktubunun tarixi və nömrəsi;
3.3.3. rəsmiləşdirilmiş lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;
3.3.4. korlanmış və ya zədələnmiş lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;
3.3.5. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil verən lisenziya verən orqanın vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;
3.3.6. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil verən lisenziya verən orqanın vəzifəli şəxsinə verilmiş etibarnamənin tarixi və nömrəsi;
3.3.7. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil alan Nazirliyin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;
3.3.8. korlanmış və ya zədələnmiş lisenziya blanklarının verilməsi ilə bağlı təhvil-təslim aktının tarixi və nömrəsi.
3.4. Lisenziya blanklarından istifadənin uçotu kitabı hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.
3.5. Korlanmış və ya zədələnmiş lisenziya blankları istifadəyə yararsız hesab olunur və müəyyən edilmiş qaydada Nazirlik tərəfindən məhv edilir.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
|
|
|
|
|
LİSENZİYA
Qeydiyyat nömrəsi ____________ “___” ______ ______ il
_____________________________________________________________________________
(lisenziya verən orqanın adı)

(lisenziya verən orqanın ünvanı)

(lisenziya verilən fəaliyyət növü)

_________________________________________________ həyata keçirməyə icazə verir.
Lisenziya verilib ______________________________________________________________
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi
_____________________________________________________________________________
ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

Lisenziyanı imzalayan vəzifəli şəxs _____________________________________________
(adı, soyadı və atasının adı)
Vəzifəsi _____________________________________________________________________
_____________________
(imzası)
M.Y.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
3 nömrəli əlavə
|
|
|
ÜMUMİ LİSENZİYA
Qeydiyyat nömrəsi ____________ “___” ______ ______ il
_____________________________________________________________________________
(lisenziya verən orqanın adı)
_____________________________________________________________________________
(lisenziya verən orqanın ünvanı)
_____________________________________________________________________________
(lisenziya verilən fəaliyyət növü (bütün alt növlər)
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
__________________________________________________ həyata keçirməyə icazə verir.
Lisenziya verilib ______________________________________________________________
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi
_____________________________________________________________________________
ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)
_____________________________________________________________________________
Lisenziyanı imzalayan vəzifəli şəxs _____________________________________________
(adı, soyadı və atasının adı)
Vəzifəsi _____________________________________________________________________
_____________________
(imzası)
M.Y.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
4 nömrəli əlavə
|
|
|
XÜSUSİ LİSENZİYA
Qeydiyyat nömrəsi ____________ “___” ______ ______ il
_____________________________________________________________________________
(lisenziya verən orqanın adı)
_____________________________________________________________________________
(lisenziya verən orqanın ünvanı)
_____________________________________________________________________________
(lisenziya verilən fəaliyyət növü (alt növ və ya alt növlər)
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
___________________________________________________ həyata keçirməyə icazə verir.
Lisenziya verilib ______________________________________________________________
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi
_____________________________________________________________________________
ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)
_____________________________________________________________________________
Lisenziyanı imzalayan vəzifəli şəxs _____________________________________________
(adı, soyadı və atasının adı)
Vəzifəsi _____________________________________________________________________
_____________________
(imzası)
M.Y.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
5 nömrəli əlavə
|
|
||
LİSENZİYANIN ƏLAVƏSİ
Qeydiyyat nömrəsi ____________ “___” ______ ______ il
_____________________________________________________________________________
(lisenziya verən orqanın adı və ünvanı (ünvan mötərizə içərisində göstərilir)
tərəfindən “___” _______________ ______ il tarixində _____________________ qeydiyyat
nömrəsi ilə verilmiş lisenziya əsasında ___________________________________________
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və

nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)
___________________________________________________________________ ünvanında
(lisenziya verilən fəaliyyətin həyata keçirildiyi ünvan)

(lisenziya verilən fəaliyyət növünün adı)
həyata keçirilməsinə icazə verilir.
|
||
_____________________________________
|
___________
|
______________________
|
(lisenziyanın əlavəsini imzalayan şəxsin vəzifəsi)
|
(imzası)
|
(adı, soyadı və atasının adı)
|
|
||
M.Y.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
6 nömrəli əlavə
|
|
||||||||

üzrə görülməsinə icazə verilən işlərin
SİYAHISI
|
||||||||
_____________________________________
|
___________
|
______________________
|
||||||
(lisenziyanın əlavəsini imzalayan şəxsin vəzifəsi)
|
(imzası)
|
(adı, soyadı və atasının adı)
|
||||||
|
||||||||
M.Y.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
7 nömrəli əlavə
|
ÜMUMİ LİSENZİYANIN ƏLAVƏSİ
Qeydiyyat nömrəsi ____________ “___” ______ ______ il
_____________________________________________________________________________
(lisenziya verən orqanın adı və ünvanı (ünvan mötərizə içərisində göstərilir)
tərəfindən “___” _______________ ______ il tarixində ____________________ qeydiyyat
nömrəsi ilə verilmiş ümumi lisenziya əsasında ___________________________________
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və
_____________________________________________________________________________
nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)
___________________________________________________________________ ünvanında
(lisenziya verilən fəaliyyətin həyata keçirildiyi ünvan)
_____________________________________________________________________________
(lisenziya verilən fəaliyyətin alt növünün adı)
həyata keçirilməsinə icazə verilir.
|
||
_____________________________________
|
___________
|
______________________
|
(lisenziyanın əlavəsini imzalayan şəxsin vəzifəsi)
|
(imzası)
|
(adı, soyadı və atasının adı)
|
|
||
M.Y.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
8 nömrəli əlavə
|
|
||
XÜSUSİ LİSENZİYANIN ƏLAVƏSİ
Qeydiyyat nömrəsi ____________ “___” ______ ______ il
_____________________________________________________________________________
(lisenziya verən orqanın adı və ünvanı (ünvan mötərizə içərisində göstərilir)
tərəfindən “___” _______________ ______ il tarixində _____________________ qeydiyyat
nömrəsi ilə verilmiş xüsusi lisenziya əsasında ____________________________________
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və
_____________________________________________________________________________
nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)
___________________________________________________________________ ünvanında
(lisenziya verilən fəaliyyətin həyata keçirildiyi ünvan)
_____________________________________________________________________________
(lisenziya verilən fəaliyyətin alt növünün adı)
həyata keçirilməsinə icazə verilir.
|
||
_____________________________________
|
___________
|
______________________
|
(lisenziyanın əlavəsini imzalayan şəxsin vəzifəsi)
|
(imzası)
|
(adı, soyadı və atasının adı)
|
|
|
|
M.Y.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 25 avqust tarixli 340 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
9 nömrəli əlavə
|
SELLÜLAR (MOBİL) RABİTƏ XİDMƏTLƏRİNƏ
(TEXNOLOJİ STANDARTIN ADI GÖSTƏRİLMƏKLƏ)
LİSENZİYA
Qeydiyyat nömrəsi __________ “___” ____ ____ il
_____________________________________________________________________________
(lisenziya verən orqanın adı)
_____________________________________________________________________________
(lisenziya verən orqanın ünvanı)
_____________________________________________________________________________
(lisenziya verilən fəaliyyət növü)
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________ həyata keçirməyə icazə verir.
Lisenziya verilib _______________________________________________________________
(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı
_____________________________________________________________________________
və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)
_____________________________________________________________________________
lisenziyanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə)
_____________________________________________________________________________
Lisenziyanı imzalayan vəzifəli şəxs _________________________________________________
(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
_____________________________________________________________________________
Qanununun 59.1.4-cü maddəsinin tələbləri nəzərə alınaraq adı və soyadı)
Vəzifəsi _________________________________________________
_________________________
(imzası)
Qeyd. Bu lisenziya “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda hüquqi nəticələr yaratmır.
M.Y.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 avqust 2017-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2017-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1627)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 avqust 2017-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2017-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1627) ilə yeni məzmunda 8-ci hissə əlavə edilmişdir.