×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.08.2016
QEYDİYYAT NÖMRƏSİ
1009
ADI
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-08-2016, Nəşr nömrəsi: 173), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2016, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1370)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.08.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201608091009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.08.2016
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 12.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 22.4-cü maddəsinə uyğun olaraq, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Qanunun 33.8-ci maddəsinə uyğun olaraq, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 24.4-cü maddəsinə uyğun olaraq, elmi müəssisələrin akkreditasiyası qaydasını və elmi müəssisələrin akkreditasiyası qurumu haqqında əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 35.2-ci maddəsinə uyğun olaraq, baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin Qanunun 37.4-cü maddəsinə uyğun olaraq, elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.10. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun 12.6-cı maddəsində (ikinci halda), 13.2-ci, 27.3.11-ci maddələrində, 33.15-ci maddəsinin ikinci cümləsində, 34.5-ci, 36.1-ci, 36.3-cü, 36.4-cü və 38.16-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.40-cı, 8.4.5-ci, 11.1-ci, 12.13-cü, 13.1-ci, 22.1-ci, 30.1-ci maddələrində və 33.7-ci maddəsində (birinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.2. həmin Qanunun 11.7-ci maddəsinin ikinci cümləsində, 18.2-ci, 18.3-cü, 18.5-ci, 19.2-ci, 19.5-ci, 20.4-cü maddələrində, 33.7-ci maddəsində (ikinci halda) və 39.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2-1. həmin Qanunun 19.2-ci, 19.5-ci və 39.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; [2]

2.3. həmin Qanunun 12.6-cı maddəsində (birinci və ikinci halda), 13.5-ci, 14.4-cü, 22.2-ci, 22.4-cü maddələrində, 24.4-cü maddəsinin birinci cümləsində, 38.8-ci maddəsində, 33.15-ci maddəsinin ikinci cümləsində, 35.2-ci, 36.1-ci, 36.3-cü, 36.4-cü, 37.4-cü maddələrində, 38.16-cı maddəsində (idxal gömrük rüsumundan azad edilməyə münasibətdə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.3-1. həmin Qanunun 27.3.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tabeliyində ali təhsil müəssisələri olan icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.3-2. həmin Qanunun 34.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini qrant müqavilələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda qeyd olunan icra hakimiyyəti orqanları, layihə və proqramlara münasibətdə isə mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [4]

2.4. həmin Qanunun 1.0.40-cı maddəsində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıdır;

2.5. həmin Qanunun 8.4.5-ci, 11.1-ci, 12.13-cü, 13.1-ci, 22.1-ci və 33.7-ci maddələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 avqust 2016-cı il

   1009

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 noyabr 2017-ci il tarixli 1689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2028)

2.       19 iyul 2019-cu il tarixli 784 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1231)

3.       15 may 2020-ci il tarixli 1025 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 550)

4.       23 iyun 2020-ci il tarixli 1072 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №6, maddə 713)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 iyul 2019-cu il tarixli 784 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1231) ilə 2.2-ci bəndin “33.7-ci maddəsində (ikinci halda)” sözlərindən əvvəl “” sözü “,” durğu işarəsi ilə əvəz edilmişdir və nəzərdə tutulmuş” sözlərindən əvvəl “və 39.6-cı maddəsində” sözləri əlavə edilmişdir.

 

23 iyun 2020-ci il tarixli 1072 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №6, maddə 713) ilə 2.2-ci bəndə “19.2-ci,” sözlərindən sonra “19.5-ci,” sözləri əlavə edilmişdir.

 

[2] 19 iyul 2019-cu il tarixli 784 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1231) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

23 iyun 2020-ci il tarixli 1072 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №6, maddə 713) ilə 2.2-1-ci bənddə “39.6-cı maddəsində” sözləri “19.2-ci, 19.5-ci və 39.6-cı maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 noyabr 2017-ci il tarixli 1689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2028) ilə 2.3-cü bənddə “33.8-ci” sözləri “38.8-ci maddəsində, 33.15-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir və mötərizədə “birinci” sözündən sonra “və ikinci” sözləri, “35.2-ci,” sözlərindən sonra “36.1-ci, 36.3-cü, 36.4-cü,” sözləri, “37.4-cü maddələrində” sözlərindən sonra ”, 38.16-cı maddəsində (idxal gömrük rüsumundan azad edilməyə münasibətdə)” sözləri əlavə edilmişdir.

 

15 may 2020-ci il tarixli 1025 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 550) ilə 2.3-cü bəndində “və ikinci cümlələrində” sözləri “cümləsində” sözü ilə əvəz edilmişdir.

 

[4] 21 noyabr 2017-ci il tarixli 1689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2028) ilə yeni məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status