AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
18.07.2016
QEYDİYYAT NÖMRƏSİ
33/1
ADI
“Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.07.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201607180331
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.07.2016
“Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN

Qəbul edildiyi tarix

18.07.2016

Qeydiyyat nömrəsi

33/1

Adı

“Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın

təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

29.07.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.000.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201607180331

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.07.2016

 

 

“Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsinin icrasının başa çatdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan “Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi”  və “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi”nin iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci, 44-cü və 45-ci maddələrinə əsasən

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur);

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11.11.2002-ci il tarixli qərarı ilə (26 nömrəli protokol) ilə təsdiq olunmuş (18.11.2002-ci il tarixli 2941 nömrəli şəhadətnamə) “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları” ləğv edilsin;

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr

Elman Rüstəmov

 

                                                                                      


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar  № 33/1

          “18” iyul 2016-cı  il

 

 

Azərbaycan Respublikasında banklararası

mərkəzləşdirilmiş ödəniş sistemlərində

hesablaşmaların təşkili Qaydaları

 

 

1.      Ümumi müddəa

Bu Qaydalar "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü və 45-ci maddələrinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin (bundan sonra – AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (bundan sonra – XÖHKS) və Ani Ödənişlər Sisteminin (bundan sonra – AÖS) iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını tənzimləyir.[1]

2.   Anlayışlar

2.1.            Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.      iştirakçı - AZIPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZIPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs;[2]

2.1.1-1. likvidliyin təmin edilməsi - AÖS-də iştirakçılar arasında hesablaşmalar üzrə öhdəliklərin icrası üçün tələb olunan pul vəsaitinin klirinq hesabında yerləşdirilməsi; [3]

2.1.2.      emitent iştirakçı - vəsaiti ödəyən iştirakçı;

2.1.3.      benefisiar iştirakçı - vəsaiti alan iştirakçı;

2.1.3-1. birbaşa iştirakçı - AÖS-ə qoşulmuş və klirinq hesabında likvidliyin təmin edilməsini özü həyata keçirən iştirakçı;

2.1.3-2. birbaşa olmayan iştirakçı - AÖS-ə qoşulmuş, lakin klirinq hesabında likvidliyin təmin olunmasını AZIPS-in üzvü olan hər hansı bir bank (bundan sonra -   hesablaşma bankı) vasitəsilə həyata keçirən iştirakçı;

2.1.3-3. vasitəçi - AÖS-də birbaşa və birbaşa olmayan iştirakçıların müştərilərinin hesabları üzrə ödəniş sorğularının sistemə göndərilməsində vasitəçilik edən hüquqi şəxs; [4]

2.1.4.      valyutalaşma tarixi - iştirakçının hesabı üzrə ödəniş əməliyyatının icra olunma tarixi;

2.1.5.      bank identifikasiya kodu (BİK) - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) və ya Mərkəzi Bank tərəfindən iştirakçılara verilmiş unikal identifikasiya nömrəsi;[5]

2.1.6.      prioritet kodu - ödəniş sənədini göndərən iştirakçı tərəfindən müəyyənləşdirilən və ödəniş sənədinin emalı üzrə növbəliliyin idarə olunması üçün istifadə olunan nömrə.

2.1.7.      ödəniş sənədi - sistemlərdə ödəniş əməliyyatlarının aparılması üçün emitent və benefisiar iştirakçı tərəfindən müvafiq olaraq verilən ödəniş tapşırığı və ya ödəniş tələbnamə-tapşırığı;[6]

2.1.8.      ödəniş paketi - XÖHKS-də iştirakçılar tərəfindən ödəniş sənədlərinin növünə görə qruplaşdırılan toplusu;

2.1.9.      ödəniş faylı - bir və ya bir neçə ödəniş paketləri əsasında yaradılan və XÖHKS-ün iştirakçıları arasında ödəniş sənədlərinin mübadiləsi üçün istifadə edilən xüsusi formatlı  fayl;

2.1.10.  məlumat tipi (bundan sonra - MT) - banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində elektron ödəniş sənədlərinin, hesabatların, sorğu və bildirişlərin formatı; [7]

2.1.10-1. AÖS hesablaşma hesabı - birbaşa iştirakçının AZIPS-də açılmış müxbir hesabı ilə eyni nömrəyə malik olan və bu hesabda bloklaşdırılmış vəsait həcmində əməliyyatların aparılması üçün AÖS-də istifadə edilən hesab; [8]

2.1.11.  klirinq hesabı - XÖHKS və AÖS-də ödəniş əməliyyatının aparılması üçün iştirakçıya açılmış hesab; [9]

2.1.12.  xalis mövqe - klirinq hesabına daxil olan vəsaitlərin cəmi ilə klirinq hesabından silinən vəsaitlərin cəmi arasındakı fərq;

2.1.13.  debet limit - klirinq sessiyası nəticəsində debet xalis mövqeyi üzrə hesablaşmaların aparılması məqsədilə AZİPS-də iştirakçının müxbir hesabında bloklaşdırılmış vəsaitin həcmi; [10]

2.1.14.  klirinq - XÖHKS-də klirinq sessiyası ərzində bir və ya bir neçə iştirakçının digər bir və ya bir neçə iştirakçıya verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesi; [11]

2.1.15.  klirinq sessiyası - XÖHKS-də əməliyyat günü ərzində təyin olunmuş reqlament əsasında iştirakçılardan ödəniş paketlərinin qəbul edilməsi, icra olunması və nəticədə hesablaşmalar üzrə xalis mövqelərin müəyyənləşdirilməsi dövrü;

2.1.16.  mandat - benefisiar və emitent iştirakçılar arasında ödəniş tələbnamə-tapşırığı əsasında əməliyyatların aparılması üçün XÖHKS-də qeydiyyatdan keçirilən razılaşma;

2.1.17.  real vaxt rejimi - sistemlərdə  ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin müvafiq sistemin reqlamenti çərçivəsində dərhal həyata keçirilməsini nəzərdə tutan iş rejimi; [12]

2.1.17-1. 24/7/365 rejimi - sistemlərdə ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin qanunvericiliklə müəyyənləşdirilmiş qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində həyata keçirilməsini nəzərdə tutan iş rejimi; [13]

2.1.18.  əsas mərkəz - sistemlərin əsas serverlərinin yerləşdiyi bina; [14]

2.1.19.  ehtiyat mərkəz - sistemlərin ehtiyat serverlərinin yerləşdiyi bina;

2.1.20.  fövqəladə hallar -  geoloji, təbiət yanğınları, meteoroloji partlayış, yanğın, bina və qurğuların uçması, elektroenergetika sistemlərində problem və digər xarakterli təbii və texnogen mənşəli qəzalar;

2.1.21.  sistem əhəmiyyətli iştirakçı - AZIPS üzrə il ərzində iştirakçılar tərəfindən aparılmış əməliyyatların ümumi həcmində 2 (iki) faizdən çox paya malik olan iştirakçı.

 

3.           Ödəniş sənədlərinin icrası

3.1.            Sistemlərdə iştirakçılar arasında hesablaşmalar Mərkəzi Bankda açılmış müxbir, cari və klirinq hesabları vasitəsi ilə həyata keçirilir. [15]

3.2.            Sistemlərdə ödəniş sənədləri aşağıdakı hallarda qəbul edilərək icra olunur:

3.2.1.      ödəniş sənədi Mərkəzi Bankın İdarə Heyətinin 17.09.2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın tələblərinə cavab verdikdə;

3.2.2.      emitent və benefisiar iştirakçıların hesabları üzrə həbs və ya əməliyyatların dayandırılması barədə qərar (sərəncam) olmadıqda;

3.2.3. ödəniş sənədinin valyutalaşma tarixi bu Qaydaların 3.7-ci və 3.8-ci bəndləri ilə müəyyən edilmiş vaxt intervalına uyğun olduqda;

3.2.4. ödəniş sənədinin icrası üçün emitent iştirakçının hesabında kifayət qədər vəsait olduqda.

3.3.            İştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.

3.4.            İştirakçının müvafiq hesabından çıxarış və digər məlumatlar ona Mərkəzi Bank tərəfindən elektron və ya kağız daşıyıcılarda təqdim edilir.

3.5.            Sistemlərdə istifadə olunan məlumat formatları, habelə sistemlərin fəaliyyət reqlamenti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunur. Reqlamentdə əməliyyat günü ərzində ödəniş sənədlərinin, sorğu, bildiriş və məlumatların göndərilməsi, qəbulu və emalı üzrə vaxt intervalları, sistemlərin iş vaxtlarının müvəqqəti dəyişdirilməsi proseduru,  XÖHKS-də əməliyyat günü ərzində klirinq sessiyalarının sayı, AÖS-də klirinq hesabının qalığı üzrə AZIPS ilə aparılan tənzimləmələrin sayı, habelə XÖHKS-də və AÖS-də qəbul edilən bir ödəniş sənədinin maksimal məbləği müəyyən edilir. AÖS-ün fəaliyyət reqlamentində həmçinin  iştirakçıların və vasitəçilərin fəaliyyətinin təşkili, o cümlədən onların hüquq və vəzifələri, əməliyyatlar üzrə təyin edilmiş vaxt limitləri, habelə sistemdə aparılan əməliyyatlar üzrə mübahisəli halların həlli qaydaları müəyyən edilir.[16]

3.6.            Reqlamentdə hər hansı bir dəyişiklik olduqda Mərkəzi Bank dəyişikliklərin tətbiq olunduğu gündən ən azı 3 (üç) iş günü əvvəl bu haqda iştirakçılara elektron və ya kağız daşıyıcıda məlumat göndərir.

3.7.            Sistemlərdə iştirakçının  göndərdiyi valyutalaşma tarixi əməliyyat günü ilə eyni olan ödəniş tapşırığı Mərkəzi Bank tərəfindən müvafiq ödəniş sistemi üzrə müəyyən edilən reqlament əsasında qəbul edilir və həmin gün emal olunur.

3.8.            AZIPS və XÖHKS-də iştirakçı ödəniş tapşırığını valyutalaşma tarixindən əvvəl 10 (on) təqvim günündən çox olmamaq şərti ilə sistemlərə göndərə bilər. Bu halda həmin ödəniş tapşırığı haqqında məlumat müvafiq olaraq sistemlərdə saxlanılır və valyutalaşma tarixində icra olunur. [17]

 

4.           AZIPS-də hesablaşmalar

4.1.       AZIPS iştirakçılar arasında hesablaşmaların bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında real vaxt rejimində aparılması üçün istifadə olunur.[18]

4.2.       AZIPS-də hesablaşmalar iştirakçıların müxbir və cari hesabları vasitəsilə həyata keçirilir. [19]

4.3.       AZIPS-də hesablaşmalar aşağıdakı informasiya mübadiləsi vasitələrindən istifadə olunmaqla aparıla bilər:

4.3.1.      sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış Qapalı Telekommunikasiya Şəbəkəsi (bundan sonra – QTŞ) vasitəsilə; [20]

4.3.2.      SWIFT vasitəsilə (iştirakçı SWIFT-in üzvü olduqda).

4.4.       İştirakçı Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verməklə AZIPS ilə informasiya mübadiləsinin aparılması üçün QTŞ-dən və ya SWIFT platformasından istifadə edə bilər.

4.5.       İştirakçı AZIPS-də QTŞ vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün ödəniş sistemlərində informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış xüsusi telekommunikasiya şəbəkəsinə qoşulmalıdır.

4.6.       AZIPS-də QTŞ vasitəsilə əməliyyatların aparılması üçün iştirakçı Mərkəzi Bank tərəfindən təqdim olunan “STP-Adapter” modulunu proqram təminatlarının texniki və sistem tələbləri nəzərə alınmaqla müvafiq server avadanlığında quraşdırmalıdır.

4.7.       İştirakçı ödəniş tapşırıqlarını aşağıdakı SWIFT məlumat formatlarında QTŞ və ya SWIFT vasitəsi ilə AZIPS-ə göndərə bilər:

4.7.1. müştəri ödənişləri (MT102, MT103);

4.7.2. bank ödənişləri (MT205).

4.8.            Ödəniş tapşırığı AZIPS-də icraya qəbul edilərkən aşağıdakılar yoxlanılır:

4.8.1.      valyutalaşma tarixinin bu Qaydaların 3.7-ci və 3.8-ci bəndlərinə uyğunluğu;

4.8.2.      əməliyyat günü ərzində ödəniş tapşırığının nömrəsinin təkrarlanmaması;

4.8.3.      ödəniş tapşırığının AZIPS üzrə müəyyənləşdirilmiş elektron ödəniş sənədlərinin formatlarına uyğunluğu;

4.8.4.      iştirakçı BİK-nin düzgünlüyü;

4.8.4-1. iştirakçı VÖEN-nin düzgünlüyü; [21]

4.8.5.      müxbir (cari) hesablarının düzgünlüyü;

4.8.6.       iştirakçı BİK-nin, VÖEN-nin və müxbir (cari) hesabının uyğunluğu. [22]

4.9.            Bu Qaydaların 4.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olduqda və ya iştirakçılardan hər hansı birinin və ya hər ikisinin fəaliyyəti dayandırıldıqda AZIPS tərəfindən ödəniş tapşırığının icrasından imtina edilir və səbəbi göstərilməklə iştirakçıya bildiriş (müvafiq olaraq MT298/SMT900 və ya MT298/SMT701) göndərilir.

4.10.        Bu Qaydaların 4.8-ci bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma  olmadıqda:

4.10.1.  AZIPS emitent iştirakçının hesabını debetləşdirir və benefisiar iştirakçının hesabını kreditləşdirir;

4.10.2.  AZIPS tərəfindən benefisiar iştirakçıya ödəniş tapşırığı, emitent iştirakçıya isə onun tələbi olduqda ödənişin icra olunması haqqında bildiriş (MT298/SMT012) göndərilir.

4.11.        Ödənişlərin növbəliliyini idarə etmək məqsədi ilə emitent iştirakçı ödəniş tapşırıqlarının başlıq hissəsində onların icra olunma ardıcıllığını əks etdirən prioritet kodunu göstərməlidir. Prioritet kodu 30-dan 99-dək müəyyən edilir.

4.12.        Emitent iştirakçı tərəfindən göndərilən və həmin günə valyutalaşma tarixi olan ödəniş tapşırığı aşağıdakı hallarda AZIPS tərəfindən icra olunmadan gözləmə rejimində saxlanılır:

4.12.1.  emitent və ya benefisiar iştirakçının hesabı üzrə həbs və ya əməliyyatların dayandırılması barədə qərar (sərəncam) olduqda;

4.12.2.  emitent iştirakçının hesabında kifayət qədər vəsait olmadıqda;

4.12.3.  AZIPS-in fəaliyyəti müvəqqəti dayandırıldıqda.

4.13.        Bu Qaydaların 4.12-ci bəndində nəzərdə tutulan hallarda AZIPS tərəfindən emitent iştirakçıya ödəniş tapşırığının gözləmə rejimində saxlanılmasının səbəbi göstərilməklə bildiriş (MT298/SMT700) göndərilir.

4.14.        Emitent iştirakçı tərəfindən AZIPS-ə sorğu (MT298/SMT202) göndərilməklə gözləmə rejimində olan ödəniş tapşırığının prioritet kodu dəyişdirilə bilər. [23]

4.15.        Hər hansı səbəbdən prioritet kodunu dəyişmək mümkün olmadıqda, AZIPS tərəfindən iştirakçıya səbəbi göstərilməklə bildiriş (MT298/SMT252) göndərilir.

4.16.        Emitent iştirakçı tərəfindən AZIPS-ə sorğu (MT298/SMT200) göndərilməklə gözləmə rejimində olan ödəniş tapşırığı ləğv edilə bilər. Bu halda AZIPS tərəfindən emitent iştirakçıya bildiriş (MT298/SMT701) göndərilir.[24]

4.17.        Ödəniş tapşırığının hər hansı səbəbdən ləğv edilməsi mümkün olmadıqda, AZIPS tərəfindən emitent iştirakçıya səbəbi göstərilməklə bildiriş (MT298/SMT250) göndərilir.

4.18.        Emitent iştirakçının hesabında vəsait hesablaşmaların aparılması üçün kifayət etmədikdə valyutalaşma tarixi həmin günə uyğun gələn və gözləmə rejimində olan icra olunmayan ödəniş tapşırıqları əməliyyat gününün sonunda ləğv olunur və bu barədə iştirakçıya bildiriş (MT298/SMT701) göndərilir.

4.19.        Digər iştirakçılar tərəfindən sistemdə verilmiş səlahiyyətlər çərçivəsində iştirakçıların hesablarında aparılan əməliyyatlar haqqında AZIPS tərəfindən onlara bildiriş (debetləşdirilmə halında MT900, kreditləşdirilmə halında isə MT910) göndərilir. [25]

4.20.        İştirakçı AZIPS-ə sorğu (MT920) göndərməklə əməliyyat günü ərzində hesabı haqqında real vaxt rejimində ümumi məlumat (MT941) və aralıq məlumat (MT942) ala bilər.

4.21.        İştirakçı AZIPS-ə sorğu (MT298/SMT800) göndərməklə əməliyyat günü ərzində hesabına daxil olan, hesabından silinən, habelə silinməsi gözlənilən ödəniş tapşırıqları haqqında real vaxt rejimində məlumat (MT298/SMT850) ala bilər.

4.22.        İştirakçı AZIPS-ə sorğu (MT298/SMT801) göndərməklə əməliyyat günü ərzində gözləmə rejimində olan ödəniş tapşırıqları, həmçinin müxbir və ya cari hesabının vəziyyəti haqqında real vaxt rejimində ümumi məlumat (MT298/SMT851) ala bilər.

4.23.        İştirakçı AZIPS-ə sorğu (MT298/SMT804) göndərməklə əməliyyat günü ərzində gözləmə rejimində olan ödəniş tapşırıqları haqqında real vaxt rejimində təfərrüatlı məlumat (MT298/SMT854) ala bilər.

4.24.        İştirakçının sorğuları düzgün doldurulmadıqda AZIPS tərəfindən iştirakçıya bu haqda bildiriş (MT298/SMT900) göndərilir.

4.25.        Əməliyyat gününün sonunda AZIPS tərəfindən iştirakçıya hesabdan çıxarış (MT950) göndərilir.

4.26.        AZIPS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

4.26.1.  informasiya mübadiləsinin aparılması üçün SWIFT-dən istifadə edildikdə informasiya təhlükəsizliyinin təmin olunması bu telekommunikasiya şəbəkəsinin qəbul olunmuş qaydaları əsasında həyata keçirilir;

4.26.2.  informasiya mübadiləsi üçün QTŞ-dən istifadə olunduqda informasiya təhlükəsiziyinin təmin olunması üçün Mərkəzi Bankın “Bank Sertifikat Xidmətləri Mərkəzinin” (BSXM) elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrələnir və iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır. [26]

4.26.3.  iştirakçı QTŞ vasitəsilə AZIPS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan elektron imza vasitələrinin imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

4.27.   AZIPS-dən istifadə ilə bağlı texniki problem yarandıqda iştirakçı Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcıda) verməlidir. Bu halda həmin iştirakçının müraciəti əsasında Mərkəzi Bankda ayrılmış xüsusi iş yeri vasitəsilə AZIPS-də iştirakı təmin edilir. İştirakçı texniki problem aradan qaldırıldıqdan sonra Mərkəzi Banka bu barədə məlumat (elektron və ya kağız daşıyıcıda) verdikdə onun sistemdə fəaliyyəti dərhal bərpa edilir.

 

5.           XÖHKS-də hesablaşmalar

5.1.            XÖHKS iştirakçılar tərəfindən bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında göndərilən ödəniş paketlərinin toplanılması, klirinqin keçirilməsi və alınan xalis mövqelər üzrə AZIPS-də yekun hesablaşmaların aparılması üçün istifadə olunur. [27]

5.2.            XÖHKS-ün iştirakçısı banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış QTŞ-yə qoşulmalıdır. [28]

5.3.            XÖHKS-ün iştirakçısı seçdiyi informasiya mübadiləsi sxemindən asılı olaraq Mərkəzi Bank tərəfindən təqdim olunan “STP-Adapter” və ya “Ödəniş Şlüzü” modullarından birinin həmin proqram təminatlarının texniki və sistem tələbləri nəzərə alınmaqla müvafiq server avadanlıqlarında quraşdırmalıdır.

5.4.            XÖHKS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

5.4.1.      informasiya təhlükəsiziyinin təmin olunması üçün BSXM-in elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrələnir və iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır;[29]

5.4.2.      iştirakçı XÖHKS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

5.5.            XÖHKS-dən istifadə ilə bağlı texniki problem yarandıqda iştirakçı Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcıda) verməlidir. Bu halda həmin iştirakçının müraciəti əsasında Mərkəzi Bankda ayrılmış xüsusi iş yeri vasitəsi ilə XÖHKS-də iştirakı təmin edilir. İştirakçı texniki problem aradan qaldırıldıqdan sonra Mərkəzi Banka bu barədə məlumat (elektron və ya kağız daşıyıcıda) verdikdə onun sistemdə fəaliyyəti dərhal bərpa edilir.

5.6.            XÖHKS-də hesablaşmalar iştirakçıların klirinq hesabları vasitəsi ilə həyata keçirilir.

5.7.            XÖHKS-də hesablaşmalar iştirakçılar tərəfindən göndərilən ödəniş faylları (MT150) əsasında aparılır. Ödəniş fayllarının tərkibi iki növdə ödəniş paketlərindən ibarət ola bilər:

5.7.1.      ödəniş tapşırıqlarından ibarət olan ödəniş paketləri (MT102);

5.7.2.      ödəniş tələbnamə-tapşırıqlarından ibarət olan ödəniş paketləri(MT104);

5.8.            XÖHKS-ə göndərilən ödəniş fayllarına daxil olan ödəniş paketləri  göndərilmə ardıcıllığı ilə icra edilir.

5.9.            XÖHKS-də iştirakçılar klirinq hesabları üzrə debet limitini aşağıdakı qaydada idarə edə bilərlər:

5.9.1.      iştirakçılar AZIPS-də müvafiq formatda bank ödənişi (MT205) göndərməklə klirinq hesabı üçün debet limitini ilkin müəyyənləşdirə və artıra bilərlər. Bu halda iştirakçının müxbir hesabından silinmə aparılmadan göstərilən məbləğ əsasında limit müəyyənləşdirilir və göndərilən hər bir bank ödənişi əsasında nəzərdə tutulan məbləğ klirinq hesabının debet limitinə əlavə edilir. AZIPS-də iştirakçının klirinq hesabının debet limitinin dəyişdirilməsi üzrə emal olunan hər bir sifariş haqqında real vaxt rejimində XÖHKS-ə məlumat ötürülür.

5.9.2.      iştirakçılar XÖHKS-də müvafiq formatda sorğudan (MT999) istifadə etməklə klirinq hesabı üçün debet limiti müəyyənləşdirə bilərlər. Debet limitinin idarə olunması üzrə sorğu ilkin olaraq XÖHKS-də emal olunur. Əgər sorğu debet limitin ilkin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdursa və ya sifariş olunan məbləğ iştirakçının cari debet limitindən böyükdürsə, sorğu real vaxt rejimində AZIPS-ə ötürülür. Sorğuda sifariş olunan məbləğ cari debet limitin azaldılması üçün nəzərdə tutulmuşdursa iştirakçının klirinq hesabının cari mövqeyi yeni müəyyən edilən debet limitindən kiçik olduqda AZIPS-ə bu haqda məlumat ötürülür. Əks halda iştirakçının debet limitinin azaldılması sorğusuna imtina bildirişi (MT996) göndərilir. Debet limitinin dəyişdirilməsi haqqında AZIPS-ə daxil olan sorğu iştirakçının müxbir hesabında olan vəsaitin həcminə uyğun olaraq emal olunur və nəticə barəsində XÖHKS-ə məlumat ötürülür. Sorğuda sifariş olunan məbləğ bu bənddə göstərilən şərtlərə uyğun olduqda klirinq hesabının debet limiti həmin məbləğə bərabər müəyyənləşdirilir. Sorğunun AZIPS-də emalının nəticəsindən asılı olaraq iştirakçıya debet limitin dəyişdirilməsi haqqında bildiriş göndərilir (MT996).

5.10.        İştirakçı ödəniş paketini XÖHKS-ün “Ödəniş Şlüzü” iş yerindən istifadə edilməklə və ya daxili Baş Mühasibatlıq Sistemi (BMS) vasitəsilə yarada bilər.

5.11.        İştirakçı tərəfindən ödəniş paketləri əsasında ödəniş faylının yaradılması və XÖHKS-ə göndərilməsi aşağıdakı qaydada həyata keçirilə bilər:

5.11.1.  “Ödəniş Şlüzü” iş yerində hazırlanmış ödəniş paketlərindən ödəniş faylı yaradılır və XÖHKS-ə göndərilir;

5.11.2.  BMS-də hazırlanmış ödəniş paketləri “Ödəniş Şlüzü”nə ötürülür və onların əsasında ödəniş faylı yaradılaraq XÖHKS-ə göndərilir;

5.11.3.  BMS-də hazırlanmış ödəniş faylı “Ödəniş Şlüzü”nə ötürülür və XÖHKS-ə göndərilir;

5.11.4.  BMS-də hazırlanmış ödəniş faylı “STP-Adapter” iş yerindən istifadə edilməklə XÖHKS-ə göndərilir.

5.12.        XÖHKS-də ödəniş tələbnamə-tapşırıqları əsasında hesablaşmalar mandatlı və mandatsız qaydada aparıla bilər. Mandatsız qaydada ödəniş tələbnamə-tapşırıqları əsasında aparılan hesablaşmalar da öz növbəsində klirinq sessiyasında və ya real vaxt rejimində aparıla bilər.

5.13.        Mandatlı qaydada ödənişlərin həyata keçirilməsi üçün vəsaiti alanın sifarişi əsasında benefisiar iştirakçı tərəfindən XÖHKS-ə mandatın qeydiyyatı üçün sorğu (MT998) göndərilir. Daxil edilən mandat üzrə XÖHKS-də bu Qaydaların 3.5-ci bəndinə əsasən Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formatlara uyğunluğun ilkin yoxlanması aparıldıqdan sonra emitent iştirakçıya bu barədə müvafiq bildiriş (MT998) göndərilir. Mandat yalnız emitent iştirakçı tərəfindən təsdiq edildikdən (MT995) sonra qüvvəyə minir.

5.14.        Mandatlı qaydada ödəniş tələbnamə-tapşırıqlarından ibarət ödəniş paketi (MT104) benefisiar bank tərəfindən hazırlanır və ödəniş faylının tərkibində (MT150) XÖHKS-ə göndərilir. Hər bir ödəniş tələbnamə-tapşırığının tərkibində onun aid edildiyi mandatın unikal nömrəsi göstərilir. XÖHKS-də ödəniş tələbnamə-tapşırığının rekvizitləri müvafiq mandatla müəyyən edilmiş ümumi məbləği, hər bir ödəniş sənədinin maksimal məbləği, habelə həyata keçiriləcək ödənişlərin ümumi sayı ilə üzləşdirilərək yalnız uyğun gəldikdə emala qəbul edilir. Əks halda benefisiar iştirakçıya imtina haqqında bildiriş (MT196) göndərilir.

5.15.        Mandatsız qaydada ödənişlərin həyata keçirilməsi üçün benefisiar iştirakçı tərəfindən ödəniş tələbnamə-tapşırıqlarından ibarət ödəniş paketi (MT104) hazırlanır və ödəniş faylının (MT150) tərkibində XÖHKS-ə göndərilir.

5.16.        XÖHKS-ə daxil olmuş və emala qəbul edilmiş ödəniş tələbnamə-tapşırıqları əsasında ödəniş paketi (MT104) hazırlanır və ödəniş faylı tərkibində (MT150) emitent iştirakçıya göndərilir.

5.17.        Ödəniş tələbnamə-tapşırıqlarından istifadə üzrə iştirakçılar XÖHKS-də məcburi avtorizasiya tələb olunan və ya avtorizasiya tələb olunmayan qaydada işləyə bilərlər. Sistemin bütün iştirakçıları üçün ilkin olaraq məcburi avtorizasiya rejimi müəyyənləşdirilir. Hər bir iştirakçı Mərkəzi Banka (elektron və ya kağız daşıyıcıda) müraciət etməklə avtorizasiya rejimini müəyyən edə və dəyişdirə bilər.

5.18.        Məcburi avtorizasiya tələb olunan qaydada işləyən emitent iştirakçı XÖHKS-dən daxil olmuş ödəniş tələbnamə-tapşırıqlarından ibarət ödəniş paketinə daxil olan tapşırıqların icrasından imtina etmək istədikdə bu haqda sistemə müvafiq bildiriş (MT198) göndərməlidir.        Tərkibində ən azı icra olunması nəzərdə tutulan bir ödəniş tələbnamə-tapşırığı olan ödəniş paketi emitent iştirakçı tərəfindən avtorizasiya olunur və XÖHKS-ə bu barədə bildiriş (MT195) göndərilir.

5.19.        Əməliyyat gününün yekun klirinq sessiyasına kimi məcburi avtorizasiya tələb olunan qaydada işləyən emitent iştirakçıya göndərilmiş ödəniş tələbnamə-tapşırıqlarından ibarət ödəniş paketləri üzrə avtorizasiya bildirişi daxil olmadıqda həmin ödəniş paketlərinin icrasından sistem tərəfindən imtina edilir və bu haqda benefisiar iştirakçıya bildiriş (MT198) göndərilir.

5.20.        Məcburi avtorizasiya tələb olunmayan qaydada işləyən emitent iştirakçı tərəfindən XÖHKS-dən daxil olmuş ödəniş paketinə və paketə daxil olan ödəniş tələbnamə-tapşırıqlarına sessiya ərzində imtina haqqında bildiriş (MT198) göndərilmədikdə onlar sistem tərəfindən növbəti sessiyanın klirinq prosesinə daxil edilir. Sonuncu klirinq sessiyası ərzində XÖHKS-ə göndərilən ödəniş paketlərinin icrasından emitent iştirakçı tərəfindən imtina olunmadıqda bu ödəniş paketləri həmin sessiyanın klirinq prosesinə daxil edilir.

5.21.        Real vaxt rejimində mandatsız ödəniş tələbamə-tapşırıqları üzrə hər bir ödəniş paketinə yalnız bir ödəniş sənədi daxil edilə bilər. Bu ödəniş paketlərinin icra edilməsi üçün emitent iştirakçının iş rejimindən asılı olmayaraq təsdiq tələb olunur. Əməliyyat gününün sonuncu sessiyasına kimi emitent iştirakçı tərəfindən təsdiq olunmayan ödəniş paketlərinin icrasından sistem tərəfindən avtomatik rejimdə imtina edilir.

5.22.        Emitent iştirakçı tərəfindən təsdiq edilmiş real vaxt rejimində mandatsız ödəniş tələbnamə-tapşırığı dərhal AZIPS-ə ötürülür və klirinq hesabı üçün müəyyənləşdirilmiş debet limit nəzərə alınmadan iştirakçının müxbir (cari) hesabında tələb olunan məbləğdə vəsait olduqda emal olunur.

5.23.        Emalı başa çatmış real vaxt rejimində mandatsız ödəniş paketinin statusu haqqında emitent və benefisiar iştirakçılara XÖHKS tərəfindən dərhal bildiriş (MT198) göndərilir.

5.24.        İştirakçının göndərdiyi ödəniş faylı icraya qəbul edilərkən XÖHKS tərəfindən aşağıdakılar yoxlanılır:

5.24.1.  ödəniş faylının və ödəniş paketlərinin məcburi sahələrinin doldurulması;

5.24.2.  ödəniş paketinin valyutalaşma tarixinin bu Qaydaların 3.7-ci və 3.8-ci bəndlərinə uyğunluğu;

5.24.3.  ödəniş paketinin nömrəsinin təkrarlanmaması;

5.24.4.  ödəniş paketinin Mərkəzi Bank tərəfindən XÖHKS üzrə müəyyənləşdirilmiş elektron ödəniş sənədlərinin formatlarına uyğunluğu;

5.24.5.  iştirakçı BİK-nin düzgünlüyü;

5.24.6.  klirinq hesablarının düzgünlüyü;

5.24.7.  müxbir hesablarının düzgünlüyü;

5.24.8.  iştirakçı BİK-nin və müxbir hesabının uyğunluğu;

5.24.9.  ödəniş paketlərini təşkil edən hər bir ödəniş tapşırığının məbləğinin XÖHKS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşmaması.

5.25.        Bu Qaydaların 5.24-cü bəndində qeyd olunan tələblərdən kənarlaşma olduqda emitent iştirakçıya səbəbi göstərilməklə aşağıdakı məlumatlar göndərilir:

5.25.1.  ödəniş faylının icrasından imtina edilməsi haqqında bildiriş (MT896);

5.25.2.  ödəniş paketinın icrasından imtina edilməsi haqqında bildiriş (MT196);

5.25.3.  ödəniş sənədinın icrasından imtina edilməsi haqqında bildiriş (MT158).

5.26.        Ödəniş faylında kənarlaşma olmadıqda XÖHKS tərəfindən iştirakçıya ödəniş faylının və ona daxil olan ödəniş paketlərinin icraya qəbul edilməsi haqqında  bildiriş (MT896, MT196) göndərilir.

5.27.        İştirakçı XÖHKS-ə sorğu (MT920) göndərməklə klirinq hesabı üzrə debet və kredit əməliyyatlarının ümumi məbləği və hesabın qalığıını əks etdirən ümumi məlumat (MT941) ala bilər.

5.28.        İştirakçı XÖHKS-ə sorğu (MT195) göndərməklə aşağıdakı məlumatları ala bilər:

5.28.1.  ödəniş faylının statusu haqqında bildiriş (MT896);

5.28.2.  ödəniş paketinin və ya ödəniş paketinə daxil olan ödəniş sənədinin statusu haqqında bildiriş (MT196);

5.28.3.  ödəniş faylının surəti (MT156);

5.28.4.   ödəniş paketinin və ya ödəniş paketinə daxil olan ödəniş sənədinin surəti (MT196).

5.29.        İştirakçı XÖHKS-ə sorğu (MT198) göndərməklə ödəniş paketinə daxil olan bir neçə ödəniş sənədinin statusu və surəti haqqında məlumat (MT198) ala bilər.

5.30.        XÖHKS-də ödəniş əməliyyatları klirinq sessiyaları əsasında həyata keçirilir. Klirinq sessiyaları aşağıdakı dövrlərə bölünür:

5.30.1.  sənədlərlə mübadilə;

5.30.2.  klirinqqabağı;

5.30.3.  klirinq;

5.30.4.  klirinqin nəticələrinin təsdiqi;

5.30.5.  klirinqin nəticələri;

5.30.6.  klirinqin hesabatı.

5.31.        XÖHKS-in reqlamenti əsasında klirinq sessiyasının dövrlərinin başlanılması barədə iştirakçılara XÖHKS tərəfindən bildiriş (MT999) göndərilir.

5.32.        Sənədlərlə mübadilə dövrünün başlanıldığı andan etibarən iştirakçı ödəniş fayllarını, həmçinin debit limitlərinin müəyyənləşdirilməsi, ödəniş faylının, ödəniş paketinin, ödəniş sənədinin ləğvetmə sorğularını və sistemin fəaliyyəti haqqında müxtəlif hesabat və bildirişlərin alınması üçün digər sorğularını XÖHKS-ə göndərə bilər.

5.33.        Sənədlərlə mübadilə dövründə iştirakçı tərəfindən XÖHKS-ə göndərilən ödəniş fayllarına daxil olan hər bir ödəniş paketinin ilkin emalının nəticəsi və cari statusu haqqında iştirakçıya bildiriş (MT196) göndərilir.

5.34.        Klirinqqabağı dövrdə XÖHKS tərəfindən hər bir iştirakçının klirinq hesabı üzrə ilkin xalis mövqe hesablanır, iştirakçıya icra olunan və icra olunmayan ödəniş tapşırıqlarını, habelə ödəniş tapşırıqlarının icra edilməsi üçün çatışmayan məbləği əks etdirən bildiriş (MT986) göndərilir. Klirinq sessiyasının bu dövründə iştirakçıya klirinq hesabının debet limitinin artırılması imkanı verilir.

5.35.        Klirinqqabağı dövrdə iştirakçının klirinq hesabında vəsait çatışmazlığı səbəbindən gözləmədə olan paketlərin cari icra vəziyyəti dəyişərsə bu haqda bildiriş (MT196) göndərilir.

5.36.        Klirinq dövründə iştirakçıların cari klirinq sessiyasında klirinq hesabları üzrə xalis mövqeləri müəyyən edilir.

5.37.        Klirinq nəticələrinin təsdiqi dövründə iştirakçıların klirinq hesabları üzrə xalis mövqelər paketi (MT971) yekun hesablaşmanın aparılması üçün AZIPS-ə göndərilir. Klirinqin nəticəsi üzrə yekun hesablaşmalar AZIPS-də başa çatdırıldıqdan sonra iştirakçılara aşağıdakı hesabatlar və bildirişlər göndərilir:

5.37.1.  cari klirinq sessiyasında icra olunan ödənişlər haqqında hesabat (MT970);

5.37.2.  cari klirinq sessiyasında klirinq hesabı üzrə xalis mövqeyi əks etdirən hesabat (MT971);

5.37.3.  cari klirinq sessiyasında klirinq hesabı üzrə debet və kredit əməliyyatlarının ümumi məbləğini əks etdirən hesabat (MT986);

5.37.4.  ödəniş paketlərinin cari icra vəziyyəti haqqında haqqında bildiriş (MT196).

5.38.        Klirinq nəticələri dövründə klirinq sesiyası üzrə yekun olaraq iştirakçılara ödəniş faylları (MT150) göndərilir.

5.39.        Klirinq hesabatı dövründə iştirakçılara klirinq sessiyası üzrə yekun statistik hesabat (MT986) göndərilir.

5.40.        XÖHKS-də cari klirinq sessiyasında həmin günə valyutalaşma tarixi olan icra olunmayan ödəniş paketləri həmin günün növbəti klirinq sessiyasına keçirilir. Növbəti klirinq sessiyası nəzərdə tutulmadıqda icra olunmayan ödəniş paketləri ləğv edilir. Bu halda XÖHKS tərəfindən iştirakçıya bildiriş (MT196) göndərilir.

5.41.        XÖHKS-də əməliyyat gününün sonunda iştirakçıya klirinq hesabından çıxarış (MT950) göndərilir.

5.42.        XÖHKS-də aparılan əməliyyatlar üzrə bildirişlər və sorğulara cavablar iştirakçılara real vaxt rejimində göndərilir.

 

5-1. AÖS-də hesablaşmalar[30]

 

5-1.1.  AÖS iştirakçılar arasında hesablaşmaların bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında 24/7/365 rejimində aparılması üçün istifadə olunur.

5-1.2.  AÖS-də hesablaşmalar birbaşa iştirakçıların AÖS hesablaşma hesabları və iştirakçıların klirinq hesabları vasitəsi ilə həyata keçirilir.

5-1.3.  Birbaşa iştirakçının özünün və onun hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçıların klirinq hesabları onun AÖS hesablaşma hesabı ilə əlaqələndirilir. Birbaşa iştirakçı ilə birbaşa olmayan iştirakçı arasında bu Qaydalardan irəli gələn münasibətlər aralarında bağlanan müqavilə ilə tənzimlənir.

5-1.4.  AÖS-ün iştirakçıları sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədi ilə yaradılmış QTŞ-yə qoşulmalıdır.

5-1.5.  İştirakçı müvafiq daxili informasiya resurslarını AÖS-ün informasiya mübadiləsi üçün nəzərdə tutulmuş əsas və köməkçi komponentləri ilə aidiyyatı üzrə inteqrasiya etməlidir.

5-1.6. AÖS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

5-1.6.1.    informasiya təhlükəsiziyinin təmin olunması üçün BSXM-in elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrələnir və iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır;

5-1.6.2.    iştirakçı AÖS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

5-1.7.          AÖS-də iştirakçılar klirinq hesabları üzrə debet limitini aşağıdakı qaydada idarə edə bilərlər:

5-1.7.1.   birbaşa iştirakçı AZIPS-ə müvafiq formatda sorğunu (MT205) göndərməklə AÖS hesablaşma hesabı üçün debet limitini ilkin müəyyənləşdirə və artıra bilər. Bu halda iştirakçının müxbir hesabından silinmə aparılmadan göstərilən məbləğ əsasında limit müəyyənləşdirilir və göndərilən hər bir sorğu əsasında nəzərdə tutulan məbləğ debet limitinə əlavə edilir. AZIPS-də iştirakçının müxbir hesabında bu tipli  debet limitinin dəyişdirilməsi üzrə emal olunan hər bir sifariş haqqında real vaxt rejimində AÖS-ə məlumat ötürülür;

5-1.7.2.    birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə AÖS hesablaşma hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu ilkin olaraq AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ birbaşa iştirakçının AÖS hesablaşma hesabının xalis debet mövqeyindən artıqdırsa, sorğu real rejimdə AZIPS-ə ötürülür, az olduğu halda isə birbaşa iştirakçının debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Debet limitinin dəyişdirilməsi haqqında AZIPS-ə daxil olan sorğu iştirakçının müxbir hesabında olan vəsaitin həcminə uyğun olaraq emal olunur və nəticə barəsində AÖS-ə məlumat ötürülür. Sorğunun AZIPS-də emalının nəticəsindən asılı olaraq birbaşa iştirakçının debet limiti AÖS-də dəyişdirilir və bu haqda birbaşa iştirakçıya bildiriş göndərilir (camt.010);

5-1.7.3.    birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə özünün və ya hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçının klirinq hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ iştirakçının xalis debet mövqeyindən artıqdırsa, sorğu AÖS-də emal olunur, az olduğu  halda isə iştirakçının klirinq hesabı üzrə debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Sorğunun uğurlu emalı nəticəsində klirinq hesabının debet limiti müəyyənləşdirilir və iştirakçıya bu haqda bildiriş göndərilir (camt.010);   

5-1.7.4.   AÖS-də iştirakçıların klirinq hesablarında aparılan əməliyyatlar üzrə gün ərzində sistemin iş reqlamentinə uyğun olaraq birbaşa iştirakçıların AZIPS-dəki müxbir və cari hesabları ilə tənzimlənmə aparılır;

5-1.7.5.   iştirakçıların klirinq hesabları üzrə ayrılmış debet limit bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə müəyyənləşdirilmiş həddən az olduqda AÖS aidiyyatı üzrə birbaşa iştirakçıya klirinq hesabları üzrə baş vermiş dəyişikliklər barədə bildiriş (camt.010) göndərir;

5-1.7.6.   iştirakçılar klirinq hesabındakı qalıq barədə məlumatın əldə olunması üçün AÖS-ə sorğu (camt.009) göndərir, kənarlaşma olduqda AÖS iştirakçıya imtina bildirişi (camt.025/ERRC), kənarlaşma olmadıqda isə cavab (camt.010) göndərir.

5-1.8.          AÖS-də ödəniş əməliyyatları üzrə məlumat mübadiləsi aşağıdakı kimi həyata keçirilir:

5-1.8.1.   ödəniş tapşırığı (pacs.008) AÖS-ə göndərilir;

5-1.8.2.   ödəniş sorğusu (pain.001) AÖS-ə göndərilir;

5-1.8.3.   ödənişin geri qaytarılması tapşırığı (pacs.004) AÖS-ə göndərilir;

5-1.8.4.   ödənişin geri qaytarılması sorğusu (camt.056) AÖS-ə göndərilir.

5-1.9.         İştirakçının ödəniş əməliyyatları üzrə AÖS-ə göndərdiyi məlumat formatlarında aşağıdakılar yoxlanılır:

5-1.9.1.        məlumat formatlarında məcburi sahələrin doldurulması;

5-1.9.2.         valyutalaşma tarixinin bu Qaydaların 3.7-ci bəndinə uyğunluğu;

5-1.9.3.        sənəd nömrəsinin təkrarlanmaması;

5-1.9.4.         sənədin bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq AÖS üzrə müəyyənləşdirilmiş elektron ödəniş sənədlərinin formatlarına uyğunluğu;

5-1.9.5.        iştirakçı BİK-nin düzgünlüyü;

5-1.9.6.          klirinq hesablarının düzgünlüyü;

5-1.9.7.        müxbir hesabların düzgünlüyü;

5-1.9.8.        iştirakçı BİK-nin və müxbir hesabının uyğunluğu;

5-1.9.9.        ödəniş məbləğinin AÖS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşmaması.

5-1.10.     Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olduqda sənədi AÖS-ə göndərən iştirakçıya emaldan imtina haqqında səbəbi göstərilməklə aşağıdakı bildirişlər göndərilir:

5-1.10.1.    ödəniş tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

5-1.10.2.    ödəniş sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.025/RJCT);

5-1.10.3.    ödənişin geri qaytarılması tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

5-1.10.4.    ödənişin geri qaytarılması sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.029).

5-1.11.     İştirakçıların AÖS-də fəaliyyətin təşkili üçün köməkçi məqsədlərlə göndərdiyi  digər məlumat formatlarında (pacs.028, pain.998, camt.033, camt.060, camt.998, camt.011) bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq sistem üzrə müəyyənləşdirilmiş elektron sənəd formatlarından kənarlaşma olduqda iştirakçıya emaldan imtina haqqında bildiriş (camt.025/ERRC) göndərilir.

5-1.12.     Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda birbaşa iştirakçıların və birbaşa olmayan iştirakçıların göndərdikləri sənədlər üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.12.1.    ödəniş tapşırıqlarının (pacs.008) icrası üzrə:

5-1.12.1.1.        emitent iştirakçı ödəniş tapşırığını (pacs.008) AÖS-ə göndərir;

5-1.12.1.2.        AÖS emitent iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödəniş tapşırığını təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

5-1.12.1.3.        benefisiar iştirakçı ödəniş tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

5-1.12.1.4.        AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq üzrə bildiriş (pacs.002/STAT) göndərir;

5-1.12.1.5.        AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina üzrə bildiriş (pacs.002/RJCT) göndərir;

5-1.12.1.6.        birbaşa iştirakçının tələbi ilə, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödəniş tapşırıqlarının surəti (pacs.008) birbaşa iştirakçıya göndərilə bilər.

5-1.12.2.         ödəniş sorğusunun(pain.001) icrası üzrə:

5-1.12.2.1.                 benefisiar iştirakçı ödəniş sorğusunu (pain.001) AÖS-ə göndərir;

5-1.12.2.2.                  AÖS ödəniş sorğusunu yoxlayır və onu emitent iştirakçıya göndərir;

5-1.12.2.3.        emitent iştirakçı ödəniş sorğusunu yoxlayır, kənarlaşma olduqda AÖS-ə səbəbi göstərilməklə imtina haqqında bildiriş (pain.002/NAUT) göndərir, kənarlaşma olmadıqda isə razılıq verir və AÖS-ə ödəniş tapşırığı (pacs.008) göndərir;

5-1.12.2.4.         AÖS emitent iştirakçıdan təsdiq (pacs.008) aldıqda, ödəniş tapşırığındakı vəsaitin həcmi qədər emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir və ödəniş tapşırığını (pacs.008) benefisiar iştirakçıya göndərir;

5-1.12.2.5.        AÖS emitent iştirakçıdan imtina bildirişi (pain.002/NAUT) aldıqda, emitent iştirakçının klirinq hesabında kifayət qədər vəsait olmadıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, əməliyyatı icra etməkdən imtina edir və müvafiq olaraq benefisiara və ya hər iki iştirakçıya imtina üzrə bildiriş (pain.002/RJCT) göndərir;

5-1.12.2.6.        AÖS uğurlu əməliyyat barədə hər iki iştirakçıya ödənişin statusunu (pacs.002/STAT) göndərir.

5-1.13.     Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda vasitəçilərin göndərdikləri ödəniş sorğuları üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.13.1.    vasitəçi ödəniş sorğusunu (pain.001) AÖS-ə göndərir;

5-1.13.2.    AÖS ödəniş sorğusunu yoxlayır və onu emitent iştirakçıya göndərir;

5-1.13.3.    emitent iştirakçı ödəniş sorğusunu yoxlayır, kənarlaşma olduqda AÖS-ə səbəbi göstərilməklə bildiriş (pain.002/NAUT) göndərir, kənarlaşma olmadıqda isə razılıq verir və AÖS-ə ödəniş tapşırığı (pacs.008) göndərir;

5-1.13.4.    emitent iştirakçı imtina göndərdikdə AÖS vasitəçiyə imtina bildirişi (pain.002/NAUT) göndərir, təsdiq göndərdikdə isə emitent iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödəniş tapşırığını (pacs.008) təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

5-1.13.5.    benefisiar iştirakçı ödəniş tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), əks halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

5-1.13.6.    AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir, emitent və benefisiar iştirakçılara (pacs.002/STAT), həmçinin vasitəçiyə (pain.002/STAT) təsdiq barədə bildiriş göndərir;

5-1.13.7.    AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir, emitent  iştirakçıya (pacs.002/RJCT), vasitəçiyə isə (pain.002/RJCT) imtina haqqında bildiriş göndərir.

5-1.14.      Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən olunmuş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin geri qaytarılması üçün  tapşırıqlar üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.14.1.    benefisiar iştirakçı ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004) AÖS-ə göndərir;

5-1.14.2.    AÖS benefisiar iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

5-1.14.3.    emitent iştirakçı ödənişin geri qaytarılması tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

5-1.14.4.    AÖS emitent iştirakçıdan təsdiq bildirişi aldıqda benefisiarın klirinq hesabını debitləşdirərək, emitentin klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq barədə bildiriş (pacs.002/STAT) göndərir;

5-1.14.5.    AÖS emitent iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, benefisiar iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina haqqında bildiriş (pacs.002/RJCT) göndərir;

5-1.14.6.    birbaşa iştirakçının tələbi olduqda, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödənişin geri qaytarılma tapşırıqlarının surəti (pacs.004) birbaşa iştirakçıya göndərilir.

5-1.15.     Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin  geri qaytarılması sorğusu (camt.056) üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.15.1.    geri qaytarılma sorğusu üzrə prosesin emitent iştirakçı tərəfindən başlanıldığı halda:

5-1.15.1.1.   emitent iştirakçı ödənişin geri qaytarılması sorğusunu (camt.056) AÖS-ə göndərir;

5-1.15.1.2.    AÖS ödənişin geri qaytarılması sorğusunu (camt.056) yoxlayır və benefisiar iştirakçıya göndərir;

5-1.15.1.3.   benefisiar iştirakçı ödənişin geri qaytarılması sorğusunu təsdiqlədiyi halda AÖS-ə ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004), əks halda isə imtina bildirişini (camt.029) göndərir;

5-1.15.1.4.    AÖS benefisiar iştirakçıdan təsdiq (pacs.004) aldıqda ödəniş tapşırığındakı vəsaitin həcmi qədər benefisiarın klirinq hesabını debitləşdirərək, emitentin klirinq hesabını kreditləşdirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) emitent iştirakçıya göndərir;

5-1.15.1.5.   AÖS benefisiar iştirakçıdan imtina (camt.029) aldıqda  ləğvetməni icra etmir və emitent iştirakçıya imtina bildirişini (camt.029)  göndərir;

5-1.15.1.6.   AÖS benefisiar iştirakçının hesabında kifayət qədər vəsait olmadıqda  ləğvetməni  icra etmir və benefisiar iştirakçıya  imtina bildirişi (pacs.002/RJCT) göndərir;

5-1.15.1.7.   AÖS uğurlu əməliyyat barədə hər iki iştirakçıya ödənişin statusu (pacs.002/STAT) məlumatını göndərir.

5-1.15.2.         geri qaytarılma sorğusu üzrə prosesin vasitəçi tərəfindən başlanıldığı halda:

5-1.15.2.1.   vasitəçi ödənişin geri qaytarılması sorğusunu (camt.056) AÖS-ə göndərir;

5-1.15.2.2.   AÖS ödənişin geri qaytarılması sorğusunu (camt.056) yoxlayır və benefisiar iştirakçıya göndərir;

5-1.15.2.3.    benefisiar iştirakçı ödənişin geri qaytarılması sorğusunu təsdiqlədiyi halda AÖS-ə ödənişin geri qaytarılma üzrə ödəniş tapşırığını  (pacs.004) göndərir, əks halda imtina bildirişini (camt.029) göndərir;

5-1.15.2.4.    AÖS benefisiar iştirakçıdan təsdiq aldığı halda, onun klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

5-1.15.2.5.   AÖS emitent iştirakçıdan ödənişin geri qaytarılması tapşırığı üzrə təsdiq aldıqda (pacs.002/AUTH) ödənişinin geri qaytarılması əməliyyatını icra edir və prosesin hər üç iştirakçısına təsdiq bildirişi (pacs.002/STAT) göndərir.

5-1.16.     AÖS emitent iştirakçıdan imtina (pacs.002/NAUT) aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, benefisiar iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və müvafiq olaraq əməliyyatın hər üç iştirakçısına imtina haqqında bildiriş (pacs.002/RJCT) göndərir.

5-1.17.      İştirakçı AÖS-dən aşağıdakı məlumat və sənədləri ala bilər:

5-1.17.1.     sorğu (pacs.028) göndərməklə ödəniş tapşırığının icra statusu haqqında bildiriş (pacs.002/STAT);

5-1.17.2.     sorğu (pain.998) göndərməklə ödəniş sorğusunun icra statusu haqqında bildiriş (pain.002/STAT);

5-1.17.3.    sorğu (camt.033) göndərməklə sistemdə icra edilmiş ödəniş tapşırığının surətini (camt.034);

5-1.17.4.     sorğu (camt.060) göndərməklə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş müddət çərçivəsində istənilən gün üçün klirinq hesabından çıxarış  (camt.998/TRANSREP);

5-1.17.5.    sorğu (camt.009) göndərməklə klirinq hesabındakı qalıq barədə məlumat (camt.010);

5-1.17.6.    sorğu (camt.018) göndərməklə cari əməliyyat günü barədə məlumat (camt.019).

5-1.18.      İştirakçı AÖS-də 24/7/365 rejimində sərbəst mətn formatından (camt.998/TEXTMESSAGE) istifadə etməklə digər iştirakçılara məlumat göndərə bilər.

5-1.19.                     AÖS-də hər bir əməliyyat gününün sonunda iştirakçıya klirinq hesabından çıxarış  (camt.998/TRANSREP) göndərilir.

 

6.           Kağız daşıyıcılarda hesablaşmalar

 

6.1.            AZIPS və XÖHKS-dən istifadə ilə bağlı texniki problem yarandıqda ödəniş tapşırıqları Mərkəzi Banka kağız daşıyıcıda təqdim edilir. Bu barədə Mərkəzi Bank tərəfindən digər iştirakçılar elektron formada məlumatlandırılır və iştirakçının AZIPS və XÖHKS-də əməliyyatları Mərkəzi Bankın adından aparılır.

6.2.            Ödəniş tapşırıqları kağız daşıyıcılarında təqdim edildikdə hesablaşmalar Mərkəzi Bankın İdarə Heyətinin 17.09.2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”a müvafiq qaydada aparılır.

 

7.           Fövqəladə hallar zamanı sistem əhəmiyyətli iştirakçıların fəaliyyətinin davamlılığının təşkil edilməsi

7.1.   Mərkəzi Bank tərəfindən hər növbəti ilin yanvar ayının 25-dən gec olmayaraq əvvəlki ilin yekun göstəriciləri əsasında sistem əhəmiyyətli iştirakçılar müəyyən edilir və bu barədə aidiyyəti iştirakçılar yazılı formada məlumatlandırılır.

7.2.   Fövqəladə hallar zamanı sistemlərdə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməlidir.[31]

7.3.   Fövqəladə hallarda bərpa planı müxtəlif mümkün ssenariləri, o cümlədən təbii fəlakət, avadanlığın sıradan çıxması səbəbindən prosesin dayanması, terrorçuluq, kənardan müdaxilə, rabitə kanallarının kəsilməsi nəticəsində dayanmaları və digər mümkün halları əhatə etməlidir. Bu ssenarilərin hər biri üzrə iki saatdan gec olmayaraq sistemlərdə fəaliyyətin bərpa edilməsi nəzərdə tutulmalıdır.

7.4.   Sistem əhəmiyyətli iştirakçı tərəfindən ehtiyat mərkəz yaradılmalı və əsas mərkəzdə istifadə olunanla eyni olan əsas infrastruktur avadanlığı, sistem konfiqurasiyası (texniki və proqram təminatı üzrə yeniliklər və dəyişikliklər), alternativ rabitə xətləri, dayanıqlı elektrik cərəyanı, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Avadanlıqların texniki vəziyyəti dövrü olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Ehtiyat mərkəz istənilən anda əməliyyatların aparılmasına hazır olmalı, işçi heyətinin fövqəladə hal aradan qaldırılanadək fəaliyyətinin davam etdirilməsi üçün lazımi şəraitlə təmin edilməlidir.

7.5.   Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir.

7.6.   Bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş əməliyyatların nəticəsi uğursuz olduqda, sistem əhəmiyyətli iştirakçı növbəti iki ay ərzində ehtiyat mərkəz vasitəsilə real vaxt rejimində əməliyyatların aparılmasını təmin etməlidir.

7.7.   Sistem əhəmiyyətli iştirakçı bu Qaydaların 7.5-ci və 7.6-cı bəndlərində qeyd edilən fəaliyyəti həyata keçirməmişdən 5 (beş) iş günü əvvəl bu barədə Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı (Əlavə №1) 7 (yeddi) iş günü müddətində Mərkəzi Banka yazılı formada təqdim etməlidir.

7.8.   Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka yazılı məlumat (adı, soyadı, vəzifəsi və əlaqə məlumatları) verməlidir. Məsul əməkdaşlar dəyişdirildikdə yeni təyin edilmiş şəxslər haqqında yazılı məlumat 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilir.

7.9.Sistem əhəmiyyətli iştirakçı sistemlərdə fəaliyyətinin dayanmasına səbəb olmuş halları qeydə almalıdır. Bu hallar baş verdikdən sonra ən geci 3 (üç) iş günü müddətində hadisənin təfsilatı, o cümlədən baş verdiyi tarixi, onun aradan qaldırıldığı müddəti və görülən işlərin açıqlanması haqqında məlumatı Mərkəzi Banka yazılı formada təqdim etməlidir.

7.10.    Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı və ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir.

 

7-1. İştirakçının sistemlərə qoşulması, sistemlərdə fəaliyyətinin müvəqqəti dayandırılması və sistemlərdən kənarlaşdırılması[32]

 

7-1.1.     Sistemlərə yeni qoşulan iştirakçı qoşulma protokolunu (Əlavə №2)  imzalayır. Mərkəzi Bank yeni qoşulan iştirakçı haqqında elektron və ya kağız daşıyıcıda digər iştirakçılara məlumat göndərir.

7-1.2.     Mərkəzi Bank iştirakçının sistemlərdə fəaliyyətini aşağıdakı hallarda müvəqqəti dayandırır:

7-1.2.1.        səlahiyyətli dövlət orqanları tərəfindən iştirakçının əməliyyatlarının dayandırılması haqqında sərəncam və ya onun hesabına həbs qoyulması barədə  qərar daxil olduqda;

7-1.2.2.        iştirakçının rəsmi müraciəti (elektron və ya kağız daşıyıcıda) ilə  sistemdən  istifadə ilə bağlı texniki problemin yaranması barədə Mərkəzi Banka məlumat daxil olduqda.

7-1.3.     İştirakçının sistemlərdə fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra Mərkəzi Bank iştirakçının sistemlərdə fəaliyyətini dərhal bərpa edir və bu barədə ona elektron və ya kağız daşıyıcıda məlumat göndərir.

7-1.4.     İştirakçının bank lisenziyası ləğv olunduqda, iştirakçı müflis elan olunduqda və ya məhkəmənin qərarı ilə ləğv edildikdə Mərkəzi Bank xəbərdarlıq etmədən həmin iştirakçını sistemlərdən kənarlaşdırır.

7-1.5.     Mərkəzi Bank kənarlaşdırılmış və ya sistemdə iştirakına xitam verilməsi ilə bağlı müraciət etmiş iştirakçı barədə  sistemin digər iştirakçılarına elektron və ya kağız daşıyıcıda məlumat göndərir.

7-1.6.          Bu Qaydaların 7-1.4-cü bəndində nəzərdə tutulmuş hallarda iştirakçının sistemdə gələcək valyutalaşma tarixli və gözləmə rejimində olan ödənişləri müvafiq olaraq iştirakçının sistemdən kənarlaşdırılması və ya sistemdə iştirakına xitam verilməsi anından ləğv edilir.

 


"Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların aparılması Qaydaları”na[33] Əlavə № 1

 

Sistem əhəmiyyətli iştirakçının banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində fəaliyyətinin ehtiyat mərkəzdən təşkil olunmasına dair

HESABAT

Mərkəzləşdirilmiş ödəniş sisteminin adı:________________________________________

 

                                                                                                                                                         I.            Ümumi məlumat

İştirakçının adı

 

Planın adı

 

Planın əsası

 

İcra olunduğu yer

 

Keçidin qeydiyyat nömrəsi

 

                                                                                                                                            II.            Ehtiyat mərkəzə keçid

Məqsəd

 

Keçidin ssenarisi

 

İcra tarixi və vaxtı

 

Ehtiyat mərkəzə keçid müddəti

 

Əhatə olunan sahələr

 

Əhatə olunmayan sahələr

 

                                                                                                                                                         III.            Yekun nəticə

1.      Normal fəaliyyət müşahidə olunmuşdur:

 

 

2.      Təkmilləşdirmə aparılmalıdır:

 

 

                                                                                      IV.            Ehtiyat mərkəzə keçidin təşkili üzrə məsul şəxslər:

Adı və soyadı

Struktur bölmə

Vəzifəsi

İmzası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hesabatı hazırlayan məsul şəxs:

 

   ____________________               ____________                      _____________

   (adı, soyadı, və vəzifəsi)                    (imza)                                      (tarix)

 

 

 


"Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların aparılması Qaydaları”na

Əlavə № 2[34]

 

Banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərinə qoşulmaya dair

Protokol

     Tarix: __________________

______________________________________________ tərəfindən hazırki protokolun

                                            (təşkilatın adı)

imzalanması təşkilatın "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların aparılması Qaydaları”na, habelə müvafiq ödəniş sisteminin texniki tələblərinə və reqlament (prosedur) sənədlərinə uyğun fəaliyyət göstərəcəyi barədə yazılı iltizam sayılır.

Sistemin adı:

 

1.     AZIPS - Real Vaxt Rejimində Banklarası Hesablaşmalar Sistemi 󠆰                      

2.     XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi          󠆰     

3.     AÖS - Ani Ödənişlər Sistemi                                                          󠆰            

 

Təşkilatın səlahiyyətli nümayəndəsi:

_________________________________________________

(soyadı, adı)

_________________________________________________

(vəzifəsi)

                                                                     M.Y.”

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 1-ci hissədə  “(bundan sonra – AZIPS) və” sözləri “(bundan sonra – AZIPS),” sözləri ilə əvəz edilsin, “iştirakçıları” sözündən əvvəl “və Ani Ödənişlər Sisteminin (bundan sonra – AÖS)” sözləri əlavə edilmişdir.

 

[2] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları nın2.1.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

iştirakçı - AZIPS və/və ya XÖHKS-də ödəniş əməliyyatları həyata keçirən bank və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs;

 

[3] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[4] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni məzmunda 2.1.3-1-ci, 2.1.3-2-ci və 2.1.3-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[5] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1.5. iştirakçının BİK-i - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) tərəfindən üzv iştirakçılara verilmiş və ya SWIFT-in üzvü olmayan iştirakçılara Mərkəzi Bank tərəfindən verilmiş unikal identifikasiya nömrəsi;

 

[6] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.7-ci yarımbənddə “AZIPS və XÖHKS-də” sözləri “sistemlərdə” sözü ilə əvəz edilmişdir.

 

[7] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.10-cu yarımbənddən  “(bundan sonra - MT)” sözləri çıxarılmışdır.

 

[8] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni məzmunda 2.1.10-1-ci yarımbənd əlavə edilmişdir.

 

[9] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.11-ci yarımbənddəXÖHKS-də” sözü “ XÖHKS və AÖS-də” sözləri əvəz edilmişdir.

 

[10] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.13-cü yarımbənddə “məqsədilə” sözündən sonra “AZİPS-də” sözü əlavə edilmişdir.

 

[11] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.14-cü və 2.1.15-ci yarımbəndlərdən XÖHKS-də” sözü çıxarılmışdır.

 

[12] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.17-ci yarımbənddə “banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində ödəniş əməliyyatlarının və bu əməliyyatları üzrə məlumat mübadiləsinin” sözləri “sistemlərdə  ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin müvafiq sistemin reqlamenti çərçivəsində” sözləri ilə əvəz edilmişdir.

 

[13] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni məzmunda 2.1.17-1-ci yarımbənd əlavə edilmişdir.

 

[14] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.18-ci və 2.1.19-cu yarımbəndlərdə “AZİPS və/və ya XÖKHS-ün” sözləri “sistemlərin” sözü ilə əvəz edilmişdir.

 

[15] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.1-ci, 3.2-ci və 3.7-ci bəndlərdə “AZİPS və XÖKHS-də” sözləri “Sistemlərdə”  sözü ilə əvəz edilmişdir.

 

[16] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.5-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.5. AZIPS və XÖHKS-də istifadə olunan MT-lər, habelə AZIPS və XÖHKS-ün fəaliyyət reqlamenti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunur. Reqlamentdə əməliyyat günü ərzində ödəniş sənədlərinin, sorğu, bildiriş və məlumatların göndərilməsi, qəbulu və emalı üzrə vaxt intervalları, sistemlərin iş vaxtlarının müvəqqəti dəyişdirilməsi proseduru, habelə XÖHKS-də əməliyyat günü ərzində klirinq sessiyalarının sayı və qəbul edilən bir ödəniş sənədinin maksimal məbləği müəyyən edilir.

 

[17] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.8-ci bənddə “İştirakçı” sözü “AZIPS və XÖHKS-də iştirakçı” sözləri ilə, ismin müvafiq hallarında “AZIPS və ya XÖHKS” sözləri ismin müvafiq hallarında “sistemlər” sözü ilə əvəz edilmişdir.

 

[18] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.1-ci bənddə “müxbir və cari hesablar üzrə” sözləri “bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında”  sözləri ilə əvəz edilmişdir.

 

[19] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.2-ci bənd 4.3-cü bənd hesab edilmişdir və yeni məzmunda 4.2-ci bənd əlavə edilmişdir.

 

[20] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.3.1-ci yarımbənddə “Qapalı” sözündən əvvəl “sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış” sözləri əlavə edilmişdir.

 

[21] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni məzmunda 4.8.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[22] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.8.6-cı yarımbənddə “BİK-nin” sözündən sonra “, VÖEN-nin” sözü əlavə edilmişdir.

 

[23] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.14-cü bənddə  “bildiriş” sözü “sorğu” sözü ilə əvəz edilmişdir.

 

[24] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.16-cı bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.16. Emitent iştirakçı gözləmə rejimində olan ödəniş tapşırığını ləğv edə bilər. Bu halda emitent iştirakçı tərəfindən AZIPS-ə bildiriş (MT298/SMT200) göndərilir.

 

[25] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.19-cu bənddə “İştirakçının hesabında” sözləri “Digər iştirakçılar tərəfindən sistemdə verilmiş səlahiyyətlər çərçivəsində iştirakçıların hesablarında” sözləri ilə, “iştirakçıya” sözü “onlara” sözü ilə əvəz edilmişdir.

 

[26] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 4.26.2-ci yarımbənddə “təmin oluması” sözləri “təmin olunması” sözləri ilə əvəz edilmişdir.

 

[27] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 5.1-ci bənddə “tərəfindən” sözündən sonra “bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında” sözləri əlavə edilmişdir.

 

[28] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 5.2-ci bənddən banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində” sözləri çıxarılmışdır.

 

[29] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 5.4.1-ci yarımbənddə “təmin oluması” sözləri “təmin olunması” sözləri ilə əvəz edilmişdir.

 

[30] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni məzmunda 5-1-ci hissə əlavə edilmişdir.

 

[31] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 7.2-ci, 7.3-cü və 7.9-cu bəndlərdə “AZİPS və XÖKHS-də” sözləri ”sistemlərdə” sözləri ilə əvəz edilmişdir.

 

[32] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na yeni məzmunda 7-1-ci hissə əlavə edilmişdir.

 

[33] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın “Əlavə №1”-in adında “aparılması" Qaydalarına” sözləri “aparılması Qaydaları”na” sözləri ilə əvəz edilmişdir.

 

[34] 27 iyul 2020-ci il tarixli 35/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202007270351, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2020-ci il) ilə “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na “Əlavə № 2” əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status