Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”ə əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
[1]
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
[2]
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
[3]
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini
[4]
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2016-cı il
№ 2125
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 iyul 2021-cı il tarixli 2802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 815)
2.
12 aprel 2022-ci il tarixli 3204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №4, maddə 343)
3.
3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 iyul 2021-cı il tarixli 2802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 815) ilə 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[2]
3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə 1-ci hissədə “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.
[3]
12 aprel 2022-ci il tarixli 3204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №4, maddə 343) ilə “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.
[4]
12 aprel 2022-ci il tarixli 3204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №4, maddə 343) ilə “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini” sözləri əlavə edilmişdir.