×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.05.2016
QEYDİYYAT NÖMRƏSİ
253-VQD
ADI
“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-06-2016, Nəşr nömrəsi: 121), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2016, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 995)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.06.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201605170253
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.06.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 696; 2009, № 12, maddə 965) aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun adında və I maddəsində “(xüsusi razılıq)” sözləri çıxarılsın.

2. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” üzrə:

2.1. adında və “IV siyahı. Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar” bölməsində (hər iki halda) “(xüsusi razılıq)” sözləri çıxarılsın;

2.2. “I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

2.2.1. “I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” fəslinin 97-ci maddəsi ləğv edilsin və həmin fəslə aşağıdakı məzmunda 104-113-cü maddələr əlavə edilsin:

“104. AH-7921

105. AM-2201

106. 5F-AKB-48

107. JWH-015

108. JWH-018

109. JWH-122

110. JWH-210

111. Oripavin (3-O-dimetiltebain)

112. UR-144 (fenil sianid 2,4,6-triizopropil)

113. Propiram (N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid).”;

2.2.2. “II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” fəslinə aşağıdakı məzmunda 46-52-ci maddələr əlavə edilsin:

“46. 25B-NBOMe (2C-B-NBOMe)

47. BZP-N-benzilpiperazin

48. 25C-NBOMe (2C-C-NBOMe)

49. 25I-NBOMe (2C-I-NBOMe)

50. MDPV-3,4-metilendioksipirovaleron

51. mefedron (4-metilmetkatinon)

52. metilon (beta-keto-MDMA).”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 may 2016-cı il

                 № 253-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status