AKTIN NÖVÜ
Ədliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
30.03.2015
QEYDİYYAT NÖMRƏSİ
2-N
ADI
“Qeyri-kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.04.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201503300002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.04.2015
“Qeyri-kommersiya hüquqi şəxsin ləǧv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə baǧlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

30.03.2015

Qeydiyyat nömrəsi

2-N

Adı

“Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

02.04.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201503300002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

01.04.2015

 

 

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə uyğun olaraq Kollegiya[1]

 

QƏRARA ALIR:

 

1. “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).[2]

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2015-ci il 30 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament[3]

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın “Ədliyyə” qəzetində dərc olunması ilə bağlı müraciətin elektron formada qəbulu və dərc olunma faktını təsdiq edən sənədin verilməsi qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 2003-cü il 12 dekabr tarixli 560-IIQ nömrəli Qanununun 16-cı maddəsi;

1.3.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 820-IVQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 62 nömrəli Fərmanının 3.1-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;[4]

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.18-ci bəndi.[5]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Növbəti “Ədliyyə” qəzetinin dərc edildiyi gündən 3 gün müddətində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunma faktını təsdiq edən “Ədliyyə” qəzetinin müvafiq nüsxəsini əldə edir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: qeyri-kommersiya hüquqi şəxslər və təhsil müəssisələri[6]

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az ; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az

Telefon: (+99412) 404 42 81

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, qeyri-kommersiya hüquqi şəxsin və ya təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN-i tələb olunur.[7]

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanlarından birinə daxil olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş istifadəçi adını və şifrəni aidiyyəti sahələrə daxil edib “daxil ol” düyməsini vuraraq sistem tərəfindən eyniləşdirilir və ərizə formasının yerləşdirildiyi səhifəyə keçid alır. Daha sonra reqlamentə əlavə edilmiş ərizə formasına reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin rekvizitləri və müvafiq məlumatlar əlavə edilərək sorğu formalaşdırılır.[8]

3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul olunması ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda və ya məlumatların yanlış olduğu aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri həmin internet səhifəsində dərhal əks olunur.

1. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin yenidən müraciət etməsinə mane olmur.

Qeyd: Ərizə formasında “Kreditorların tələblərinin bildirilməsi qaydaları ilə bağlı əlavə qeydlər” bəndinin doldurulmaması sorğunun yerinə yetirilməsindən imtinaya səbəb olmur.

3.2.2. Sorğunun qəbulu: Sorğu istifadəçi tərəfindən bu reqlamentin 3.1.1-ci yarımbəndinə uyğun formalaşdırıldıqda qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. Ərizə qəbul edilir;

2. Məlumatlar yoxlanılır;

3. Məlumat dərc olunur və dərc olunma faktını təsdiq edən sənəd istifadəçiyə təqdim olunur.

4. Elektron xidmətin icrasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin (bundan sonra - İdarə)işçisi məsul şəxsdir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. İdarənin məsul şəxsi elektron ərizə formasını qəbul edir;

2. Məlumatların düzgünlüyü məsul şəxs tərəfindən yoxlanılır. Çatışmazlıq aşkar edildikdə dərhal istifadəçiyə məlumat verilir;

3. Məlumat dərc olunur və dərc olunma faktını təsdiq edən sənəd - “Ədliyyə” qəzeti istifadəçinin istəyindən asılı olaraq şəxsən, poçt və ya elektron poçt ünvanı vasitəsilə ona təqdim edilir.

4. İnzibati əməliyyatların yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq ola bilməz.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumları haqqında məlumat: Yoxdur.[9]

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi:

1. İstifadəçi tərəfindən doldurulan ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda məlumat dərc olunması üçün təqdim edilir və dərc olunma faktını təsdiq edən “Ədliyyə” qəzeti istifadəçiyə təqdim edilir.

2. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti İdarə həyata keçirir.

3.4.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

 

“Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”ə əlavə[10]

 

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyinə

 

Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında

ƏRİZƏ[11]

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2017-ci il)

2.             31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il) ilə adından və 1-ci hissəsindən “və təhsil müəssisəsinin” sözləri çıxarılmışdır.

 

[3] 29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il) ilə “Qeyri-kommersiya  hüquqi  şəxsin  və  təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”inin adından, 1.1-ci, 1.2-ci, 1.8-ci bəndlərdən “və təhsil müəssisəsinin” sözləri çıxarılmışdır.

 

[4] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə “Qeyri-kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[5] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə “Qeyri-kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in 1.3.4-cü yarımbəndində Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[6] 29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il) ilə “Qeyri-kommersiya  hüquqi  şəxsin  və  təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”inin 2.3-cü bənddən “və təhsil müəssisələri” sözləri çıxarılmışdır.

 

[7] 29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il) ilə “Qeyri-kommersiya  hüquqi  şəxsin  və  təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”inin 2.6-cı bənddən “və ya təhsil müəssisəsinin” sözləri çıxarılmışdır.

 

[8] 29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il) ilə “Qeyri-kommersiya  hüquqi  şəxsin  və  təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”inin 3.1.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanlarından birinə daxil olaraq “təşkilati hüquqi forma” pəncərəsini seçir. Bundan sonra təşkilati hüquqi forması qeyri-kommersiya hüquqi şəxs olan istifadəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş istifadəçi adını və şifrəni aidiyyəti sahələrə daxil edib “daxil ol” düyməsini vuraraq sistem tərəfindən eyniləşdirilir və ərizə formasının yerləşdirildiyi səhifəyə keçid alır. Təşkilati hüquqi forması təhsil müəssisəsi olduqda istifadəçi müvafiq sahələri seçdikdən sonra “daxil ol” düyməsini vuraraq ərizə formasının yerləşdirildiyi səhifəyə keçid alır. Daha sonra reqlamentə əlavə edilmiş ərizə formasına reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin rekvizitləri və müvafiq məlumatlar əlavə edilərək sorğu formalaşdırılır.

 

[9] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə “Qeyri-kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”in 3.3.3.-cü yarımbəndində “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[10] 29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il) ilə “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”ə əlavənin yuxarı sağ küncündən “və təhsil müəssisəsinin” sözləri çıxarılmışdır.

 

[11] 29 iyun 2017-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyun 2017-ci il) ilə “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında Ərizə”nin adından  “və təhsil müəssisəsinin” sözləri çıxarılmışdır və “Təşkilati-hüquqi forması” sətri ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status